Məhkəmə qərarları › İş №e-2(032)-590/2024

Şirvan Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(032)-590/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-590/2024 24.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə mülki işə qiyabi icraat qaydasında Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat borc pul vəsaitinin 1400 manat həcmində icra edilməyən hissəsi, xx.xx.2023cü il tarixdə adına rəsmiləşdirilən 5000 manat pul vəsaitinə dair onunla "xxxx" ASC arasında EE001574442 nömrəli kredit müqaviləsini şəxsən icra edəcəyi ilə bağlı götürmüş olduğu öhdəliyi icra etməməsi səbəbindən müqavilənin fevral 2024-cü ildən sonrakı 6118.5 manat həcmində ümumi dəyəri, ümumilikdə 7518.5 manat pul vəsaitinin, eyni zamanda məhkəməyə iddia ərizəsinin verilməsi üçün tərəfindən ödənilmiş dövlət rüsumuna ekvivalent məbləğin ondan tutulması və xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 2023-cü ilin iyun ayında, şifahi razılaşma əsasında hər ay 200 manat olmaqla 10 ay müddətində qaytarmaq şərti ilə 2000 manat pul vəsaiti borc qismində verilmiş, cavabdeh isə götürdüyü öhdəliyin şərtlərini pozaraq həmin öhdəliyi cari tarix üçün sadəcə 600 manat həcmində icra etmişdir. xx.xx.2023-cü il tarixdə isə "xxxx" ASC-dən EE001574442 nömrəli kredit müqaviləsi əsasında adına rəsmiləşdirilən 5000 manat məbləğində pul vəsaiti real olaraq ona təqdim edilmiş, o isə formal olaraq bank qarşısında götürdüyü öhdəliyi özü icra edəcəyi və onun üçün bu barədə heç bir problemin yaranmayacağına vəd etmişdir. Lakin həmin öhdəlik də sadəcə yanvar ayına qədər icra edilmiş və daha sonra icra edilmədiyindən kredit tarixçəsində gecikmə günü hesablanmışdır. Onun əməllərinin dələduzluq motivli olduğunu hesab etdiyindən tərəfindən onun barəsində cinayət işinin başlanması tələbi ilə müvafiq polis orqanına müraciət edilmiş, lakin cinayət işinin başlanması xx.xx.2024-cü il tarixli qərarla rədd edilmişdir. Aparılmış təhqiqat zamanı Vüsal iddia tələbinin hüquqi əsasını təşkil edən xüsusatları etiraf etmiş və bütün bunlar qərarda öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini, hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Cavabdeh hazırki məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin İddiaçı işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etdiyindən, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər X2 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh izahatı alınmış, izahatında 2023-cü ilin iyun ayında onun bankda maaşı endiyindən maddi çətinliklər yaranmışdır. Ona kömək məqsədi ilə Elvinlə razılaşmışdırlar ki, Elvinin adına bankadan kredit götürülsün. 2023-cü ilin iyun-iyul aylarında Elvin "xxxx" ASC-dən 5000 manat kredit götürüb ona vermişdir. Bundan əlavə Elvindən 2000 manat pul alımışdır. Elvindən Şirvan şəhərində aldığı 2000 manat puldan 600 manatını qaytarmamış, yerdə qalan 1400 manatını qaytarmamışdır. İddiaçı ümumilikdə 7000 manat pulu alan zaman həmin pulu əvəzsiz olaraq ələ keçirmək niyyəti olmadığını etiraf etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli CL-EE001574442 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı illik 18,9 faiz olmaqla 48 ay müddətinə 5000 manat kredit verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçıla Cavabdeh arasında olan şifahi razılaşmaya əsasən İddiaçı tərəfindən Cavabdeha ilkin 2000 manat pul verilmiş, həmin puldan 600 manatı Elvinə geri qaytarılmışdır. Həmçinin tərəflər arasında olan razılaşmaya əsasən İddiaçı tərəfindən "xxxx" ASC-dən 5000 manat kredit götürülmüş və həmin pul məbləğidə Cavabdeh verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır; 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına ümumilikdə 7518.5 manat məbləğində pul əldə etməklə əsassız varlanmışdır. Bu hal Cavabdeh polisə verdiyi izahatla müəyyən edilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin iddiaçının hesabına əsassız varlandığının müəyyən edilməsi onun üzərinə əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi qoyur. Belə ki, Mülki Məcəllənin 1092.1-ci addəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hökümət ödəniş portalından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 95 (doxsan beş) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan 95 (doxsan beş) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1400 (min dörd yüz) manat və İddiaçı ilə "xxxx" ASC bağlanılmış xx.xx.2023-cü il tarixli, EE001574442 nömrəli kredit müqaviləsi üzrə müqavilənin sonuna ödəniləcək 6118.5 manat (kredit borcu olmaqla) olmaqla, ümumilikdə 7518.5 manat və 95 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Şirvan şəhər Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar