Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-371/2024 06.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Pirverdi qızının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Pirverdi qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması (dəyişdirilməsi) tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Pirverdi qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şirvan şəhər məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(032)-604/2023 saylı qətnaməsinin dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 20 aprel 2015-ci il tarixdə rəsmi nikah münasibətlərinə girərək evlənmişlər, onların rəsmi nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Cavabdehlə aralarında olan münasibət pisləşdiyindən Şirvan şəhər Məhkəməsinin qətnaməsinə əsasən aralarında olan nikah qeydi pozulmuşdur. Cavabdehlə aralarında olan nikah qeydi Şirvan şəhər Məhkəməsində pozulmazdan əvvəl 06 aprel 2022-ci il tarixdə mediatorun iştirakı ilə barışıq sazişi imzalamışlar. Həmin barışıq sazişinin 2.1-ci bəndinin tələbinə görə Cavabdeh birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 ananın himayəsində yaşamasına razılıq verir və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ayın 30-na qədər 100 manat məbləğində alimenti ona ödəməyə dair öhdəlik götürüb. Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən mütəmadi olaraq azyaşlı Yaqub Piriyevlə görüşərək onunla ünsiyyət saxlamışdır. Sonuncu dəfə isə Cavabdeh Yaqub Piriyevlə görüşüb onunla ünsiyyət saxladıqdan sonra Yaqubu ona qaytarmamışdır. Bütün bunlardan sonra iş üzrə İddiaçı ərizə ilə Şirvan şəhər məhkəməsinə müraciət edərək mediasiya prosesi nəticəsində Cavabdeh ilə aralarında bağlanmış 06 aprel 2022-ci il tarixli, MŞİH 16334 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsinə, yəni xx.xx.2018-ci il təvəllüdlü X8 anasının himayəsində saxlanılmasına, alimentin ödənilməsinə və ərizənin təmin edilməsinə heç bir etirazı olmadığı bildirmişdir. Daha sonra Şirvan şəhər məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(032)-604/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, Şirvan şəhəri mediatoru tərəfindən tərtib olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 X3 himayəsində yaşamasına və onun yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın 30-na qədər 100 manat məbləğində alimentin Cavabdeh tərəfindən X4 verilməsinə dair öhdəlik götürməsi barədə 06 aprel 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməsi qət edilmişdir. Qanuni qüvvədə olan və hazıda icra edilən məhkəmə qətnaməsi üzrə ödənilən 100 manat sabit pul məbləğində olan aliment həddindən artıq azdır. Ona görə ki, xx.xx.2018-ci il təvəllüdlü X8 gündəlik, aylıq və illik təlabatı hamıya bəllidir. Qət edilən və hazırda qanuni qüvvəsində olmaqla icra edilən məhkəmə qətnaməsi göründüyü kimi 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanuna aid olmasınıda heç demək olmaz. Ona görə ki, həmin vaxt uşağın aylıq təlabatı 103 manat olmuşdur. Belə ki, o ildən hazırkı yaşadıqları 2024-cü ilə kimi 10 (on) dəfə yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu dəyişdirilmişdir. Bu da onu deməyə əsas verir ki, icra edilməkdə olan məhkəmə qətnaməsi 2014-cü ilin yaşayış səviyyəsinə uyğundur. Lakin 2024-cü il üzrə uşağ üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azyaşlı uşağın ana qayğısına ehtiyacı olduğu kimi normal yaşamaq, təhsil almaq və sair hüquqları vardır. İş üzrə Cavabdeh “X11 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Mərkəzi mühəndis-texnoloji xidmətində növbə rəisi vəzifəsində işləməklə, aylıq 1500-2000 manat civarında əmək haqqı alır. Ona görə hesab edir ki, Şirvan şəhər məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 2(032)-604/2023 saylı qətnaməsi dəyişdirilərək, xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatan kimi saxlanması üçün Cavabdeh əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçının himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X12 05 yanvar 2024-cü il tarixdən hal-hazırkı günə kimi "Məktəbim" məktəbəqədər təhsil mərkəzində, məktəbəhazırlıq, rus dili, ingilis dili və şahmat mərkəzində ödənişli əsaslarla təhsil alır, İddiaçı iş üzrə Cavabdeh qeydiyyatda olduğu, yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə gəlin köçmüş və uzun müddət birgə təsərrüfatı idarə etmişlər. Hal-hazırda İddiaçı himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X12 iş üzrə Cavabdeh atası X9 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildə sərbəst yaşamalarına mane olaraq çıxarılmışlar. xx.xx.2024-cü il tarixli, 2(032)- 128/2024 saylı qətnaməsi ilə iddiaçının həmin mənzilə dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İddiaçı məcburiyyət qarşısında qalaraq himayəsində olan xx.xx.2018-ci il təvəllüdlü X12 ilə ünvan 4, yeni qaydalarla AZ 1800, ünvan 2 ünvanında yerləşən mənzilin mülkiyyətçisi X5 ilə 2 (iki) il müddətində, hər ay 300 (üç yüz) manata kirayə müqaviləsi bağlamış və hal-hazırda həmin mənzildə yaşayırlar, daha sonra xx.xx.2018-ci il təvəllüdlü X12 hal-hazırda Hacıqabul şəhər 1 nömrəli “Lalə” uşaq bağçasının məktəbə hazırlıq qrupunda tərbiyə alır, uşağın gözündə alergik xəstəliyi vardır, müalicə xəcləri vardır. Xərclərini ödəmək üçün bankdan kredit götürmüş, əmək haqqısından tutulmalar aparılır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin olunmamasını xahiş etdi və izahatında bildirdi ki, iddiaçı özü ikisi dövlət, digəri özəl yerdə işləməklə qazanc əldə edir. İddiaçı bir yerdən qazandığı əmək haqqısı onun əmək haqqısından çoxdur. Hal-hazırda “X11 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialında sahə rəisi, emal sənayesi vəzifəsində işləməklə 1391 manat əmək haqqı alır. Bundan başqa onun heç bir əlavə gəliri yoxdur. Məhkəmə iddiaçı ilə aralarında nikahı pozduqdan sonra o, ailə qurmuşdur, həmin nikahdan xx.xx.2024-cü il tarixdə anadan olmuş Laiq adlı bir övladı vardır. Yəni həmin uşağın böyüməsi üçün ona maddi və mənəvi qayğılarının göstərilməsi üçün əmək haqqı yetərli deyildir. Ailənin yeganə qazanc mənbəyi onun əmək haqqıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası X6r. xx.xx.2023-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikah Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şirvan şəhəri mediator X16 iştirakı ilə tərtib olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X8 X3 himayəsində yaşamasına və onun yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ayın 30-na qədər 100 manat məbləğində alimentin Cavabdeh tərəfindən X4 verilməsinə dair öhdəlik götürməsi barədə 06 aprel 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməsi qət edilmişdir. Elektron informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, Cavabdeh “X11 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialında sahə rəisi, emal sənayesi vəzifəsində işləyir, aylıq əmək haqqı 1391 manatdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-128/204 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Həsənova (Piriyeva) Aynurə Vidadi qızının ünvan 3 ünvanına dair istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Yaşayış sahəsinin kirayəsi haqqında xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, İddiaçı hazırda ünvan 4 ünvanında kirayə qalır, aylıq 300 manat kirayə haqqı ödəyir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 30 dekabr 2022-ci il tarixdə nikah bağlamış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 738 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Piriyeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası X2r. “Məktəbim” Təhsil mərkəzinin 24 aprel 2024-cü il tarixli arayışından görünür ki, X12 05 yanvar 2024-cü il tarixindən “Məktəbim” məktəbəqədər təhsil mərkəzində məktəbəhazırlıq, rus dili, ingilis dili və şahmat hazırlıq kurslarına qeydiyyat olunub və halhazırda da “Məktəbim” məktəbəqədər təhsil mərkəzində təhsil alır. Hazırlıq ödənişli əsaslarla olmaqla, məktəbəhazırlıq aylıq ödəniş 50 manat, rus dili aylıq ödəniş 40 manat, ingilis dili aylıq ödəniş 40 manat, şahmat aylıq ödəniş 40 manat təşkil edir. Azərbaycan Respublikası Hacıqabul rayon İcra Hakimiyyəti Hacıqabul şəhər 1 saylı “Lalə” uşaq bağçasının xx.xx.2024-cü il tarixli, 107 nömrəli arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X12 hal-hazırda Hacıqabul şəhər 1 nömrəli “Lalə” uşaq bağçasının məktəbə hazırlıq qrupunda tərbiyə alır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur; 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə, insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosialiqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşaqların tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (100 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulmalı alimentin məbləği ilə bağlı belə qənaətə gəlir ki, uşağın mənafeyinin ən yüksək səviyyədə təmin edilməsi baxımından alimentin məbləği də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə uyğun olaraq qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda müəyyən edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı Pirverdi qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirlməli və xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı Pirverdi qızına ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan tutulmağa başlanmalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cavabdehin əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsi məbləğində artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu (1391÷4=347.75) manat (347.75x12=4173) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan çox olduğundan cavabdehdən dövlət mədaxilinə 61.73 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 2(032)-604/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı Pirverdi qızının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı Pirverdi qızının xeyrinə hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulsun. Cavabdeh 61.73 (altmış bir manat yetmiş üç qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-371/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-371/2024
06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver