Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-477/2025 20.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 900 manat icarə haqqını, avtomobilə vurulmuş 2320 manat ziyanın, monitor və radiatorlarla bağlı vurulmuş 200 manat, avtomobilə DYP-dən gəlmiş radarlarla bağlı cəriməyə görə 120 manat və ödənilmiş 55,80 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli 01 saylı avtomobil icarəsi haqqında müqavilə əsasında mülkiyyətində olan “Nissan note” markalı ** RU *** dövlət nömrə nişanlı avtomobili cavabdehə aylıq ödənişi 600 manat olmaqla 36 ay müddətinə icarəyə vermişdir. Lakin iyul və avqust ayları ərzində heç bir ödəniş olmamış, hətta telefonlara belə cavab verməmiş, məcburiyyət qarşısında qalaraq etibarnaməni ləğv etdirməli olmuşdur. Avqust ayının 14-də isə avtomobil cavabdehdən 2320 manat dəyərində qüsurla götürülmüşdür. Həmin günədək isə 900 manat ödənilməmiş icarə haqqı borcu qalmışdır. Avtomobil götürülərkən məlum olmuşdur ki, cavabdeh avtomobilin monitorunu və radiatorunu dəyişmək üçün 200 manat almasına baxmayaraq onları dəyişməmiş, avtomobil cavabdehin sərəncamında olan müddətdə isə radara düşərək DYP-dən 120 manat cərimə gəlmişdir. Nəticədə cavabdeh tərəfindən icarə müqaviləsinin 2.1.2, 2.1.4, 2.1.5-ci maddələrinin tələbləri pozulmuş və ona ümumilikdə 3540 (2320+900+200+120) manat ziyan vurulmuşdur. Həmin vəsаitlərin ödənilməsi cаvаbdеhdən dəfələrlə tələb еdilməsinə bахmаyаrаq nəticəsi оlmаdığındаn məhkəməyə mürаciət еtməli оlmuşdur. Cаvаbdеh icаrə hаqqındаn qаlаn bоrcunu, аvtоmоbilin istifаdə zаmаnı vurulmuş ziyаnı hаzırkı vахtа kimi ödəməmişdir ki, nəticədə iddiаçı həmin məbləğində əmlаkındаn məhrum оlmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh MMC-dən ödənilməmiş 900 manat icarə haqqını, avtomobilə vurulmuş 2320 manat maddi ziyanın və ödənilmiş 55,80 manat dövlət rüsumu alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlmədiyi təqdirdə işə qiyabi icraat qaydasında baxılaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin İddiaçı nümayəndəsi Nümayəndə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli avtomobil icarəsi haqqında müqavilədən görünür ki, icarəyə verən icarəçiyə müqavilənin əlavə razılaşmalarında qeyd edilən nəqliyyat vasitəsini icarəyə vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarəçi nəqliyyat vasitəsinin icarəsinə görə nəzərdə tutulan icarə haqqını bu Müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəmək (2.1.2), icarəyə götürülmüş nəqliyyat vasitəsinin texniki saz vəziyyətini və mühafizəsini təmin etmək (2.1.3), icarəyə götürülmüş nəqliyyat vasitəsinin icarə müddəti ərzində istismar zamanı yaranmış zəruri texniki qulluğu öz qüvvə və vəsaiti hesabına həyata keçirmək (2.1.4), icarəçi istismar zamanı baş vermiş və nəqliyyat vasitəsinin texniki, sazlığına, ümumi vəziyyətinə birbaşa təsir göstərən, onu yararsız hala salan və ya tamamilə məhv olması ilə nətcələnən istənilən hadisə zamanı icarəyə verən qarşısında tam maddi məsuliyyət daşıyır (2.1.5). İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, icayərə verən mülkiyyətində olan “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verimişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icarə müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi üçün aylıq ödəniş məbləği 36 ay müddətinə 600 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «Nissan Note» minik markalı ** RU *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər (avadanlıqlar və təmir xərcləri ilə birgə) 2320 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli avtomobil icarəsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. İcra müqaviləsinin şərtlərinə əsasən icarəçi icarə müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə ödəniş etməli, icarəyə götürülmüş nəqliyyat vasitəsinin icarə müddəti ərzində istismarı ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı öhdəlik götürmüşdür. Lakin icarəçi tərəfindən icarə müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlik tam olaraq icra edilməmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış olan icarə müqaviləsinə əsasən “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş 14 avqust 2024-cü il tarixdə icarə haqqı ödənilməməsi ilə əlaqədar olaraq verilmiş olan etibarnamə ləğv edilmiş və avtomobil geri qaytarılmışdır. Geri qaytarıldıqdan sonra nəqliyyat vasitəsinin təmiri həyata keçirilmiş və dəymiş qüsur 2320 manat müəyyən edilmişdir. Hazırda iddiaçının tələbi Cavabdeh MMC-dən ödənilməmiş 900 manat icarə haqqını, avtomobilə vurulmuş 2320 manat maddi ziyanın tutulmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi tərəflər arasında yaranmış olan münasibətlər əmlak kirayə münasibətləridir. Belə ki, əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. İşin faktiki hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli avtomobil icarəsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh MMC-yə icarəyə vermiş, həmin icarə müqaviləsinin şərtlərinə əsasən icarəçi 36 ay müddətinə aylıq 600 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İcarə verən tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəlik tam olaraq icra edilmiş, lakin icarəçi tərəfindən müqavilə üzrə üzərinə götürmüş olduğu icarə öhdəlikləri tam olaraq icra edilməmişdir. Tərəflər arasında bağlanmış olan müqaviləyə əsasən “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş və xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC tərəfindən müqavilə öhdəlikləri icra edilməməsi səbəbindən icarə obyekti geri götürülmüşdür. Tərəflər arasında bağlanmış olan avtomobil icarəsi haqqında müqaviləyə olan əlavədən görünür ki, icarəçi xx.xx.2024-xx.xx.2024-cü il tarixədək olan müddət üçün icarə haqqını ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının icrayə verilmiş əmlakın ödənilməmiş icarə haqqı olaraq 900 manat pul tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin avtomobilə vurulmuş 2320 manat maddi ziyanın tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir Mülki qanunvericiliyin tələblərinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. İşin fatiki hallarından göründüyü kimi İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli avtomobil icarəsi haqqında müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən “Nissan Note” markalı, **-RU-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Cavabdeh MMC-yə icarəyə vermişdir. Tərəflər arasında bağlanmış olan icarə müqaviləsinin şərtlərinə əsasən icarəçi icarəyə götürülmüş nəqliyyat vasitəsinin texniki saz vəziyyətini və mühafizəsini təmin etmək, icarəyə götürülmüş nəqliyyat vasitəsinin icarə müddəti ərzində istismar zamanı yaranmış zəruri texniki qulluğu öz qüvvə və vəsaiti hesabına həyata keçirmək kimi öhdəliklər götürmüşdür. Lakin icarəçi tərəfindən müqavilə üzrə öhdəlikləri tam olaraq icra edilmədiyindən icarə obyekti geri qaytarılmış və icarəyə verən tərəfindən keçirilmiş olan nəqliyyat vasitəsi texniki müayinəsi zamanı 2320 manat zərər dəymiş olduğu müəyyən edilmiş, bununla bağlı müvafiq qüsur aktı tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının icrayə verilmiş əmlakın ödənilməmiş icarə haqqı olaraq 2320 manat pul tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 56 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 900 manat icarə haqqı, avtomobilə vurulmuş 2320 manat maddi ziyan və ödənilmiş dövlət rüsumuna görə 56 manat olmaqla, ümumilikdə 3276 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-477/2025
Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(032)-477/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver