Məhkəmə qərarları › İş №e-2(032)-9/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-9/2025

27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-9/2025 27.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Şirvan şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 216 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi , gələcəkdə yaşadıqları Şirvan şəhəri T.İsmayılov küçəsi 3 saylı binanın 10 saylı mənzilindən onun xüsusi mülkiyyətində olan Şirvan şəhəri T.İsmayılov küçəsi 33 saylı binanın 8 saylı mənzilinə suyun axıdılmasının onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhəri, T.İsmayılov küçəsi, 3 saylı binanın, 8 saylı mənzili 05 04.2005-ci ildən hal-hazırkı günə kimi xüsusi mülkiyyətində olmaqla istifadəsindədir. Həmin binanın 10 saylı mənzildə iş üzrə cavabdehlər X1 və Cavabdeh1 yaşayırlar, 2023-cü ildə onların yaşadıqları mənzildən onun xüsusi mülkiyyətində olan mənzilə su axıdılması nəticəsində onun xüsusi mülkiyyətində olan həmin mənzilə xeyli məbləğdə maddi ziyan dəymişdir. Daha sonra təkrarən, yəni xx.xx.2023 və xx.xx.2023-cü tarixlərdə iş üzrə cavabdehlər X1 və Cavabdeh1 yaşadıqları Şirvan şəhəri, T.İsmayılov küçəsi, 3 saylı binanın, 10 saylı mənzilindən onun xüsusi mülkiyyətində olan Şirvan şəhəri, T.İsmayılov küçəsi, 3 saylı binanın, 8 saylı mənzilinə su axıdılmışdır. (Bunu Şirvan şəhər İHB-nın Mənzil Təsərrüfatı İdarəsinin nümayəndələrinin 13 oktyabr 2023-cü il tarixdə keçirdiyi baxış aktı və digər sənədlərdən görmək olar) . İş üzrə cavadbehlər X2 və Cavabdeh1 bu qanunsuz əməllərinə son qoyulması barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, onlar bu qanunsuz əməllərini davam etdirirlər. Hesab edir ki, işə tam, obyektiv və hər tərəfli baxılması üçün müvafiq ekspertiza təyin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə etdiyi akt, foto şəkillər, videyo çəklişlər və digər sübutlarla tam sübuta yetirilir. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 216 manat maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi, gələcəkdə yaşadıqları Şirvan şəhəri T.İsmayılov küçəsi 3 saylı binanın 10 saylı mənzilindən onun xüsusi mülkiyyətində olan Şirvan şəhəri T.İsmayılov küçəsi 33 saylı binanın 8 saylı mənzilinə suyun axıdılmasının onlara qadağan edilməlidir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə icasına gəlməmişdir. Məhkəmə hazırlıq iclasınının yeri və vaxtı barədə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəmə icasına gəlməmiş, məhkəməyə elektron ərizə göndərərək iddiaçının iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etməsini bildirmişdir. Məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə icasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə hesab edir ki, məhkəmə baxışına hazırlığın icraatı zamanı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verdiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 30 (otuz) manat məbləğində məhkəmədə iddia qaldırmaq üçün pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170-ci, 263-cü, 264-cü, 268-ci maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın . İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar