Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-59/2024 15.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə qiyabi icraat qaydasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı 7310 manat pulun alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci ildə əvvəllər işlədiyi, Bayıl qəsəbəsində yerləşən “Kəngərli” restoranında Əli-Bayramlı rayon sakini Cavabdeh ilə birlikdə işləmişlər. Onu evlənmək adı ilə aldadaraq yaxınlıq etmiş, münasibət qurmuş və etibarından istifadə edərək, pullarını mənimsəmişdir. Belə ki, tanışlıqları müddətində özünün kimsəsiz olduğunu bildirərək, anasının xəstə olduğunu bildirmişdir. Dələduzluq oyununu o qədər səmimi qurmuşdur ki, onun bütün etibarını əldə etmişdir. Tanışlığının qısa müddətində anasının ağır xəstə olduğunu və müalicə üçün pula ehtiyac olduğunu bildirdi və ona öz adına kredit götürərək ona verməyini istədi. Onun səmimi hislərinə inanaraq, onunla birlikdə "xxxx"-dan 3000 manat pul götürdü və yerindəcə dərhal ona verdi. 6 ay münasibətləri normal oldu və kreditin altı ayını ödədikdən sonra ondan kredit məbləğinin artırılmasını tələb etdi. Onu inandırmaq üçün xx.xx.2022-ci il tarixində Bakı şəhəri 3 saylı ASAN XİDMƏT Mərkəzinə nikaha daxil olmaq üçün müraciət belə etdilər. Qan analizi verdilər. Bu ərəfədə, yəni xx.xx.2022-ci ildə onun təzyiqi ilə əvvəl götürülmüş 3000 inandırmışdır ki, məcbur olub ilkin krediti bağlayaraq 5000 manat məbləğində yeni kredit götürdülər və elə bankda həmin pulu əlindən aldı. Ertəsi gündən Cavabdeh onunla əlaqələrini kəsərək, ona qarşı hörmətsiz davrandı, nikaha daxil olmaqdan imtina etdi. Cavabdeh istifadə edərək etibarını qazanmaqla onu kreditə salmaq, pulları götürmək və öz çirkin niyyətini həyata keçirmək olmuşdur. Əlaqə yarada bilmədiyi üçün kreditin 12 ayını ödəmək məcburiyyətində qaldı. Bir müddət sonra onunla danışdıqda kreditinin ödənişlərini etməyini istədə, o, yəni Cavabdeh çirkin niyyətlərini davam edərək, mənimsənilmiş pulları deyil, yeni əməllərindən danışdı. Onu hansısa şəkillərlə ləkələyəciyini bildirərək, onunla məcbur görüşə çıxmağını və ondan başqa-başqa qızların nömrəsini verməyini tələb edərək təzyiqlər etdi. Artıq onun hərəkətlərindən qorxu altına düşdü. Məcbur olub Prokurorluğa müraciət etdi və təhlükəni aradan qaldırmaq niyyətinə düşdü. Həmçinin izahatında əlavə olaraq bildirmişdir ki, Cavabdeh 4850 manat puldan ilk 6 ayı 204 manat məbləğində ödəniş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək Cavabdeh məhkəmə iclasında gəlmədiyindən, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmişlər, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan iddiası qiyabi qətnamə ilə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli, 269sCNTRb/22 nömrəli kredit müqaviləsindən və ona 2 saylı əlavədən görünür ki, İddiaçı 35 ay müddətinə, illik 29% ödəmək şərti ilə 4850 manat məbləğində kredit təyin edilmişdir. Ödəniş cədvəlindən görünür ki, borclu hər ay 204 manat "xxxx" KB ASC-yə ödəməlidir. “WhatsApp” telefon danışıqlarının çıxarışlarında iddiaçının qarşı tərəfdən pul tələb etməsi, aylıq ödənişin vaxtının çatması və borcunun ödənilməsi, bankın vaxtının çatması, ödənişin hər ay 205 manat olması barədə söhbət aparıldığı qeyd edilmişdir. Yazışmalar 2023-cü ilin mart-may aylarını əhatə edir. Azərbaycan Respublikası DİN Səbail rayon Polis İdarəsi 8-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, İddiaçı ünvanlanmış məktubda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, Səbail rayon Prokurorluğuna və Səbail RPİ-nə ünvanlanmış şikayət ərizəsi, Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırılma aparılmış, göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün ona məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunur. "xxxx" KB ASC-dən olan xx.xx.2022-xx.xx.2024-cü il tarixləri aralığını əks etdirən çıxarışda xx.xx.2022-ci il tarixdə İddiaçı hesabına xx.xx.2022-ci il tarixli, 269sCNTRb/22 nömrəli kredit müqaviləsin səbəbi üzrə 4850 manat kredit məbləğinin verilməsi müəyyən olunmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddiaçının bankdan götürdüyü 4850 manat pulun cavabdehə verilməsi işdə olan sənədlər və iddiaçının öz izahatı ilə təsdiq edilir. Lakin iddiaçı özü də etiraf edir ki, mövcud borc ödənişinin 6 aylıq məbləğini, yəni aylıq 204 manatdan olmaqla 1224 manatı cavabdeh ödəmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 3626 manat məbləğində pul alınaraq İddiaçı verilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 74 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan hissəyə mütənasib olaraq cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227, 241 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏT E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 3626 (üç min altı yüz iyirmi altı) manat məbləğində pul və dövlət rüsumu üçün ödənilmiş 56 (əlli altı) manat 0.26 (iyirmi altı) qəpik alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən çıxarış iddiaçıya təqdim olunsun. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Şirvan şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-59/2024
Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(032)-59/2024
15.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver