Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № e-2(032)-926/2025 09.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə müəyyən etdi : İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8006 manat 24 qəpik məbləğində əsas borcun, 207 manat 24 qəpik faiz borcunun,cəmi 8213 manat 48 qəpik məbləğində pulun və 102 manat 14 qəpik dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir . İddia ərizəsində Cavabdeh poçt ünvanı ünvan 1 Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan da görünür ki, Cavabdeh Zəngilan rayonu Zəngilan Ərazi dairəsi Məlikli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddəsinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Qeyd edilməlidir ki, MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göründüyü kimi qanunun tələbinə görə İddiaçı ASC seçiminə görə iddianı cavabdehin rəsmi qeydə alındığı yer üzrə Zəngilan Rayon Məhkəməsinə verə biləcəyi təqdirdə, ərazi aidiyyəti qaydalarının pozulması ilə Şirvan Şəhər Məhkəməsinə vermişdir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-in 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-in 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq məhkəmə belə bir nəticəyə gəlir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsində baxılmalı olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı ASC-yə cavabdehin rəsmi qeydə alındığı yer üzrə Zəngilan Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır; xx.xx.2025-ci il tarixli, **********07 nömrəli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən 102 (bir yüz iki) manat 14 (on dörd) qəpik məbləğində məhkəmədə iddia qaldırmaq üçün pul ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığından İddiaçı ASC tərəfindən ödənilmiş 102 (bir yüz iki) manat 14 (on dörd) qəpik məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı ASC-yə iddianı cavabdehin rəsmi qeydə alındığı yer üzrə Zəngilan Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. İddia ərizəsinin verilməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixli, **********07 nömrəli qəbzə əsasən dövlət rüsumu kimi ödənilmiş 102 (bir yüz iki) manat 14 (on dörd) qəpik məbləğində pul İddiaçı ASC-yə geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(032)-926/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(032)-926/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver