Məhkəmə qərarları › İş №e-2(033)-11/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-11/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-11/2024 07.11.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eləcə də ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 vəkili, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlk iddia üzrə İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələblərinə dair qarşılıqlı iddia tələblərinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia tələbi və dəlilləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “vurulmuş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, AR ƏMDK yanında DƏDRX-in Zaqatala Ərazi İdarəsinin verdiyi RX seriyalı ******* nömrəli Dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23.000 manat, 5 il müddətində əldən çıxmış fayda olaraq 17.500 manat və banka ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə cavabdehlərdən onların mülkiyyətində olan 0,9113 ha olan boş torpaq sahəsini 2000 manat ödəməklə almışlar. Cavabdehlər torpaq sahəsinin alqı-satqısını notariusda həyata keçirmək məqsədi ilə İddiaçı2 və Cavabdeh2 qardaşı Rəşad Əhmədova etibarnamə vermişlər. Həmin etibarnamə əsasında sözü gedən torpaq sahəsinin İddiaçı1 adına alqı-satqı etmişlər. Lakin bu hadisədən 5 il keçdikdən sonra cavabdehlər məhkəməyə müraciət edərək torpaq sahələrini onlardan geri istəmişlər. Məhkəmə də öz növbəsində işə baxaraq alqı-satqı müqaviləsini etibarsız hesab etmiş, torpaq sahəsinin geri qaytarılması barədə, eyni zamanda torpağın alınması üçün verilmiş pulun geri qaytarılması barədə qətnamə qəbul etmişdir. Həmin qətnamə Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Beləliklə, onlar pul verərək aldıqları torpaq sahəsi, onun üzərində yaratdıqları yaxşılaşdırmalar, ondan götürəcək olduqları faydalar əldən çıxmışdır. Məhkəmələr alqı-satqı müqaviləsini etibarsız hesab edərkən aşağıdakıları əsas götürmüşlər: 1. Torpaq sahəsi alqı-satqı olunarkən torpağın mülkiyyətçilərindən X3 və Cavabdeh1 etibarnaməli nümayəndəsi İddiaçı2 Rəfayel oğlu olduğundan və sonuncu alqı-satqını birgə nikahda olduğu arvadı İddiaçı1 satdığından və etibarnamənin şərtlərinə görə etibar edilmiş əmlakı etibar edilmiş şəxs özününküləşdirə bilmədiyindən belə qərara gəlmişdir ki, hazırki iş üzrə alqı-satqı birgə nikahda olan şəxslər olduğuna görə etibar edilmiş şəxs əmlakı özününküləşdirmişdir. Bu səbəbdən alqı-satqı müqaviləsinin həmin hissəsi etibarsız hesab edilmiş, torpaq sahəsinin mülkiyyətçisi olan Cavabdeh2 isə tək başına ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini satmaq hüququ olmadığından qeyd olunan səbəbdən də müqavilə həmin hissədə də etibarsız hesab edilmişdir. Göründüyü kimi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi yalan ifadələrə əsasən deyil, sırf prosessual hüquqlarının həyata keçirilməsindən ibarət olmuşdur. Belə ki, cavabdehlər alqı-satqının etibarsız hesab edilməsi üçün məhkəmədə iddia qaldırarkən torpaq sahəsini satmadığını, icarəyə verdiklərini iddia etsələr də onların bu faktları sübuta yetirilmədi, nəticədə alqı-satqı zamanı ödədiklləri pulların geri qaytarılması qət edildi. Mübahisəli torpaq sahəsini onlar alarkən kol-kos basmış boş torpaq sahəsindən ibarət idi. Həmin torpaq sahəsini onlar əkib-becərərək münbitləşdirmişlər. Belə ki, həmin torpaq sahəsinə 5 illik fındıq topaları müxtəlif şəxslərdən alaraq həmin torpaq sahəsinə əkmişlər. Bu faktı həmin fındıq topalarını aldığı şəxslər təsdiq edə bilərlər. Belə ki, Zaqatala rayon Muğanlı kənd sakini X32 öz ərizəsində qeyd edir ki, onun tapşırığı əsasında sözü gedən həmin torpaq sahəsinə 110 topa fındıq ağacını həddindən artıq iri olduğundan traktorla çıxarıb öz şəxsi Kamazında onun torpaq sahəsinə daşıyaraq əvəzində ondan 1200 manat zəhmət haqqı almışdır. Zaqatala rayon Faldar kənd sakini X28 isə bildirir ki, 2017-ci ildə İddiaçı2 yetişdirdiyi 110 topa fındıq ağacının hər birini 23 manata sataraq Rəhmandan cəmi 2530 manat pul almışdır. Bundan başqa həmin torpaq sahəsinin kənarı hasarlanmışdır. Həmin torpaq sahəsi artıq 5 ildir ki, onlar oradan mənfəət götürürlər, fındıq məhsulu toplayırlar. Hər il orta hesabla 1000-1500 kq fındıq məhsulu toplamışlar. Bu da təxminən bazar qiyməti ilə 3000-4000 manat təşkil edir. Bundan başqa həmin torpaq sahəsinə 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı, 4 ədəd şabalıd ağacı əkilmişdir. Torpaq sahəsi həddindən artıq nəmli olduğundan 3 metr dərinliyində və 145 metr uzunluğunda kanal çəkilmişdir. Torpaq sahəsinə kanal suyu çəkilərək suvarılır. Torpaq sahəsinə 2,5 metr hündürlüyündə və 35 metr uzunluğunda taxta hasar çəkilmişdir. 1 ədəd 4 metr enində və 2,5 metr hündürlüyündə dəmir qapı qoyulmuşdur. Beləliklə, boş torpaq sahəsi hər il məhsul verən fındıq və meyvə bağına çevrilmişdir. Tərəflərindən torpaq sahəsi üzərində yaxşılaşdırma işləri aparılmış və boş torpaq sahəsi ilə hazırki vəziyyətdə həmin fındıq bağının bazar qiyməti dəfələrlə artmışdır. Lakin hazırkı iş üzrə cavabdehlərin məhkəməyə müraciət edərək torpaq sahəsini onlardan geri götürmələri onları xeyli miqdarda ziyana salmışdır. Torpaq sahəsi üzərində apardıqları yaxşılaşdırmalar ondan ayrılaraq götürülməsi mümkün olmadığından hazırki iddia ilə müraciət etməli olmuşlar. Qarşılıqlı iddia tələbi və dəlilləri: İşə mahiyyəti üzrə baxılarkən Cavabdeh2, Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərin Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı hüquqi şəxsinin Zaqatala ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən onlara məxsus olan 0.9113 ha torpaq sahəsində salınmış bağın dəyəri olan 23 000 manat 5 il müddətində əldən çıxmış fayda olaraq 17500 manat və banka ödənilmiş dövlət rüsumunun rədd edilməsi ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərdən 13 il ərzində onlara məxsus həmin ünvanda yerləşən 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşən fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum etməklə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Rəfail oğlundan 3500 x 13 = 45500 manat maddi ziyanı, əldən çıxmış faydanı ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərdən müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 110 ədəd fındıq ağacı Zaqatala Rayon Aqrar İslahat Komissiyasının Qərarı ilə onlara verilmiş 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində tərəflərindən əkilmişdir. Həmin fındıq ağacları 7 il ərzində böyüyüb hal-hazırki vəziyyətdə ola bilməzdi. Belə bir bağın ərsəyə gəlməsi üçün 15-20 il vaxt tələb olunur. İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər 2015-ci ildə hazır fındıq bağını onlardan icarəyə götürmüş, həmin bağı icarəyə götürərkən 2 il müddətinə 1500 (min beş yüz) manat pul vermişlər. Bundan əlavə bir kisə fındığı hər il onlara verəcəklərini vəd etmişlər. Lakin, öz dediklərinə əməl etməmişlər. İddiaçı1 və İddiaçı2 Rəfail oğlu iddia ərizəsində göstərmişlər ki, onlar hər il orta hesabla 1000-1500 kq fındıq məhsulu toplayırdılar. Bu da təxminən bazar qiyməti ilə 3000-4000 manat təşkil edir. Beləliklə 2015-ci ildən başlayaraq ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Rəfail oğlu hər il 1000 kq fındıq məhsulu əldə etməklə, 3000 (üç min) manat gəlir əldə etməklə 2009-cu ildən başlayaraq 2022-ci ilədək hər il 3500 x 13 = 45500 manat gəlir əldə etmiş və biz ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılara həmin fındıq bağından istifadə sahiblik və sərəncam hüququndan məhrum etməklə 60000 manat maddi ziyan əldən çıxmış fayda olaraq İddiaçı1 və İddiaçı2 Rəfail oğlundan alınaraq Cavabdeh2 və Cavabdeh1 verilməlidir. Bundan əlavə ilk iddia üzrə İddiaçı2 Rəfail oğlu onları aldadaraq, torpaq sahəsinin icarəyə verilməsi üçün etibarnamə alaraq, alqı-satqı müqaviləsini Zaqatala rayon Notariat Ofisində öz adından, həyat yoldaşı İddiaçı1 adına sənədləşdirmiş, alqı-satqı müqaviləsinin mövcudluğu onlara 2020-ci ildə ekspertlər, mütəxəssislər fındıq bağında çöl-ölçmə işlərini aparmaq məqsədi ilə gəldikləri zaman bəlli olmuşdur. Bundan sonra da onlar həmin alqı-satqı müqaviləsini mübahisələndirmişlər. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaları təmin edilməmiş, həmin qətnamədən tərəflərindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onların cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru İddiaçı1 və X18 qarşı “alqı-satqı” müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaları təmin edilmiş, 13 iyul 2012-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin qətnamədən cavabdeh İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərin onların qarşılıqlı iddiada göstərdikləri qərəzsiz, obyektiv və ədalətlidir. Odur ki, ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Rəfail oğlunun iddiaları rədd edilməlidir. Belə ki, onların ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Rəfail oğlu tərəfindən 2015-ci ildən başlayaraq 2022-ci ilə qədər olan müddət ərzində onlara məxsus RX seriyalı ******* nömrəli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 18 saylı ərazi idarəsinə həmin torpaq sahəsi onlara məxsus olduğu halda ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər həmin torpaq sahəsini özlərinə məxsus olduğu barədə iddia ərizəsində qeyd etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil məhkəməyə 11 mart 2024-cü ildə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ünvanlayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X42in 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən Cavabdeh2, Cavabdeh1 və X3 mülkiyyətinə verilmiş 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.66 ha hissəsindən sahiblik, sərəncam və istifadə hüququndan məhrum etməklə 0.66 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş 70 ədəd fındıq kolundan hər bir fındıq kolunun üzərindən 10 kq fındıq yığaraq, 10 il ərzində 70 ədəd fındıq kolundan (topalarından) 70x10=700x10=7000 kq fındıq məhsulunu yığıb, bir kiloqramı 3 (üç) manatdan satmaqla 7000 kq x 3 m=21 000 (iyirmi bir min) manat maddi ziyan, əldən çıxmış faydanın qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 Rəfail oğlundan müştərək qaydada alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 vəkili, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə 20 avqust 2024-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ünvanlayaraq əldən çıxmış fayda olaraq 45000 manat və qarşılıqlı iddianın qaldırılması üçün qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən ödənilmiş 225 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, 0.9113 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində fındıq ağacları ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən əkilmişdir. Həmin fındıq ağacları 7 il ərzində böyüyüb, hal-hazırki vəziyyətdə ola bilməzdi. Belə bir bağın ərsəyə gəlməsi üçün 15-20 il vaxt tələb olunur. İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər 2015-ci ildə hazır fındıq bağını onlardan icarəyə götürmüş, həmin bağı icarəyə götürərkən 2 il müddətinə 1.500 (bir min beş yüz) manat pul vermişlər. Bundan əlavə, bir kisə fındığı hər il onlara verəcəklərini vəd etmişlər. Lakin, onlar öz dediklərinə əməl etmədilər. 2(033)-11/2024 №-li mülki iş üzrə 02 iyul 2024-cü il tarixli 9/3152-7/668 №-li ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan 0,66 ha hissəsində torpaq sahəsində olan kol və ağaclara baxış keçirildi. Baxış zamanı 0,66 ha bağ hissəsində 65 ədəd fındıq kolu-15 illik, 20 ədəd- 3 illik fındıq kolu, 13 ədəd alma, 8 ədəd armud, 3 ədəd zoğal, 5 ədəd xurma, 2 ədəd şabalıd ağacının olması müəyyən edilmişdir. Həmin 65 ədəd (15 illik) fındıq kolunun bir illik məhsuldarlığı 9-12 kq, alma ağacının bir illik məhsuldarlığın 30-40 kq, armud ağacının bir illik məhsuldarlığı 15-20 kq, zoğal ağacının bir ilik məhsuldarlığı 19-20 kq, şabalıd ağacının bir illik məhsuldarlığı 5-15 kq, xurma ağacının bir illik məhsuldarlığı 50-60 kq olması və bağda bu il suvarmadan başqa heç bir aqrotexniki qulluq edilməmişdir. İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər iddia ərizəsində göstərmişlər ki, onlar hər il orta hesabla 1000-1500 kq fındıq məhsulu toplayırdılar. Bu da təxminən bazar qiyməti ilə 3000- 4000 manat təşkil edir. Beləliklə ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlərin hərəkətləri nəticəsində ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar, fındıq bağından istifadə, sahiblik və sərəncam hüququndan məhrum olmuşlar. Bununla da ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar özlərinə məxsus torpaq sahəsində əgər onların həmin torpaq sahəsindən istifadə, sahiblik hüquqları ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən məhdudlaşdırılmasa idilər 2009-cu ildən başlayaraq 2022-ci ilədək hər il təxminən 3.500 manat, bundan da 2015- 2017-ci illər üzrə ödənişləri çıxıldıqda 3.500 x 11 = 38.500 manat gəlir əldə edə bilərdilər. İlk iddia tələbinə qarşı etirazın dəlilləri: İlk iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri: Qarşılıqlı iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Tərəflərin izahatları İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh, eləcə də ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi İddiaçı2 məhkəmə iclasında ilk iddia üzrə iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməyərək göstərdi ki, mübahisəli torpaq sahəsini 2016-cı ildə alsalar da alqı-satqı müqaviləsi 2017-ci ildə rəsmiləşdirilmişdir. 2022-ci ildə isə həmin alqı-satqı müqaviləsi ləğv edilmişdir. Bu illər ərzində fındıq bağından bütövlüklə istifadə etmişlər. Hər il torpaq sahəsində olan fındıq və meyvə ağaclarından məhsul yığmaqla 3000-4000 manat gəlir əldə etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçılardan aldıqları torpaq sahəsini onlar əkib-becərərək münbitləşdirmişlər. Həmin torpaq sahəsində fındıq topalarını ekskavator ilə gətirib əkdirmişlər və həmin vaxtdan ağaclar bar verməyə başlamışdır. Bundan başqa mübahisəli torpaq sahəsində şaftalı, xurma, şabalıd, zoğal və armud ağacları əkmişlər. O, həmin bağın qarşılıqlı iddia üzrə iddiaçılarda qalmasına etiraz etmir, lakin həmin bağa çəkilmiş xərcləri tələb edir ki, başqa yerdə torpaq alsın və yenidən orada fındıq ağacları əksin. Son iki ildə, yəni 2023-2024-cü ildə fındıq bağından məhsulu qarşılıqlı iddia üzrə iddiaçılar yığır. İlkin ekspert rəyində mübahisələndirilən 0,9113 ha torpaq sahəsinin dəyəri 30 000 manat müəyyən edilmişdir. Həmin torpaq sahəsinin 60 sotunu o alaraq orada yaxşılaşdırma işləri aparmış və bağ salmışdır. Düşünür ki, buna görə də ona ilk iddia üzrə cavabdehlərdən 24 000 manat pul alınaraq onlara verilməlidir. İlk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında qarşılıqlı iddianı müdafiə edərək, ilk iddianı isə qismən qəbul edərək göstərmişdir ki, mübahisəli torpaq sahəsi ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərin mülkiyyətində olmuş və həmin torpaq sahəsindən istifadə etmişlər. Buna görə qarşılıqlı iddia üzrə iddiaçılar torpaq sahəsindən sahiblik və istifadə hüquqlarından məhrum edilmişlər. Əgər həmin torpaq sahəsi qarşılıqlı iddia üzrə iddiaçıların mülkiyyətində olsa idi, onlar da həmin torpaq sahəsində fındıq ağacları əkərdilər və hər il gəlir əldə edərdilər. Tərəflər arasında icarə müqaviləsi bağlansa da, ilk iddia üzrə iddiaçılar nə icarə haqqı, nədə ki fındıq məsulu vermişlər. Bu səbəbdən icarə müqaviləsini ləğv etdirmişlər. İlk iddia üzrə iddiaçılar tərəfindən icarə müqaviləsi bağlanarəkən bir dəfə 1500 manat pul verilmişdir. Qalan illərdə isə icarə haqqı ödənilməmişdir. 2009-cu ildən 2017-ci ilədək mübahisəli torpaq sahəsi ilk iddia üzrə iddiaçıların istifadəsində olmuş və onlar oradan hər il 3000-4000 manat gəlir əldə etmişlər. 2017-ci ildə isə həmin torpaq sahəsinə görə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə 2022-ci ildə ləğv edilmişdir. İlk iddia üzrə iddiaçılar 5 il ərzində yaxşılaşdırma ilə bağlı tələblərini irəli sürə bilərdilər. İlk iddia üzrə iddiaçılar ümumilikdə 13 il ərzində həmin torpaq sahəsindən istifadə etmişlər və gəlir əldə etmişlər. Bu səbəbdən də həmin gəlir ilk iddia üzrə iddiaçılardan alınaraq onlara ödənilməlidir. İlk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbinin üzrlü olması barədə sübut təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 16 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X29 göstərmişdir ki, o, fındıq tinglərinin satışı ilə məşğul olur. 6-7 il əvvəl İddiaçı2 110-115 topa fındıq tingi satmışdır. 8-9 illik tinglərin birini 23 manata satmışdır. Rəhmanın həmin tingləri hansı sahəyə apardığını bilmir. Tinglər rayonun Çüdülübinə kəndində yerləşir. 16 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X32 göstərmişdir ki, 6-7 il əvvəl İddiaçı2 onu yolda saxlayaraq fındıq topalarını çıxartmaq lazım olduğunu bildirmişdir. Çüdülübinə kəndindən 110 ədəd böyük fındıq topalarını çıxardaraq cins mal-qara fermasına aparmışdır. Orada ekskavatorla yer qazıb həmin topaları basdırmışlar. 16 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində dindirilmiş X37 göstərmişdir ki, 8-9 il olar ki İddiaçı2 qonşuluqda olan bağa baxır. Rəhman orada bağ salmışdır. Həmin sahə fermanın zibilxanası olmuşdur. Rəhmandan başqa həmin bağda heç kəsi görməmişdir. Həmin bağda Rəhman kanal qazdırıb, bağın təmizliyinə nəzarət etmişdir. Bu bağı Rəhman Şaban adlı şəxsdən almışdır. Yazılı sübutlar Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışın surətindən görünür ki, Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 1/3 hissə olmaqla X3, payı 1/3 hissə olmaqla Cavabdeh2 və payı 1/3 hissə olmaqla Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası "xxxx" MMC-in X14 və digərlərinin paylı mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin dəyərinin müəyyən edilməsi barədə 20 oktyabr 2022-ci il tarixdə verilmiş hesabatdan görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 117 ədəd fındıq ağacı, 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı və 4 ədəd şabalıd ağacı əkilib becərilmişdir. Torpaq sahəsi həddindən artıq nəmli olduğundan 3 metr dərinliyində və 145 metr uzunluğunda kanal çəkilmişdir. Torpaq sahəsinə kanal suyu çəkilərək suvarılır. Torpaq sahəsinə 2,5 metr hündürlüyündə və 30 metr uzunluğunda taxta hasar çəkilmişdir. 1 ədəd 4 metr enində və 2,5 metr hündürlüyündə dəmir qapı qoyulmuşdur. Həmin torpaq sahəsinin ağaclarla birlikdə dəyəri 25 000 manat, yalnız torpaq sahəsinin dəyəri 3500 manat təşkil edir. X17 27 oktyabr 2022-ci il tarixli 24 saylı rəyindən görünür ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X5 məxsus RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış zamanı həmin sahədə 110 fındıq ağacı olduğu müəyyən edilmişdir. Fındıq ağaclarının 100 ədədinin 10-15 illik, 10 ədədinin isə 1-2 illik olduğu müəyyən edilmişdir. Zaqatala rayon məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(033)-765/2021 saylı qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoru, İddiaçı1 və X18 qarşı AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiaları təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2022-ci il tarixli 2(107)-167/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq Zaqatala Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(033)-765/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdehlər Zaqatala rayonu 2 saylı Notariat Kontoruna, İddiaçı1 və X18 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası təmin edilərək AN-İ ******* nömrəli 13 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatı Cavabdeh2, 500 manatı isə üçüncü şəxs X2 alınaraq İddiaçı1 ödənilməsi, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə X7, Cavabdeh2 və Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmış 0,9113 ha torpaq sahəsinin İddiaçı1 alınaraq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs X5 qaytarılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(102)-1616/2022 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. X33 tərəfindən verilmiş ərizədən görünür ki, o özünə məxsus konla 2017-ci ildə Rəhman adlı şəxsin əmlak torpağında 120 ağac fındıq əkmişlər. Sayını bilmədiyi qədər meyvə ağacları əkmişlər. 145 metr uzunu, dərinliyi təqribən 3 metr olan kanal qazdırmışdır. Əlavə olaraq da Faldar kəndindən 110 topa fındığı həddindən artıq iri olduğuna görə konla çıxarıb şəxsi kamazında daşımışdır. Gördüyü işlərin əvəzinə Rəhmandan 1200 manat pul almışdır. X29 tərəfindən verilmiş ərizədən görünür ki, ona məxsus fərdi yaşayış evinin həyətində fındıq tingləri yetişdirməklə məşğuldur. 2017-ci ildə Rəhman adlı şəxsə yetişdirdiyi 110 fındıq tingini satmışdır. Hər tingin birini 23 manata, cəmi 2530 manata satmışdır. "xxxx" MMC-in direktoru İlham İsayev tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, 01-31 avqust tarixlərində 1 kq qabıqlı fındığın bazar dəyəri 2,8-3,10 manat, 01-30 sentyabr 2022-ci il tarixlərində isə 2,8-2,9 manat aralığında olmuşdur. X38 X11 sektorunun müdiri X22 rayonu Aşağı Tala kəndinə yerləşən X5 məxsus PX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Çıxarışında qeyd olunan 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq ağacının köçürülməsi və bu zaman olacaq işlərə dair 31 may 2023-cü il tarixli rəyindən görünür ki, Torpaq sahəsinə baxış zamanı sahədə 100 ədəd 10-16 illik, 10 ədəd 2-3 illik fındıq kollan olduğu müəyyən edilmişdir. 100 ədəd fındıq kolu tam iri məhsuldar kollar olduğundan onların bir sahədən digər sahəyə bütöv halda köçürülməsi uçun rayonumuzda müasir texnika yoxdur istisna hal olaraq, ekskavator və ya konla köçürülməsi mümkündür. Odur ki, ağaclarda 50-70 sm hündürlükdə dərin budama aparılmalıdır. Fındıq ağaclarının bır sahədən digər sahəyə köçürülməsi nəticəsində 5 il ərzində 100% məhsul itkisi gözlənilir ki, orta məhsuldarlıq hər kol üzrə 6 kq götürüldükdə 100 kol üzrə ildə 600 kq məhsul itkisi olur. Köçürmənin 6-7-ci ilində isə 70% məhsul itkisi ola bilər ki, bu da fiziki çəkidə 3700 kq olması ehtimal edilir Fındıq kollarına qulluq, mühafizə kompleks aqrotexniki tədbirlər o cümlədən, suvarma, gübrələmə, alaq otlarına qarşı mübarizə tədbirləri mütəmadi olaraq aparılmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/1677, 9/9386, 10/9097 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zaqatala rayon məhkəməsinin e-2(033)- 141/2023 №-li mülki iş materialında olan (səhifə 153-154) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X38 X11 sektorunun müdiri Mübariz Şabanovun tərtib etdiyi rəyə əsasən Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən X5 məxsus PX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli Çıxarışında qeyd olunan 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq kollarına baxış keçirmiş və aşağıdakılar müəyyən olunmuşdur: Sözügedən sahədə 100 ədəd 10-16 illik, 10 ədəd 2-3 illik fındıq kolları olduğu müəyyən edilmişdir. 100 ədəd fındıq kolu tam iri məhsuldar kollar olduğundan onların bir sahədən digər sahədən digər sahəyə bütöv halda köçürülməsi üçün müasir texnika olmaması, istisna hal olaraq, ekskavator və ya konla köçürülməsi mümkündür. Kollarda 50-70 sm hündürlükdə dərin budama aparılmalıdır. İnternet məlmatlarından əldə edilmiş Zaqatala rayonu ərazisində yerləşən torpaq sahələrinin qiymətləri:

1. Mənbə: Tap. az 0.95ha (95sot) torpaq sahəsinin ümumi qiyməti - 25000 manat 0.01 ha (İsot)-nın qiyməti - 263 manat (25000 manat: 95sot)

2. Mənbə: Tap. az 1ha (100sot) torpaq sahəsinin ümumi qiyməti - 30000 manat 0.01 ha (İsot)-nın qiyməti - 300 manat (30000 manat: 100sot)

3. Mənbə: Tap. az 0.25ha (25sot) torpaq sahəsinin ümumi qiyməti - 15000 manat 0.01 ha (İsot)-nın qiyməti - 600 manat (15000 manat: 25sot)

4. Mənbə: Tap. az 0.47ha (47sot) torpaq sahəsinin ümumi qiyməti - 15500 manat 0.01 ha (İsot)-nın qiyməti - 330 manat (15500 manat: 47sot)

5. Mənbə: Tap. az 0.65ha (65sot) torpaq sahəsinin ümumi qiyməti - 13000 manat 0.01 ha (İsot)-nın qiyməti - 200 manat (30000 manat: 100sot)

6. Mənbə: Tap. az 0.116ha (11.6sot) torpaq sahəsinin ümumi qiyməti - 4000 manat 0.01 ha (İsot)-nın qiyməti - 345 manat (4000 manat: 11.6sot)

7. Mənbə: Tap. az 1.59ha (159sot) torpaq sahəsinin ümumi qiyməti - 60000 manat 0.01 ha (İsot)-nın qiyməti - 377 manat (60000 manat: 159sot)

8. Mənbə: Tap. az 1.30ha (130sot) torpaq sahəsinin ümumi qiyməti - 41400 manat 0.01 ha (İsot)-nın qiyməti - 318 manat (41400 manat: 130sot)

9. Mənbə: Emlak.az 1.50ha (150sot) torpaq sahəsinin ümumi qiyməti - 40000 manat 0.01 ha (İsot)-nın qiyməti - 267 manat (40000 manat: 150sot) Qeyd olunan xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində, internet saytı məlumatlarına əsasən Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən torpaq sahəsinin 0.01 ha (1sot)-nın hazırki orta bazar qiyməti təqribən 333 manat məbləğində (263+300+600+330++200+345+377+318+267) müəyyən edilir (internet saytlarından götürülmüş elan rəyə əlavə edilir).Belə olan halda mübahisə predmeti olan torpaq sahəsinin 0.9113 ha (91.13sot) təşkil etdiyini nəzərə alaraq, həmin torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 30.000,00 manat (91.13sot x 333) məbləğində müəyyən edilir. Qərardadın 4-cü sualının cavablandırılması ekspertlərin səlahiyyətləri xaricində olduğundan həmin sual üzrə tədqiqat aparılmamışdır. Qərardadın 5-ci sualı üzrə Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsində görülmüş işlərin (hasar tikilisi, dəmir darvaza və drenaj xətti) dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1937 manat məbləğində müəyyən olunur. Zaqatala rayonu Aşağı Tala kəndi ərazisində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 30 000,00 manat (91,13sot x 333) məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. 26 fevral 2024-cü il tarixli aktdan görünür ki, 1996-cı ildə islahat zamanı X5 Aşağı Tala kəndində “Dəlvəli” ferma ərazisindən senaj quyularının yerləşdiyi ərazidə verilmiş torpaq sahəsi daşlı və qeyri-münbit halda olmuşdur. 2017-ci ildə həmin torpaq sahəsini İddiaçı2 Rafael oğlu aldıqdan sonra həmin torpaq sahəsini daş kəsəkdən təmizləyərək münbit hala gətirmiş və fındıq bağı salmışdır. X20, X19, X8, X9 və İddiaçı2 tərəfindən imza edilməklə təsdiqlənmişdir. Zaqatala rayonu X26 26 fevral 2024-cü il tarixli arayışından görünür ki, arayışa əlavə olunmuş 26 fevral 2024-cü il tarixli aktdan göründüyü kimi sözügedən mübahisəli torpaq sahəsi əvvəllər qeyri-münbit halda olmuş, lakin İddiaçı1 X2 aldıdan sonra həmin torpaq sahəsində yaxşılaşdsırma işləri apararaq fındıq ağacları əkmişdir. X1 tərəfindən verilmiş rəydən görünür ki, fındıq topalarının (kollarının) məhsul vermə qabiliyyəti yerindən, torpağın münbitliyindən və qulluq şəraitindən asılı olaraq dəyişir. Ortalamada 10-12 illik fındıq topalarından (kollarından) il ərzində 9-12 kq aralığında fındıq məhsulu əldə oluna bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyul 2024-cü il tarixli 3-16-16/2-7/668-9/3152 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Aşağı Tala kəndində yerləşən 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdehlərin mülkiyyətində olan 0,66 ha hissəsində torpaq sahəsində olan kol və ağaclara baxış keçirildi. Baxış zamanı 0,66 ha bağ hissəsində 65 ədəd fındıq kolu-15 illik, 20 ədəd- 3 illik fındıq kolu, 13 ədəd alma, 8 ədəd armud, 3 ədəd zoğal, 5 ədəd xurma, 2 ədəd şabalıd ağacının olması müəyyən edildi. Həmin 65 ədəd (15 illik) fındıq kolunun bir illik məhsuldarlığı 9-12 kq, alma ağacının bir illik məhsuldarlığının 30-40 kq, armud ağacının bir illik məhsuldarlığı 15-20 kq, zoğal ağacının bir illik məhsuldarlığı 19-20 kq, şabalıd ağacının bir illik məhsuldarlığı 5-15 kq, xurma ağacının bir illik məhsuldarlığı 50-60 kq olması və bağda bu il suvarılmadan başqa heç bir aqrotexniki qulluq edilməmişdir. Qərardadda qeyd edilən ağacların yetişdirilməsinə çəkilmiş xərclərin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Qeyd edilən sual həmin sahə üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən cavablandırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "X27" X42 10 oktyabr 2024-cü il tarixli 3-22-21/2-105/2024 saylı rəyindən görünür ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsi və X38 İnkişaf Mərkəzinin mütəxəssislərindən əldə etdiyimiz məlumatlara əsasən ənənəvi əkin sxemi ilə salınan bağlarda orta hesabla hər hektarda müvafiq olaraq fındıq kolu 150 ədəd, alma tingi 650 ədəd, armud tingi 650 ədəd, zoğal tingi 250 ədəd, xurma tingi 360 ədəd və şabalıd tingi 100 ədəd olur. Aparılan hesablamalara görə bağın salınma və bar verən yaşadək illik qulluq xərcləri ağacın fiziki vəziyyəti nəzərə alınmaqla 1 ədəd 15 illik fındıq kolunun dəyəri təqribən 56- 84 manat, 3 illik olarsa, 26-38 manat, 1 ədəd alma ağacı 24-36 manat, 1 ədəd armud ağacı 24-36 manat, 1 ədəd zoğal ağacı 17-25 manat, 1 ədəd xurma ağacı 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyəri isə 72-108 manat aralığında dəyişə bilir. Ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17-26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 manat aralığında dəyişə bilir. 03 noyabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 211 manat dövlət rüsumu ödənilmişdir. 06 dekabr 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Vəkil tərəfindən 240 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

21.1-ci maddəsində müəyyən edilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Avropa İnsan Hüquqları Məhkəməsi Qavazov Bolqarıstana qarşı iş üzrə xx.xx.2008-ci il tarixli qərarında xatırlatmışdır ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Yenidən mübahisələndirilməsi və sübut edilməsi (araşdırılması və təkzib edilməsi) mümkünsüz olan hallar ondan ibarətdir ki, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən kənd təsərrüfatı təyinatlı, ümumi birgə mülkiyyət hüququ üzrə X7, Cavabdeh2 və Cavabdeh1 məxsus olan 0,9113 ha torpaq sahəsi AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı1 satılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(107)-167/2022 saylı qətnaməsi ilə AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, etibarsız əqd nəticəsində ödənilmiş 2000 manat pulun 1500 manatının Cavabdeh2, 500 manatının isə üçüncü şəxs X2 alınaraq İddiaçı1 ödənilməsi, 0,9113 ha torpaq sahəsinin İddiaçı1 alınaraq iddiaçılar Cavabdeh2 və Cavabdeh1 və üçüncü şəxs X5 qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1616/2022 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-167/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddiaçıların tələblərinin əsası kimi istinad etdikləri halların təsdiqi üçün təqdim etdikləri sübutlardan olan və digər sübutlarla yanaşı yoxlanılmış şahid X29 ifadəsindən görünür ki, o, 6-7 il əvvəl İddiaçı2 Çüdülübinə kəndindən birinin dəyəri 23 manat olmaqla 8-9 illik 110-115 topa fındıq tingi satmış, Rəhmanın həmin tingləri hansı sahəyə apardığını bilmir. X29 ərizəsində isə göstərmişdir ki, birini 23 manata olmaqla 110 fındıq tingini 2017ci ildə Rəhman adlı şəxsə cəmi 2530 manata satmışdır. Məhkəmə, X15 yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində göstərilənlərlə tamamlanmayan əksinə təkzib edilən şahid ifadəsini və ərizəsini inandırıcı saymır. Belə ki, onun ifadəsində və ərizəsində bildirdiklərinin əksinə olaraq, ilk iddiaçılar 110 fındıq topalarını yalnız ondan deyil, müxtəlif şəxslərdən aldıqlarını, fındıq topalarının isə 5 illik olduğunu iddia etmişlər. X17 xx.xx.2022-ci il tarixli 24 saylı rəyində 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 110 fındıq ağacının olduğu, ağacların 100 ədədinin 10-15 illik, 10 ədədinin isə 1-2 illik olduğu müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, X37 və X23 şahid ifadələri, eləcə də sonuncunun ərizəsi ilə İddiaçı2 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda bağ saldığı, bağda kanal qazdırdığı təsdiq edilsə də, ilk iddiaçıların fındıq topalarından iddia etdikləri məbləğdə gəlir əldə etmələri ağlabatan deyil. Belə ki, yanaşı yoxlanılmış X38 X11 sektorunun müdiri Mübariz Şabanovun 0.9113 ha kənd təsərrüfatı təyinatlı torpaqda əkilən 110 ədəd fındıq ağacının köçürülməsi və bu zaman olacaq işlərə dair xx.xx.2023-cü il tarixli rəyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2- 7/1677, 9/9386, 10/9097 saylı ekspert rəyi ilə tam iri, məhsuldar fındıq kollarının bir sahədən digər sahəyə bütöv halda köçürülməsinin ağaclarda 50-70 sm hündürlükdə dərin budama aparılmaqla mümkün olduğu, bu halda da, fındıq ağaclarında məhsul itkisinin ilk 5 il ərzində 100 %, köçürmənin 6-7-ci ilində isə 70 % olması müəyyən edilmişdir. Məhkəmə rəyi vermiş şəxslərin bitkiçilik sahəsində xüsusi biliklərinin olduğunu nəzərə alaraq həmin rəylərlə razılaşır və ilk iddiaçıların digər meyvə ağacları istisna olmaqla, köçürdükləri fındıq topalarından 2017-ci ildən sonrakı 5 il ərzində gəlir əldə etməkdiklərini işin hallarına uyğun sayır. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC-nin fəaliyyətinin əsas vəzifəsinin əmlakların dəyərinin müəyyən edilməsi sahəsində xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarət olmasına dair sübut təqdim edilmədiyindən, onun xx.xx.2022-ci il tarixli məktubu mübahisənin həllində mötəbər sübut sayıla bilməz. Məhkəmə, yanaşı yoxlanılmış sübutlarla, o cümlədən iddia ərizəsində göstərilənlərlə tamamlanmayan, əksinə təkzib edilən xx.xx.2024-cü il tarixli aktı və Zaqatala rayonu X10 əsasında verilmiş xx.xx.2024-cü il tarixli arayışını da inandırıcı saymır. Belə ki, həmin sənədlərdə göstərilənlərin əksinə olaraq ilk iddiaçılar mübahisəli torpaq sahəsinin daşlı və qeyri-münbit halda olduğunu qeyd etməmiş, kol-kos basmış boş torpaq sahəsi olduğunu iddia etmişlər. X16 isə həmin sahənin fermanın zibilxanası olduğunu bildirməklə qeyd edilən sahənin təyinatı barədə akt və arayışda, eləcə də iddia ərizəsində qeyd edilənlərlə ziddiyyətli fikir bildirmişdir. Müəyyən sübutetmə vasitəsi olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020ci il tarixli çıxarışla isə ümumiyyətlə 0,9113 ha torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu təsdiq edilmişdir. Məhkəmə, X1nun rəyini və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/668-9/3152 saylı ekspert rəyini ağacların məhsuldarlığı hissəsində, onların köçürülməsi halını nəzərə alınmadan verildiklərindən mübahisənin həllində mötəbər sübut saymır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X27” X42 xx.xx.2024-cü il tarixli 3-22-21/2-105/2024 saylı rəyində hər hektarda müvafiq olaraq 150 ədəd fındıq kolu, 650 ədəd alma tingi, 650 ədəd armud tingi, 250 ədəd zoğal tingi, 360 ədəd xurma tingi və 100 ədəd şabalıd tinginin ola biləcəyi, bağın salınma və bar verən yaşadək illik qulluq xərclərinin ağacın fiziki vəziyyəti nəzərə alınmaqla 1 ədəd 15 illik fındıq kolunun dəyərinin təqribən 56- 84 manat, 3 illik olarsa, 26-38 manat, 1 ədəd alma ağacının 24-36 manat, 1 ədəd armud ağacının 24-36 manat, 1 ədəd zoğal ağacının 17-25 manat, 1 ədəd xurma ağacının 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyərinin 72-108 manat aralığında dəyişə biləcəyi, ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17-26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 manat aralığında dəyişə biləcəyi göstərilir. Məhkəmə pul ödənişləri barədə müəyyən sübut etmə vasitəsi sayılmadığından X15 fındıq tinglərinə görə Rəhmandan cəmi 2530 manat almasına dair ərizəsində, eləcə də gördüyü işlərin əvəzinə Rəhmandan 1200 manat pul aldığına dair X23 ərizəsində göstərilənləri işin hallarına uyğun saymır. Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 117 ədəd fındıq ağacı, 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı və 4 ədəd şabalıd ağacının əkilib becərilməsi, 3 metr dərinliyində və 145 metr uzunluğunda kanal çəkilməsi, 2,5 metr hündürlüyündə və 30 metr uzunluğunda taxta hasar çəkilməsi, 1 ədəd 4 metr enində və 2,5 metr hündürlüyündə dəmir qapı qoyulması təsdiq edilmişdir. Eyni zamanda fındıq topaları istisna olmaqla, 23 ədəd zoğal ağacı, 16 ədəd armud ağacı, 10 ədəd xurma ağacı, 4 ədəd şabalıd ağacının ilk iddiaçılar tərəfindən əkilməsi də işin mübahisəsiz halıdır. Məhkəmə yanaşı yoxlanılmış sübutlarla, ilk iddiaçıların 0,9113 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində digər ağaclarla yanaşı fındıq ağacları da əkilməsi halının təsdiq edildiyini Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatında isə torpaq sahəsində 117 ədəd fındıq ağacının əkilməsinin qeyd edildiyini nəzərə alaraq, ilk iddiaçıların həmin ağaclardan yalnız iddia ərizələrində qeyd edilən sayda 110 ədədini əkdiklərini işin hallarına uyğun sayır. Məhkəmə ilk iddia üzrə iddiaçıların çəkilmiş xərclər barədə müəyyən sübutetmə vasitələrini təqdim etmədiklərini, mübahisə predmeti olan torpaq sahəsində görülmüş işlərin (hasar tikilisi, dəmir darvaza və drenaj xətti) dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 1937 manat olduğuna dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-7/1677, 9/9386, 10/9097 saylı və 1 ədəd 15 illik fındıq kolunun dəyərinin təqribən 56- 84 manat, 3 illik olarsa, 26-38 manat, 1 ədəd alma ağacının 24-36 manat, 1 ədəd armud ağacının 24- 36 manat, 1 ədəd zoğal ağacının 17-25 manat, 1 ədəd xurma ağacının 16-24 manat və 1 ədəd şabalıd ağacının dəyərinin 72-108 manat aralığında dəyişə biləcəyi, ağacların yaşına uyğun olaraq amortizasiya xərcləri çıxıldıqdan sonra ağacların qalıq dəyəri isə orta hesabla 15 illik fındıq kolu üçün 9-14 manat, 3 illik fındıq kolu üçün 21-32 manat, alma ağacı üçün 17-26 manat, armud ağacı üçün 17-26 manat, zoğal ağacı üçün 9-14 manat, xurma ağacı üçün 7-10 manat və şabalıd ağacı üçün 62-93 manat aralığında dəyişə biləcəyinə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “X27” X42 xx.xx.2024cü il tarixli 3-22-21/2-105/2024 saylı rəylərlə müəyən edilənləri, onları verənlərin bu sahədə xüsusi biliklərinin olduğunu nəzərə alaraq, işin hallarına uyğun sayır və ilk iddia üzrə iddiaçıların ümumi birgə mülkiyyət hüququ üzrə ilk iddia üzrə cavabdehlərə məxsus torpaq sahəsində yaxşılaşdırmalar üçün çəkdikləri məsrəflərin məbləğini həmin sübutlar əsasında müəyyən edilməli olduğu nəticəsinə gəlir. Beləliklə hər birinin dəyəri 9 manat olmaqla 65 ədəd 15 illik fındıq ağacına görə 585 manat, hər birinin dəyəri 21 manat olmaqla 20 ədəd 3 illik fındıq ağacına görə 420 manat, hər birinin dəyəri 17 manat olmaqla 13 ədəd alma ağacına görə 221 manat, 9 manat olmaqla 3 ədəd zoğal ağacına görə 27 manat, hər birinin dəyəri 17 manat olan 8 ədəd armud ağacına görə 136 manat, hər birinin dəyəri 7 manat olmaqla 5 ədəd xurma ağacına görə 35 manat və hər birinin dəyəri 62 manat olmaqla 2 ədəd şabalıd ağacına görə 124 manat xərc olmaqla ilk iddiaçıların ağac əkiminə cəmi 1548 manat, torpaq sahəsində aparılmış hasar tikintisi, dəmir darvaza qoyulması və drenaj xətti çəkilməsi işlərinə cəmi 1937 manat olmaqla, ilk iddia üzrə cavabdehlərə məxsus torpaq sahəsində yaxşılaşdırmalar üçün ümumilikdə 3485 manat xərc çəkdikləri təsdiq edilir. Müəyyən edilmiş mübahisəsiz hal ondan ibarətdir ki, torpaq sahəsi hələ AN-İ ******* nömrəli xx.xx.2017-ci il tarixli etibarsız alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl ilk iddia üzrə üzrə cavabdehlərin könüllü iradə ifadəsi ilə ilk iddiaçıların sahibliyinə verilmişdir. Mübahisə barədə məhkəmənin yekun aktının qüvvəyə mindiyi tarixdən sonrakı illərin, 2023-2024-cü illərin məhsulu qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən yığılır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ilk iddia üzrə iddiaçıların torpaq sahəsinə sahiblənmələri mülkiyyətçilərin iradəsinə uyğun olmuş, onlar torpaq sahəsinə hələ etibarsız əqd bağlanmamışdan əvvəl vicdanlı sahiblik etməyə başlamışlar və onların yalnız yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Əmlakdan gələcəkdə götürülməli olan bütün gəlirlər isə torpaq sahəsinin mülkiyyətçilərinə aid olduğundan, ilk iddiaçılar salınmış bağa görə 5 il müddətində əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb etmək hüququna malik deyillər. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ilk iddiaçıların yalnız yaxşılaşdırmaq üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olduqlarından, torpaq sahəsinin ağaclarla birlikdə dəyərinin 25000 manat, yalnız torpaq sahəsinin dəyərinin 3500 manat təşkil etməsinə dair hissədə Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilk iddianın tam təmin edilməsinə əsas ola bilməz. Məhkəmə ilk iddia üzrə belə hesab edir ki, ilk iddiaçıların apardıqları və ayrılması mümkün olmayan yaxşılaşdırmalar üçün çəkdikləri məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüquqları olduğundan, yaxşılaşdırma xərclərinin əvəzi hesabına 3485 manat ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçılara verilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, ilk iddiaçıların əldən çıxmış faydanın ödənilməsini tələb etmək hüquqları əmələ gəlmədiyindən ilk iddia, 5 il müddətində əldən çıxmış faydanın əvəzi üzrə 17.500 manatın ilk iddia üzrə cavabdehlərdən alınaraq ilk iddia üzrə iddiaçılara verilməsinə dair hissədə təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddia üzrə belə nəticəyə gəlir ki, vicdanlı sahib olan qarşılıqlı iddia üzrə cavabdehlər əmlakdan gəlir götürdüklərinə görə zərərin əvəzini (əldən çıxmış fayda) ödəməyə borclu olmadıqlarından qarşılıqlı iddia təmin edilə bilməz. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia üzrə İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 211 (iki yüz on bir) manatın 54,85 (əlli dörd manat səksən beş qəpik) manatı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı2 verilməli, qalıq 156,15 (bir yüz alli altı manat on beş qəpik) manatı isə ilk iddia üzrə İddiaçı2 özünə aid edilməlidir. Qarşılılqı iddia üzrə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil aid edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edildiyindən, ekspertiza xərcinin 60 manatı bərabər qaydada ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılara, 50 manatı isə bərabər qaydada ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi

İlk iddia qismən təmin edilsin. İlk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 3485 (üç min dörd yüz səksən beş) manat alınaraq qarşılılqı iddia üzrə iddiaçılar, ilk iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 verilsin. İlk iddia üzrə İddiaçı2 tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu üzrə ödənilmiş 211 (iki yüz on bir) manatın 54,85 (əlli dörd manat səksən beş qəpik) manatı ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 alınaraq ilk iddia üzrə İddiaçı2 verilsin, qalıq 156,15 (bir yüz əlli altı manat on beş qəpik) manatı isə ilk iddia üzrə İddiaçı2 özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “fındıq bağından sahiblik, sərəncam və istifadə hüququndan məhrum edilmə, maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılılqı iddia üzrə ödənilmiş 240 (iki yüz qırx) manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil aid edilsin. Ekspertiza xərclərinə görə ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh1 bərabər qaydada 60 manat, ilk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 bərabər qaydada 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X12 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar