Məhkəmə qərarları › İş №e-2(032)-578/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-578/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-578/2024 25.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X11 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbi” barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2798 manat 85 qəpik (iki min yeddi yüz doxsan səkkiz manat səksən beş qəpik) məbləğində əsas borcu və 5 manat 19 qəpik (beş manat on doqquz qəpik) faiz borcu olmaqla, cəmi 2804 manat 04 qəpik (iki min səkkiz yüz dörd manat dörd qəpik) manat borcun və 48 manat 04 qəpik (qırx səkkiz manat dörd qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan X8 arasında bağlanmış 26 noyabr 2019 il tarixli, 500804-119684/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. X8 30 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. X3 vərəsələrinin olubolmaması araşdırılarkən məlum olmuşdur ki, X5 dair Sabirabad Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Sabirabad Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X3 vərəsəsi kimi Cavabdeh, X9 və X10 tanınmış və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh 10OC407 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən pay almışlar. Bundan sonra X3 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 24 yanvar 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 2798 manat 85 qəpik məbləğində əsas borcu və 5 manat 19 qəpik faiz borcu olmaqla, cəmi 2804 manat 04 qəpik manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Şirvan şəhər Məhkəməsinin 15 aprel 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasında gəlməmiş, nümayəndə məhkəmə iclas zalında iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 izahat verərək bildirdi ki, təmsil etdiyi şəxs iddiaçı tərəfindən X3 banka olan borcu haqqında lazımı qaydada xəbərdar olunmamışdır. Hesab edir ki, təmsil etdiyi şəxs əgər vaxtında xəbərdar olunsaydı digər bankdan kredit götürərək özünə öhdəlik yaratmaqla vəziyyətini ağırlaşdırmazdı. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddiaçının nümayəndəsinin ərizəsini və işdə olan sənədləri hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə X8 arasında bağlanmış 26 noyabr 2019 il tarixli, 500804-119684/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 yanvar 2020-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 14 avqust 2023-cü il tarixli 1787 nömrəli məktubundan görünür ki, X7, X10 və Cavabdeh, X2 miras qalmış əmlakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmiş və bununla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, ölmüş şəxs X3 qanun üzrə vərəsələri olan X4, X6 və Cavabdeh şəhadətnamə verilmiş miras əmlak Şirvan RQİ və TBŞ tərəfindən verilmiş 16 iyun 2016-cı il tarixli AC704514 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi XTK**********1983, mühərrikin nömrəsi ******* və buraxılış ili 2005-ci il olan ** OC *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdeh X3 xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 500804-119684/5 saylı 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2798 manat 85 qəpik əsas, 5 manat 19 qəpik faiz, cəmi 2804 manat 04 qəpik borcu vardır. İş materiallarında olan pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh, X6 və X4 mövcud borcunu ödəməsi barədə xəbərdarlıq göndərilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı ASC ilə borcalan X8 arasında bağlanmış 26 noyabr 2019 il tarixli, 500804-119684/5 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 23% dərəcəsi ilə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. X8 30 yanvar 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ** OC *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras aktivi və iddiaçı ilə bağladığı müqavilələr üzrə icra etmədiyi öhdəlikləri miras passivi olaraq miras qalmışdır. Cavabdeh ondan qalmış miras aktivini qəbul etmişlər və bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh miras qoyan X3 kreditoru olan iddiaçının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borclu olduğundan, miras qoyanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 500804-119684/5 saylı 26 noyabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 2798 manat 85 qəpik əsas, 5 manat 19 qəpik faiz, cəmi 2804 manat 04 qəpik borcu Cavabdeh alınıb İddiaçı ASC-yə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 48 manat 04 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 2798 manat 85 qəpik əsas, 5 manat 19 qəpik faiz, cəmi 2804 manat 04 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 48 manat 04 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar