Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-642/2024 12.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı "xxxx" X7 Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X6 vurulmuş maddi ziyandan ödənilməmiş 2891 manat 18 qəpik məbləğində pul vəsaitinin Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh “Chevrolet Cruze minik” markalı ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X6 məxsus 1 ədəd “Fonar” tipli işıq dirəyini və onun özül hissəsini sıradan çıxararaq müəssisəyə 4162.68 (dörd min yüz altmış iki) manat 68 (altmış səkkiz) qəpik manat məbləğində maddi ziyan yetirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Yasamal RPİ-nin Təhqiqat şöbəsində xx.xx.2023-cü il tarixdə “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərara eyni zamanda Yasamal rayon DYPŞ-nin əmakdaşı tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Chevrolet Cruze minik” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən “Chevrolet Cruze minik” markalı ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası "xxxx" ASC-də sığortalanmışdır. Bu səbəbdən "xxxx" ASC tərəfindən "xxxx" X5 bank hesabına mütənasib qaydada 1271 (min iki yüz yetmiş bir) manat 50 (əlli) qəpik məbləğində sığorta ödənişi ödənilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müəssisəyə dəymiş 4162 (dörd min yüz altmış iki) manat 68 (altmış səkkiz) qəpik məbləğində maddi ziyandan qalıq olaraq qalan 2891 (iki min səkkiz yüz doxsan bir) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" X8 ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün müəssisəyə dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq iddiaçı "xxxx" X2 nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını, iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, ərizə göndərərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini qəbul etmədiyini, ondan tələb edilən pulu maddi imkanı olmadığı üçün ödəyə bilməyəcəyini bildirib, iddianın təmin edilməməsini xahiş etmiş, MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** TT *** qeydiyyat nişanlı “Chevrolet Cruze minik” markalı nəqliyyat vasitəsinin sahibi X1r. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin surətindən görünür ki, “Chevrolet Cruze minik” markalı ** TT *** dövlət nömrə nişanlı avtomobilə dair müəyyən səlahiyyətlər X4 tərəfindən Cavabdeh etibar edilmişdir. Etibarnamə 11 ay 28 gün müddətinə verilmiş - xx.xx.2023-cü ilədək qüvvədədir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, hadisəni törədən “Chevrolet Cruze minik” markalı ** TT *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh barəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsi və İXM-in 327.1 və 327.8-ci maddələrinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və həmin tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 20:30-da “Chevrolet Cruze” markalı ** TT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)- 3792/2023 saylı qərarının surətindən görünür ki, Cavabdeh İXM-in 328.7-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitlərini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. "xxxx" X7 tərəfindən verilən Yasamal rayonu, A.M.Şərifzadə küçəsində naməlum sürücünün idarə etdiyi “Chevrolet Cruze” markalı ** TT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş işıq dirəyinin bərpasına sərf olunan xərclərin smetasına əsasən məbləğ 4162.68 manat müəyyən edilmişdir. "xxxx" EŞM-nin baş mühəndisi A.Paşayev tərəfindən xx.xx.2023-cü il tarixli 25 saylı aktın surətindən görünür ki, 1 ədəd dirək tam yararsızdır. Çıxarışdan görünür ki, Ata Sığorta ASC tərəfindən "xxxx" X5 hesabına 1271 (bir min iki yüz yetmiş bir) manat 50 (əlli) qəpik məbləğində pul köçürülmüşdür. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia tələbi əsaslı, əgər uzlaşmırsa, iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda qeyd edilən normalarla əlaqədar diqqətə çatdırır ki, MM-in 1108-ci maddəsində delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi göstərilmişdir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən şəxs yüksək təhlükə mənbəyinin sahibi hesab edilir. Həmin mənbənin sahibi də burulmuş zərəri ödəməyə borcludur. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, "xxxx" X3 məxsus əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi mülki hüquq pozuntusunu törətmiş Cavabdeh öhdəsinə qoyulmalıdır. Məhkəmə hesab edir ki, "xxxx" X3 məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 2891 (iki min səkkiz yüz doxsan bir) manat 18 (on səkkiz) qəpik məbləğində pul Cavabdeh alınaraq iddiaçı "xxxx" X3 verilməli, bununla da iddia təmin olunmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Habelə həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat 92 (doxsan iki) qəpik məbləğində pul tutularaq dövlət nəfinə keçirilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh maddi ziyanın əvəzi olaraq 2891 (iki min səkkiz yüz doxsan bir) manat 18 (on səkkiz) qəpik məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" X3 verilsin. Cavabdeh dövlət rüsumunun əvəzi olaraq 48 (qırx səkkiz) manat 92 (doxsan iki) məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” 1informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-642/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-642/2024
12.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver