Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-349/2024 27.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümüayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 210- 19 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli, 871-14 ABFŞ nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 3994,41 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********427 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh2 xx.xx.2023-cü il tarixə, kredit üzrə cəmi borcu 3882,85 manat təşkil edir. Bundan 3795,27 manat əsas, 87,51 manat faiz, 0.07 qəpik cərimə borcu təşkil edir. İddiaçı Ləğv Prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın Cavabdeh1 münasibətdə təmin edilməsini xahiş etmiş, vəfat etmiş digər Cavabdeh2 münasibətdə isə məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd edilmişdir. AZEMİS elektron portaldan çıxarışdan məlum olur ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə Cavabdeh1 münasibətdə təmin olunmalı, digər Cavabdeh2 münasibətdə isə mülki işin icraatına xitam verilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2019-cu il tarixli, 210-19 ABFŞ nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli, 871-14 ABFŞ nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi 5 il müddətinə 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə 3994,41 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən borclu Cavabdeh2 hər ay 84,93 manat məbləğində pulu İddiaçı ASC-yə ödəməlidir. xx.xx.2023-cü il tarixli, **********023 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə, 3795 manat 0.27 qəpik əsas, 87 manat 0.51 qəpik faiz, 0.07 qəpik cərimə, cəmi 3882 manat 0.85 qəpik borcu vardır. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh1 arasında borcalan Cavabdeh2 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyət daşıyır. xx.xx.2023-cü il tarixli bildiriş və göndərilməsini təsdiq edən xəbərnamənin surətindən görünür ki, iddiaçı cavabdehləri mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazimi qaydada məlumatlandırmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 ilə iddiaçı bank arasında etibarlı kredit borc müqaviləsi olduğundan və cavabdeh üzərinə götürmüş olduğu öhdəliklərini lazımı qaydada yerinə yetirmədiyindən hazırki tələbi irəli sürməkdə iddiaçı haqlıdır. Lakin iş materiallarından da göründüyü kimi Cavabdeh2 xx.xx.2021-ci il tarixdə, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etməmişdən əvvəl vəfat etmişdir. İddiaçı isə iddia tələbi ilə xx.xx.2024-cü ildə, yəni, artıq cavabdeh öldükdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi üzrə Cavabdeh2 münasibətdə xitam verilməli, kredit müqaviləsinin təminatı kimi çıxış edən zamin Cavabdeh1 isə 3795 manat 27 qəpik məbləğində əsas borc, 87 manat 51 qəpik faiz borcu, 0.07 manat cərimə borcu alınaraq Ləğv Prosesində olan "xxxx" ASCyə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 58 manat 0.82 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkəmə xərcləri Cavabdeh1 tutulmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 3795 (üç min yeddi yüz doxsan beş) manat 0.27 (iyirmi yeddi) qəpik əsas borcu, 87 (səksən yeddi) manat 0.51 (əlli bir) qəpik faiz borcu, 0.07 (yeddi) qəpik cərimə borcu, cəmi 3882 (üç min səkkiz yüz səksən iki) manat 0.85 (səksən beş) qəpik borc, həmçinin dövlət rüsumu üçün ödənilmiş 58 (əlli səkkiz) manat 0.82 (səksən iki) qəpik məbləğində pul alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nə verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-349/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-349/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver