Məhkəmə qərarları › İş №e-2(032)-50/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-50/2025

04.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-50/2025 04.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tələbin əmlaka yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 558PFAK nömrəli kredit müqaviləsi üzrə cəmi 4032.33 (dörd min otuz iki manat, 33 qəpik) manat, bundan 3998.19 (üç min doqquz yüz doxsan səkkiz manat, 19 qəpik) manat əsas borc, 34.12 (otuz dörd manat, 12 qəpik) manat faiz borc, 0.02 (0 manat, 02 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka predmeti olan “Hyundai Azera” minik markalı (Tip:sedan, Buraxılış ili-2013,Ban- KMHFH41BXEA2803869) ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 558PFAK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2013-ci il tarixli, 488PFAK saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 14879 (on dörd min səkkiz yüz yetmiş doqquz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan “Hyundai Azera” minik markalı (Tip: sedan, Buraxılış ili- 2013,Ban-KMHFH41BXEA280386) ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2019-cu il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi “Hyundai Azera” minik markalı (Tip: sedan, Buraxılış ili-2013, Ban- KMHFH41BXEA280386) ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) “Kredit verənə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1.5-ci bəndinə əsasən “Kredit alan” tərəfindən bu Müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və ya çəkməli olduğu bütün xərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Qeyd edilən müqavilənin 2.1.6cı bəndinə əsasən “Kredit alan” öz öhdəliklərini bu Müqavilə üzrə iki dəfədən çox və ya 90 (doxsan) gün ərzində icra etmədikdə və ya lazımınca icra etmədikdə “Kredit verən” qalıq borcun ödənilməsi barədə məhkəməyə müraciət edir və bunun üçün zəruri tədbirlər görür. Müqavilənin 3.3-cü bəndinə əsasən Kredit məbləği kreditin “Kredit alan” üçün açılan ssuda hesabına köçürüldüyü tarixdən 1 (bir) il güzəşt müddətinin bitdiyi gündən başlayaraq hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürmə yolu ilə bu Müqavilənin 4.1-ci bəndi ilə müəyyən olunan müddət ərzində hər ay bərabər hissələrlə geri qaytarılır. Qeyd edilən müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verənə illik 1 (bir) % faiz ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən Faizlər kreditin ssuda hesabına daxil olduğu günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Qeyd edilən müqavilənin 3.6-cı bəndinə əsasən faizlər kreditin ssuda hesabına daxil olduğu gündən etibarən hər 30 (otuz) təqvim gününün bitdiyi sonuncu gün “Kredit alan” tərəfindən “Kredit verən”in hesabına nağd və ya köçürülmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə ödənilir. Müqavilənin 3.8-ci bəndinə əsasən kredit məbləği “Kredit alan" tərəfindən 'Kredit verənə bu Müqavilənin 4.1-ci bəndində göstərilən müddət ərzində tam olaraq qaytarılır. Qeyd edilən müqavilənin 4.4.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi “Kredit alan” tərəfindən 2 (iki) dəfədən və ya 90 (doxsan) gündən artıq müddətə gecikdirildikdə müqavilə “Kredit verən” tərəfindən 2.4.5-ci yarımbəndi ilə müəyyən olunan şərtlərlə birtərəfli qaydada vaxtından əvvəl ləğv edilər. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2024-cü il tarixli, **********350 saylı bildiriş göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 4032.33 (dörd min otuz iki manat, 33 qəpik) manat təşkil edir. Bundan 3998.19 (üç min doqquz yüz doxsan səkkiz manat, 19 qəpik) manat əsas borc, 34.12 (otuz dörd manat, 12 qəpik) manat faiz borc, 0.02 (0 manat, 02 qəpik) manat cərimə borcu təşkil edir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Daha sonra iddiaçı LPO İddiaçı ASC tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edilərək, AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 558 PFAK nömrəli kredit müqaviləsinə əsasən 1.098,19 (bir min doxsan səkkiz manat 19 qəpik) manat əsas, 44,50 (qırx dörd manat 50 əpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə, 5,55 (beş manat 55 qəpik) manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1.148,27 (bir min bir yüz qırx səkkiz manat 27 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün tərəflərindən ödənilmiş 61 (altmış bir) manat dövlət rüsumunun Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması, qeyd olunmuş borc məbləğinin cavabdehə məxsus olan “Hyundai Azera” minik markalı (Tip: sedan, Buraxılış ili 2013, Ban nömrə- KMHFH41BXEA280386, dövlət qeydiyyat nişanı: **-GF-***) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitın kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, LPO İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddiaçı Atabank” ASC ilə onun arasında kredit müqaviləsi bağlanmış, müəyyən edilmiş borc məbləğindən banka ödənişlər etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 558 PFAK saylı kredit müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 14879 (on dörd min səkkiz yüz yetmiş doqquz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı ASC ilə borcalan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən xx.xx.2019-cu il tarixli, 558 PFAK saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq “Hyundai Azera” minik markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban-KMHFH41BXEA2803869, mühərrik nömrəsi G4KEDA306572) ** GF *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 18 iyul 2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx.xx.2024-cü il tarixə banka 3998.19 manat əsas, 34.12 manat faiz, 0.02 manat cərimə, cəmi 4032.33 manat borcu vardır. İş materiallarında olan cavabdehə ünvanlanmış bildirişin və göndərilməsini təsdiq edən reyestrin surətindən görünür ki, iddiaçı LPO İddiaçı cavabdehə mövcud kredit müqaviləsi ilə borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsi, əks təqdirdə isə müvafiq hüquqi tədbirlərin görülməsi barədə lazımı qaydada məlumatlandırmışdır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 05 dekabr 2013-cü il tarixli, AA seriyalı, 112491 saylı çıxarışa əsasən müəyyən olunur ki, ipoteka qoyan şəxs Cavabdeh “Hyundai Azera” minik markalı, ** GF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı ASC-yə ipotekaya qoymuşdur. İpoteka haqqında müqavilənin qüvvədə olma müddəti 05 dekabr 2013-cü ildən 05 dekabr 2016-cı ilədəkdir. İş materiallarında olan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə ünvanladığı 18 iyul 2024-cü il tarixli, **********353 nömrəli bildirişin qeydə alınmasına dair ərizədə qeyd olunur ki, borc alan tərəfindən Restrukturizasiya müqaviləsi üzrə götürülmüş öhdəliklər lazımında icra edilmədiyi üçün ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələbin ödənilməsi üçün İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi tədbirlərinə başlanılmışdır. Bu məqsədlə ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qeydiyyata alınması bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 29 noyabr 2019-cu il tarixli 558PFAK saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 14879 (on dörd min səkkiz yüz yetmiş doqquz) manat məbləğində kredit verilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmış və sonuncunun mülkiyyətində olan “Hyundai Azera” minik markalı (Tip: sedan, Buraxılış ili-2013, Ban- KMHFH41BXEA280386) ** GF *** dövlət qeydiyyat nişanlı avtomobil öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmçinin ipoteka predmeti olan əmlakın bazar qiyməti 26500 manat məbləğində qiymətləndirilmişdir. İddia tələbinin kredit müqaviləsi üzrə borcun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbinin maddi hüquqi əsasını 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklikdən əvvəlki redaksiyada olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin borc (kredit) hüquq münasibətlərini tənzimləyən müvafiq normaları təşkil edir. Belə ki, işin müəyyən edilmiş faktiki halları ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəlki redaksiyasında olan 739.1-ci maddəsinin dispozisiya şərtləri uyğun gəlir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmış və borcverən tərəfindən müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam olaraq icra etmişdir. Müqavilə üzrə borcun ödənilmiş olmasını sübut etmə yüklülüyü cavabdeh tərəfin üzərinə düşsə də, cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda məhkəmə iclasında cavabdeh tərəfin vermiş olduğu izahatında da banka borclu olduğunu etiraf etmişdir. Belə olan halda məhkəmə, tələb olunan kredit müqaviləsi üzrə borcun cavabdeh tərəfindən iddiaçıya ödənilməməsinin tam sübut olunduğu qənaətinə gəlir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasına dair tələbi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia Cavabdeh 29 noyabr 2019-cu il tarixli 558 PFAK nömrəli kredit müqaviləsi üzrə 1.098,19 (bir min doxsan səkkiz manat 19 qəpik) manat əsas, 44,50 (qırx dörd manat 50 əpik) manat faiz, 0,03 (üç qəpik) manat cərimə borcunun tutulması hissəsində təmin edilməlidir. İddia tələbinin cavabdehdən 5,55 (beş manat 55 qəpik) manat əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması hissəsinə münasibətdə də hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbinin borc məbləğinin cavabdehə məxsus ipoteka predmeti olan “Hyundai Azera” minik markalı (Tip: sedan, Buraxılış ili 2013, Ban nömrə-KMHFH41BXEA280386, dövlət qeydiyyat nişanı: **-GF-***) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsaitin Cavabdeh borcunun ödənilməsi hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmçinin «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi əsas verən haldır. Həmin Qanunun 36.1-ci maddəsinə əsasən poteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İş materiallarından da görünür ki, iddiaçı LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondu ipoteka predmeti olan avtomobilə tutmanın yönəldilməsi barədə ipoteka qoyana və ipoteka saxlayana bildiriş vermiş və həmin bildiriş dövlət qeydiyyatına alınmışdır. Bununla da iddiaçı ipoteka predmetinə tutma yönəldilməsi barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etmişdir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, LPO İddiaçı ASC-nin Əmanətlərin Sığortalanması Fondunun tələbin Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş “Hyundai Azera” minik markalı (Tip:sedan, Buraxılış ili-2013,Ban-KMHFH41BXEA2803869) ** GF *** dövlət nömrə nişanlı avtomobilə tutmanın yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışından əldə edilən pul vəsaitinin banka olan borcun təmin edilməsi tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələb də təmin olunmalıdır. Həmçinin “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan 29 noyabr 2019-cu il tarixli, 558 PFAK saylı ipoteka müqaviləsinin 3.2-ci bəndindən görünür ki, İddiaçı ASC-nin Paytaxt filialının xx.xx.2019-cu il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar qiyməti 26500 manat, likvid dəyəri isə 25300 manat məbləğində müəyyən edilmişdir. Məhkəmədə qeyd olunan məbləğ mübahisə predmeti olmadığından məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti zamanı həmin məbləğ əsas götürülməlidir. Məhkəmə iddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə mücərrəd olduğundan və iddianın bu formada təmin edilməsi gələcəkdə qətnamənin icrasını qeyri mümkün etdiyindən həmin hissədə iddia təmin edilməməlidir. İddiaçının iddia tələbinin ödənilmiş 61 manat dövlət məbləğində dövlət rüsumunun rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən 61 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 61 manat dövlət rüsumu bankın xeyrinə Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 29 noyabr 2019-cu il tarixli, 558 PFAK nömrəli kredit müqaviləsi üzrə 1098.19 manat əsas borc, 44.50 manat faiz borcu, 0,03 manat cərimə, 5.55 manat əsas bora illik 5 faizlə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1148.27 (bir min yüz qırx səkkiz manat iyirmi yeddi qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 61 manat dövlət rüsumu alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh məxsus olan və xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş «Hyundai Azera» minik markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobilə (Tip:Sedan; Buraxılış ili-2013; Bank nömrə-KMHFH41BXEA280386) yönəldilsin, həmin avtomobil açıq hərrac yolu ilə satılsın və satışdan əldə olunan vəsait hedabına Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə (29 noyabr 2019-cu il tarixli, 558 PFAK nömrəli kredit müqaviləsi üzrə) olan borcu ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar