Məhkəmə qərarları › İş №e-2(032)-941/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(032)-941/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № e-2(032)-941/2025 23.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh iddiaçının xeyrinə 26 oktyabr 2024-cü il tarixli, SV0021159-2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 178 manat əsas, 32,75 manat faiz, 28,89 manat məbləğində cərimə olmaqla, cəmi 239,64 (iki yüz otuz doqquz manat 64 qəpik) manat məbləğində, eyni tarixli, SV0021160-2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 216 manat əsas, 39,74 manat faiz, 34,89 manat məbləğində cərimə olmaqla, cəmi 290,63 (iki yüz doxsan manat 63 qəpik) manat məbləğində borcun və 31 ((otuz manat dövlət rüsumu + bank əməliyyatlarının həyata keçirilməsi üçün 1 (bir) manat xərc)) manat məbləğində ödənilmiş vəsaitin tutulması; 2. Tutmaların girov qoyulmuş qızılzinət əşyalarına yönəldilməsi və girov predmetlərinin açıq hərracda satılaraq tələb edilən borcların ödənilməsi; 3. Satışdan əldə olunan vəsaitlər (hər ikimüqavilə üzrə) qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlərin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2024-cü il tarixli, SV0021159-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 178 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl-zinət əşyalarını iddiaçıya girov qoymuşdur. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: Eyni zamanda, tərəflər arasında bağlanmış 26 oktyabr 2024-cü il tarixli, SV0021160-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 216 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl-zinət əşyalarını iddiaçıya girov qoymuşdur. Lakin, Cavabdeh kredit müqavilələrinin şərtlərini pozaraq ödəməli olduğu borclarının ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcların ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh götürülən borcların qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Belə ki, cavabdeh tərəfin iddiaçı "xxxx" ASC-yə 26 oktyabr 2024-cü il tarixli, SV0021159- 2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə ödənilməmiş 178 manat əsas, 32,75 manat faiz, 28,89 manat məbləğində cərimə, eyni tarixli, SV0021160-2024 saylımüqavilə üzrə isə 216 manat əsas, 39,74 manat faiz və 34,89 manat məbləğində cərimə borcları mövcuddur. İşdə olan: iş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli, SV0021159-2024 saylı çərçivə girov müqaviləsindən görünür ki, Cavabdeh girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 178 manat kredit vermişdir. İş materiallarında olan 19 mart 2025-ci il tarixli, 1818/2025 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 178.00 manat məbləğində əsas borcu, 32.75 manat məbləğində faiz borcu, 28.89 qəpik cərimə borcu olmaqla, ümumilikdə 239.64 manat məbləğində borcu vardır. İş materiallarında olan 19 mart 2025-ci il tarixli, 1819/2025 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 216.00 manat məbləğində əsas borcu, 39.74 manat məbləğində faiz borcu, 34.89 qəpik cərimə borcu olmaqla, ümumilikdə 290.63 manat məbləğində borcu vardır. İş materiallarında olan 1826/2025 nömrəli, xx.xx.2025-ci il tarixli, xəbərdarlıqdan görünür ki, "xxxx" ASC borclu Cavabdeh borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcunu üç ay müddətinə ödəməsi barədə xəbərdar etmişdir. İş materiallarına əlavə edilmiş razılıq ərizəsindən görünür ki, Cavabdeh bu razılıq ərizəsini Azərbaycan Mikro-Kredit BOKT ASC-yə o məqsədlə verir ki, həqiqətən də xx.xx.2024 tarixli kredit müqaviləsinə (müqavilələrinə) əsasən 6 ay müddətinə, illik 48% faiz ödənilməsi şərtilə götürdüyü 2160,00 AZN (iki min yüz altı manat 00 qəpik) məbləğində kreditin təminatı olaraq xx.xx.2024 tarixli Təhvil-təslim Aktına və girov müqaviləsinə əsasən qızıl-zinət əşyalarını saxlanıc girova vermişdir. Əlavə olaraq kredit müqaviləsində, habelə onların ayrılmaz hissəsi olan əlavələrdə müəyyən olunmuş öhdəliklərini lazımi qaydada yerinə yetirməsə, Azərbaycan Mikro-Kredit BOKT ASC (girovsaxlayan) tərəfindən göndərilmiş çağırış üzrə müəyyən olunmuş vaxtda gəlmədiyi halda, girovsaxlayanın borcumu ödəmək məqsədi ilə məhkəmədən kənar qaydada girovu satmaq səlahiyyəti vardır. Qızıl-zinət əşyaları onun şəxsi mülkiyyətidir, nikaha daxil olmamışdan əvvəl əldə edilmişdir və üçüncü şəxslərin həmin əşyalara iddiası yoxdur. 2024-cü il 26 oktyabr tarixli SV0021159-2024 saylı saxlanıc girovun likvid qiymətləndirilməsi aktına əsasən, Cavabdeh kredit müqaviləsinə əsasən əldə etdiyi borc öhdəliyinin icrasının təminatı məqsədilə 1 ədəd qızıl-zinət əşyasını (klon) girov qismində təqdim etmişdir. Qiymətləndirmə komissiyasının müəyyən etdiyi göstəricilər Çəkisi: 2.90 qram, Əyarı: 585A, Vahid qiymət: 71.00 AZN, cəmi qiymət: 205.90 AZN Aktda qeyd olunur ki, təqdim edilmiş zinət əşyası girovsaxlayan qurumun iştirakı ilə faktiki olaraq təhvil alınmış və likvid (tez realizə edilə bilən) bazar dəyəri əsasında qiymətləndirilmişdir. 2024-cü il 26 oktyabr tarixli SV0021160-2024 saylı saxlanıc girov aktına əsasən, Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə borc öhdəliyinin təminatı məqsədilə 1 ədəd qızıl klon zinət əşyası girov qismində təqdim edilmişdir. Qiymətləndirmə komissiyası tərəfindən əşya aşağıdakı göstəricilər üzrə real bazar qiymətinə uyğun olaraq müəyyən edilmişdir: Çəkisi: 2.90 qram, əyarı: 585A, vahid qiyməti: 101.38 AZN, cəmi qiymət: 294.00 AZN Hüquqi məsələlər: Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.3. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

278. Girov saxlayanın girov predmeti olan əşyaya girov hüququ, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun ləvazimatına, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan digər əmlaka da şamil edilir.

279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır. 281.1. Girov hüququ girov müqaviləsinin bağlandığı andan, girov hüququnun dövlət qeydiyyatına alınmalı olduğu hallarda isə onun qeydə alındığı andan əmələ gəlir. 281.2. Əgər müqaviləyə görə girov predmeti girov saxlayanda olmalıdırsa, girov hüququ girov predmetinin ona verildiyi an, girov predmeti müqavilə bağlanana qədər verildikə.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.də isə onun bağlandığı an əmələ gəlir. 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Daşınar əmlakın yüklülüyü haqqında Azərbaycan Respublikasının qanunu 3.1. Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. 4.1. Daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. 4.3.2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12-ci fəslinə uyğun olaraq, müqavilə əsasında yaranan daşınar əmlakın girovu; 13.1. Yüklülük sahibi yüklülük predmetinə aşağıdakı qaydada tutma yönəldə bilər: 13.1.3. yüklülük predmeti yüklülük sahibinin sahibliyindədirsə, yüklülük predmetinin satışını təşkil etmək; 16.1. Yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda açıq auksionda) və ya istənilən üsulla sata bilər. 16.2. Yüklülük sahibi yüklülük predmetinin satılması ilə bağlı yüklülük predmetinin yaxşılaşdırılması üçün xərc çəkə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 741.1. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. 742.4. Bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.1. borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi (o cümlədən müqavilə bağlanılmazdan əvvəl baş vermiş və müqavilə bağlanılan anadək aradan qaldırılmamış pisləşmə borcverənə sonradan məlum olduqda) və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 742.5.3. borcalan borc öhdəliyinin icrasının təmin edilməsi üzrə vəzifəsini yerinə yetirmədikdə, borcverənin cavabdeh olmadığı hallarla əlaqədar təminat itirildikdə (məhv olduqda, xitam verildikdə və s.) və yaxud dəyəri azaldıqda (o cümlədən qarantın və ya zaminin əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşdikdə) və bu hallarda borcun vaxtında qaytarılmayacağını güman etməyə əsaslar olduqda; 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Tərəflər arasında olan girov müqaviləsinə əsasən Borcalan Cavabdeh ,Borcverən: "xxxx" ASC, Kredit məbləği: müvafiq olaraq 178 AZN və 216 AZN, Müddət: 60 ay, İllik faiz dərəcəsi: 48%, Ödəniş forması: aylıq bərabər ödənişlərlə, təminat: qızıl-zinət əşyaları (1 ədəd “klon”, 2.90 qram, 585 əyarlı) Məhkəmənin mövqeyi: Müqavilədə borcalanın üzərinə aşağıdakı öhdəliklər qoyulmuşdur, kreditin əsas məbləğini və faizləri ödəmək, xidmət haqları və cərimələri ödəmək, kredit üzrə ödənişləri vaxtında həyata keçirmək, Borcun təminatı olaraq təqdim etdiyi girov əmlakı borc bitənədək iddiaçının mülkiyyətində saxlamaq və qanuni girov predmetinə çevirmək. Borcverən pul vəsaitini verməyi, borcalan isə onu faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürür. Müqavilədə bu öhdəlik yazılı şəkildə borcalan tərəfindən qəbul olunmuş, müqavilə onun imzası ilə təsdiqlənmişdir. Hüquqi şəxslə bağlanan bu müqavilə MM 739.2 və 744.1-ci maddələrə uyğun yazılı formadadır və etibarlıdır. Müqavilələrin Girov haqqında müddəaları, Təhvil-təslim aktı, Qiymətləndirmə aktları və Razılıq ərizəsi ilə birlikdə cavabdeh girov qoyduğu zinət əşyalarının şəxsi mülkiyyətində olduğunu təsdiqləyib, bu əşyaların satışına məhkəmədənkənar qaydada razılıq verib, aktlarla onların bazar və likvid dəyərləri dəqiq müəyyənləşdirilib. Beləliklə, girov müqaviləsi və onun əlavələri (qiymətləndirmə, razılıq və təhvil-təslim sənədləri) MM-in 281 və 295-ci maddələrinə uyğun bağlanmış və tətbiqə yararlıdır. Müqavilənin şərtlərinə əsasən cavabdeh hər ay borcu ödəməli olduğu halda, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2025-ci il tarixli maliyyə arayışları üzrə gecikmiş əsas borc, faiz və cərimə faktları bunu təsdiqləyir. Bu isə AR MM 442 və 448.1-ci maddələrinə əsasən öhdəliyin pozulması halıdır, nəticədə iddiaçının hüquqi tələbi yaranır. Müqavilədə göstərilən illik 48% faiz dərəcəsi MM 745.5-ci maddəsinə uyğundur. Cərimələr uçot dərəcəsinə uyğun hesablanmış və ədalətlidir. Əlavə dəbbə puluna münasibətdə məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, SV0021159-2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 178 manat əsas, 32,75 manat faiz, 28,89 manat məbləğində cərimə olmaqla, cəmi 239,64 (iki yüz otuz doqquz manat 64 qəpik) manat məbləğində, münasibətdə cavabdehdən 1.00 manat dəbbə pulu tutulmalıdır. Eyni tarixli, SV0021160-2024 saylı çərçivə kredit və girov müqaviləsi üzrə 216 manat əsas, 39,74 manat faiz, 34,89 manat məbləğində cərimə olmaqla, cəmi 290,63 (iki yüz doxsan manat 63 qəpik) manat məbləğində, münasibətdə cavabdehdən 2.00 manat dəbbə pulu tutulmalıdır. Məhkəmə birbaşa müqavilə şərtlərinə, təqdim edilmiş sənədlərə və dispozitiv hüquq normalarına əsaslanaraq aşağıdakı nəticəyə gəlir ki, kredit müqavilələri qanunvericiliyə uyğun qaydada bağlanmışdır, borc öhdəliyinin mövcudluğu və girov təminatının hüquqi qüvvəsi sənədlərlə sübut olunmuşdur, cavabdeh müqavilə üzrə öhdəliyini pozmuş, borcunu ödəməmişdir, Girov əşyalarına tutma yönəldilməsi, onların açıq hərracda satılması və borcun həmin vəsaitlə ödənilməsi tam əsaslıdır. Məhkəmə iddia tələbinin girov predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə mücərrəd olduğundan(müəyyənlik və icra olunabilənlik tələblərinəəsasən) və iddianın bu formada təmin edilməsi gələcəkdə qətnamənin icrasını qeyri mümkün etdiyindən həmin hissədə iddia təmin edilməməlidir. Belkəliklə məhkəmə hesab edir ki, hazırkı işdə tərəflər arasında bağlanmış SV0021159-2024 və SV0021160-2024 saylı çərçivə kredit müqavilələri yazılı formada bağlanmış, cavabdeh tərəfindən imzalanmış və ona təqdim olunmuşdur. AR MM-in 385.1 və 442-ci maddələrinə əsasən, borclu aldığı krediti və onunla bağlı faiz, xidmət haqqı və cərimələri müqavilədə müəyyən olunmuş müddətdə və şərtlərlə ödəməlidir. xx.xx.2025-ci il tarixli maliyyə arayışlarında göstərilən əsas borc, faiz və cərimə məbləğləri cavabdehin borc öhdəliklərini pozduğunu açıq şəkildə göstərir. Bu isə MM-in 448.1-ci maddəsinə uyğun olaraq cavabdehin məsuliyyətə cəlb edilməsinə hüquqi əsas yaradır. Girov predmeti və onun hüquqi statusu həmin məcəllənin MM-in 269.1, 269.7, 279 və 281.2-ci maddələrinə əsasən, borclunun borcu icra etmədiyi halda kreditor girov qoyulmuş əmlakın (qızıl-zinət əşyalarının) dəyəri hesabına təminat almaq hüququna malikdir.Təhvil-təslim aktı, qiymətləndirmə sənədləri və cavabdehin razılıq ərizəsi ilə qızıl-zinət əşyalarının borcalana məxsus olması, məhkəmədənkənar satış razılığı və real bazar qiyməti müəyyən edilmişdir. Məhkəmənin müdaxiləsi və girov predmetinə tutmanın yönəldilməsi hissəsində qeyd edilir ki, AR MM-in 296.1 və 297-ci maddələrinə, həmçinin “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun 13.1 və 16.1-ci maddələrinə əsasən, girov saxlayan iddiaçı, cavabdeh öhdəliyi icra etmədikdə girov predmetinə tutma yönəldə və onu açıq hərracda sata bilər. Müqavilədə və razılıq ərizəsində bu imkanların hüquqi əsası təsdiqlənmiş və cavabdeh tərəfindən əvvəlcədən qəbul edilmişdir. Qətnamənin hüquqi sabitliyi və icra imkanının reallığı məsələsinə gəldikdə məhkəmə qeyd etmişdir ki, borcun tam ödənilməməsi halında qalan məbləğin cavabdehdən tələb olunması barədə iddia hissəsi mücərrəd və qeyri-müəyyən olduğu üçün təmin edilməmişdir. Bu yanaşma MPMin 221 və 238-ci maddələrinin prinsiplərinə – qətnamənin aydın və icra edilə bilən olmasına uyğun gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəlləsinin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhəkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş olan dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, SA0021159-2024, SA0021160-2024 saylı çərçivə kredit və girov müqavilələri üzrə girov əşyalarına tutma yönəldilsin və açıq hərracda satılsın. Girov predmetinin satışından əldə olunmuş məbləğdən ümumilikdə 394 manat əsas borc, 72.49 manat faiz borcu, 3 manat məbləğində cərimə, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla cəmi 499.49 manat (dörd yüz doxsan doqquz manat qırx doqquz qəpik) alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Hakim Əli İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar