Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-533/2024 08.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsinə açıq məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 borcunu tam olaraq ödəmişdir. Odur ki, iddia tələbindən imtina edir və iddia ərizəsi üzrə işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunan ərizəni, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələblərinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul olunarsa, hakim iş üzrə icaata xitam verir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq iddiaçının iddiadan imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 262-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə iddiadan imtinası qəbul edilsin. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında,eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət qərardad təqdim edildikdən və ya alındıqdan sonra 10 (on) gün müddətində Şirvan şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-533/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-533/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver