Məhkəmə qərarları › İş №e-2(032)-758/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-758/2025

08.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-758/2025 08.09.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək 3512,79 (üç min beş yüz yetmiş doqquz manat, 79 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, 60 (altmış) manat məbləğində dövlət rüsumunun, 170 manat məbləğində məhkəmə xərclərinin və 1200 (bir min iki yüz) manat məbləğində vəkil xərcinin cəmi 4942,79 (dörd min doqquz yüz qırx iki manat 79 qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12500 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir . Beləliklə, Şirvan şəhər Məhkəməsi xx.xx.2017-ci il tarixli müqavilə üzrə 10 000 min manatın (öhdəliyin tələb etmə məqamı xx.xx.2019-cu ildən başlayır) və müqavilə olmadan tərəflərin izahatı ilə müəyyən edilmiş 2500 manatın (tələbetmə məqamı xx.xx.2018-ci ildən başlayır) ödənilməsini təmin etmişdir. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və iş üzrə icraata başlanılmışdır. Lakin, cavabdeh məhkəmə qətnaməsi ilə onun qarşısına qoyulmuş öhdəliyin icrasından qəsdən boyun qaçırmışdır. Bu səbəbdən o inzibati məsuliyyətə cəlb edilmişdir. 2023-cü ilin iyul ayında iddiaçıya məlum olmuşdur ki, cavabdehin mülkiyyətində ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış mövcuddur. İcra sənədinin icrası ilə bağlı həmin qeyri-yaşayış sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi və sonradan həmin sahənin hərracda satılması ilə bağlı o, Binəqədi İcra və Probasiya Şöbəsinə müraciət . Lakin cavabdeh həmin proseslərdən xəbərdar olan kimi, dərhal uydurma əqd bağlayaraq sözügedən qeyri-yaşayış sahəsini anası X1 bağışlamışdır. Həmin müqavilənin “uydurma əqd” bağlayaraq icra sənədi üzrə öhdəliyin yerinə yetirilməsindən yayınmaq əsası” ilə o X1 və digər şəxslərə qarşı “əqdin etibarsız hesab edilməsi tələbi ilə” Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsi təmin olunmuşdur. Lakin, həmin qətnamə hələ də icra olunmamışdır. Bütün yuxarıda göstərilənlərdən məlum olur ki, cavabdeh artıq 7 ildən artıq ki, ona məxsus vəsaiti qanunsuz olaraq özündə saxlayır. 1.10000*5% =500/365 (ildə günlərin sayı) = 1.37 manat/ günlük; 2. 2500*5% =125/365 (ildə günlərin sayı) = 0.34 manat/günlük. Əsas məbləğ 10000 manat , öhdəliyin yaranma tarixi xx.xx.2019-xx.xx.2025, gecikdirilmiş günlərin sayı 1929 ,cəmi 2642 manat 73 qəpik; Əsas məbləğ 2500 manat , öhdəliyin yaranma tarixi xx.xx.2020-xx.xx.2025, gecikdirilmiş günlərin sayı 1767 ,cəmi 600 manat 78 qəpik ; Əsas məbləğ 2500 manat , öhdəliyin yaranma tarixi xx.xx.2018xx.xx.2020, gecikdirilmiş günlərin sayı 792 ,cəmi 269 manat 28 qəpik, ümumlikdə cəmi 3512 manat 79 qəpik. Beləliklə, cavabdeh pul vəsaitinin gecikdirilməsi üçün 3512.79 manat məbləğində borcu vardır. Həmçinin, qeyd olunmalıdır ki, tərəfindən pul vəsaitinin əldə olunması üçün vəkillərə müəyyən vəsaitlər ödənilmiş və qətnamənin icrasına nail olmaq üçün əlavə iddialar qaldırılmış və həmin iddialarla bağlı məsrəfləri olmuşdur. Həmin məsrəflər aşağıda göstərilmişdir: 1. Yasamal Rayon Məhkəməsinə ödənilmiş rüsumlar 100 manat iddia üçün və 70 MTT-nin verilməsinə görə 10 MTT-üçün və 50 MTT-qoyulmasından imtinaya görə şikayətə görə. Bundan əlavə, tərəfindən 1200 manat məbləğində vəkil xərci və 60 manat dövlət rüsumu ödənilmişdir. Hesab edir ki, cavabdeh borcunu vaxtında ödəmiş olsaydı bu məsrəflərdən azad oluna bilərdi. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək məhkəmə gedişatı zamanı iki hal müəyyən edilmişdir: 1. iddiaçı dəymiş zərərin məbləğini xx.xx.2025ci il tarixinə qədər hesablanmış, lakin cavabdehin məhkəmə prosesini lüzumsuz olaraq uzatmasına görə iş 2025-ci ilin sentyabr ayına qədər məhkəmə baxışına təyin oluna bilməmişdir. Bu səbəbdən, hesab edir ki, iddia tələbi dəqiqləşdirilməli dəymiş zərərin məbləği xx.xx.2025-ci il tarixinə uyğun müəyyən edilməlidir; 2. cavabdeh israrla sübut etməyə çalışır ki, o bir sıra ödənişləri həyata keçirdiyindən iddia ərizəsində tələb edilən məbləğ aşağı endirilməlidir. Hesab edir ki, məhkəmə prosesini uzatmamaq üçün cavabdehin bu fikri ilə razılaşmalı, iddia tələbi qəbzlərin məbləğlərinə uyğunlaşdırılmalıdır. Belə ki, 1) əsas məbləğ : 10000 manat, ödənilən məbləğ : 0 manat, tarix aralığı : xx.xx.2019-xx.xx.2020, gecikdirilmiş günlərin sayı 163, 1.37 (gündəlik ödəniş məbləğ/365*5%) , cəmi 223 manat 29 qəpik ; 2) əsas məbləğ : 10000 manat, ödənilən məbləğ : 0 manat, tarix aralığı : xx.xx.2020xx.xx.2023, gecikdirilmiş günlərin sayı 1185, 1.37 (gündəlik ödəniş məbləğ/365*5%) , cəmi 1623 manat 29 qəpik ; 3) əsas məbləğ : 9600 manat, ödənilən məbləğ : 400 manat, tarix aralığı : xx.xx.2023xx.xx.2023, gecikdirilmiş günlərin sayı 37, 1.32 (gündəlik ödəniş məbləğ/365*5%) , cəmi 48 manat 66 qəpik; əsas məbləğ : 9100 manat, ödənilən məbləğ : 500 manat, tarix aralığı : xx.xx.2023xx.xx.2023, gecikdirilmiş günlərin sayı 36, 1.25 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 44 manat 88 qəpik ; əsas məbləğ : 8700 manat, ödənilən məbləğ : 400 manat, tarix aralığı : xx.xx.2023xx.xx.2023, gecikdirilmiş günlərin sayı 44, 1.19 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 52 manat 44 qəpik ; əsas məbləğ : 8250 manat, ödənilən məbləğ : 450 manat, tarix aralığı : xx.xx.2023xx.xx.2024, gecikdirilmiş günlərin sayı 115, 1.13 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 129 manat 97 qəpik ; əsas məbləğ : 7500 manat, ödənilən məbləğ : 750 manat, tarix aralığı : xx.xx.2024xx.xx.2024, gecikdirilmiş günlərin sayı 224, 1.03 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 230 manat 14 qəpik ; əsas məbləğ : 7200 manat, ödənilən məbləğ : 300 manat, tarix aralığı : xx.xx.2024xx.xx.2024, gecikdirilmiş günlərin sayı 29, 0.99 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 28 manat 60 qəpik ; əsas məbləğ : 6900 manat, ödənilən məbləğ : 300 manat, tarix aralığı : xx.xx.2024xx.xx.2025, gecikdirilmiş günlərin sayı 38, 0.95 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 35 manat 92 qəpik ; əsas məbləğ : 6600 manat, ödənilən məbləğ : 300 manat, tarix aralığı : xx.xx.2025xx.xx.2025, gecikdirilmiş günlərin sayı 91, 0.90 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 82 manat 27 qəpik ; əsas məbləğ : 5700 manat, ödənilən məbləğ : 900 manat, tarix aralığı : xx.xx.2025xx.xx.2025, gecikdirilmiş günlərin sayı 153, 0.78 (gündəlik ödəniş məbləğ/36*5%) , cəmi 119 manat 47 qəpik , Cəmi 2618 manat 91 qəpik 1) əsas məbləğ : 2500 manat, tarix aralığı : xx.xx.2018-xx.xx.2020, gecikdirilmiş günlərin sayı 792, 0.34 (gündəlik ödəniş məbləğ/365*5%) , cəmi 271 manat 23 qəpik ; 2) əsas məbləğ : 2500 manat, tarix aralığı : xx.xx.2020-xx.xx.2025, gecikdirilmiş günlərin sayı 1766, 0.34 (gündəlik ödəniş məbləğ/365*5%) , cəmi 604 manat 79 qəpik ; 3) əsas məbləğ : 2500 manat, tarix aralığı : xx.xx.2025-xx.xx.2025, gecikdirilmiş günlərin sayı 153, 0.34 (gündəlik ödəniş məbləğ/365*5%) , cəmi 52 manat 40 qəpik ; cəmi 928 manat 42 qəpik, ümumlikdə cəmi : 2618, 91 +928, 42= 3547,33. Qalan hissədə iddia tələbi olduğu kimi qalır. Dövlət rüsumu artıq ödənildiyindən dəyişməz olaraq qalır. Odur ki, 3547,33 (üç min beş yüz qırx yeddi manat, 33 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, 60 (altmış) manat məbləğində dövlət rüsumunun, 170 (bir yüz yetmiş) manat məbləğində məhkəmə xərclərinin və 1200 (bir min iki yüz) manat məbləğində vəkil xərcinin cəmi 4977,33 (dörd min doqquz yetmiş yeddi manat 33 qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixdə cavabdehin şifahi etirazına dair mülahizəsi məhkəməyə daxil olmuşdur. Mülahizəyə görə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi və s. tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(032)-344/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 12500 manat məbləğində vəsaitin və ödənilmiş 30 manat miqdarında dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Beləliklə, Şirvan şəhər Məhkəməsi xx.xx.2017-ci il tarixli müqavilə üzrə 10000 min manatın (öhdəliyin tələb etmə məqamı xx.xx.2019-cu ildən başlayır) və müqavilə olmadan tərəflərin izahatı ilə müəyyən edilmiş 2500 manatın (tələbetmə məqamı xx.xx.2018-ci ildən başlayır) ödənilməsini təmin etmişdir. Həmin qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almış və iş üzrə icraata başlanılmışdır. Hazırda, İddiaçı 3512,79 (üç min beş yüz yetmiş doqquz manat, 79 qəpik) manat pul məbləğinin ödənilməsinin gecikdirilməsi üçün beş faiz, 60 (altmış) manat məbləğində dövlət rüsumunun, 170 manat məbləğində məhkəmə xərclərinin və 1200 (bir min iki yüz) manat məbləğində vəkil xərcinin cəmi 4942,79 (dörd min doqquz yüz qırx iki manat 79 qəpik) manat məbləğin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması barədə mülki iş icraatdadır. Cavabdeh hazırkı iş guya ki, bir sıra ödəniş qəbzlərini təqdim edəcəyini əsas gətirərək iddianın təmin edilməməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, cavabdeh iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra başlamışdır. Cuzi ödənişlər aparmışdır. Bu səbəbdən hesab edir ki, cavabdehin ödənişlə bağlı dəlilləri əsassızdır. Eyni zamanda, qeyd olunmalıdır ki, cavabdeh qanunsuz olaraq, ona məxsus vəsaiti 7 ildən çox müddət ərzində saxlamaqdadır. O, həmin vəsaiti hər-hansı kredit təşkilatına əmanət qismində yerləşdirsəydi ən azından illik 10 faiz miqdarında gəlir əldə etmiş olacaqdı. Həmçinin, sözügedən borc məbləği ondan alınarkən həmin vəsaitin ona tam ödəniləcəyi vəd edilmişdir. Hər-hansı hissəvi ödənişdən söhbət getmirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak etdiyindən məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddiaçının iddia tələbi ilə tanış olmuşdur. İddia tələbi ilə razı deyil. Belə ki, o maddi imkanın olmadığını, Ayselə olan əvvəlki borcunu, həmçinin hazırda tələb olunan pul məbləğini də ödəyə bilməyəcəyini bildirdi. O, qeyd etdi ki, iddiaçıya olan borcundan 3000 manatdan çox ödənişlər etmişdir və ödəniş qəbzləri icra məmurundadır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, vəkilin çıxışını, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından olan : Şirvan şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(032)-344/2020 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı 17.500 manat, həmçinin borcu ödədiyi günə qədər illik 8%, mənəvi zərərin əvəzi kimi isə 5000 manat pulun alınması və cavabdehin əməllərində cinayət tərkibi varsa iş materiallarının prokurorluğa göndərilməsi barədə iddia ərizəsi qismən təmin edilmiş, alınsın Cavabdeh 12.500 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun verilməsi İddiaçı, İddiaçı Cavabdeh qarşı borcu ödədiyi günə qədər illik 8%, mənəvi zərərin əvəzi kimi isə 5000 manat pulun alınması və cavabdehin əməllərində cinayət tərkibi varsa iş materiallarının prokurorluğa göndərilməsi hissəsində iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-3640/2024 nömrəli qətnamənin surətindən müəyyən olunur ki, iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh ilə X2 arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair 3 saylı Bakı “ Asan xidmət” mərkəzində bağlanmış 4Ə-960 nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməsi qət edilmişdir. Məhkəmə iclasında Şirvan şəhər Məhkəməsinin 2(032)-344/2020 saylı iş materiallarına baxış keçirilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-344/2020 saylı iş materiallarına əlavə edilmiş: Şirvan şəhər 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli borcun etiraf edilməsi haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, borc verən İddiaçı borcalana, yəni Cavabdeh 10.000 manat borc pul vermiş, borcalan krediti xx.xx.2018-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli sazişin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı razılaşmaya əsasən 21 avqust 2017-ci il tarixli reyestrdə 3M-215 nömrə ilə qeydə alınmış kredit müqaviləsinin şərtlərinə əməl edilərək müqavilənin müddətinin bir il müddətində uzadılması barədə saziş bağlanmışdır. Cavabdeh Bakı şəhəri, Binəqədi rayon Polis idarəsi 5-ci Polis bölməsində xx.xx.2020ci il tarixdə vermiş olduğu izahatında bildirmişdir ki, İddiaçı faiz şərti olmaqla 10.000 manat almış, daha sonra notariat kontorda tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Hər ay 500 manat olmaqla həmin puldan İddiaçı ödəniş etmiş, daha sonra 2500 manat və 6000 manat yenidən faizə götürərək ayda 925 manat ödəniş etmişdir. Sonra maddi imkanı yaxşı olmadığından İddiaçı xahiş etmişdir ki, edəcəyi pulu əsas məbləğdən çıxsın, lakin onun bu təklifi ilə razılaşmamışdır. Cavabdeh polisə izahatında bildirmişdir ki, uzun müddətdir ki, saç ustası kimi fəaliyyət göstərir. Fəailiyətini ilkin olaraq gözəllik salonunda başlasada, sonradan fərdi şəkildə işləməyə başladı. Həmin müddət ərzində Şirvandan tanışları olan Günel adlı xanımla münasibəti var idi. Günellə tanışlıqları isə getdiyi müştərinin evində olmuşdur. Həmin müştəri ona Güneli göstərəndə bildirmişdir ki, yerlindir. Bundan sonra Günellə münasibət yarandı, sonra Günel onu ailəsi ilə tanış etdi və bildirdi ki, onlarında salonluq işləri olanda gəl evdə həll elə, heç bir narahatçılığı yoxdur. O,da razılıq verdi. Sonra dəfələrlə onların yaşadığı mənzilə getdi, gedişinin səbəbi onların saç ustasına ehtiyacları olması olub. Getdiyi müddətdə Ayselin anası bildirdi ki: “Ayselin cehizlikdən pulu qalıb, həmin pulu faizə verirəm, istəyən olsa de”. Bu söhbətdən təxminən 1 ay sonra onun 10000 AZN pula ehtiyacı olduğu üçün onlara bu barədə bildirdi. Cavab olaraq ona bildirdilər ki, həmin pulu sənə 5%nən verərik. O, məcbur olduğu üçün razılaşdı. Pulu götürdükdən sonra xx.xx.2018-ci il tarixdə Aysel ona bildirdi ki, “gedək Asan xidmətə verdiyi pulu borc kimi sənətləşdirək”. O, razılaşdı və gedib həmin müqaviləni bağladılar. Həmin pula ayda 500 AZN 1 il müddətində ödədi. İlin tamamında 2019-cu ilan avqustunda ona bildirdi ki, “sənə 1000 AZN pul verim əsas borcdan sil”, razılaşdıqlarvə birlikdə Asan xidmətə getdilər ki, həm əsas borcdan 1000 AZN silinsin həmdə ki, müqavilənin müddətin artırdılar. Onlar Asan xidmətə çatdıqada Aysel o, pulu aldı və bildirdi ki, “mən özüm həll edəcəm sən gözdə”. Onların aralarında səmimiyyət olduğu üçün onunla razılaşdı. O, 10000 AZN pulu götürdükdən sonra, təxminən 3-4 ay müddətində onlardan 2500 AZN bir və 6000 AZN də bir pulu sələmə götürmüşdür. Bütün bunlarla bağlı o, hər ay ümumilikdə 2 il müddətində onlara ay 925 AZN sələmin pulun ödəmişdir. Lakin onlar əsas puldan heç bir məbləğ çıxmayıblar. Sonradan aralarında sözsöhbət yarandı. O, da onlara bildirdi ki, indiyə kimi ödədiklərin hamısı silinsin, çünki onlara yetəri qədər pul ödəmişdir. Onlarla aralarında olan 10000 AZN müqaviləli pulu isə onlara hər ay 500 AZN ödəyərək borcunu verib qurtarsın, verdiyi pul əsas borcdan çıxılsın. Çünki artıq onlara sələm şəklində ödəyəcək nə gücü var nə də ki pulu. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Cavabdeh 12500 manat məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsinə dair icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə sorğusu əsasında Binəqədi rayon İcra şöbəsindən əldə edilmiş və cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə 450 manat, xx.xx.2024-cü il tarixdə 750 manat, xx.xx.2024-cü il tarixdə 300 manat , xx.xx.2024-cü il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 900 manat, cəmi 4300 manat məbləğində pul Cavabdeh İddiaçı hesabına ödənilmişdir. İşin mübahisəsiz halları odur ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə 12500 manat məbləğində pul məbləğində pul tutulmuşdur. Hazırda iddiaçı cavabdehdən Şirvan şəhər Məhkəməsi xx.xx.2017-ci il tarixli müqavilə üzrə 10000 min manatın (öhdəliyin tələb etmə məqamı xx.xx.2019-cu ildən başlayır) və müqavilə olmadan tərəflərin izahatı ilə müəyyən edilmiş 2500 manatın (tələbetmə məqamı xx.xx.2018-ci ildən başlayır) yəni ümumilikdə 12500 manat məbləğində pulun 01 sentyabr 2025-ci il tarixədək olan müddət üçün (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin verildiyi tarixə) gecikdirilmiş vaxt üçün illik 5 faizinin yəni 3547,33 (üç min beş yüz qırx yeddi manat, 33 qəpik) manat pulun ödənilməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 377.3-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər Müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır. Məhkəmə iddianın 10000 manat məbləğə uyğun illik 5 faiz məbləğinin 2618.91 manat və 2500 manat məbləğə uyğun illik 5 faiz məbləğinin 928.42 manat tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanılmış, müqaviləyə əsasən Cavabdeh İddiaçı 1 il müddətinə qaytarmaq şərti ilə 10000 manat borc pul götürmüş, Sonradan Cavabdeh yenidən İddiaçı 2500 manat pul götürmüşdür. xx.xx.2018-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı razılaşmaya əsasən 21 avqust 2017-ci il tarixli reyestrdə 3M-215 nömrə ilə qeydə alınmış kredit müqaviləsinin şərtlərinə əməl edilərək müqavilənin müddəti bir il müddətinə uzadılmışdır. Şirvan şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(032)- 344/2020 nömrəli qətnaməsi ilə Cavabdeh 12.500 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmiş, xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəməyə təqdim edilmiş qəbzlərə və iddiaçının nümayəndəsi və vəkilinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsində edilmiş ödənişlərlə bağlı etirafına əsasən cavabdeh tərəfindən müxtəlif vaxtlarda ümumlikdə borcdan 4300 manat məbləğində pul iddiaçıya ödənilmişdir. Qeyd edilənləri, o cümlədən 10000 manat məbləğində pulun alınmasına dair borc müqaviləsinin müddətinin xx.xx.2019-cu il tarixində bitdiyini, tələbetmə anının həmin taixdən yarandığını, həmçinin Cavabdeh tərəfindən 2500 manat məbləğində borcun (tələbetmə anı izahatda nəzərdə tutulmadığından) İddiaçı alınmasının qanuni qüvvədə olan Şirvan şəhər Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(032)-344/2020 nömrəli qətnaməsi ilə təsdiq olunmasını, həmin borcdan müxtəlif vaxtlarda cavabdeh tərəfindən ümumlikdə 4300 manat məbləğində pulun iddiaçıya ödənilməsini, bundan sonra heç bir ödəniş edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, öhdəliyin icrasının gecikdirilməsinə görə 10000 manat əsas borc üçün edilmiş ödənişlər nəzərə alınmaqla xx.xx.2019-xx.xx.2020-ci il tarixə 163 gün, xx.xx.2020-xx.xx.2023-cü il tarixə (borcdan ilk ödənişin edildiyi) 1184 gün,xx.xx.2023xx.xx.2023-cü il tarixə 37 gün, xx.xx.2023-xx.xx.2023-cü il tarixə 36 gün,xx.xx.2023xx.xx.2023-cü il tarixə 44 gün, xx.xx.2023-xx.xx.2024-cü il tarixə 115 gün, xx.xx.2024xx.xx.2024-cü il tarixə 223 gün, xx.xx.2024-xx.xx.2024-cü il tarixə 29 gün, xx.xx.2024xx.xx.2025-ci il tarixə 38 gün,xx.xx.2025-01.04.205-ci il tarixə 60 gün, xx.xx.2025xx.xx.2025-ci il tarixə 153 gün müddət üçün və 2500 manat əsas borc üçün edilmiş ödənişlər nəzərə alınmaqla xx.xx.2020-xx.xx.2025-ci il tarixə 1919 gün gecikdirilmiş vaxt üçün illik 5 faizinin həcmində faiz hesablana bilər. Beləliklə, məhkəmə hesab edir ki, gecikdirilmiş vaxt üçün, yəni 10000 manat əsas borc üçün xx.xx.2019-cu ildən xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmaqla 2588 manat 59 qəpik və 2500 manat əsas borc üçün xx.xx.2020-ci ildən xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmaqla 657 manat 19 qəpik, cəmi 3245 manat 78 qəpik manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. O ki, qaldı 170 (bir yüz yetmiş) manat (Yasamal Rayon Məhkəməsinə ödənilmiş rüsumlar 100 manat iddia üçün və 70 MTT-nin verilməsinə görə 10 MTT-üçün və 50 MTTqoyulmasından imtinaya görə şikayətə görə ) məbləğində məhkəmə xərclərinin ödənilməsi tələbinə məhkəmə hesab edir ki, bu hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. MPM-in 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə;bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa;bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti geri qaytarılarsa və ya apellyasiya icraatına xitam verilərsə qaytarılır. MPM-in 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi qaydası göstərilməli olduğundan, həmçinin dövlət rüsumun hansı halda qaytarılması qaydası məcəllə ilə tənzimləndiyindən hazırki iddia üzrə 170 (bir yüz yetmiş) manat ( Yasamal Rayon Məhkəməsinə ödənilmiş rüsumlar 100 manat iddia üçün və 70 MTT-nin verilməsinə görə 10 MTT-üçün və 50 MTT-qoyulmasından imtinaya görə şikayətə görə ) məbləğində məhkəmə xərclərinin ödənilməsi tələbi əsassız olduğundan iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 60 (altmış) manat məbləğində dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hüquqi xidmətə görə vəkilə 1200 manat məbləğində pul ödəmişdir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli , gecikdirilmiş vaxt üçün, yəni 10000 manat əsas borc üçün xx.xx.2019-cu ildən xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmaqla 2588 manat 59 qəpik və 2500 manat əsas borc üçün xx.xx.2020-ci ildən xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmaqla 657 manat 19 qəpik , cəmi 3245 manat 78 qəpik manat cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 60 (altmış) manat, hüquqi xidmətə görə 1200 (bir min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3245 (üç min iki yüz qırx beş) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin . Cavabdeh ödənilmiş dövlət rüsumu kimi 60 (altmış) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Cavabdeh hüquqi xidmətə görə 1200 (bir min iki yüz ) manat pul alınaraq İddiaçı verilsin verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar