Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-1149/2022 05.12.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Mən, Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlu, İddiaçı Cavabdeh qarşı alimentin artırılması, qalıq aliment borcunun ödənilməsi, borcun əmlaka yönəldilməsi və səhiyyə xərclərinin yarıya bölünməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları-01 sentyabr 2007-ci il təvəllüdlü X3 və 26 fevral 2009-cu il təvəllüdlü X1 üçün hər iki uşaq üçün hər ay 380 manat məbləğində alimentin onun xeyrinə tutulması və 16128 manat qalıq aliment borcunun cavabdehdən tutularaq ona verilməsi, cavabdehin könüllü olaraq borcun ödənilməsini təmin etmədiyi təqdirdə daşınmaz əmlakları olan Balakən rayonu Hənifə kəndində yerləşən iki mərtəbəli evə, həyətyanı və pay torpağına yönəldilməsinə, uşaqların səhiyyə xərclərinin yarı-yarıya bölünməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb belə nəticəyə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsi rəhbər tutularaq məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona ələvə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçı iddia ərizəsindən görünür ki, Cavabdeh Balakən rayonu Qazma kəndində qeydiyyatdadır. Həmçinin iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə sistem”indən çıxarışlardan görünür ki, İddiaçı və Cavabdeh Balakən rayonu Qazma kəndində qeydiyyatdadırlar. Qanunvericiliyin tələblərinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda, alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. İddiaçı Cavabdeh qarşı hazırki tələblə bağlı iddiasını Zaqatala Rayon Məhkəməsinə göndərməsi üçün qanunla müəyyən edilmiş hər hansı bir hal mövcud deyildir və bu aidiyyət qaydalarının pozulmasına səbəb ola bilər. Buna görə də, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, İddiaçı göstərilənlərə əməl etməklə yenidən Balakən Rayon Məhkəməsində iddia qaldıra bilmək hüququ izah edilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 151, 152, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı alimentin artırılması, qalıq aliment borcunun ödənilməsi, borcun əmlaka yönəldilməsi və səhiyyə xərclərinin yarıya bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-1149/2022
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-1149/2022
05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver