Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-51/2025 11.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 1539 manat 81 qəpik əsas borc, 141 manat 24 qəpik faiz borcu, 47 manat 06 qəpik cərimə borcu olmaqla, cəmi 1728 manat 11 qəpik məbləğində, xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 19520 manat 51 qəpik əsas borc, 2538 manat 12 qəpik faiz borcu olmaqla, cəmi 22729 manat 35 qəpik məbləğində, iki müqavilə üzrə ümumilikdə cəmi 24457 manat 46 qəpik məbləğində borcun və 163 manat 37 qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 020A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Həmçinin o, İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 020A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 (iyirmi bir min) manat məbləğində kredit götürmüşdür. O, kredit müqavilələri üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh 020A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit borcundan 460.19 manat ödəniş etmiş və onun iddiaçıya 1539.81 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 199 gün üçün hesablanmış faiz borcu 141.24 manat təşkil edir. Cavabdeh 020A********** saylı kredit müqaviləsi üzrə 1479.49 manat ödəniş etmiş və onun iddiaçıya 19520.51 manat məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 218 gün üçün hesablanmış faiz borcu 2538.12 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X3 izahat verərək bildirdi ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 9/9246 nömrəli ekspert rəyinin nəticə hissəsində xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə borc məbləği göstərilərkən texniki səhvə yol verilmiş, yanlışlıqla xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə mövcud olan borc məbləği göstərilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan borcu rəyin təsviri hissəsində göstərildiyi kimi, yəni əsas borc üzrə 19807 manat 48 qəpik, faiz borcu üzrə 2398 manat 95 qəpik təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin və ekspertin izahatını dinləyib, işdə olan sənədləri hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. İş materiallarında olan 04 aprel 2023-cü il tarixli və 21 iyun 2023-cü il tarixli ərizələrin surətindən görünür ki, Cavabdeh ərizəni imzalamaqla bankdan ona kredit limitinin ayrılmasını və həmin kredit limiti üzrə kreditin verilməsini xahiş edərək, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və qəbul etmişdir. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh hesabına 04 aprel 2023-cü il tarixdə 21000 manat məbləğində, 21 iyun 2023-cü il tarixdə 2000 manat məbləğində pul köçürülmüşdür. İş materiallarında olan ödəniş planlarının surətindən görünür ki, Cavabdeh 04 aprel 2023-cü il tarixli müqaviləyə əsasən hər ay 643 manat olmaqla 21000 manat məbləğində, 21 iyun 2023-cü il tarixli müqaviləyə əsasən hər ay 188 manat olmaqla 2000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarına əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə «AccessBank” QSC-yə xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 19520 manat 51 qəpik məbləğində əsas borcu, 2538 manat 12 qəpik faiz borcu, 670 manat 72 qəpik cərimə olmaqla, cəmi 22729 manat 35 qəpik məbləğində, xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 1539 manat 81 qəpik məbləğində əsas borcu, 141 manat 24 qəpik faiz borcu, 47 manat 06 qəpik cərimə olmaqla, cəmi 1728 manat 11 qəpik məbləğində borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh mövcud borclarını ödəməsi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2024-cü il tarixli, 9/9246 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə olan borcu xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 1525 manat 57 qəpik, faiz borcu üzrə 203 manat 24 qəpik, xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə əsas borc üzrə 1525 manat 57 qəpik, faiz borcu üzrə 203 manat 24 qəpik təşkil edir. İş materiallarında tərəflər arasında bağlanmış kredit razılaşmaları üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından hazırkı ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmamışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixdə bağladığı 020A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 21000 (iyirmi bir min) manat məbləğində, xx.xx.2023-cü il tarixdə bağladığı 020A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.8333% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh müqavilələrin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixli maliyyə arayışında Cavabdeh xx.xx.2024-cü il tarixə «AccessBank” QSC-yə xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 19520 manat 51 qəpik məbləğində əsas borcu, 2538 manat 12 qəpik faiz borcu, 670 manat 72 qəpik cərimə borcu olmaqla, cəmi 22729 manat 35 qəpik məbləğində borcu olduğu göstərilmişdir. Lakin iddia tələbində cərimə borcu göstərilməmiş, Cavabdeh həmin kredit müqaviləsi üzrə 19520 manat 51 qəpik əsas borc, 2538 manat 12 qəpik faiz borcu olmaqla, cəmi 22729 manat 35 qəpik (iddia tələbinə əsasən 19520 manat 51 qəpik əsas borc, 2538 manat 12 qəpik faiz məbləğində borc cəmi 22058 manat 63 qəpik borc təşkil edir) borcu olduğu göstərilmişdir. İşin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, iddia tələbində xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə cərimə borcu tələb edilmədiyindən qətnamə çıxarılarkən Cavabdeh həmin müqavilə üzrə cərimə borcu nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin məcəllənin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin məcəllənin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Həmin məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 743-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İddiaçının tələbi cavabdeh ilə onun arasında bağlanmış “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nə əsaslandığından məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli Qərarına əsasən müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir. Sənədlər mübadiləsi yolu ilə müqavilə bağlanarkən poçt, teleqraf, teletayp, telefon, elektron və digər rabitə vasitələrindən istifadə edilir. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin. Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Qeyd etmək lazımdır ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “Elektron ticarət haqqında” Qanun) əqdlərin elektron formada bağlanması da nəzərdə tutulmuşdur. Belə ki, “Elektron ticarət haqqında” Qanunun 7-ci maddəsinə əsasən, elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: tərəflər, onu şəxsən imzalamaqla; mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); elektron imzadan istifadə etməklə; şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Tərəflər arasında bağlanmış “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri” yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müqavilə tərəflərinin qanunvericiliyin tələbinə əməl etməklə müqavilə bağlaması öz təsdiqini tapır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, borc məbləğləri ekspert rəyində olan məbləğlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan borcu əsas borc üzrə ekspertiza rəyinə uyğun 1525 manat 57 qəpik məbləğində, faiz borcu isə iddia ərizəsində tələb edilmiş 141 manat 24 qəpik məbləğində, cərimə borcu 47 manat 06 qəpik məbləğində olmaqla cəmi 1713 manat 87 qəpik məbləğində, xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə olan borcu isə iddia ərizəsində əsas borc 19520 manat 51 qəpik tələb olunduğundan cavabdehin həmin müqavilə üzrə əsas borcu 19520 manat 51 qəpik, faiz borcu isə ekspert rəyində müəyyən edilmiş miqdarda 2398 manat 95 qəpik olmaqla cəmi 21919 manat 46 qəpik məbləğində müəyyən olunmalıdır. Beləliklə məhkəmə yekun nəticəyə gələrək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 1525 manat 57 qəpik əsas, 141 manat 24 qəpik faiz, 47 manat 06 qəpik cərimə borcu olmaqla cəmi 1713 manat 87 qəpik məbləğində, xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 19520 manat 51 qəpik əsas, 2398 manat 95 qəpik faiz borcu olmaqla cəmi 21919 manat 46 qəpik məbləğində olmaqla iki müqavilə üzrə ümumilikdə 23633 manat 33 qəpik pul alınaraq İddiaçı QSC-yə verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzlərdən görünür ki, məhkəmə xərcləri iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat məbləğində puldan və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 163 manat 37 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 1525 manat 57 qəpik əsas, 141 manat 24 qəpik faiz, 47 manat 06 qəpik cərimə borcu olmaqla cəmi 1713 manat 87 qəpik məbləğində, xx.xx.2023-cü il tarixli 020A********** saylı kredit müqaviləsi üzrə 19520 manat 51 qəpik əsas, 2398 manat 95 qəpik faiz borcu olmaqla cəmi 21919 manat 46 qəpik məbləğində olmaqla iki müqavilə üzrə ümumilikdə 23633 manat 33 qəpik pul alınaraq İddiaçı QSC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 163 manat 37 qəpik məbləğində pul alınaraq İddiaçı QSC-yə verilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 100 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-51/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-51/2025
11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver