Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-104/2024 31.01.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair ilk; Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi və ödəniş cədvəlinə dəyişiklik edilməsi, cərimənin və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddia tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia tələbinin dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-in xeyrinə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 15162.97 AZN əsas borc, 1143.81 AZN faiz borcu və240.84 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 16547.62 AZN və 139.64 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 2023-cü il sentyabrın 29-dək Cavabdeh2 banka xx.xx.2022ci il tarixli kredit müqaviləsi üzrə 15162.97 manat əsas borc, 1143.81 manat faiz borcu və 963.35 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 17270.13 manat borcu vardır. Cavabdeh2 xx.xx.2022-ci il il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 963.35 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 240.84 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qarşılıqlı iddia tələbinin dəlilləri: Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi və ödəniş cədvəlinə dəyişiklik edilməsi, cərimənin və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək hər ay üzrə kredit ödənişinin 300 manat məbləğində müəyyən edilməsi barədə iddiaçı ilə aralarında bağlanılmış 19 may 2022-ci il tarixli kredit müqaviləsi və ödəniş cədvəlində dəyişiklik edilməsi və kredit müqaviləsi üzrə cərimə və faiz borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsinin mahiyyətindən də aydın olur ki, iddiaçı kredit müqaviləsinə istinad edərək borcun ödənilməsinin gecikdirilməsi səbəbindən əsas borc, faiz borcu və cərimənin ödənilməsini tələb edir. Hesab edir ki, həmin tələbə münasibətdə hazırkı iddianın qarşılıqlı iddia çərçivəsində baxılması üçün əsaslar mövcuddur. Belə ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırılmasına səbəb ola bilərsə, eləcə də qarşılıqlı və İlk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə qarşılıqlı iddia icraata qəbul edilməlidir. Onun hazırkı tələbi isə məhz ilkin iddia ilə əlaqədar olmaqla ona əsassız olaraq faiz və cərimənin hesablanmasına səbəb olmuş kredit müqaviləsində dəyişiklik edilməsi ilə bağlıdır. Belə ki, məhkəmənin qərardadı ilə geri qaytarılmış qarşılıqlı iddia ərizəsində də göstərdiyi kimi hazırkı ərizədə də qeyd edilməsini zəruri hesab edir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə və ödəniş cədvəlinə əsasən öhdəlik tərəfindən 2022-ci ilin iyun ayından 2023-cü ilin may ayına qədər tam və vaxtında icra edilərək 7 608 manat 38 qəpik ödənilmişdir, lakin 2023-cü il Zaqatala rayon məhkəməsinin qətnaməsi əsasında nikahın pozulması və 2 övladına 460 manat məbləğində alimentin ödənilməsi qət edilmişdir. Qüvvəsini almış qətnamə əsasında da işlədiyi yerdən ödənilən əmək haqqından tutulmalar aparılmışdır ki, qeyd olunan ödənişlərin edilməli olması ilə bağlı cavabdehə tərəfindən müraciət edilmiş, müəyyən edilmiş cədvəl üzrə ödənişlərin iqtisadi cəhətdən mümkünsüzlüyü diqqətlərinə çatdırılmış, bu səbəbdən də ödəniş xüsusiyyətlərinə dəyişiklik edilməsi rəsmi ərizə və əlavə edilmiş sənədlərlə xahiş edilmişdir. Ona cavabdehdən cavab təqdim ediləcəyi qeyd edilsə də, ona məlum olmuşdur ki, cavabdeh kredit öhdəliklərinin icrası ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi rəsmi olaraq ödənişlə şərtlərinin dəyişdirilməsi barədə tərəfindən müraciətə rəsmi cavab təqdim edilməsi əvəzinə cavabdeh yenilənməsi xahiş edilən müqavilə və ödəniş cədvəlinə istinad etməklə iddia qaldırmış, nəticədə də ondan asılı olmayan səbəblərdən yaranmış faiz borcu və cərimənin məhkəmə qaydasında ödənilməsi tələb edilmişdir. Halbuki, o vicdanlı ödəyici olmuş, ondan asılı olmayan səbəblərdən ödənişin edilməsinin mümkünsüzlüyü halı ilə rastlaşdığından müvafiq dəyişikliyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə tərəfindən müraciət edilmiş, cavabdeh isə ona rəsmi qaydada cavab vermək əvəzinə ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, AR MM-nin: 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi müqavilə bağlanarkən əsas götürülən dəyişdirilməsinin əhəmiyyəti onunla bağlı ola bilər ki, həmin hallar əvvəlcədən görülə bilsəydi müqavilə digər şərtlərlə bağlanılardı. Cavabdeh bu baxımdan nəzərə almamışdır ki, ayda 460 manat aliment məbləğinin ödənilməsi onun əmək haqqında da nəzərə almaqla maddi imkanının kifayət qədər azalması, eləcə də alimentdən əvvəl götürülən müqavilə öhdəliklərinin icrasının mümkünsüzlüyü deməkdir. Bu səbəbdən də hesab edir ki, həmin aliment ödənişi nəzərə alınmaqla kredit müqaviləsində və ödənişlərdə ona müvafiq güzəştin tətbiq edilməsi, müqavilə üzrə ödənişlərin dəyərinin azaldılması mütləq idi. Bundan əlavə, qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinin həmin Məcəllənin 4.3, 4.6, 55.2, 152.1.6 və 156.1.6-1 -ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 155.1 -ci maddəsinə uyğun olaraq, cavabdehdən məhkəməyə qarşılıqlı iddia verməzdən əvvəl həmin Məcəllənin 4.3- 4.6-cı maddələrinə müvafiq olaraq məhkəməyə qədər nizamlama qaydalarına riayət olunmasının tələb edilməsi qarşılıqlı iddianın hüquqi təbiətinə (müstəqil tələb olmayan qarşılıqlı iddianın ilkin iddia ilə birgə baxılması) zidd olmaqla yanaşı, prosessual qənaət prinsipinə, həmçinin mediasiya institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbinə qarşı etirazın dəlilləri: İlk iddia tələbinə qarşı etiraz daxil olmamışdır. Qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə qarşılıqlı iddia ərizəsinə etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı ərizəsində ondan hər ay 460 manat aliment tutulduğunu bildirsə də, lakin onun həmin ərizəyə əlavə etdiyi xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, alimentin məbləği 360 manatdır. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421 və 422-ci maddəsinə istinad edərək onunla bank arasında bağlanılmış kredit müqaviləsində müəyyən dəyişikliklər edilməsini istəyir. Artıq bank tərəfindən qeyd olunan kredit müqaviləsi bir tərəfli qaydada ləğv edilmişdir və bu da ona əsas verir ki, ləğv edilmiş bir müqaviləyə yenidən dəyişikliklər edilməsinin tələb olunması mümkün deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: - digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda; - Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda. Müqavilə öhdəliklərinin əhəmiyyətli dərəcədə pozulması baş vermədiyi bir sıra hallarda, əgər bu hallar Mülki Məcəllə və ya tərəflərin əvvəlcədən qarşılıqlı razılaşması ilə müəyyən edilərsə, müqavilə birtərəfli qaydada ləğv oluna bilər. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada baş verir. Konstitusiya Məhkəməsinin sözügedən qərarından göründüyü kimi borclu tərəfindən müqavilənin şərtləri pozulduğu andan artıq kreditorun həmin müqavilənin icrasında marağı qalmamışdırsa, o, birtərəfli qaydada bu müqaviləni ləğv etmək iqtidarındadır. Bank da bu hüququndan istifadə edərək artıq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl qarşı tərəfə göndərmiş olduğu xəbərdarlıqla müqaviləni ləğv etmişdir. Ona görə də artıq müqavilə ləğv edilmişdirsə, onun dəyişdirilməsindən söhbət gedə bilməz, nəticədə borclu üçün şəraitin dəyişməsinin müzakirə predmeti olması aradan qalxmış olur. Göstərilənlərə əsasən qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X11 məhkəmə iclasında ilk iddianı müdafiə edərək, qarşılı iddianı isə qəbul etməyərək göstərdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Bank artıq iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdən əvvəl mübahisələndirilən müqaviləni ləğv etmiş və qarşı tərəfə bu barədə xəbərdarlıqla bildirilmişdir. Ona görə də hesab edir ki, artıq müqavilə ləğv edilmişdirsə, onun dəyişdirilməsi mümkün deyildir. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cərimə və faiz borcunun silinməsini xahiş etmişdir. Müqavilə üzrə cavabdehin 963,35 manat cərimə borcu təşkil edir və həmin borc azaldılaraq 240.84 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 12 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı isə qismən qəbul edərək göstərmişdir ki, ilk iddia üzrə iddiaçı tərəfindən ona 19 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən illik 17 faizlə 36 ay müddətinə 20000 manat kredit verilmişdir. O, 2022-ci ildən 2023-cü ilədək ödəniş cədvəli üzrə hər ay 713 manat kredit borcunu vaxtıvaxtında və tam şəkildə ödəmişdir. Lakin daha sonra ailəsində problemlər olduğundan Zaqatala rayon məhkəməsinin 05 iyul 2023-cü il tarixli qətnaməsi ilə X5 ilə aralarında bağlanmış nikahları pozulmuş və iki uşağının saxlanması üçün ondan hər ay 360 manat alimentin tutulması qət edilmişdir. Həmin məbləğ onun əmək haqqına yönəldilmiş və bu səbəbdən o, ödənişlər edə bilməmişdir. O, vəziyyətinin dəyişməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş, lakin bunun heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 və ilk iddia üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və məhkəməyə gəlməmə səbəblərinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 19 may 2022-ci il tarixli 1 saylı razılaşmadan görünür ki, sonuncu İddiaçı ASC-dən illik 17 faizlə 36 ay müddətinə 20000 manat kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2022-ci il tarixli 11-Z1-1-0-1490-22 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 tərəfindən bank qarşısında yaranmış öhdəliyinin icrası üçün birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 29 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 29 sentyabr 2023-cü il tarixə 15162,97 manat əsas, 1143,81 manat faiz, 963,35 manat cərimə, cəmi 17270,13 manat borcu vardır. İş materiallarına əlavə olunmuş cavabdehə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehdən 19 may 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İş materiallarına əlavə olunmuş Zaqatala rayon məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(033)-557/2023 saylı qətnamənin surətindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh2 arasında Bakı şəhəri Xətai rayonu qeydiyyat şöbəsində bağlanmış 30 iyul 2010-cu il tarixli 1142 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan- 23 sentyabr 2010-cu il təvəllüdlü X6 və 03 dekabr 2014-cü il təvəllüdlü X3 anaları X1 himayəsində saxlanılması, 23 sentyabr 2010-cu il təvəllüdlü X4 və 03 dekabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh2 hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi, aliment tutulmasının əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanması, Cavabdeh2 iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul və dövlət büdcəsinə ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi və Cavabdeh2 63,20 (altmış üç manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumumun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş Zaqatala Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Zaqatala rayon məhkəməsinin 05 iyul 2023-cü il tarixli 2(033)-557/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olundu ki, 19 may 2022-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 illik 17% olmaqla 36 ay müddətinə 20000 manat məbləğində kredit vermiş, sonuuncu da onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 kreditin qaytarılması ilə bağlı ilk iddiaçı qarşısında məsuliyyəti Cavabdeh2 ilə birgə öz üzərinə götürmüşdür. Göründüyü kimi, ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ilk iddia üzrə Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, sonuncu öz növbəsində kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 19 may 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 15162,97 manat əsas borc məbləği ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu ilk iddia üzrə cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehlərdən kredit müqaviləsinə əsasən hesablanmış 1143,81 manat faiz borcunun da alınaraq, ilk iddia üzrə iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmənin qənaətinə görə borclu öhdəliyini lazımınca icra etmədiyindən, o cümlədən müəyyənləşdirilmiş müddətdə öhdəliyinin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etdiyindən ilk iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 240,84 manat cərimənin ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçıya ödənilməsi hissəsini də qanuni və əsaslı hesab edir və ilk iddia tələbi qeyd edilən hissədə də təmin edilməlidir. Çünki, kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi yalnız ilk iddia üzrə cavabdehlərin təqsiri üzündən baş vermişdir. Məhkəmə hesab edir ki, 19 may 2022-ci il tarixli zaminlik müqaviləsinin şərtlərinə görə zamin – ilk iddia üzrə Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşısında borcalan Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və onun ilk iddia üzrə iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İlk iddia üzrə iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, ilk iddia üzrə cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İlk iddia üzrə cavabdehlərin ilk iddia üzrə iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. İlk iddia üzrə cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 15162,97 manat əsas kredit borcu, 1143,81 manat ona hesablanmış faiz borcu, 240,84 dolları cərimə borcu ilk iddia üzrə cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutularaq ilk iddia üzrə iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 139,64 manat dövlət rüsumu tutularaq ilk iddia üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “hər ay üzrə kredit ödənişinin 300 manat məbləğində müəyyən edilməsi barədə iddiaçı ilə aralarında bağlanılmış 19 may 2022-ci il tarixli kredit müqaviləsi və ödəniş cədvəlində dəyişiklik edilməsi və kredit müqaviləsi üzrə cərimə və faiz borcunun silinməsi tələbi”nə dair qarşılıqlı iddia tələbinə münasibət bildirərək hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı tələbini yalnız Zaqatala rayon məhkəməsinin 05 iyul 2023cü il tarixli qətnaməsi ilə nikahının pozulması və iki uşağının saxlanması üçün ondan hər ay tutulan 360 manat alimentin əmək haqqına yönəldilməsi səbəbindən vəziyyətinin dəyişməsi ilə əsaslandırmışdır. Məhkəmə qarşılıqlı iddiaçının həmin dəlilini əsassız sayır və bu halın qarşılıqlı iddianın təmin edilməsinə əsas olmadığı nəticəsinə gəlir. Belə ki, tərəflər müqaviləni bağlayarkən qarşılıqlı iddiaçının rəsmi nikah münasibətində olmasını və bu nikahdan iki övladının olmasını əsas götürmədiklərindən, qarşılıqlı iddiaçının ailə vəziyyəti, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şərait olaraq dəyərləndilirilə, nikahın pozulması və alimentin tutulması isə onların müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi İlk iddia təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15162,97 (on beş min bir yüz altmış iki manat doxsan yeddi qəpik) manat əsas kredit borcu, 1143,81 (bir min bir yüz qırx üç manat səksən bir qəpik) manat ona hesablanmış faiz borcu, 240,84 (iki yüz qırx manat səksən dörd qəpik) dolları cərimə borcu, cəmi 16547,62 (on altı min beş yüz qırx yeddi manat altmış iki qəpik) manat borc və ödənilmiş 139,64 (bir yüz otuz doqquz manat altmış dörd qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit müqaviləsi və ödəniş cədvəlinə dəyişiklik edilməsi, cərimənin və faiz borcunun silinməsi və ləğv edilməsi tələbi”nə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-104/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-104/2024
31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver