Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-516/2025 25.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, K5 oğlunun katibliyi ilə, iddiaçı "xxxx"ASC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair işin məhkəmə baxışına hazırlanması zamanı açıq məhkəmə iclasında işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx"ASC-i cavabdeh X2 qarşı “borcun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 723 manat əsas, 167 manat 74 qəpik faiz, 161 manat 22 qəpik məbləğində cərimə olmaqla, cəmi 1051 manat 96 qəpik məbləğində borcun və 30 manat 52 qəpik məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasını, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsini, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh X1 tutularaq iddiaçı "xxxx"ASC-nə ödənilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı "xxxx"ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndə X3 ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı iddiaçı "xxxx"ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin qaytarılmasına dair ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, habelə ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb, məhkəmə qərara aldı: İddiaçı "xxxx"ASC-i cavabdeh X2 qarşı “borcun ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat 52 qəpik dövlət rüsumu iddiaçı "xxxx"ASC-nə qaytarılsın. Qərardaddan 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(032)-516/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-516/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver