Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-64/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı ASC Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4640545A299 saylı kredit müqaviləsinə əsasən 2573,78 manat əsas, 321,1 manat faiz, cəmi 2894,88 manat borcun, xx.xx.2022-ci il tarixli, BBLK4654932A299 saylı kredit kartına dair müqaviləyə əsasən 980,88 manat əsas, 232,88 manat faiz, cəmi 1213,76 manat bocun, ümumilikdə 4108,64 manat borcun və ödənilmiş 61,09 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTKR4640545A299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 3948 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BBLK4654932A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25% dərəcəsi ilə 1550 manat məbləğində kredit verilmişdir. Daha dəqiq kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTKR4640545A299 saylı kredit müqaviləsinə əsasən 2573.78 manat əsas, 321.1 manat faiz, cəmi 2894,88 manat borcu, xx.xx.2022-ci il tarixli BBLK4654932A299 saylı kredit kartına dair müqaviləyə əsasən 980.88 manat əsas, 232.88 manat faiz, cəmi 1213,76 manat borcun, ümumilikdə 4108,64 manat borcu yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadığı qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünü idarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, Cavabdeh iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçıASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR4640545A299 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 15 % olmaqla 35 ay müddətinə 3948 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin ödəmə cədvəlindən görünür ki, borclu hər ay 139 manat 96 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2024-cü il tarixə kimi ödəməli idi. İddiaçı ASC Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK4654932A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25% dərəcəsi ilə 1550 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli, 15/5386 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4640545A299 saylı kredit müqaviləsinə əsasən 2573,78 manat əsas, 321.1 manat faiz, cəmi 2894,88 manat borc, xx.xx.2022-ci il tarixli, BBLK4654932A299 saylı kredit kartına dair müqaviləyə əsasən 980,88 manat əsas, 232,88 manat faiz, cəmi 1213,76 manat, hər iki müqavilə üzrə ümumilikdə 4108,64 manat borcu yaranmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh göndərilmiş bildirişdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə 1550 manat məbləğində Birkart müqaviləsi üzrə kredit xətti açılmış və bu kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 1128,73 manat məbləğində ümumi borcu, gecikmə günü 74 gün olmaqla 266,63 manat məbləğində gecikmə yaranmışdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 15 faiz hesablanmaqla 3948 manat məbləğində gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 2762,7 manat məbləğində ümumi borcu, gecikmə günü 73 gün olmaqla 507,26 manat məbləğində gecikmə yaranmışdır. Kredit müqaviləsinə uyğun ödəniş aparmadığı üçün vaxtı keçmiş borc yaranmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh kredit müqaviləsinə əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor İddiaçı ASC-yə ödəmədiyi üçün müqavilə şərtlərini pozmuşdur, bu səbəbdən iddia təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4640545A299 saylı kredit müqaviləsinə əsasən 2573,78 manat əsas, 321,1 manat faiz, cəmi 2894,88 manat borcun, xx.xx.2022-ci il tarixli BBLK4654932A299 saylı kredit kartına dair müqaviləyə əsasən 980,88 manat əsas, 232,88 manat faiz, cəmi 1213,76 manat bocun, ümumilikdə hər iki müqavilə üzrə 4108,64 manat borc alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 61 manat 0.09 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR4640545A299 saylı kredit müqaviləsinə əsasən 2573 (iki min beş yüz yetmiş üç) manat 0.78 (yetmiş səkkiz) qəpik əsas, 321 (üç yüz iyirmi bir) manat 0.10 (on) qəpik faiz, cəmi 2894 (iki min səkkiz yüz doxsan dörd) manat 0.88 (səksən səkkiz) qəpik borcun, xx.xx.2022-ci il tarixli, BBLK4654932A299 saylı kredit kartına dair müqaviləyə əsasən 980 (doqquz yüz səksən) manat 0.88 (səksən səkkiz) qəpik əsas, 232 (iki yüz otuz iki) manat 0.88 (səksən səkkiz) qəpik faiz, cəmi 1213 (bir min iki yüz on üç) manat 0.76 (yetmiş altı) qəpik borcun, ümumilikdə hər iki müqavilə üzrə 4108 (dörd min yüz səkkiz) manat 0.64 (altmış dörd) qəpik məbləğində pul alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(032)-64/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-64/2024
09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver