Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-536/2024 19.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 546 manat 36 qəpik əsas borcun, 45 manat 65 qəpik faiz borcunun, 53 manat 92 qəpik cərimə borcunun, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 6 manat 50 qəpik borcun, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4 manat 80 qəpik poçt xərci, cəmi 657 manat 23 qəpik borcun və ödənilmiş 30 manat dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 500 (beş yüz) manat məbləğində, 5 (beş) il müddətinə kredit kart limiti (kredit xətti) açılmışdır. “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyın edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı “X1 Azərbaycan” QSC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh çatdırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, bank tərəfindən borcalan Cavabdeh 500 manat məbləğində 5 il müddətinə kredit kart limiti (xətti) açılmışdır. İşdə olan “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilənin 4.15.3-cü bəndindən görünür ki, “Kart/əlavə kart sahibi” hesab çıxarışında (bildirişində) müəyyən edilən son ödəniş tarixinədək dövr borcunun hesab çıxarışında göstərilən minimum məbləğdən az ödəniş etdiyi təqdirdə, minimum məbləğin ödənilməyən hissəsi üçün hesab faktura tarixindən son ödəniş tarixinədək bu müqavilə üzrə müəyyən edilən alğı-satqı faizini və son ödəniş tarixindən etibarən gecikmə/cərimə faizini, qalan hesab balansına (borcuna) isə hesab faktura tarixindən etibarən bu müqavilə üzrə alğı-satqı faizinin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Müqavilənin ləğvi (xitamı) ilə əlaqədar və/və ya hesab başlanıldığı təqdirdə (müqavilə üzrə borcların geri qaytarılması müddətləri və/və ya şərtləri “Kart/əlavə kart sahibi” tərəfindən pozulduqda), toplam (ümumi) borc məbləğinin (balansının) qalığına (qalıq borca) gecikmə/cərimə faizi tətbiq edilir və “Kart/əlavə kart sahibi” göstərilənlərlə əlaqədar toplam (ümumi) qalıq borcuna gecikmə/cərimə faizininin tətbiq edilməsini (hesablanmasını) qəbul, bəyan və təsdiq edir. Bu hal da daxil olmaqla kart istifadəsindən (tətbiqindən) yaranan borclara mürəkkəb faiz (faizin üstünə faiz hesablanınası) tətbiq edilmir. Gecikmə/cərimə faizi illik 40 % təşkil edir. Müqavilənin 4.19-cu bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və tərəflərdən birinin digər tərəfə onun ləğvinə yazılı olaraq bildiriş göndərilmədiyi müddətədək davam edir (qanunvericiliklə və/və ya müqavilə ilə müəyyən edilmiş tələblər və şərtlər nəzərə alınmaqla). 110 (yüz on) manatdan çox məbləğdə borclar üçün borc müqaviləsnin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti 3 (üç) ay, daha az məbləğdə borclar üçün 1 (bir) ay təşkil edir. Həmin müqavilənin 4.20-ci bəndinə görə bu müqavilədən yaranan (irəli gələn) borcların “Kart/əlavə kart sahibi” tərəfindən vaxtında və lazımı qaydada geri qaytarılmamasına görə “Bank”, “Kart/əlavə kart sahibi”nə qarşı iddia qaldırmaq və ya icra tətbiqinin həyata keçirmək məcburiyyətində qalarsa, “Kart/əlavə kart sahibi” bununla bağlı “Bank”ın çəkəcək hər cür xərclərinin (vəkil/hüquqi vidmət ilə bağlı xərclər daxil olmaqla) “Bank”a ödənilməsini qəbul, bəyan və təsdiq edir. 4.27-ci bəndindən görünür ki, bu müqaviləyə əsasən “Bank” 5 (beş) il müddətinə 500 (beş yüz) manat məbləğində “Kart/əlavə kart sahibin”ə kredit kartı limitini (kredit xətti) açır. “Kart/əlavə kart sahibi” isə həmin kredit kartı limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faziləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürür. İşdə olan “X1 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə “X1 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsinə əsasən cavabdehin banka əsas borcu 546 manat 36 qəpik, faiz borcu 45 manat 65 qəpik, cərimə borcu 53 manat 92 qəpik, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 6 manat 50 qəpik, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4 manat 80 qəpik poçt xərci, cəmi 657 manat 23 qəpik manat borc təşkil edir. İşdə olan “X1 Azərbaycan” QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən “X1 Azərbaycan” QSC-yə xx.xx.2023-cü il tarixinə əsas kredit borcu üzrə 546 manat 36 qəpik, faiz borcu üzrə 45 manat 65 qəpik, cərimə borcu üzrə 7 manat 22 qəpik məbləğində, xərclər və komissiyalar üzrə 6 manat 50 qəpik, cəmi 605 manat 73 qəpik borcun 5 (beş) gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə bank tərəfindən borc tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı “X1 Azərbaycan” QSC-dən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 430.1-ci maddəsinə görə əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə diqqətə çatdırır ki, MPM-in 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu baxımdan, MM-in 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Habelə MM-in 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə sadalanan qanunvericilik aktı normalarına əsasən hesab edir ki, cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşlar. Lakin cavabdeh kredit razılaşması əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, MM-in 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-in 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddia tələbinin 53 manat 92 qəpik məbləğində cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə MM-in 467-ci maddəsini, işin hallarını və iddiaçının əmlak mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini qeyd edərək bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə 7 manat 22 qəpik məbləğində dəbbə pulu (cərimə) tutulmalıdır. Məhkəmə hesab edir ki, dəbbə pulunun məbləğinin göstərilən həcmdə azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli saylı kredit xətti müqaviləsi üzrə 546 (beş yüz qırx altı) manat 36 (otuz altı) qəpik əsas, 45 (qırx beş) manat 65 (altmış beş) qəpik faiz borcu, 7 (yeddi) manat 22 (iyirmi iki) qəpik cərimə borcu, 6 (altı) manat 50 (əlli) qəpik komissiya borcu, 4 (dörd) manat 80 (səksən) qəpik poçt xərci olmaqla, cəmi 610 (altı yüz on) manat 53 (əlli üç) qəpik məbləğində pul, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı X1 Azərbaycan” QSC-yə ödənilməli, bununla da iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 546 (beş yüz qırx altı) manat 36 (otuz altı) qəpik əsas, 45 (qırx beş) manat 65 (altmış beş) qəpik faiz borcu, 7 (yeddi) manat 22 (iyirmi iki) qəpik cərimə borcu, 6 (altı) manat 50 (əlli) qəpik komissiya borcu, 4 (dörd) manat 80 (səksən) qəpik poçt xərci olmaqla, cəmi 610 (altı yüz on) manat 53 (əlli üç) qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-yə verilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X1 Azərbaycan” QSC-yə verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-536/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-536/2024
19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver