Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-793/2025 24.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı X4 Dəmirbank ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1241 manat 24 qəpik əsas, 56 manat 47 qəpik faiz, 0 manat 18 qəpik cərimə, 10 manat 37 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla cəmi 1308 manat 26 qəpik məbləğində pulun və 33 manat 09 qəpik məbləğində dövlət rüsumunun tutularaq X4 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bayıl filialı ilə borclu Səmədov Elsevər İnqilab oğlu arasında bağlanmış 1779DT nömrəli xx.xx.2015-ci il tarixli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə (“Dəmir Taksit” kredit kartı) əsasən cavabdeh üçün 36 ay müddətinə 1.300 (bir min üç yüz) manat məbləğində kredit xətti açılmışdır. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borclu Səmədov Elsevər İnqilab oğlu arasında LM121900222 nömrəli xx.xx.2019-cu il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1779 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.300 Manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu X4 banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə borcluya dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, o, borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, borclu həmin müqavilə üzrə üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişdir. X4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdeh Səmədov Elsevər İnqilab oğluna qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ilkin olaraq **********864 nömrəli 11 iyul 2024-cü il tarixli iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin e-2(032)-1390/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Səmədov Elsevər İnqilab oğlu öldüyündən iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Bundan sonra Bank tərəfindən onun vərəsələrini müəyyən etmək məqsədi ilə ünvan ünvanlanmış, 94 nömrəli xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan məlum olmuşdur ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qanun üzrə vərəsə kimi qeydiyyata alınmış, onlara vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilmiş və həmin şəhadətnamə xx.xx.2022-ci il tarixdə Şirvan şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Hal-hazırda cavabdeh qismində Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 çıxış edirlər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, onlar borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. xx.xx.2025-ci il tarixə Səmədov Elsevər İnqilab oğlunun kredit üzrə cəmi borcu 1.308,26 (bir min üç yüz səkkiz manat 26 qəpik) manat təşkil edir. Bundan 1.241,24 (bir min iki yüz qırx bir manat 24 qəpik) manat əsas, 56,47 (əlli altı manat 47 qəpik) manat faiz, 0,18 (sıfır manat 18 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 10,37 (on manat 37 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında X4 İddiaçı ASC-nin nümayəndəsi Rəşad Tağızadə ərizə göndərərək iddia tələbini müdafiə edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Səmədov Elsevər İnqilab oğlundan miras qalmış “Azneft” İstehsalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsində olan 5557 mant 83 qəpik və 300 manat pul vəsaitini miras əmlak kimi qəbul etmişlər və 4 nəfər arasında bölüşdürmüşlər. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün iddiaçı ilə əlaqə yaratmış və mövcud borcun hər üç cavabdeh arasında bölünməsini təklif etmişdir. İddiaçı tərəfindən borc məbləği 3 nəfər arasında bölünmüş və onun payına 460 manat borc düşmüşdür. İddiaçıya həmin məbləği aylıq 20 manat olmaqla qaytara biləcəyini bildirmişdir. Hazırda maddi imkanı olmadığı üçün borcu ödəyə bilmir, maddi imkanı olacağı təqdirdə banka olan borcunu ödəyəcəkdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək üçün iddiaçı ilə əlaqə saxlayacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasında gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə cavabdehlərin izahatını, iddiaçının nümayəndəsinin ərizəsini və işdə olan sənədləri hüquqi qiymət verib hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan «Dəmirbank” ASC ilə Səmədov Elsevər İnqilab oğlu arasında bağlanmış 08 iyun 2015-ci il tarixli, 1779DT nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən onun üçün 24 ay müddətinə kart buraxılmış və 1300 (bir min üç yüz) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan qəbzin surətindən görünür ki, Səmədov Elsevər İnqilab oğlu xx.xx.2015-ci il tarixdə kartı təhvil almışdır. İş materiallarında olan 06 dekabr 2019-cu il tarixli, LM121900222 nömrəli Restrukzasiya müqaviləsindən görünür ki, X4 bank tərəfindən tərəflər arasında bağlanmış 08 iyun 2015-ci il tarixli, 1779DT nömrəli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1300 manat məbləği restrukturizasiya olunur və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan 06 dekabr 2019-cu il tarixli, LM121900222 saylı Restrukturizasiya müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, hər ay 22 manat 22 qəpik məbləğində pulun 60 ay müddətinə illik 1 faiz dərəcəsi olmaqla 1300 manat pul restrukturizasiya olunmuşdur. İş materiallarında olan “Azneft” İstehsalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsinin məktubundan görünür ki, 22 iyul 2021-ci il tarixdə vəfat etmiş işçisi Səmədov Elsevər İnqilab oğlunun son haqq-hesabı, orta aylıq əmək haqqının 3 misli müavinəti 5557 (beş min beş yüz əlli yeddi) manat 83 qəpik və 300 (üç yüz) manat dəfn üçün müavinəti ödənilməmiş pul vəsaiti qalmışdır. İş materiallarında olan Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Səmədov Elsevər İnqilab oğlunun qanun üzrə vərəsələri olan Səmədov İnqilab Babalı oğluna, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 şəhadətnamə verilmiş, miras əmlak “Azneft” İstehsalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsində olan 5557.83 (beş min beş yüz əlli yeddi manat səksən üç qəpik) və 300.0 (üç yüz manat sıfır qəpik) pul vəsaitindən ibarətdir. İş materiallarında olan ərizələrin surətindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras əmlak olan “Azneft” İstehsalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsində olan 5557.83 (beş min beş yüz əlli yeddi manat səksən üç qəpik) və 300.0 (üç yüz manat sıfır qəpik) pul vəsaitini qəbul etmişlər. İş materiallarında olan maliyyə arayışına əsasən cavabdeh Səmədov Elsevər İnqilab oğlunun xx.xx.2025-ci il tarixə 1241 manat 24 qəpik əsas, 56 manat 47 qəpik faiz, 0 manat 18 qəpik cərimə, 10 manat 37 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla cəmi 1308 manat 26 qəpik borcu vardır. İş materiallarında olan 07 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, X4 İddiaçı ASC-i tərəfindən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mövcud borcunu ödəməsi barədə xəbərdarlıq göndərilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, «Dəmirbank” ASC ilə borcalan Səmədov Elsevər İnqilab oğlu arasında bağlanmış 08 iyun 2015-ci il tarixli, 1779DT nömrəli Kredit kartın verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən onun üçün 24 ay müddətinə kart buraxılmış və 1300 (bir min üç yüz) manat məbləğində kredit xətti açılmışdır. 06 dekabr 2019-cu il tarixli, LM121900222 nömrəli Restrukzasiya müqaviləsinə əsasən X4 bank tərəfindən tərəflər arasında bağlanmış 08 iyun 2015-ci il tarixli, 1779DT nömrəli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1300 manat məbləği restrukturizasiya olunmuş və borclu həmin müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Səmədov Elsevər İnqilab oğlu 22 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra “Azneft” İstehsalat Birliyinin 1 saylı Nəqliyyat İdarəsində olan 5557.83 (beş min beş yüz əlli yeddi manat səksən üç qəpik) manat və 300 (üç yüz manat sıfır qəpik) manat pul vəsaiti miras aktivi və iddiaçı ilə bağladığı müqavilələr üzrə icra etmədiyi öhdəlikləri miras passivi olaraq miras qalmışdır. Cavabdehlər ondan qalmış miras aktivini qəbul etmişlər və bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, cavabdehlər miras qoyan Səmədov Elsevər İnqilab oğlunun kreditoru olan iddiaçının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borclu olduqlarından, miras qoyanın xx.xx.2025-ci il tarixə «Dəmirbank” ASC-yə LM121900222 saylı 06 dekabr 2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1241 manat 24 qəpik əsas, 56 manat 47 qəpik faiz, 0 manat 18 qəpik cərimə, 10 manat 37 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla cəmi 1308 manat 26 qəpik borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb iddiaçı «Dəmirbank” ASC-yə verilməli, bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 33 manat 09 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1241 manat 24 qəpik əsas, 56 manat 47 qəpik faiz, 0 manat 18 qəpik cərimə, 10 manat 37 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu olmaqla cəmi 1308 manat 26 qəpik məbləğində pul alınaraq X4 Dəmirbank ASC-yə verilsin. Məhkəmə xərcləri cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət rüsumu üçün ödənilmiş 33 manat 09 qəpik məbləğində pul alınaraq iddiaçı X4 Dəmirbank ASC -yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №e-2(032)-793/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-793/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver