Məhkəmə qərarları › İş №e-2(033)-1170/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1170/2025

18.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1170/2025 18.02.2026 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X5 Əli qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri: İddiaçı LPO “Dəmir Bank" ASC-in Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cəmi 9.818,43 (doqquz min səkkiz yüz on səkkiz manat 43 qəpik) manat - bundan 3.950,05 (üç min doqquz yüz əlli manat 05 qəpik) manat əsas, 2.150,69 (iki min bir yüz əlli manat 69 qəpik) manat faiz, 3.146,24 (üç min bir yüz qırx altı manat 24 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 (beş yüz yetmiş bir manat 45 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 118,19 (bir yüz on səkkiz manat 19 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış ********* saylı xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 32 (otuz iki) faiz dərəcəsi ilə 6.370 (altı min üç yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 120008397/ZM saylı xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin müvafiq bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Kredit müqaviləsinə 16 aprel 2015-ci il tarixdə 01/15-ƏS nömrəli Əlavə Saziş bağlanmışdır. Müqaviləyə əsasən Kreditorun Borcalana (Birgə Borcalana) verdiyi kreditin qalıq məbləği 5.872,61 (beş min səkkiz yüz yetmiş iki ABŞ dolları 61 sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunur. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 27 yanvar 2017-ci il tarixdə 2 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 manat) 5.712,06 (beş min yeddi yüz on iki manat 06 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 (on səkkiz) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Daha sonra həmin Kredit müqaviləsinə 14 avqust 2017-ci il tarixdə 3 nömrəli Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 7.466,21 (yeddi min dörd yüz altmış altı manat 21 qəpik) manat təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) % ödənilir. Əlavə Sazişə əsasən Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanılır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə 12-5/2-K-41-10566/2025 saylı xx.xx.2025-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixə kredit üzrə cəmi borcu 9.818,43 (doqquz min səkkiz yüz on səkkiz manat 43 qəpik) manat təşkil edir. Bundan 3.950,05 (üç min doqquz yüz əlli manat 05 qəpik) manat əsas, 2.150,69 (iki min bir yüz əlli manat 69 qəpik) manat faiz, 3.146,24 (üç min bir yüz qırx altı manat 24 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 (beş yüz yetmiş bir manat 45 qəpik) manat faiz borcu təşkil edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə 05 sentyabr 2025-ci il tarixdə etiraz ünvanlayaraq bildirmişlər ki, Cavabdeh2 pul lazım olduğu üçün banka müraciət etmişdir. Banka dollar ilə kredit istədiyini heç vaxt deməmişdir. Lakin qəsdən ona dollar ilə kredit verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 19.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Deməli bankın ona etdiyi ödəniş qanunsuz olmaqla konstitusiyaya ziddir. xx.xx.2014-cü il tarixində onunla İddiaçı ASC arasında 12000987 say kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin əsas şərtlərinə əsasən 2 ay müddətinə illik 32 faiz, faktiki illik faiz dərəcəsi 33.14 faiz olmaqla 6370 USD pulun verilməsini özündə ehtiva edir. İddia ərizəsi ilə razı deyildirlər. İddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci tarixədək ( 09.01.20 3-ci tarixdə 286 manat (362.88 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 286 manat (362.8 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 286 manat (272.38 ABŞ dolları bu zaman kursun məzənnəsi 1.05 müəyyən edilmiş idi) və xx.xx.2015ci il tarixdə də 286 manat (272.3 ABŞ dolları) məbləğində cəmi 1144 manat (1270.52 ABŞ dolları) pul ödəmişdir. Daha sonra xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək xx.xx.2015-ci tarixdə 274.76 manat (261.68 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 274.67 manat (261.5 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 190.27 manat (181.21 ABŞ dolları) xx.xx.2015-ci il tarixdə 67.67 manat (64.65 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 14.68 manat (14.22 ABŞ dolları) , xx.xx.2015-ci il tarixdə 272.70 manat (259.7ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 272.95 manat (259.96 ABŞ dolları xx.xx.2015- ci il tarixdə 119.54 manat (113.85 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 89.57 manat (85.31 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 119.32 manat (113.64 AB! dolları), xx.xx.2015-ci il tarixdə 63.64 manat (60.61 ABŞ dolları), xx.xx.2015-ci : tarixdə 109.06 manat (103.87 ABŞ dolları), xx.xx.2015-ci il tarixdə 59.69 manat 56.85 ABŞ dolları) olmaqla cəmi 1928.52 manat (1836.87 ABŞ dolları) pul ödəmişdir. Mərkəzi bank 1.55 əmsalla üzən məzənnə sisteminə keçidindən sonra xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək xx.xx.2016-cı il tarixdə 114.8 manat (74.07 ABŞ dolları), xx.xx.2016-cı il tarixdə 201.74 manat (130.16 AB dolları), xx.xx.2016-cı il tarixdə 274 manat (175.80 ABŞ dolları) xx.xx.2016-cı tarixdə 276.93 manat (183.74 ABŞ dolları), xx.xx.2016-cı il tarixdə 270 manat 180.52 ABŞ dolları), xx.xx.2016-cı il tarixdə 263.62 manat (171.25 ABŞ dolları). xx.xx.2016- cı il tarixdə 251.39 manat (162.19 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə 257.39 manat ( 166.06 ABŞ dolları) olmaqla cəmi 1909.87 manat ( 1243.79 ABŞ dolları) pul ödəmişdir. İddiaçının ABŞ dolları ilə sənədləşdirdiyi kreditin manata çevrildikdən sonra isə xx.xx.2017-ci il tarixdən xx.xx.2019cu il tarixədək xx.xx.2017-ci il tarixdə 170 manat, xx.xx.2017-ci il tarixdə, 167 manat, xx.xx.2017-ci il tarixdə 127.60 manat, xx.xx.2017-ci il tarixdə 40 manat, xx.xx.2017-ci il tarixdə 130 manat, xx.xx.2017-ci il tarixdə 21 manat, xx.xx.2017-ci il tarixdə 15 manat, xx.xx.2017-ci il tarixdə 100 manat, xx.xx.2017-ci il tarixdə 70 manat, xx.xx.2017-ci il tarixdə 252 manat, xx.xx.2017-ci il tarixdə 126 manat, xx.xx.2017-ci il tarixdə 124 manat, 18.1 2.2017-ci il tarixdə 126 manat, xx.xx.2018-ci il tarixdə 125 manat, xx.xx.2018-ci il tarixdə 126 manat, xx.xx.2018-ci il tarixdə 126 manat, xx.xx.2018-ci il tarixdə 126 manat, xx.xx.2018-ci il tarixdə 125 manat, xx.xx.2018-ci il tarixdə 125 manat, xx.xx.2018-ci il tarixdə 90 manat, xx.xx.2018-ci il tarixdə 35 manat, xx.xx.2018-ci il tarixdə 100 manat, xx.xx.2018-ci il tarixdə 26 manat, xx.xx.2018-ci il tarixdə 126 manat, xx.xx.2018-ci il tarixdə 125 manat, xx.xx.2018-ci il tarixdə 126 manat xx.xx.2018-ci il tarixdə 125 manat, xx.xx.2019-cu il tarixdə 126 manat və xx.xx.2019-cu il tarixdə isə 125 manat olmaqla cəmi 3225.6 manat ( 1650 ABŞ dolları isə ) pul ödəmişdir. (2017-ci ilin fevral ayında məzənnə 1.92 manat, 2017-ci ilin mart ayında 1,75 manat, aprel 1,72 manat, daha sonra isə 1,70 məzənnə ilə). O iddiaçının xeyrinə ümumilikdə 8207.99 manat (6001.18 ABŞ dolları ilə) pul ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli fərmanının 4.3.1-ci maddəsinə əsasən kompensasiya , ilk növbədə proporsional qaydada fiziki şəxsin bütün kredit təşkilatları və ləğv etmə prosesində olan kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldirilir. Sonra isə həmin Fərmanın 4.3.2-ci maddəsinə əsasən bu qaydanın 4.3.1-ci yarımbəndinə nəzərdə tutulan kredit borcları ödənildikdən sonra, qalan məbləğ fiziki şəxsin sərəncamına verilir. Fərmana əsasən iddiaçıya olan borc tam ödənilmişdir ki, xx.xx.2019-cu il tarixdə 1754.66 manat məbləğində vəsait ona kompensasiya olaraq verilmişdir. Belə ki, Problemli kreditlərin kompensasiyası sənədinə əsasən 21 fevral 2015ci il tarixinə 1493.82 manat, xx.xx.2015-ci il tarixində isə 3069.37 manat olmaqla cəmi 4563.19 manat kompensasiya hesablanmışdır. Həmin kompensasiyadan 2808.53 manat da ona ödənilmişdir. Əgər kompensasiya hesablanan zaman onun banka borcu 2808.53 manatdan çox idisə niyə onun borcunu silmədən ona kompensasiya verilirdi? Beləliklə iddiaçıya 8207.99 manat (6001.18 ABŞ dolları ilə) onun və 2808.53 manatda kompensasiya olmaqla cəmi 11016.52 manat pul ödənilmişdir. Bundan başqa cavabdehlər həmin tarixdə ərizə və vəsatət ünvanlayaraq bildirmişlər ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 745.4-cü maddəsinə əsasən borcverənin kredit müqaviləsindən irəli gələn tələbləri üzrə iddia müddəti bir ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı ASC onlara qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinə iddia müddəti tətbiq etməklə, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tərəflərin izahatları 19 sentyabr 2025-ci il tarixdə iddiaçı LPO “Dəmir Bank" ASC-in nümayəndəsi X4 məhkəməyə ərizə ünvanlayaraq Cavabdeh2 və Cavabdeh1 etirazına cavab olaraq bildirmişdir ki, iddiaçı Bank tərəfindən iddia müddəti ötürülmədən məhkəməyə müraciət edilmişdir. Belə ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında xx.xx.2014-cü il tarixində 24 ay müddətinə kredit müqaviləsi imzalanmışdır. Daha sonra kredit müqaviləsi üzrə xx.xx.2015ci il tarixli, xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli Əlavə sazişlər bağlanmışdır. Sonuncu, yəni xx.xx.2017-ci il tarixli 3 saylı Əlavə saziş üzrə restruktruzasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Göründüyü kimi kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixində, qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti isə xx.xx.2025-ci ildə bitmişdir. Bank tərəfindən isə iddia ərizəsi iddia müddəti bitməmiş, yəni xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə Sisteminə yüklənmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışdan da görünür ki, iddia ərizəsinin göndərilmə tarixi xx.xx.2025-ci il, statusu isə göndərilmiş yazılmışdır. Yuxarıda göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. 10 fevral 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddia tələbi tam əsaslıdır. Cavabdeh2 1754.66 manat kompensasiya hesablansa da o həmin məbləği banka ödəməmişdir. Ekspert rəyi ilə də Cavabdeh2 banka borcunun olması təsdiq olunur. Cavabdeh iddiaçıdan 6370 ABŞ dolları kredit götürmüş və 2017-ci ildə kreditin qalıq məbləği restrukturizasiya edilmişdir. Restrukturizasıyanın bitməsi 2022-ci ilədək olmuşdur. Cavabdeh tərəfindən 2017-ci ilə qədər xarici valyuta ilə edilən ödənişlərin Azərbaycan manatına olan fərqini Prezidentin Fərmanına əsasən cavabdehə güzəşt edilmişdir ki, onun borcundan bu məbləğ çıxılsın. 22 dekabr 2017-ci il tarixdə bank ləğv prosesinə getdiyindən bankda artıq əməliyyat blokları olmadığı üçün digər banklardan fərqli olaraq onlar tərəfindən kompensasiya hesablanması mümkün olmamışdır. Kompensasiya cavabdehə mərkəzi poçt tərəfindən verilmiş və sonuncu aldığı məbləği banka təqdim etməli olduğu halda bunu etməmişdir. Bundan başqa cavabdeh banka olan qalıq borcu da ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsaəsn iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o, bankdan 5 000 manat pul götürmüş və əvəzində tərəfindən banka 8000 manat pul ödənilmişdir. Bu barədə əlində qəbzləri vardır. 2019-cu ildə Prezidentin fərmanına əsasən ona 1754 manat kompensasiya ödənilmişdir. Həmçinin banka kompensasiya kimi 2808,53 manat ödənilmişdir. Ekspert rəyində ona kompensasiyanın verilməməsi qeyd edilmişdir. Lakin o sistemdən problemli kreditlərin kompensasiyası ilə bağlı çıxarışı məhkəmə təqdim etmişdir. Həmin sənəddən görünür ki, ona 1754,66 manat kompensasiya hesablanmış və 2808,53 manat borcuna güzəşt edilmişdir. O, iddia tələbi ilə razı deyildir. Ekspert rəyində qrafıkdə göstərilmiş müddət xx.xx.2017-ci il tarixində başlayır- xx.xx.2025-ci il tarixində bitir. Guya onun 8.02.2019-cu il tarixədək 2385 manat məbləğində ödəniş etdiyi qeyd edilmişdir. İddiaçıya xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci tarixədək 1144 manat, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək 1928.52 manat, Mərkəzi bank 1.55 əmsalla üzən məzənnə sisteminə keçidindən sonra xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 1909.87 manat, iddiaçının ABŞ dolları ilə sənədləşdirdiyi kreditin manata çevirdiyindən sonra isə xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 3225.6 manat olmaqla ümumilikdə 8207,99 manat pul ödəmişdir. O, 8207.99 manat pul ödəmiş, lakin ekspert rəyində qeyd etmişdir ki guya o 2385 manat ödəmişdir. xx.xx.2019-cu il tarixli kompensasiya sənədinə əsasən iddiaçıya 2808.53 manat, ona isə 1754.66 manat ödənilmişdir. O, ödənişi poçt filialından almışdır. Kompensasiya məsələsi həll olunmadan məhkəmə qərarının qəbul edilməsi tam qanunsuz və əsassızdır. O, mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı zaminlik ilə bağlı iddia müddətini ötürmüşdür. Odur ki, iddiaçının kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə onun zaminliyinə xitam verilməsini xahiş etmişdir. 15 yanvar 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Yazılı sübutlar: 120008397 nömrəli 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki Cavabdeh2 İddiaçı ASC-dən 24 ay müddətinə illik 33,14 faiz dərəcəsi ilə 6370 ABŞ dolları məbləğində kredit almışdır. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış 09 dekabr 2014-cü il tarixli 120008397/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zamin ********* nömrəli 09 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 5872,61 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 27 yanvar 2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 5712,06 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 14 avqust 2017-ci il tarixli Əlavə Sazişlərdən görünür ki, kreditin qalıq məbləği 7466,21 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. 20 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 3950,05 manat əsas, 2150,69 manat faiz, 3.146,24 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 manat faiz borcu təşkil edir. 07 avqust 2019-cu il tarixli Problemli kreditlərin kompensasiya vərəqindən görünür ki, Cavabdeh2 1754,66 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün 118,19 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 04 dekabr 2025-ci il tarixli, 9/5105 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatları 09 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin və ona əlavə edilmiş xx.xx.2017-ci il tarixli 3 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6017,24 manat məbləğində müəyyən edilir, o, cümlədən: əsas borcu - 3950,05 manat, faiz borcu 2067,19 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə illik 5% dərəcəsi ilə faizin hesablanması nəzərə alınmaqla, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6579,03 manat məbləğində müəyyən edilir, o,cümlədən: əsas borcu - 3950,05 manat; faiz borcu-2067,19 manat, faiz borcu (5% ilə) – 561,79 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Cavabdeh2 1754,66 manat məbləğində kompensasiya verilməsi öz əksini tapmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Resrublikası Konstitusiyası 19-cu maddəsinə əsasən Azərbaycan Resrublikasının pul vahidi manatdır. Azərbaycan Resrublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 60.3-cü maddəsinə əsasən ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından məhkəmədə çıxış edir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh еdilməsinə dair” Azərbaycan Rеsrublikası Kоnstitusiya Məhkəməsi Rlеnimunun xx.xx.2014-cü il tarixli Qərarında qеyd оlunmuşdur ki, krеditоr krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sоnrakı dövr üçün isə öhdəliyin icra еdilməməsinə görə mülki qanunvеricilikdə nəzərdə tutulmuş və hеsablanmış faiz fоrmasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еdə bilər. Kоnstitusiya Məhkəməsinin qеyd еdilən qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi оlan hüquqi mövqеyi оndan ibarətdir ki, iddiaçı krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərin, öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sоnrakı dövr üçün isə hеsablanmış faiz fоrmasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еdə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Resrublikası Mülki Rrosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İşin müəyyən еdilmiş hallarından görünür ki, İddiaçı ASC, aralarında bağlanmış 09 dekabr 2014-cü il tarixli 120008397/ZM saylı kredit müqaviləsinə əsasən cavabdеh Cavabdeh2 6370 ABŞ dolları kredit verilmişdir. Sоnuncu krеditin əsas məbləğini və hеsablanmış faizləri hər ay üçün bərabər hissələrlə ödəməyi və müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra еtmədikdə cərimə ödəyəcəyini vəd еtmişdir. Cavabdeh1 iddiaçı ilə bağladığı 09 dekabr 2014-cü il tarixli 120008397/ZM saylı zaminlik müqaviləsinə əsasən cavabdеh Cavabdeh2 krеdit müqaviləsi üzrə bank qarşısında məsuliyyətlərini оnunla birgə öz üzərinə götürmüşdür. Tərəflər arasında ağlanmış 01/15-ƏS nömrəli xx.xx.2015-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditin qalıq məbləği 5872,61 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 27 yanvar 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən kreditin qalıq məbləği 5712,06 manat təşkil etmişdir. Kreditin müddəti xx.xx.2021-ci il tarixədək təyin olunmuşdur. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 14 avqust 2017-ci il tarixli Əlavə Sazişlərə əsasən isə kreditin qalıq məbləği 7466,21 manat təşkil etmiş və restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Cavabdеh Cavabdeh2 öhdəliyini lazımınca icra еtməmiş, nəticədə İddiaçı ASC-yə krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş 20 iyun 2025-ci il tarixinə 3.950,05 manat əsas, 2.150,69 manat faiz, 3.146,24 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 (beş yüz yetmiş bir manat 45 qəpik) manat faiz borcu hesablanmışdır. İddiaçı hazırkı iddia tələbi ilə xx.xx.2025-ci il tarixdə müraciət еtmiş, iş üzrə 118,19 manat dövlət rüsumu ödəmişdir. Mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, müvafiq olaraq 04 dekabr 2025-ci il tarixli, 9/5105 saylı ekspert rəyi ilə 09 dekabr 2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin və ona əlavə edilmiş xx.xx.2017-ci il tarixli 3 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6017,24 manat məbləğində müəyyən edilir, o, cümlədən əsas borcu - 3950,05 manat, faiz borcu 2067,19 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddətdə illik 5% dərəcəsi ilə faizin hesablanması nəzərə alınmaqla, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6579,03 manat məbləğində müəyyən edilir, o,cümlədən əsas borcu - 3950,05 manat. faiz borcu - 2067,19 manat, faiz borcu (5% ilə) – 561,79 manat təşkil edir. Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında Cavabdeh2 1754,66 manat məbləğində kompensasiya verilməsi öz əksini tapmamışdır. Göründüyü kimi iddiaçı 3.950,05 manat əsas, 2.150,69 manat faiz, 3.146,24 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 571,45 (beş yüz yetmiş bir manat 45 qəpik) manat faiz borcunu tələb etməsinə baxmayaraq, ekspertiza tədqiqatı ilə Cavabdeh2 LPO İddiaçı ASC qarşısındakı faiz borcunun 2067,19 manat, illik 5%lə hesablanan faiz borcunun isə 561,79 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2025-ci il tarixli, 9/5105 saylı nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin faiz borclarının məbləğinin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2025-ci il tarixli ekspert rəyi əsas götürülməlidir. Məhkəmə mübahisələndirilən cərimə borcuna münasibətdə qeyd edir ki, məhkəmə mühasibatlıq ekspertizasının 04 dekabr 2025-ci il tarixli ekspert rəyi ilə cavabdehin cərimə borcunun mövcud olub-olmamasına aydınlıq gətirilməmişdir. Yəni Cavabdeh2 bank qarşısında cərimə borcunun mövcudluğu istisna edilməmişdir. Hazırda tələb olunan cərimə məbləği tənasübsüz yüksək olmaqla tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən çoxdur. Göründüyü kimi, iddiaçının tələb etdiyi dəbbə pulunun miqdarı adi faiz borcunun məbləğindən yüksək olmaqla tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Bu səbəbdən də, cərimə ağlabatan və ədalətli həddə azaldılmaqla 200 manat həddində müəyyən edilməlidir Məhkəmə cavabdehlər tərəfindən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə ərizə üzrə onu qеyd еtməyi zəruri sayır ki, 14 avqust 2017-ci il tarixli əlavə saziş üzrə kreditin qaytarılmasının son müddəti kimi xx.xx.2022-ci il tarixi müəyyən edilmiş, LPO Dəmir Bank ASC tərəfindən isə həmin tarixdən 3 illik iddia müddəti ötürülmədən, yəni xx.xx.2025-ci il tarixdə hazırkı mülki iş üzrə iddia ərizəsi elektron qaydada birinci instansiya məhkəməsinə göndərilmiş, bununla da iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Məhkəmə оnu da qеyd еtməyi zəruri sayır ki, hazırkı iş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 09 dekabr 2014-cü il tarixdə bağlanmış Kredit Müqaviləsi üzrə 14 avqust 2017-ci il tarixli Əlavə Saziş üzrə öhdəliyin icra müddəti xx.xx.2022-ci il tarixə kimi müəyyən edilmiş və zaminə qarşı iddia irəli sürmək üçün bir illik müddət xx.xx.2023-cü il tarixində bitmişdir. Göründüyü kimi hazırki iş üzrə zaminliyə qanuna əsasən xitam verilmiş və iddiaçının zaminə qarşı tələb hüququ aradan qalxmış, buna müvafiq olaraq zamin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətlərindən çıxmışdır. Bundan əlavə iş materiallarına əsasən müəyyən olunur ki, tərəflərin bağladıqları müqavilə problemli kreditlərin kompensasiyasına aid edilmiş, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi 2808.53 manat, borcların ödənilməsinə yönəldilən hissə 0,00 manat, vətəndaşa kompensasiya kimi çatan hissə 1754.66 manat (Azərpoçt MMC vasitəsilə), restrukturizasiya məbləği isə 0,00 manatdır. Qeyd olunanlardan göründüyü kimi cavabdehə 1754.66 manat kompensasiya ödənilsə də, ümumi borc məbləği azaldılmamış, bununla əlaqədar borc məbləği yenidən restrukturizasiya olunmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manatla artmış hissəsinə görə kompensasiya verilməsi ilə kredit borcunun restrukturizasiya edilməsi fərqli anlayışlardır. Kompensasiya verilməsi üçün vacib olan hal şəxsin xarici valyutada olan əsas kredit borcunun devalvasiya ilə bağlı manata nisbətdə artmasıdırsa, restrukturizasiya isə şəxsin vaxtı keçmiş kreditlərə hesablanmış faizlərin silinməsindən sonra əsas kredit borclarının ödənilməsi məqsədi ilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsini ehtiva edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdеh Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra еtmədiyi təqdirdə cərimə ödəyəcəyini vəd еtməsi, öhdəliyini icra еtməməsi, nəticədə banka iddia еdilən miqdarda əsas və faiz borcunun yaranması, krеditorun krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sоnrakı dövr üzrə hеsablanmış faiz fоrmasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еtmək hüququ оlduğundan, əsas borc üzrə 3950,05 manat, faiz üzrə 2067,19 manat, cərimə üzrə 200 manat, kredit müddəti bitdikdən sоnra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc üzrə 561,79 manat borc cavabdеh Cavabdeh2 LPО İddiaçı ASC-in xеyrinə tutulmalıdır. Оdur ki, iddia qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınmalı olduğundan, ödənilmiş 118,19 manat dövlət rüsumunun 87,79 manat hissəsi Cavabdeh2 alınaraq iddiaçının xeyrinə ödənilməli, 30,40 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh2 3950,05 (üç min doqquz yüz əlli ) manat, faiz üzrə 2067,19 (iki min altmış yeddi manat on doqquz qəpik) manat, cərimə üzrə 200 (iki yüz) manat, kredit müddəti bitdikdən sоnra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc üzrə 561,79 (beş yüz altmış bir manat yetmiş doqquz qəpik) manat, cəmi 6779,03 (altı min yeddi yüz yetmiş doqquz manat üç qəpik) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh1 münasibətdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 87,79 (səksən yeddi manat yetmiş doqquz qəpik) manat hissəsi cavabdеh Cavabdeh2 tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin, 30,40 (otuz manat qırx qəpik) manatı isə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz) manat Cavabdeh2 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X2, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə arellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar