Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-636/2024 15.10.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı QSC "xxxx" Kommersiya Bankının (ləğv prosesindədir) Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı QSC (ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Kommersiya Bankı QSC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2015-ci il tarixli 1xx/xx/99780/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 952,21 (doqquz yüz əlli iki manat, 21 qəpik) manat məbləğində əsas borc, 608,81 (altı yüz səkkiz manat, 81 qəpik) manat məbləğində faiz borcu, 1116,59 (bir min yüz on altı manat, 59 qəpik) manat məbləğində cərimə borcu, 286,78 (iki yüz səksən altı manat, 78 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği oçmaqla ümumilikdə 2964,39 (iki min doqquz yüz altmış dörd manat, 39 qəpik) manat məbləğində pulun və 49,65 (qırx doqquz manat, 65 qəpik) manat dövlət rüsümunun ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 30 mart 2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/99780/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə illik 22 (iyirmi iki) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2023-cü il tarixinə banka 952,21 (doqquz yüz əlli iki manat, 21 qəpik) manat məbləğində əsas borc, 608,81 (altı yüz səkkiz manat, 81 qəpik) manat məbləğində faiz borcu, 1116,59 (bir min yüz on altı manat, 59 qəpik) manat məbləğində cərimə borcu, 286,78 (iki yüz səksən altı manat, 78 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 2964,39 (iki min doqquz yüz altmış dörd manat, 39 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, mülki iş üzrə tərəflər məhkəmə iclasında iştirak etməmişlər. QSC "xxxx" Kommersiya Bankı (ləğv prosesindədir) tərəfindən məhkəməyə elektron ərizə ünvalanaraq işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-4498/2016 saylı qərarının surətindən görünür ki, Əmanətlərin Sığortalanması Fondu QSC “Bank Standard” Kommersiya Bankının ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 1xx/xx/99780/15 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan QSC "xxxx" X2 Cavid Abbas oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli pretenziyada sonuncunun xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 952.21 manat əsas, 191.40 manat faiz, 1116.59 manat cərimə, 134.68 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 2394.88 manat borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh «X3 Bankı» QSC-yə (ləğv prosesindədir) xx.xx.2023-cü il tarixə 952.21 (doqquz yüz əlli iki manat, 21 qəpik) manat əsas borc, 608.81 (altı yüz səksən manat, 81 qəpik) manat faiz borcu, 1116.59 (bir min yüz on altı manat, 59 qəpik) manat cərimə borcu, 286.78 (iki yüz səksən altı manat, 78 qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2964.39 (iki min doqquz yüz altımış dörd manat, 39 qəpik) manat məbləğində borcu vardır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(032)-636/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 25 iyul 2024-cü il tarixli, 9/4866 saylı ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli, 1xx/xx/99780/15 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2020-ci il tarixədək olan dövrün faiz borcu xx.xx.2017-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarixdən) illik 5 faizlə hesablanmaqla banka olan borcu xx.xx.2020-ci il tarixədək əsas borc üzrə 828,36 manat, faiz borcu üzrə 146,80 manat, faiz borcu üzrə 5%-lə 118,50 manat, xx.xx.2023-cü il tarixədək (maliyyə arayışının tarixi) olan dövrün faiz borcu xx.xx.2017-ci il tarixdən (müqavilə müddətinin bitdiyi tarixdən) 5 faizlə hesablanmaqla banka olan borcu xx.xx.2023-cü il tarixədək əsas borc üzrə 828,36 manat, faiz borcu 146.80 manat, faiz borcu üzrə 5%-lə 252.54 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/99780/15 nömrəli kredit (borc) razılaşmasına əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor QSC "xxxx" Kommersiya Bankına ödəmədiyi üçün müqavilə və digər razılaşmaların şərtlərini pozmuşdur. Məhkəmə hesab edir ki, cavabdehdən bankın xeyrinə tutulacaq borc məbləği bank tərəfindən təqdim edilmiş maliyyə arayışı üzrə deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 9/4866 saylı nömrəli ekspert rəyi əsas götürülməklə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli, 9/2258 saylı nömrəli ekspert rəyi əsas götürülməklə cavabdehdən bankın xeyrinə pul tutularkən bank tərəfindən maliyyə arayışının tarixinə uyğun, yəni xx.xx.2023-cü il tarixə əsasən aparılmış hesabat əsas götürülməli, yəni əsas borcu üzrə 828.36 manat, faiz borcu üzrə 146.80 manat müəyyən edilməlidir. Bundan başqa iddiaçının iddia tələbinin gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan 286.78 manat faiz borcunun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarınada qeyd edir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi–maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafıq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM–in 425-ci maddəsi). Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, kreditor hazırkı mülki iş üzrə iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/99780/15 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2024-cü il tarixli, 9/4866 saylı nömrəli ekspert rəyi ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixədək (maliyyə arayışının tarixi) olan dövrü əsas götürülməli və cavabdehdən 252.54 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehlərdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcə də artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2015-ci il tarixli, 1xx/xx/99780/15 nömrəli kredit müqaviləsi üzrə 828.36 manat əsas borca münasibətdə cavabdehdən 1116.59 manat dəbbə (cərimə) pulunun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan dəbbənin (cərimə) məbləği xx.xx.2015-ci il tarixli, 1xx/xx/99780/15 nömrəli kredit müqaviləsi üzrə 79 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 49.65 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan tələbə mütənasib cavabdehə və iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 1xx/xx/99780/15 saylı kredit müqaviləsi üzrə 828.36 manat əsas, 146.80 manat faiz borcu, 79 manat cərimə borcu, 252.54 manat gecikdirilmiş vaxt üçün faiz məbləği olmaqla ümumilikdə 1306,70 manat məbləğində pul tutularaq iddiaçı QSC "xxxx" Kommersiya Bankına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 33.06 manatı Cavabdeh tutularaq iddiaçı QSC "xxxx" Kommersiya Bankına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 16.59 manatı iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manatı cavabdehdən, 50 manat isə iddiaçı QSC "xxxx" Kommersiya Bankından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-636/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-636/2024
15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver