Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1068/2025 08.08.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını Zaqatala Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsi üzrə isə 794.37 manat məbləğində kredit bоrcu, 156.09 manat məbləğində faiz bоrcu və 0.55 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 951 (doqquz yüz əlli bir) manat 01 (bir) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsi əsasında aylıq 2.0833 % faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə müqavilə ilə müəyyən olunmuş 1000 (bir min) manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş ödəniş kartı vasitəsilə verilmişdir. Kart krediti müqaviləsinin 1.3-cü bəndinə əsasən, Kredit alan kredit limitindən istifadə etdiyi təqdirdə, kredit borcunu və faizləri, olduğu halda cərimələri bu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, faizlər hər bir kredit borcu yarandığı tarixdən başlayaraq müvafiq kredit borcunun Banka tam qaytarılması tarixinədək onun qalığı üçün hesablanır. Cavabdeh kart kredit müqaviləsinin 1.3-cü bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış və kredit müqaviləsi üzrə hazırki vaхtadək ödənilməsi planlaşdırılmış hər ay üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti banka ödəməkdən qəsdən yayınır. Cavabdeh götürdüyü kart kreditini qaytarmadığından 794.37 manat əsas kredit borcu qalmışdır. O, kredit müqaviləsinin 2.5-ci bəndinə görə kreditdən istifadə üçün ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2025-ci il tarixə 273 gün üçün onun 156.09 manat məbləğində faiz borcu qalmışdır. Həmin müqavilənin 3.7-ci bəndinə görə kreditin gecikdirilməsi halında nəzərdə tutulmuş cərimə banka ödənilməlidir. xx.xx.2025-ci il tarixə 273 gün üçün hesablanmış 0.55 manat cərimə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pоzulmuş şəxsin оna vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə 08 iyul 2025-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İşin halları Cavabdeh ilə iddiaçı "xxxx" QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, X1 2.0833 % olmaqla müqavilə ilə müəyyən olunmuş 1000 (bir min) manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş ödəniş kartı vasitəsilə verilmişdir Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, Bank Kredit Alana X1 2.0833 (iki tam on mində səkkiz yüz otuz üç) % (X1) olmaqla 24 (iyirmi dörd) ay müddətinə (Kredit Müddəti) 1000.00 (bir min manat) manat məbləğində kredit limiti (Kredit Limiti) açır. Kredit Lımıtı Kredit Alanın bu Müqavilə uzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana Bank qarşısında faizlər nəzərə alınmadan maksimum borclanma həddidir Kredit Alan bu Müqavilə uzrə borcunu ödədikcə Kredit Lımıtı Kredit Müddətində bərpa olunur. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən Kredit Alan Kredit Limitindən istifadə etdiyi təqdirdə Kredit Borcunu və Faizləri, olduğu halda cərimələri bu Müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində Banka ödəməyi öz öhdəsinə götürür. Kredit müqaviləsinın 2.3-cü bəndinə əsasən, Kredit Limitindən istifadə üçün hər bir Kredit Borcu üzrə ayrılıqda olmaqla X1 əsasında gündəlik faizlər («Faizlər») hesablanır. Kredit müqaviləsinın 2.6-cı bəndinə əsasən X2 Dərəcəsi ("FİFD") Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən olunmuş hesablama metodologiyası (bax 'Banklarda kredit risklərinin idarə edilməsi Qaydalarına Əlavə 2 http/www.e-qanun.az/framəwork/41442 ) əsasında müəyyən olunur və bu Müqavilə üzrə FİFD 25.37 % təşkil edir. Həmin kredit müqaviləsinın 3.7-ci bəndinə əsasən X3 vaxtında və lazımı qaydada ödənilmədikdə ödəniş Tarixinin ertəsi günündən etibarən Minimal ödənişin Banka qaytarılmasının hər gecikdirilən günü üçün Minimal ödənişin qalığına 0,5 (sıfır tam onda beş) faiz dərəcəsi ilə cərimə ('Cənmə') hesablanır. Cavabdehə ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. İddiaçının xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsinə əsasən Cavabdeh xx.xx.2025-ci il tarixə iddiaçıya 794.37 manat əsas kredit borcu, 156.09 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 0.55 manat cərimə olmaqla, cəmi 951.01 manat kredit borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarı Borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd edilmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, X1 2.0833 % olmaqla müqavilə ilə müəyyən olunmuş 1000 (bir min) manat məbləğində kredit limiti açılmış və bank krediti emissiya edilmiş ödəniş kartı vasitəsilə verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 794.37 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsinın 1.1-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən X2 dərəcəsi 25.37 faiz təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də, məhkəmə əsas borca hesablanmış 156.09 manat faiz borcunun da Cavabdeh tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 0.55 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini əsaslı hesab edir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və o müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu səbəbdən də İddiaçı QSC qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 794.37 manat əsas kredit borcu, 156.09 manat ona hesablanmış faiz borcu və 0.55 manat cərimə borcu, ümumilikdə 951.01 manat məbləğində pul vəsaiti cavabdehdən tam şəkildə tutulmalıdır. Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 284, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 019KK**********01 saylı kart krediti müqaviləsinə əsasən 794.37 (yeddi yüz doxsan dörd manat otuz yeddi qəpik) manat əsas kredit borcu, 156.09 (bir yüz əlli altı manat doqquz qəpik) manat ona hesablanmış faiz borcu və 0.55 (əlli beş qəpik) manat cərimə borcu, ümumilikdə 951.01 (doqquz yüz əlli bir manat bir qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova.
Məhkəmə qərarları › İş №e-2(033)-1068/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1068/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver