Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-450/2024 05.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 08 iyul 2021-ci il tariхli, 500804-54161\5 saylı kredit müqaviləsi üzrə 11944.78 manat məbləğində əsas bоrc və 16 noyabr 2021-ci il tariхli, 500804-54161\6 nömrəli kredit müqaviləsi üzrə 3593.09 manat məbləğində əsas bоrc olmaqla, ümumilikdə 15537.87 (on beş min beş yüz otuz yeddi manat, səksən yeddi qəpik) manat məbləğində kredit borcunun və 136.61 (bir yüz otuzaltı manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Abasov Əjdər Abbasoğlu arasında bağlanmış 08 iyul 2021-ci il tariхli, 500804-54161\5 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 33 ay müddətinə illik 17.5% dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ilə Abasov Əjdər Abbas oğlu arasında bağlanmış 16 noyabr 2021-ci il tariхli, 500804-54161\6 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 15.9% dərəcəsi ilə 6500 (altımin beş yüz) manat məbləğində krеdit vеrilmişdir. Abasov Əjdər Abbas oğlu 03 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Abasov Əjdər Abbas oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Abasov Əjdər Abbas oğluna dair xx.xx.2022-ci il tarixdə Şirvan şəhər 1 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Şirvan şəhər 1 saylı notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, Abasov Əjdər Abbas oğlunun vərəsəsi kimi arvadı Cavabdeh və övladları X2, X5 tanınmış və bu barədə qanun üzrə vərəsəlik hüququ haqqında və mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən Abasov Əjdər Abbas oğlundan miras qalan əmlaklardan vərəsələrin hər biri pay almışlar. Bundan sonra Abasov Əjdər Abbas oğlunun vərəsələri olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh, X1 və X3 xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 29 dekabr 2023-cü il tarixinə 08 iyul 2021-ci il tariхli, 500804-54161\5 nömrəli kredit müqaviləsi üzrə 11944.78 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, ümumilikdə 11944.78 (on bir min doqquz yüz qırx dörd manat, yetmiş səkkiz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. 29 dekabr 2023-cü il tarixinə 16 noyabr 2021-ci il tariхli, 500804-54161\6 nömrəli kredit müqaviləsi üzrə 3593.09 manat məbləğində əsas bоrc və 0 manat faiz borcu оlmaqla, ümumilikdə 3593.09 (üç min beş yüz doxsan üç manat, doqquz qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Həmçinin İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, onun həyat yoldaşı X7 03 fevral 2022-ci il tarixdə vəfat etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, həyat yoldaşı 08 iyul 2021-ci il tarixdə və 16 noyabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq müvafiq olaraq 15000 manat və 6500 manat kredit götürmüşdür. Onun qeyd edilən kreditlərdən məlumatı olmamış və həmin məbləğlər birgə nikah dövründə ailə məsrəflərinə xərclənməmişdir. Ümumiyyətlə mərhum həyat yoldaşının adına heç bir daşınar və daşınmaz əmlak mövcud olmamışdır. Vərəsəlik şəhadətnaməsinin alınmasına səbəb isə yalnız həyat yoldaşının işlədiyi müəssisədən son haqq-hesabının alınması ilə bağlı olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir, müstəqil qazancı yoxdur və yalnız övladlarına ailə başçısın itirməyə görə təyin edilmiş müavinətlə uşaqlarını dolandırır. Həyat yoldaşı faciəvi şəkildə avtomobil qəzasında vəfat edib. Qanunverciliyə əsasən kredit müqaviləsi bağlanan zaman (xüsusilə də zaminsiz kredit verilərkən) kredit məbləği bank tərəfindən sığortalanır və kredit məbləğindən müvafiq sığorta məbləği də tutulur. Lakin iddia ərizəsində bu məsələyə toxunulmamışdır. Qeyd edilənlənləri nəzərə alaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı olan pul tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, 500804-54161/5 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Abasov Əjdər Abbas oğluna 33 ay müddətinə illik 17.5 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 500804-54161/6 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Abasov Əjdər Abbas oğluna 36 ay müddətinə illik 15.9 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Abasov Əjdər Abbas oğluna kredit müqaviləsi üzrə 15000 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Abasov Əjdər Abbas oğluna kredit müqaviləsi üzrə 6500 manat pul ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Abasov Əjdər Abbas oğlunun xx.xx.2021-ci il tarixli, 500804-54161/5 saylı kredit müqaviləsinə əsasən 29 dekabr 2023cü il tarixə banka 11944.78 manat borcu vardır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Abasov Əjdər Abbas oğlunun xx.xx.2021-ci il tarixli, 500804-54161/ saylı kredit müqaviləsinə əsasən 29 dekabr 2023-cü il tarixə banka 3593.09 manat borcu vardır. Şirvan şəhəri Qeydiyyat şöbəsi tərfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 Abbas oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şirvan şəhər 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş Abasov Əjdər Abbas oğlunun vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh, X2, X4r və onların hər biri miras əmlakdan 1/3 irs almmışdır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, banka olan borcun ödənilməsi ilə bağlı borcalanın vərəsələri Cavabdeh, X1 və X3 xəbərdarlıq məktubu göndərilmişdir. Şirvan şəhər məhkəməsinin sorğusuna əsasən İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli, 500/0092/2024 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı ASC ilə Abasov Əjdər Abbas oğlu arasında bağlanmış, xx.xx.2021-ci il tarixli, 500804-54161/5 saylı kredit müqaviləsi üzrə kredit məbləği sığorta olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Məcəllənin 445.1-ci icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1.-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 449.4-cü maddəsinə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, bankla X9 Abbas oğlu arasında kredit müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə bank tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəlik tam olaraq icra edilmişdir. Lakin kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, və borclunun bank qarşısında yuxarıda göstərilən məbləğdə (əsas) icra edilməmiş pul öhdəliyi qalmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X9 Abbas oğlu xx.xx.2022-ci il tarixdə ölmüş və ondan miras qalmış əmlak üzrə vərəslik işi açılmışdır. Miras əmlak üzrə borclunun vərəsələri qismində arvadı Cavabdeh, uşaqları X2 və X5 tanınmışdır. Hazırda bank kredit müqaviləsi üzrə borcun borclunun vərəsəsi olan arvadı Cavabdeh tutulması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə həmçinin hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 136.61 manat dövlət rüsumu da, Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 08 iyul 2021ci il tariхli, 500804-54161/5 saylı kredit müqaviləsi üzrə 11944.78 manat, 16 noyabr 2021ci il tariхli, 500804-54161/6 nömrəli kredit müqaviləsi üzrə 3593.09 manat və ödənilmiş dövlət rüsumuna görə 136.61 (bir yüz otuz altı manat, altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 08 iyul 2021-ci il tariхli, 500804-54161/5 saylı kredit müqaviləsi üzrə 11944.78 manat, 16 noyabr 2021-ci il tariхli, 500804-54161/6 nömrəli kredit müqaviləsi üzrə 3593.09 manat və ödənilmiş dövlət rüsumuna görə 136.61 (bir yüz otuz altı manat, altmış bir qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-450/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-450/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver