Məhkəmə qərarları › İş №e-2(032)-54/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-54/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-54/2025 25.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16259 manat 28 qəpik əsas, 269 manat 49 qəpik faiz, 70 manat 54 qəpik cərimə borcu olmaqla cəmi 16599 manat 31 qəpik məbləğində pulun və 139 manat 80 qəpik məbləğində dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər (Birgə Borcalanlar) Cavabdeh4 və Cavabdeh1 aralarında bağlanmış ********* №-li 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 10500 (on min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 19 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4arasında LM052100655 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 16259 manat 28 qəpik məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3ilə Bank arasında LM052100655 nömrəli xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********645 saylı xx.xx.2024cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh4 xx.xx.2024-cü il tarixə kredit üzrə cəmi borcu 16599 manat 31 qəpik təşkil edir. Bundan 16259 manat 28 qəpik əsas, 269 manat 49 qəpik faiz, 70 manat 54 qəpik cərimə borcu təşkil edir. Məhkəmə iclasında Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Rəşad Tağızadə ərizə göndərərək iddia tələbini müdafiə edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etmədi, izahat verərək bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətindən o digər Cavabdeh4 ilə birlikdə ********* №-li 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə imza etməklə 48 (qırx səkkiz) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 10500 (on min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Lakin sonradan LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında LM052100655 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlansa da onun ilə Bank arasında LM052100655 nömrəli xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmamış, müqavilədəki imza ona aid deyildir. Odur ki iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş cavabdehlər Cavabdeh2 və Cavabdeh4 faktiki yaşadığı ünvana göndərilmiş, cavabdehlər həmin ünvanda olmaması səbəbindən bildiriş geri qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş və iddia ərizəsinin surəti məhkum Cavabdeh3 təqdim edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə göndərilmiş, iddia tələbinə dair Cavabdeh3 yazılı ərizəsi məhkəməyə daxil olmuşdur. Cavabdeh3 ərizədə bildirmişdir ki, hal-hazırda o məhkum olunmuş, ağır xəstəliyi ilə əlaqədar Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alır. Cavabdeh2 onun arvadıdır. O həbsdə olduğundan özü və arvadı Cavabdeh2 zaminlik müqaviləsinə əsasən üzərilərinə götürdükləri öhdəlik üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən birgə borcalanlar Cavabdeh1 və Cavabdeh4 kreditor İddiaçı ASC-i 48 ay müddətinə illik 20 faiz 10500 məbləğində ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC-i hər ay 319 manat 55 qəpik məbləğində 48 ay müddətinə illik 20 faiz 10500 məbləğində ABŞ dolları kredit verilmiş, Cavabdeh4 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin durmuş Cavabdeh3 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan məxaric orderindən görünür ki, Cavabdeh4 10500 ABŞ dolları almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, LM052100655 saylı Restrukturizasiya müqaviləsindən görünür ki, ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 16259 manat 28 qəpik məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, LM052100655 saylı Restrukturizasiya müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, hər ay 277 manat 93 qəpik məbləğində pulun 60 ay müddətinə illik 1 faiz dərəcəsi olmaqla 16259 manat 28 qəpik pul restrukturizasiya olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 Səftar oğlu, Cavabdeh3 və Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh4 xx.xx.2024-cü il tarixə 16259 manat 28 qəpik əsas, 269 manat 49 qəpik faiz, 70 manat 54 qəpik cərimə borcu olmaqla cəmi 16599 manat 31 qəpik borcu vardır. İş materiallarında olan 07 mart 2024-cü il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC-i Cavabdeh4, Cavabdeh1 Səftar oğlu, Cavabdeh3 və Cavabdeh2 mövcud borcunu ödəməsi barədə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1988 saylı, 26 dekabr 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsindən görünür ki, mülki işin 35-37-ci vərəqlərində olan xx.xx.2021-ci il tarixli LM052100655 nömrəli Zaminlik müqaviləsinin 1-2-ci vərəqlərinin sağ hissələrində yuxarıdan 2-ci imzalar, 3-cü vərəqində “Zamin Cavabdeh1” qrafasındakı imza - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər (Birgə Borcalanlar) Cavabdeh4 və Cavabdeh1 aralarında bağlanmış ********* №-li 19 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 (qırx səkkiz) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 10500 (on min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit verilərkən Cavabdeh3 ilə Bank arasında 19 dekabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında LM052100655 nömrəli xx.xx.2021-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 16259 manat 28 qəpik məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüş, Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2026-cı il müəyyən edilmişdir. Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında LM052100655 nömrəli xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsində olan imzanın ekpert rəyinə əsasən Cavabdeh1 tərəfindən deyil başqa şəxs tərəfindən icra edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə bu hissədə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh4 kredit müqaviləsi ilə aldıqlarını iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; MM-in 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqaviləsinə əsasən iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında əsas borclu olan Cavabdeh4 ilə birgə məsuliyyət daşıdığından, onlardan müştərək qaydada iddia olunan məbləğ tutularaq iddiaçıya verilməli, bununla da iddia bu hissədə təmin olunmalıdır. Eyni zamanda məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/1988 saylı, 26 dekabr 2024-cü il tarixli ekspert rəyi ilə müəyyən olundu ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış LM052100655 nömrəli xx.xx.2021-ci il tarixli nömrəli zaminlik müqaviləsindəki imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla da qanunvericiliyin tələbləri pozulmuş, müqavilə azadlığı hüququnun həyata keçirilməsində şəxsin iradəsi ifadə olunmamışdır. Belə olan halda iddiaçı Cavabdeh1 hər hansı öhdəliyin icrasını tələb edə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra MPM-in) 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16259 manat 28 qəpik əsas, 269 manat 49 qəpik faiz, 70 manat 54 qəpik cərimə borcu olmaqla cəmi 16599 manat 31 qəpik məbləğində pul alınaraq Ləğv prosesində olan Dəmirbank ASC-yə verilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 139 manat 80 qəpik dövlət rüsumundan, məhkəməxətşünaslıq ekspertizası 138 manatdan ibarətdir. Dövlət rüsumu üçün ödənilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 139 manat 80 qəpik məbləğində pul alınaraq iddiaçı Ləğv prosesində olan Dəmirbank ASC- nə verilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 138 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 16259 manat 28 qəpik əsas, 269 manat 49 qəpik faiz, 70 manat 54 qəpik cərimə borcu olmaqla cəmi 16599 manat 31 qəpik məbləğində pul alınaraq Ləğv prosesində olan Dəmirbank ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 139 manat 80 qəpik məbləğində pul alınaraq iddiaçı Ləğv prosesində olan Dəmirbank ASC-yə verilsin. İş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 138 manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X1 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar