Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1176/2025 12.11.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, X1 Əli qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi və dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-in ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə müraciət edərək, cəmi borcu 2.668,24 (iki min altı yüz altmış səkkiz dollar, 24 sent) ABŞ dolları bundan 745,79 (yeddi yüz qırx beş dollar, 79 sent) ABŞ dolları əsas, 403,11 (dörd yüz üç dollar, 11 sent) ABŞ dolları faiz, 1.415,54 (bir min dörd yüz on beş dollar, 54 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 103,80 (yüz üç dollar, 80 sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 65,37 (altmış beş manat, 37 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 18 ay müddətinə, illik 32% dərəcəsi ilə 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-120008495 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 1314/15 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 2.258,91 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 3.039,38 (üç min otuz doqquz dollar, 38 sent) ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 2.668,24 (iki min altı yüz altmış səkkiz dollar, 24 sent) ABŞ dolları təşkil edir. Bundan 745,79 (yeddi yüz qırx beş dollar, 79 sent) ABŞ dolları əsas, 403,11 (dörd yüz üç dollar, 11 sent) ABŞ dolları faiz, 1.415,54 (bir min dörd yüz on beş dollar, 54 sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 103,80 (yüz üç dollar, 80 sent) ABŞ dolları faiz borcu təşkil edir. Zaqatala Rayon Məhkəməsinin 29 avqust 2025-ci il tarixli e-2(033)-1176/2025 nömrəli qərardadına əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh1 27 avqust 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassız və qanunsuzdur. Həmin borc məbləğinin düzgün hesablanması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunmalıdır. Bundan başqa sonuncu rektrukturizasiya 2019-cu ildə olduğundan həmin müddətdən artıq 3 ildən artıq müddət keçmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1 və 377.2-ci maddələrində deyilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375, 377-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmədən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ona və Cavabdeh2 qarşı “borc pul” tələbinə dair iddiasına iddia icraatında baxılaraq, iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə və iddianın təmin edilməsindən imtina edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 bildirdi ki, ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona şəxsi istehlak məqsədi ilə 18 ay müddətinə, illik 32% dərəcəsi ilə 2.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-120008495 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Lakin kredit müqaviləsinin müddətinin uzadılması barədə müqavilələrə o imza etməmişdir. O, kredit götürdüyü məbləğdən müəyyən ödənişlər etmiş, lakin sonradan bank ləğv edildiyi üçün ödənişləri dayandırmışdır. O, banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Lakin cərimə borcunun azaldılmasını istəyir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. 17 sentyabr 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Yazılı sübutlar: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 şəxsi istehlak məqsədi ilə 18 ay müddətinə, illik 32% dərəcəsi ilə 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində krediti verməyi, borclu isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti, kreditə hesablanmış faizləri, komissiya haqqı və digər ödənişləri İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 120008495/ZM saylı 15 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Həmin müqavilənin 5.1.4-cü bəndindən görünür ki, zəminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. 120008495 nömrəli, xx.xx.2014-cü il tarixli kredit və 120008495/ZM saylı 15 dekabr 2014-cü il tarixli zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 1314/15 saylı Əlavə Sazişlərdən görünür ki, borcalanın Kreditor qarşısındakı borc öhdəliyi 2.258,91 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. İddiaçı ASC ilə birgə borclu Cavabdeh1 arasında bağlanmış ********* saylı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsinə 18 avqust 2017-ci il tarixli 2 saylı Əlavə sazişdən görünür ki, ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditorun birgə borcalana verdiyi kreditin qalıq məbləği 3039.38 ABŞ dolları təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti - xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 120008495/ZM saylı 15 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinə 18 avqust 2017-ci il tarixli 2 saylı, Əlavə sazişlərdən görünür ki, ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditorun birgə borcalana verdiyi kreditin qalıq məbləği 3039.38 ABŞ dolları təşkil edir. Müqavilənin 2.3-cü bəndinə əsasən, restrukturizasiya edilmiş kreditin müddəti- xx.xx.2022-ci il tarixədək uzadılmışdır. 20 iyun 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələri üzrə yaranmış öhdəliklərini 3 gün ərzində təmin etmədikləri halda kredit müqaviləsi üzrə əsas borcu, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 21 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 18 iyun 2025-ci il tarixinə 745,79 ABŞ dolları əsas borcu, 403,11 ABŞ dolları faiz borcu, 1415,54 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 103,80 ABŞ dolları olmaqla, cəmi 2668 ABŞ dolları borcu yaranmışdır. 27 avqust 2025-ci il tarixli Problemli kreditlərin kompensasiya vərəqindən görünür ki, Cavabdeh1 1594,34 manat məbləğində kompensasiya hesablanaraq ödənilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına 65,37 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Resrublikası Konstitusiyası 19-cu maddəsinə əsasən Azərbaycan Resrublikasının pul vahidi manatdır. Azərbaycan Resrublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə еdilməlidir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada оlan pul öhdəliyi Azərbaycan Rеsrublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı оlduğunun şərtləşdirildiyi hallardan başqa, о, manatla ödənilir. Yеnidən hеsablama ödəniş anında ödəniş yеrinin məzənnə qiyməti üzrə ararılır. 60.3-cü maddəsinə əsasən ləğvetmə komissiyasının təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Ləğvetmə komissiyası ləğv edilən hüquqi şəxsin adından məhkəmədə çıxış edir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “MM-in 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh еdilməsinə dair” Azərbaycan Rеsrublikası Kоnstitusiya Məhkəməsi Rlеnimunun xx.xx.2014-cü il tarixli Qərarında qеyd оlunmuşdur ki, krеditоr krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sоnrakı dövr üçün isə öhdəliyin icra еdilməməsinə görə mülki qanunvеricilikdə nəzərdə tutulmuş və hеsablanmış faiz fоrmasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еdə bilər. Kоnstitusiya Məhkəməsinin qеyd еdilən qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi оlan hüquqi mövqеyi оndan ibarətdir ki, iddiaçı krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının faizlərin, öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sоnrakı dövr üçün isə hеsablanmış faiz fоrmasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еdə bilər. Azərbaycan Resrublikası Mülki Rrosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. İşin müəyyən еdilmiş hallarından görünür ki, İddiaçı ASC, aralarında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdеh Cavabdeh1 7660 ABŞ dolları kredit verilmişdir. Sоnuncu krеditin əsas məbləğini və hеsablanmış faizləri hər ay üçün bərabər hissələrlə ödəməyi və müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra еtmədikdə cərimə ödəyəcəyini vəd еtmişdir. Cavabdeh2 iddiaçı ilə bağladığı ZM-120008495 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən cavabdеh Cavabdeh1 krеdit müqaviləsi üzrə bank qarşısında məsuliyyətlərini оnunla birgə öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixdə kredit və zaminlik müqavilələri üzrə əlavə sazişlər bağlanmaqla, xx.xx.2014-cü il tarixli krеdit müqaviləsi üzrə bоrc restrukturizasiya edilərək kreditin müddəti xx.xx.2017-ci il tarixinədək müəyyən edilmişdir. 18 avqust 2017-ci il tarixdə kredit və zaminlik müqavilələri üzrə əlavə sazişlər bağlanmaqla, xx.xx.2014-cü il tarixli krеdit müqaviləsi üzrə bоrc restrukturizasiya edilərək kreditin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Cavabdеh Cavabdeh1 öhdəliyini lazımınca icra еtməmiş, nəticədə İddiaçı ASC-yə krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş 18 iyun 2025-ci il tarixinə 745,79 ABŞ dolları əsas borc, 403,11 ABŞ dolları faiz borcu yaranmışdır. Оnun bоrcuna 1415,54 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən isə 103,80 ABŞ dolları faiz borcu hesablanmışdır. İddiaçı hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə müraciət еtmiş, iş üzrə 65,37 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə Cavabdeh1 tərəfindən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barədə ərizə üzrə onu qеyd еtməyi zəruri sayır ki, iddia müddətinin axımı tərəflər arasında bağlanmış 18 avqust 2017-ci il tarixli 2 saylı Əlavə sazişə əsasən xx.xx.2022-ci il tarixdən başladığından, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsinə əsasən 745,79 ABŞ dolları əsas borc məbləği Cavabdeh1 alınaraq, iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh1 kredit müqaviləsinə əsasən əsas borca hesablanmış 403,11 ABŞ dolları faiz və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 103,80 ABŞ dolları faiz borcunun da alınaraq, iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə, əsas bоrca hеsablanmış 1415,54 ABŞ dolları cərimə məbləğinin tənasübsüz surətdə yüksək sayır və оnun miqdarının 25 ABŞ dollarınadək azaldılmasını iddiaçının bütün mənafеlərinə uyğun sayır. Məhkəmə оnu da qеyd еtməyi zəruri sayır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminliyin verilmə müddəti xx.xx.2023-cü il tarixdə qurtardığından, iddiaçı isə hazırkı iddia ilə xx.xx.2025-ci il tarixdə müraciət еtdiyindən, hazırkı tələb Cavabdeh2 qarşı zaminliyinə qanunun tələbinə əsasən xitam verilmiş şəxsə yönəlmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdеh Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra еtmədiyi təqdirdə cərimə ödəyəcəyini vəd еtməsi, öhdəliyini icra еtməməsi, nəticədə banka iddia еdilən miqdarda əsas və faiz borcunun yaranması, krеditorun krеdit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sоnrakı dövr üzrə hеsablanmış faiz fоrmasında zərərin (rеal zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb еtmək hüququ оlduğundan, əsas borc üzrə 745,79 ABŞ dolları, faiz üzrə 403,11 ABŞ dolları, cərimə üzrə 25 ABŞ dolları, kredit müddəti bitdikdən sоnra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc üzrə 103,80 ABŞ dolları faiz borcu qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə cavabdеh Cavabdeh1 LPО İddiaçı ASC-in xеyrinə tutulmalıdır. Hazırkı tələb üzrə Cavabdeh2 qarşı zaminlik qanunun tələbinə əsasən xitam verilmiş şəxsə yönəldiyindən, iddia tələbi оna münasibətdə təmin еdilə bilməz. Оdur ki, iddia qismən təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəmə xərcləri iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınmalı olduğundan, ödənilmiş 65,37 manat dövlət rüsumunun 41,72 manat hissəsi Cavabdeh1 alınaraq iddiaçının xeyrinə ödənilməli, 23,65 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh1 745,79 (yeddi yüz qırx beş ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları məbləğində əsas borc, 403,11 (dörd yüz üç ABŞ dolları on bir sent) ona hesablanmış faiz borcu, 25 (iyirmi beş) ABŞ dolları cərimə borcu, kredit müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc üzrə 103,80 (bir yüz üç ABŞ dolları səksən sent) ABŞ dolları, cəmi 1277,7 (bir min iki yüz yetmiş yeddi ABŞ dolları yetmiş sent) ABŞ dolları qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməsin. Cavabdеh Cavabdeh1 41,72 (qırx bir manat yetmiş iki qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin, ödənilmiş dövlət rüsumunun 23,65 (iyirmi üç manat almış beş qəpik) manatı isə iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə arellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1176/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1176/2025
12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver