Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-731/2024 20.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı kredit müqaviləsi üzrə kredit əsas borcuna görə 94,76 manat, faiz borcuna görə 7,44 manat, dəbbə borcuna görə 0,91 manat, cəmi 103,11 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı kredit müqaviləsinə əsasən illik 14% (on dörd) faiz dərəcəsi olmaqla 18 (on səkkiz) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 21-dən gec olmayaraq, hər ay 92,88 (doxsan iki manat səksən səkkiz qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 94,76 (doxsan dörd manat yetmiş altı qəpik) manat, faiz borcuna görə 7,44 (yeddi manat qırx dörd qəpik) manat, dəbbə borcuna görə 0,91 (sıfır manat doxsan bir qəpik) manat, borcun cəmi məbləği 103,11 (yüz üç manat on bir qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq, cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, poçt vasitəsi ilə verilmiş zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən sonuncuya 18 ay müddətinə 1500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 94,76 manat ödənilməmiş əsas borcu, 7,44 manat faiz borcu və 0,91 manat dəbbə borcu mövcuddur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə 3 iş günü müddətində borcun ödənişinin təmin edilməsi barədə xəbərdar etmişdir. İş materialları ilə müəyyən edilir ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimı qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Hazırki iş üzrə iddiaçının təqdim etdiyi sübutlar isə borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 385.1, 442, 425, 427, 439, 442, 448, 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş və onun 94,76 manat ödənilməmiş əsas borcu, 7,44 manat faiz borcu və 0,91 manat dəbbə borcu qalmışdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı göstərilən kredit müqaviləsinin şərtlərinin icrasını, yəni ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 94,76 manat, faiz borcuna görə 7,44 manat, dəbbə borcuna görə 0,91 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21 iyun 2022-ci il tarixli, NSNPU-08407 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 94,76 manat, faiz borcuna görə 7,44 manat, dəbbə borcuna görə 0,91 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 133,11 (yüz otuz üç manat on bir qəpik) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №e-2(032)-731/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-731/2024
20.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver