Məhkəmə qərarları › İş №e-2(032)-779/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-779/2025

21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-779/2025 21.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi, İddiaçının nümayəndəsi vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı AJR LEASİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh 4350 (dörd min üç yüz əlli) manat məbləğində dəymiş zərərin, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 71 (yetmiş bir) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə (əvvəlki adı- "xxxx" MMC) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddia ərizəsində göstərilmişdir ki, “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, BAN-WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli, ML-132 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir (Nəqliyyat vasitəsinin uçot kartoçkası: Qeydiyyat şəhadətnaməsi №BB203796; Dövlət qeydiyyat nişanları-77-PL253; Verilmə tarixi: xx.xx.2022). "BMW 528 Xİ” markalı **-PL-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli ML-132 nömrəli alqı-satqı müqaviləsi üzrə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində vəsait Cavabdeh "xxxx" MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "xxxx" MMC-nin mülkiyyətində olan “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***, BAN-WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi X8 geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir: “Həmin avtomobili İlqar Məmmədov dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Səməndər Məmmədovun idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, X5 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Elgiz Eldarlının köməyi ilə sonuncunun tanışı X4 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Kərəmova Səbinənin mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə “BMW 528 Xl” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X9 tərəfindən Cavabdeh nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. Cavabdeh X9 tərəfindən etibarnamə verilən zaman Cavabdeh həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında X4 mülkiyyətində olan avtomobil Cavabdeh tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil "xxxx" MMC tərəfindən X11 lizinqə verilmişdir. Göründüyü kimi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 mülkiyyətindən iradəsinə zidd olaraq X2, daha sonra isə X4 mülkiyyətinə keçirilmişdir. X7, X9 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirən Cavabdeh da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. “ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir: “Məhkəmə baxışı zamanı dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Eldarlı Elgiz oğlu onun tanışıdır. O, avtomobilə ehtiyacı olduğunu əvvəlcədən Elgizə bildirmişdir ki, münasib bir avtomobil olduqda ona xəbər versin. Belə ki, 2022-ci ilin fevral ayının əvvəllərində Elgiz ona əlində “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması barədə məlumat vermiş və münasib qiymətə ona sata biləcəyini demişdir. Həmin vaxt Elgiz ona həmçinin bildirdi ki, avtomobilin sənədlərində problem olsa da, rəsmi dövlət orqanlarında alqı-satqı ilə bağlı hər hansı qadağa yoxdur. Elgiz ona həmin avtomobil dostu X19 adlı şəxs tərəfindən qanunsuz olaraq satıldığını izah etmişdir. O da həmin vaxt avtomobilə ciddi ehtiyacı olduğundan və işə gəlib-getməyə avtomobili olmadığından həmin avtomobili sənədlərində problem olmasına baxmayaraq, almaq qərarına gəlmişdir. Odur ki, 2022-ci ilin fevral ayının 03–də X1 birlikdə Sumqayıt RPİ və TBŞ-da avtomobili mülkiyyətinə keçirib 19500 manata satın almışdır. Lakin, daha sonra Elgiz ona avtomobili satmaq üçün etibarnamə vermək lazım olduğunu demiş, o da xx.xx.2022-ci il tarixdə Elgizin iştirakı ilə sonuncunun tanışlarından birinə etibarnamə vermiş, həmin şəxsin kim olması, eləcə də avtomobilin sonradan hansı qaydada alqı-satqı edilməsi barədə məlumatı yoxdur. Həmin gün Elgiz ona 19500 manat pulunu tam şəkildə vermiş və avtomobildən bir daha xəbəri olmamışdır. Buna görə də o, rayon prokurorluğunda aparılan araşdırma üzrə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.” Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024cü il tarixli hökmü ilə “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***; BAN-WBAXH5C55DDW13335; Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinin X8 qaytarılması nəticəsində "xxxx" MMC-yə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində zərər dəymişdir. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Hesab edirik ki, İddiaçı MMC-yə (əvvəlki adı- "xxxx" MMC) dəymiş zərərin əvəzi Cavabdeh tərəfindən 4350 (dörd min üç yüz əlli) manat ödənilməlidir. İddiaçı tərəf dəqiqləşdirmə haqqında ərizə verərək bildirmişdir ki, “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, BANWBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli, ML-132 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir (Nəqliyyat vasitəsinin uçot kartoçkası: Qeydiyyat şəhadətnaməsi BB203796; Dövlət qeydiyyat nişanları-**-PL-***; Verilmə tarixi: xx.xx.2022). "BMW 528 Xİ” markalı **-PL-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli ML-132 nömrəli alqı-satqı müqaviləsi üzrə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində vəsait Cavabdeh "xxxx" MMC tərəfindən ödənilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən, "xxxx" MMC-nin mülkiyyətində olan “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-77-PL253, BAN- WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi X8 geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir: “Həmin avtomobili İlqar Məmmədov dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Səməndər Məmmədovun idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, X5 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Elgiz Eldarlının köməyi ilə sonuncunun tanışı X4 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Kərəmova Səbinənin mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə “BMW 528 Xl” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X9 tərəfindən Cavabdeh nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. Cavabdeh X9 tərəfindən etibarnamə verilən zaman Cavabdeh həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında X4 mülkiyyətində olan avtomobil Cavabdeh tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil "xxxx" MMC tərəfindən X11 lizinqə verilmişdir. Göründüyü kimi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 mülkiyyətindən iradəsinə zidd olaraq X2, daha sonra isə X4 mülkiyyətinə keçirilmişdir. X7, X9 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirən Cavabdeh da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. “ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir: “Məhkəmə baxışı zamanı dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Eldarlı Elgiz oğlu onun tanışıdır. O, avtomobilə ehtiyacı olduğunu əvvəlcədən Elgizə bildirmişdir ki, münasib bir avtomobil olduqda ona xəbər versin. Belə ki, 2022-ci ilin fevral ayının əvvəllərində Elgiz ona əlində “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması barədə məlumat vermiş və münasib qiymətə ona sata biləcəyini demişdir. Həmin vaxt Elgiz ona həmçinin bildirdi ki, avtomobilin sənədlərində problem olsa da, rəsmi dövlət orqanlarında alqı-satqı ilə bağlı hər hansı qadağa yoxdur. Elgiz ona həmin avtomobil dostu X19 adlı şəxs tərəfindən qanunsuz olaraq satıldığını izah etmişdir. O da həmin vaxt avtomobilə ciddi ehtiyacı olduğundan və işə gəlib-getməyə avtomobili olmadığından həmin avtomobili sənədlərində problem olmasına baxmayaraq, almaq qərarına gəlmişdir. Odur ki, 2022-ci ilin fevral ayının 03–də X1 birlikdə Sumqayıt RPİ və TBŞ-da avtomobili mülkiyyətinə keçirib 19500 manata satın almışdır. Lakin, daha sonra Elgiz ona avtomobili satmaq üçün etibarnamə vermək lazım olduğunu demiş, o da xx.xx.2022- ci il tarixdə Elgizin iştirakı ilə sonuncunun tanışlarından birinə etibarnamə vermiş, həmin şəxsin kim olması, eləcədə avtomobilin sonradan hansı qaydada alqı-satqı edilməsi barədə məlumatı yoxdur. Həmin gün Elgiz ona 19500 manat pulunu tam şəkildə vermiş və avtomobildən bir daha xəbəri olmamışdır. Buna görə də o, rayon prokurorluğunda aparılan araşdırma üzrə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.” Bildirmək istəyirik ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***; BAN- WBAXH5C55DDW13335; Rəngiaçıq qızılı metallik) nəqliyyat vasitəsinin X8 qaytarılması nəticəsində "xxxx" MMC-yə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində zərər dəymişdir. Hesab edirik ki, İddiaçı MMC-yə (əvvəlki adı-"xxxx" MMC) dəymiş zərərin əvəzi Cavabdeh tərəfindən 4350 (dörd min üç yüz əlli) manat ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir: “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilmə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Qeyd edilir ki, 4350 (dörd min üç yüz əlli) manat məbləğinə gecikdirilmiş hər ilə görə beş faiz hesablanaraq (xx.xx.2022ci il tarixindən xx.xx.2025-ci il tarixinədək-3 il)- 652.50 (üç min beş yüz) manat (4350 X 5%=217.50 X 3=652.50) manat məbləğində vəsait təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, XAHİŞ EDİRİK: - Cavabdeh 4350 (dörd min üç yüz əlli) manat məbləğində dəymiş zərərin, gecikdirilmiş vaxt üçün illik beş faiz652.50 (altı yüz əlli iki.50) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) manat məbləğində vəsaitin, məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə (əvvəlki adı-"xxxx" MMC) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərk bildirir ki, Cavabdeh ilə aralarında bağlanmış müqavilə şərtlərinin pozulması nəticəsində bizə ümumilikdə 4350 (dörd min üç yüz əlli) manat məbləğində maddi zərər dəymişdir. Bundan əla, bu işlə bağlı hüquqi yardım almaq məqsədilə vəkilin xidmətinə görə 690 (altı yüz doxsan) manat vəsait ödənilmişdir. Həmçinin məhkəməyə müraciətlə əlaqədar olaraq dövlət büdcəsinə 71 (yetmiş bir) manat dövlət rüsumu ödənmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehdən ümumilikdə 5111 (dörd min üç yüz əlli + altı yüz doxsan + yetmiş bir) manat məbləğin onların xeyrinə tutulmasını xahiş etmişdirlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşdə olan: Belə ki, iş materiallarında olan “AJR LEASİNG" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 fevral 2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, BAN-WBAXH5C55DDW13335, Rəngiaçıq qızılı metallik) nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli, ML-132 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə əsasən, "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin uçot kartoçkasından görünür ki, Qeydiyyat şəhadətnaməsi №BB203796; Dövlət qeydiyyat nişanları-77-PL253; Verilmə tarixi: xx.xx.2022). "BMW 528 Xİ” markalı **-PL-*** dövlət qeydiyyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli ML-132 nömrəli alqı-satqı müqaviləsi üzrə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində vəsait Cavabdeh "xxxx" MMC tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki "xxxx" MMC-nin mülkiyyətində olan “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***, BAN- WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi X8 geri qaytarılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən edilmiş qeyddən görünür ki, İddiaçı MMC-nin əvvəlki adı Muğan lizinq MMC olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki mhu87y6t5rt"xxxx" MMC-nin mülkiyyətində olan “BMW 528 Xİ” minik markalı (Buraxılış ili-2012, Dövlət qeydiyyat nişanları-**-PL-***, BAN-WBAXH5C55DDW13335, Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsi X8 geri qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir: “Həmin avtomobili İlqar Məmmədov dostu Eldar Elgizlinin köməkliyi ilə oğlu Səməndər Məmmədovun idarə etməsi üçün almışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri alınarkən müəyyən olunmuşdur ki, X5 həmin nəqliyyat vasitəsinin saxta etibarnamə əsasında onun mülkiyyətinə keçirilməsindən məlumatlı olduqdan sonra xx.xx.2022-ci il tarixdə dostu Elgiz Eldarlının köməyi ilə sonuncunun tanışı X4 mülkiyyətinə keçirtmişdir. Nəqliyyat vasitəsi Kərəmova Səbinənin mülkiyyətinə keçirilməzdən əvvəl həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə “BMW 528 Xl” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair X9 tərəfindən Cavabdeh nəqliyyat vasitəsinə sərəncam hüququnun verilməsini nəzərdə tutan etibarnamə verilmişdir. Cavabdeh X9 tərəfindən etibarnamə verilən zaman Cavabdeh həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. Daha sonra xx.xx.2022-ci il tarixdə avtomobil ona verilmiş etibarnamə əsasında X4 mülkiyyətində olan avtomobil Cavabdeh tərəfindən "xxxx" MMC-nin mülkiyyətinə keçirilmişdir. Eyni tarixli xx.xx.2022-ci il tarixli 132 nömrəli daxili lizinq müqaviləsinə əsasən həmin avtomobil "xxxx" MMC tərəfindən X11 lizinqə verilmişdir. Göründüyü kimi, “BMW” minik markalı, ** PL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X6 mülkiyyətindən iradəsinə zidd olaraq X2, daha sonra isə X4 mülkiyyətinə keçirilmişdir. X7, X9 avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşlar. Eyni zamanda avtomobili etibarnamə əsasında "xxxx" MMC-nin mülkiyyətinə keçirən Cavabdeh da həmin avtomobilin sənədlərində problem olmasından məlumatlı olmuşdur. “ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündə göstərilmişdir: “Məhkəmə baxışı zamanı dindirilmiş şahid X9 ifadəsində göstərmişdir ki, Eldarlı Elgiz oğlu onun tanışıdır. O, avtomobilə ehtiyacı olduğunu əvvəlcədən Elgizə bildirmişdir ki, münasib bir avtomobil olduqda ona xəbər versin. Belə ki, 2022-ci ilin fevral ayının əvvəllərində Elgiz ona əlində “BMW 528 Xİ” markalı, “** EY ***” dövlət qeydiyyat nişanlı avtomobilin olması barədə məlumat vermiş və münasib qiymətə ona sata biləcəyini demişdir. Həmin vaxt Elgiz ona həmçinin bildirdi ki, avtomobilin sənədlərində problem olsa da, rəsmi dövlət orqanlarında alqı-satqı ilə bağlı hər hansı qadağa yoxdur. Elgiz ona həmin avtomobil dostu X19 adlı şəxs tərəfindən qanunsuz olaraq satıldığını izah etmişdir. O da həmin vaxt avtomobilə ciddi ehtiyacı olduğundan və işə gəlib-getməyə avtomobili olmadığından həmin avtomobili sənədlərində problem olmasına baxmayaraq, almaq qərarına gəlmişdir. Odur ki, 2022-ci ilin fevral ayının 03–də X1 birlikdə Sumqayıt RPİ və TBŞ-da avtomobili mülkiyyətinə keçirib 19500 manata satın almışdır. Lakin, daha sonra Elgiz ona avtomobili satmaq üçün etibarnamə vermək lazım olduğunu demiş, o da xx.xx.2022-ci il tarixdə Elgizin iştirakı ilə sonuncunun tanışlarından birinə etibarnamə vermiş, həmin şəxsin kim olması, eləcə də avtomobilin sonradan hansı qaydada alqı-satqı edilməsi barədə məlumatı yoxdur. Həmin gün Elgiz ona 19500 manat pulunu tam şəkildə vermiş və avtomobildən bir daha xəbəri olmamışdır. Buna görə də o, rayon prokurorluğunda aparılan araşdırma üzrə heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.” Bildirmək istəyirik ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)- 13/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə “BMW 528 Xİ” minik markalı (Buraxılış ili- 2012, Dövlət qeydiyyat nişanları-**-PL-***; BAN-WBAXH5C55DDW13335; Rəngi-açıq qızılı metallik) nəqliyyat vasitəsinin X8 qaytarılması nəticəsində "xxxx" MMC-yə 23850 (iyirmi üç min səkkiz yüz əlli) manat məbləğində zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1(001)-13/2024 saylı hökümdən görünür ki, Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi “LEQAL” vəkil Bürosunun vəkili X17 çıxış edərək bildirmişdir ki, təqribən iki il olar ki, "xxxx" Lizinq MMC-nin hüquqlarını müdafiə edir. "BMW 528 Xİ” markalı, **-PL-*** dövlət qeydiyyyat nişanlı avtomobil 07 fevral 2022-ci il tarixdə ML-132nömrəli alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Binəqədi rayonu ərazisində yerləşən qeydiyyat imtahan idarəsində 23850 manat məbləğində pula Cavabdeh "xxxx" lizinq MMC-nin direktoru Şıxı Şıxıyev tərəfindən satın alınıb. Həmin avtomobili satın aldıqdan sonra elə həmin gün 132 nömrəli daxili lizinq müqaviləsi əsasında avtomobil 36 ay müddətinə X10 istifadəsinə verilmişdir. Müqaviləyə əsasən avtomobilin satın alındığı 23850 manatdan başqa əlavə 1216 manat komissiya haqqı Vasif Cəfərov tərəfindən ödənildikdən sonra avtomobil onun mülkiyyətinə keçəcəkdi. Bundan bir neçə ay sonra avtomobil Vasif Cəfərovdan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin əməkdaşları tərrəfindən saxlanılaraq götürülmüşdür. Sonradan məlum olmuşdur ki, həmin avtomobil MMC-yə satılana qədər əvvəllər tanımadıqları X12 tərəfindən başqa bir şəxsə qanunsuz olaraq satılmışdır. X12,X20, X14, X3 əvvəldən tanımamışlar. "xxxx" Lizinq MMC sözügedən avtomobili Elvin adlı şəxsdən qanuni yolla satın almışdır, lakin avtomobilin qanunsuz olaraq əvvəlcədən başqa şəxslərə satılmasından xəbəri olmayıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsi barədə xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Bundan başqa 130-cu maddəsinə görə tərəfin xərclərinin ödənilməsi barədə qərar məhkəmə, xərclərin əsaslı olduğunu müəyyən etdikdə, onların qarşı tərəfdən tutulmasına qərar verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. İddiaçı MMC-nin (əvvəlki adı "xxxx" MMC) iddia tələbi Cavabdeh tərəfindən 2012-ci il buraxılışlı, BMW 528 Xİ markalı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmasına baxmayaraq, sonradan həmin avtomobilin əvvəlki sahibinin (X13) mülkiyyət hüququ bərpa edilərək geri qaytarılması nəticəsində vurulmuş maddi zərərin ödənilməsinə yönəlmişdir. İş üzrə təqdim edilən ML-132 saylı xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi, Nəqliyyat vasitəsinin uçot kartoçkası və qeydiyyat şəhadətnaməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(001)-13/2024 saylı hökmü və vəkil müqaviləsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər məhkəmə tərəfindən tədqiq olunmuş və aşağıdakı nəticəyə gəlinmişdir. İddia olunan zərər, birbaşa alqı-satqı münasibətləri çərçivəsində deyil, delikt – yəni hüquqazidd və təqsirli hərəkət nəticəsində baş vermişdir. Məhkəmə bu zaman mülki hüququn delikt öhdəliyi normalarını tətbiq etməklə məsuliyyətin aşağıdakı şərtlərlə mövcud olub-olmadığını qiymətləndirmişdir: Hüquqa zidd əməl – Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən delikt pozuntusu dedikdə, hüquqla qorunan dəyərə qarşı təqsirli, hüquqa zidd hərəkət və ya hərəkətsizlik başa düşülür. Binəqədi rayon Məhkəməsi tərəfindən çıxarılmış hökmdə açıq şəkildə göstərilmişdir ki, Cavabdeh avtomobilin sənədlərində problem olması barədə məlumatlı olduğu halda, onu "xxxx" MMC-yə etibarnamə ilə satmışdır. Bu hərəkət onun hüquqazidd davranışını sübut edir. Azərbaycan Respublikası MM-nin 1100.1-ci maddəsi və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Plenum Qərarında göstərilir ki, mülki hüquqda təqsir subyektiv kateqoriya olub, şəxsin hüquqa zidd əməli törədərkən iradə və iradə azadlığını əhatə edir. Təqsir ehtiyatsızlıq və ya qəsd formasında özünü göstərə bilər. Cavabdehin əməlinin ifadə olunduğu hökmdə qeyd olunur ki, avtomobilin sənədlərində problem olduğunu bildiyi halda hüquqi şəxsə etibarnamə əsasında sataraq, ona mülkiyyət hüququndan irəli gələn ziyan vurmuşdur Zərərin mövcudluğu Azərbaycan Respublikası MM-nin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərər real və ya əldən çıxmış fayda formasında özünü göstərə bilər. İddiaçı MMC tərəfindən 23.850 manat qarşılığında alınmış nəqliyyat vasitəsinin geri qaytarılması ilə real zərər baş vermişdir. Lakin, iddia yalnız 4350 manat məbləğində zərərin cavabdehdən tutulması ilə bağlı irəli sürülmüşdür və bu məbləğ sənədlərlə əsaslandırılmışdır. Həmin məcəllənin 1096 və 1097-ci maddələrinin dispozitiv şərti və Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilir ki,zərərin yaranması ilə hərəkət arasında səbəbli əlaqə birbaşa və hüquqi əsaslı olmalıdır. Bu işdə cavabdehin təqsirli hərəkəti olmasaydı, avtomobilin iddiaçıya satılması və sonradan onun geri alınması baş verməzdi. Hökmün mülki iş üzrə əhəmiyyətinə gəldikdə MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş hökm mülki iş üzrə hadisənin baş verməsi və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məhkəmə üçün məcburidir. Bu baxımdan, Binəqədi Rayon Məhkəməsinin cinayət işində gəldiyi nəticələr mülki işdə faktın sübut olunmasına dair ayrıca araşdırma predmeti deyil və həmin hökm birbaşa əsas kimi tətbiq edilir. Hazırkı iş üzrə Cavabdeh "xxxx" MMC-yə etibarnamə əsasında təqdim etdiyi nəqliyyat vasitəsi sonradan məhkəmə tərəfindən zərərçəkmiş şəxsin mülkiyyətindən iradəsinə zidd olaraq çıxarılmış əmlak kimi tanınaraq ona geri qaytarılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində saxta sənədlərin tərtibi və istifadəsi cinayət tərkibli əməllər kimi tanınır. Mülki hüquqda isə bu hal delikt məsuliyyətinin hüquqa ziddlik elementini formalaşdırır. Burada məqsədli şəkildə üçüncü şəxsin hüquqlarına zərər vurmaq, real mülkiyyət vəziyyətinə uyğun olmayan sənədlərdən istifadə etməklə, hüquq münasibətlərində aldatma və yanlış təqdimatla iştirak etmək hüquqa ziddlik və məsuliyyət doğuran davranışdır. Əgər bir şəxs təqdim etdiyi sənədin hüquqi statusunun şübhəli və ya saxta olduğunu bilə-bilə bu sənədi istifadə edirsə, onun bu hərəkəti hüquqazidd sayılır və bu davranış Mülki Məcəllənin 1096 və 1097-ci maddələri ilə nəzərdə tutulan delikt məsuliyyətinin tətbiqinə səbəb ola bilir. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə satılmış avtomobil əvvəllər qanunsuz olaraq saxta etibarnamə ilə X6 mülkiyyətindən çıxarılmış, müxtəlif şəxslərin vasitəsilə (Məmmədov Səməndər, Eldarlı Elgiz, Kərəmova Səbinə) son nəticədə cavabdehin mülkiyyət və sərəncam dairəsinə daxil edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-13/2024 saylı hökmündə qeyd olunur ki, Cavabdeh avtomobilin sənədlərində problem olduğunu bildiyi halda onun üzərində sərəncam vermişdir. Bu hal subyektiv məsuliyyət üçün kifayət qədər əsas yaradır. Belə davranış avtomobilin hüquqi mənsubiyyətini araşdırmadan alqı-satqıya cəlb etmək, etibarnamənin hüquqi əsasını yoxlamadan avtomobilin üçüncü şəxsə satılmasını təşkil etmək delikt məsuliyyəti hesab edilməyə əsas verir. Əgər sənədin saxta və ya etibarsız olduğu üçüncü şəxsə məlum olduğu halda o, həmin sənəd əsasında əmlak dövriyyəsinə müdaxilə edirsə, bu, delikt pozuntusudur. Əks təqdirdə, saxta sənəd vasitəsilə başqasının əmlakının üçüncü şəxsə keçməsi “qeyriqanuni zənginləşmə” və “mülki hüquqların zərərverici istifadəsi” prinsipinə gətirib çıxarır. Cavabdeh bu halları bildiyi və/və ya bilərəkdən göz ardı etdiyi sübut olunduğundan, onun hərəkətləri təqsirli, hüquqa zidd və zərərə səbəb olan delikt tərkibli hərəkət kimi qiymətləndirilməlidir. Onun alqı-satqı münasibətləri çərçivəsində təmiz niyyətlə hərəkət etmədiyi, hüquqi riskləri bilərək "xxxx" MMC-yə zərər yetirdiyi aşkar edilmişdir. Bu baxımdan, Cavabdeh saxta etibarnaməyə əsaslanan sərəncam verməklə hüquqa zidd hərəkət törətmiş və Mülki Məcəllənin 1096, 1097, 1108-ci maddələri, Konstitusiya Məhkəməsinin 2014-cü il tarixli qərarları və MPM-in 82.4-cü maddəsi əsasında delikt məsuliyyəti daşıyır. Vəkil xərcləri (690 manat) – AR MM-in 21 maddəsi və AR MPM-in121.1-ci maddəsinə əsasən vəkilin göstərdiyi hüquqi yardım məqbul və zəruri hesab edildikdə onun ödənilməsi cavabdehdən tutulmalıdır. Tərəf təqdim etdiyi müqavilə və qəbzlə xərci sübuta yetirmişdir. Dövlət rüsumu (71 manat) – Bu məbləğin ödənilməsi rəsmi sənədlərlə sübut olunmuşdur. İdianın təmin edilməsi ilə əlaqədar olaraq cavabdehdən tutulmalıdır. Məhkəmə 5% cərimə tələbinə dair hissədə qeyd edir ki, (652.50 manat) – hərçənd ki, MM-nin 445.7 və 449.1-ci maddələri üzrə belə faiz ödənilməsi nəzərdə tutulur, lakin Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında göstərildiyi kimi, bu faiz yalnız borc öhdəliklərində və konkret gecikdirilmiş ödənişlər üzrə tətbiq edilə bilər. Mövcud iş isə delikt məsuliyyətindən qaynaqlandığı üçün, gecikmə faizinin tətbiqi hüquqi əsasa malik deyil, bu səbəbdən iddianın qeyd ediləsn hissəsində əsassız hesab edilir. Beləliklə yuxarıda qeyd olunan hüquqi əsaslar, məhkəmənin hüquqi dəyərləndirmə səlahiyyəti və iş üzrə sübutlarla müəyyən edilmiş halları nəzərə alaraq, məhkəmə hesab edir ki: İddia qismən əsaslı olduğundan təmin edilməli, Cavabdeh 4350 manat maddi zərər,690 manat vəkil xərci, 71 manat dövlət rüsumu olmaqla cəmi 5111 (beş min yüz on bir) manat vəsait iddiaçının xeyrinə ödənilməlidir. İddiaçının 652.50 manat məbləğində illik 5% cərimə faizi tələbi hüquqi əsaslarla təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “AJR LEASİNG" məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, ML-132 saylı Lizinq obyektinin alqı-satqı müqaviləsinə üzrə əsas dəymiş zərər qismində 4350 (dörd min üç yüz əlli) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) manat, 71 (yetmiş bir) manat dövlət rüsumunun olmaqla cəmi 5111 (beş min yüz on bir) manat məbləğdə pul vəsaiti tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar