Məhkəmə qərarları › İş №e-2(033)-1025/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1025/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1025/2025 21.10.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10 Əli qızının katibliyi İddiaçı nümayəndəsi vəkil Nümayəndə Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi və dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2500 (iki min beş yüz) manat, iddianın qaldırılması üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən ödənilmiş 700 (yeddi yüz) manat pulun alınaraq (tutularaq) İddiaçı ödənilməsi (verilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə koronovirus (COVİD 19)” pandemiyası dövründə tanış olmuşdur. Belə ki, iddiaçı həkim olduğundan onu müalicə etmişdir. Sonradan isə münasibətləri davam etmişdir. 2022-2023-cü illərdə Cavabdehnnın təklifi ilə müxtəlif şəxslərin müəyyən məbləğdə pul qoyduğu, hər ay təyin olunan növbə üzrə ümumi toplanmış pulu iştirakçılardan birinin götürdüyü “lotoreya” oynamış, bu zaman əlavə qazanc əldə olunmamış, sadəcə iştirakçılar bir dəfəyə yüksək məbləğdə pul götürmək imkanı əldə etmişlər. 2024-cü ilin avqust ayında cavabdeh ona növbəti dəfə lotoreya oyanayacaqlarını bildirərək qoşulmağı təklif etmiş, lakin iddiaçı əvvəlcə ötən lotoreyadan narazı olduğu üçün qoşulmaq istəməsə də sonradan razılaşmışdır. Cavabdeh Aynurə Babyevanın deməsinə görə oyunun 7 iştirakçısı olmuş, hər iştirakçı hər ay 600 manat pul məbləği qoymaqla oyunda iştirak etmişlər. İddiaçı hər ay 600 manatı cavabdehin kart hesabına göndərmişdir. 13 dekabr 2024-cü il tarixdə iddiaçı öz növbəsi üzrə pulu götürməli olsa da Cavabdeh pulu ona verməmiş, 2025-ci ilin yanvar ayında ona pulu verəcəyini bildirsə də həmin vaxt “maaşlar vurulmayıb”, “bonusum hələ vurulmayıb” kimi müxtəlif bəhanələr gətirərək pulu ona verməkdən yayınmışdır. Ona görə də iddiaçı 2025-ci ilin mart ayının əvvəlində Balakən rayon prokurorluğuna ərizə ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə onun ərizəsi aidiyyəti üzrə Balakən rayon polis şöbəsinə göndərilmişdir. İddiaçının şikayəti əsasında Balakən rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə də qərar qəbul edilmişdir. Araşdırma zamanı Cavabdeh İddiaçı ödənilməli olan 2500 manat pulu ödəməyə imkanı olmadığını, pulların Balakən rayonu, Mahamalar kənd sakini X8 tərəfindən mənimsənildiyini bildirmişdir. X3 Babayevaya borcunun olduğunu təsdiq edərək sonuncunu həmişə pulu ona faizlə borca verdiyini bildirmişdir. Cavabdeh iddiaçıya 2500 manat pulu ödəyəcəyini bildirməsinə baxmayaraq ödəməmişdir. Balakən rayon polis şöbəsində araşdırma zamanı iddiaçıya cavabdehin lotereyada iştirakla bağlı aralarında olan razılaşmaya əməl etmədiyini, əslində lotoreya təşkil etmədiyi, götürülən pulları faizlə borc verməsi, özünün aldadılması məlum olmuşdur. Bu səbəbdən iddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2500 (iki min beş yüz) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmək məcburiyyətində qalmışdır. İddiaçı 07 oktyabr 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ünvanlayaraq Cavabdeh 2500 (iki min beş yüz) manat, iddianın qaldırılması üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun, iddiaçı tərəfindən hüquqi yardımın göstərilməsi haqqında müqaviləyə əsasən ödənilmiş haqqa görə 200(iki yüz) manat pulun alınaraq (tutularaq) İddiaçı ödənilməsi (verilməsi) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 12 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddiası əsassız və həqiqətə uyğun olmayan məlumatlardan ibarətdir. İddialar heç bir sübut və əsas olmadan irəli sürülmüşdür. Aralarında təşkil edilmiş lotereya oyunu tamamilə könüllü xarakter daşıyır və heç kim məcbur edilərək oyuna cəlb olunmayıb. Lotereyanın oyun qiyməti 600 yox, 500 (beş yüz) manat təşkil etmişdir. Lotereya oyununda iştirak edən şəxslərdən X8 tərəfindən Dinarə və onun komandası, həmçinin Səbinə və onun həyat yoldaşı oyunun ödənişlərini vaxtında və tam şəkildə həyata keçirməmiş, bu səbəbdən də oyun dağılmış və həmin şəxslər oyundan kənarlaşdınlmışdır. O, öz növbəsində X5 lotereya oyununda ümumilikdə 4,000 (dörd min) manat məbləğində pul ödəyərək iştirak etmişdir. Hər ay oyun üçün 1,500 (min beş yüz) manat məbləğində ödəniş etmişdir. Oyunda iştirak edən digər şəxslər - musiqi məktəbinin direktoru Arifə xanım və aptek müdiri Tamillaya müvafiq olaraq 2,000 (iki min) manat və 4,000 (dörd min) manat məbləğində ödənişlər etmişdir. Oyun dağılaraq hər ay ona maddi ziyan dəyib, ödənişlər isə çek və digər müvafiq sənədlərlə sübut olunmuşdur. Dəymiş ziyanın ödənilməsi məqsədilə Balakən və Zaqatala Rayon Polis İdarələrinə rəsmi müraciət etmiş, həmçinin, cənab nazir Vilayət Eyvazovun qəbulunda olmuşdur. RPİ-nin şöbə rəisi Çingiz müəllim və digər aidiyyəti şəxslər cənab nazirin göstərişi əsasında onunla, Pirdas və İddiaçı ilə görüş keçirərək məsələnin həllinə dair razılıq əldə olunmuşdur. Razılığa əsasən, Pirdas torpaq satışından əldə ediləcək vəsaitlə dəymiş ziyanı ödəməyi üzərinə götürmüşdür. Faizlə bağlı iddialar isə əsassızdır və bu məsələ üzrə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmək niyyətindədir. Bütün yuxanda qeyd olunanları nəzərə alaraq, xahiş edir ki, İddiaçı iddiası əsassız hesab edilərək rədd edilsin. Tərəflərin izahatları İddiaçı nümayəndəsi vəkil Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin hesabına iddiaçı tərəfindən cəmi 2250 manat pul ödənilmiş, qalan 250 manat isə Aytən xanımın vasitəçiliyi ilə cavabdehə verilmişdir. Lakin bu barədə əllərində hər-hansı bir sübut yoxdur. Cavabdeh özü məhkəmə iclaslarında etiraf edir ki, onun iddiaçıya 2500 manat borcu vardır. Lakin o, həmin borcu iddiaçıya Pirdas Mehdiyeva ona olan borcunu qaytardıqdan sonra qaytaracağını bildirmişdir. Həmin məsələnin hazırkı iddiaya heç bir aidiyyatı yoxdur. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək bildirdi ki, 2024-cü ilin avqust ayında təşkil olunmuş lotereya oyununa X6, “Turan” təhsil məktəbinin müəllimlərini, onun həkim yoldaşlarını və Səbinə adlı xanımı cəlb etmişdir. O, iddiaçını Arifə xanımın vasitəçiliyi ilə tanımışdır. Həkimlərin əmək haqları gah ayın 5-i, gah da ayın 7-si vurulurdu. Ona Zaqatala və Balakən rayonundan müxtəlif şəxslər tərəfindən 35 000 manatadək ziyan dəymişdir. O, bu barədə müvafiq orqanlara şikayət ərizələri ilə müraciət etmişdir. X2 yazıları ilə təsdiq edilmişdir ki, sonuncunun ona borcu vardır. İddiaçı onu faizçi adlandırmışdır. Lakin iddiaçı özü Pirdas Mehdiyevaya faizə 4000 manat borc pul vermişdir. Lotoreya aylıq 500 manatdan oynadılan oyun olmuşdur. Həftəlik isə 100 manatdan olmuşdur. Pirdas Mehdiyeva lotereya ödənişlərini etməmiş və onun yerinə bu ödənişləri özü etmişdir. Pirdas Mehdiyeva ona səs ataraq atasının həbsdə olduğu üçün və başqa səbəblərə görə dəfələrlə ondan borc pul istəmiş və o, sonuncunun istədiyi məbləğləri ona vermişdir. Bu barədə Pirdas Mehdiyevanın səs yazıları vardır. O, iddiaçı və X1rkən sonuncu söz vermişdir ki, özünə məxsus torpaq sahələrini satıb ona olan borcları ödəyəcəkdir. O, dələduz və faizçi deyildir. Ona iddiaçı tərəfindən cəmi 2500 manat pul köçürülmüşdür. Onun valideynləri Pirdas Mehdiyevanın valideynləri ilə danışmış və sonuncular ona qızlarının borclarını hissə-hissə ödəyəcəklərini bildirmişlər. O, həqiqətən də iddiaçıya 2500 manat pul ödəməlidir. Lakin həmin pulu Pirdas Mehdiyeva ona olan 20 000 manat borcu qaytardıqdan sonra verəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Yazılı sübutlar 09 sentyabr 2024-cü il tarixli **********9 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 500 manat pul köçürülmüşdür. 08 oktyabr 2024-cü il tarixli **********9 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 500 manat pul köçürülmüşdür. 01 noyabr 2024-cü il tarixli **********5 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 50 manat pul köçürülmüşdür. 06 noyabr 2024-cü il tarixli **********0 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 500 manat pul köçürülmüşdür. 18 noyabr 2024-cü il tarixli **********1 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 50 manat pul köçürülmüşdür. 30 noyabr 2024-cü il tarixli **********1 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 50 manat pul köçürülmüşdür. 05 dekabr 2024-cü il tarixli **********0 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 500 manat pul köçürülmüşdür. 16 dekabr 2024-cü il tarixli **********2 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 50 manat pul köçürülmüşdür. 17 yanvar 2025-cü il tarixli **********5 saylı qəbzin surətindən görünür ki, Aynurə B*******nın hesabına 50 manat pul köçürülmüşdür. Balakən RPŞ-in İB-ın müstəntiqi, polis leytenantı Bazarov Nurlan Nəriman oğlunun 17 mart 2025-ci il tarixli qərarının surətindən görünür ki, toplanmış HK-1-151 saylı material üzrə cinayət əməlinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. 31 may 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Balakən rayon Vəkil Bürosunun hesabına 700 manat pul ödənilmişdir. 20 iyun 2025-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən 53,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsiniə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282 Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını diləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, tərəflər və digər şəxslər arasında lotereya oyunu təşkil olunmuş və bu oyun 6 üzvdən ibarət olunmuşdur. Bu oyunun şərtlərinə görə hər ay üzvlərdən biri digər şəxslərin ödədiyi pulu cəm şəklində almalı idi. Hazırkı iddiadan və tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, lotereyanın təşkilatçısı cavabdeh olmuş və iddiaçı tərəfindən ona cəmi 2500 manat ödənişlər olunsa da ona çatan növbədə cavabdeh həmin məbləği iddiaçıya verməmişdir. İddiaçı tərəfindən cavabdehə cəmi 2500 manat pulun hissə-hissə ödənilməsi təsdiq olunmuşdur. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun tərəfindən cavabdehə ödənilmiş 2500 manat pulun sonuncudan alınaraq ödənilməsini tələb etmişdir. Cavabdeh məhkəmə iclasında həqiqətən də iddiaçı tərəfindən ona hissə-hissə 2500 manat pulun ödənilməsini və hazırda həmin məbləğdə iddiaçıya borcu olduğunu etiraf etmiş, lakin həmin borcu başqa şəxsin ona olan borcunu qaytardıqdan sonra iddiaçıya qaytaracağını bildirmişdir. Məhkəmə iddia etirafının qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və cavabdehdən 2500 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa yuxarıda qeyd edilənlərdən göründüyü kimi, qanunvericilik nümayəndəyə və ya vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsini tələbin təmin edilmiş hissəsi ilə əlaqələndirməmiş, bu məbləği ağlabatan məbləğlə olması ilə şərtləndirmişdir. Bu mənada məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 200 (iki yüz) manat ağlabatan məbləğdir və cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 53 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 2500 manat məbləğində pul, vəkilə ödənilmiş 200 manat və 53 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500(iki min beş yüz) manat məbləğində pul, vəkilə ödənilmiş 200 (iki yüz) manat və 53 (əlli üç) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar