Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-1180/2023 16.11.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbnə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını məhkəmənin binasında nəzərdən keçirərək aşağıdakıları müəyyən etdim: İddia tələbinin dəlilləri: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş 573.75 manat məbləğində hərracın keçirilməsi xərci və 803.25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərci), cəmi 1377 manat pul məbləğinin, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 33.77 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC –yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(107)-7/2019 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ələddin Məcidov) İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasını təmin edərək, cavabdehdən ümumilikdə 16922,11 ABŞ dolları məbləğində pul məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması; tutma ipoteka predmeti olan: Cavabdeh məxsus «Chevrolet Orlando» markalı, ** DJ *** dövlət nömrə nişanlı avtomobilə yönəldilsin, həmin avtomobilin qiyməti 18000 manat müəyyən edilsin, açıq hərracdan satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına ümumilikdə 16922,11 ABŞ dolları məbləğində borc İddiaçı ASC ödənilsin qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Zaqatala rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli 31241 saylı sifariş məktubuna əsasən Cavabdeh məxsus “Chevrolet Orlando” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 468/22 saylı “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Chevrolet Orlando” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 468/22 saylı hesab-fakturasından göründüyü kimi, Cavabdeh məxsus “Chevrolet Orlando” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 573,75 manat məbləğində xidmət haqqı (486,22 manat və 87,52 manat vergi (18% ƏDV) ümumilikdə 573,75 manat) ödənişinin ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2023-ci il tarixli №277570463 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin "xxxx" ASC-nin Səbail rayon filialında olan hesabına xx.xx.2023-cü il tarixli № 660587 saylı hesabfakturaya əsasən Cavabdeh məxsus “Chevrolet Orlando” markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olaraq 486,22 manat ödənilmişdir. xx.xx.2022-ci il tarixli №277570462 ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2023-cü il tarixli EQ seriya EBDA №660587 əsasən 87,52 ƏDV ödənilmişdir. xx.xx.2023-cü il tarixli №277828634 ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına Cavabdeh işi ilə bağlı, məhkəmə icraçılarına 7 faiz 803,25 manat məbləğində icra ödənişi ödənilmişdir. (qəbzdə belə əks olunub: Zaqatala Rayon İcra və X3 Kamal Süleyman işi ilə əlaqədar icra ödənişi köçürülür) Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 573,75 manat məbləğində hərracın keçirilməsi xərci və 803,25 manat məbləğində icra ödənişi borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyinin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. Belə ki, icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir, icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi). Göründüyü kimi, borclu Cavabdeh məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, borclu Cavabdeh tərəfindən tələbkar İddiaçı ASC-nə maddi zərər yetirilmişdir. Hesab edirik ki, məcburi icra tədbirləri zamanı tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər Cavabdeh tutularaq“ Bank VTB (Azərbaycan)” ASC-nə ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin halları Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat üzrə iddia ərizəsi 19 oktyabr 2023cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1 və 284-5.3-cü maddələrinin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı etirazını göndərməmişdir. İş materiallarından görünür ki, “Chevrolet Orlando” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılmasına dair Cavabdeh və İddiaçı ASC-yə Açıq hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli 468/22 nömrəli və xx.xx.2023-ci il tarixli 468/22 nömrəli bildirişlər göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən ünvanlanmış xx.xx.2023-ci il tarixli İpoteka predmetinin əldə olunmasına dair bildirişdən görünür ki, ipoteka ilə yüklü “Chevrolet Orlando” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan 27 fevral 2023-cü il tarixli 468/22 nömrəli hərracın yekunları barədə Protokoldan görünür ki, Cavabdeh məxsus “Chevrolet Orlando” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil tələbkar İddiaçı ASC tərəfindən əldə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 468/22 nömrəli hesab-fakturanın surətindən görünür ki, Cavabdeh məxsus “Chevrolet Orlando” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilin təklif dəyəri 11475 manat təşkil edir. Əmlakın açıq hərracda satışına görə ödəniləcək xidmət haqqı 486.22 manat, ƏDV 18% - 87.52 manat, cəmi 573.75 manatdır. İş materiallarında olan 03 mart 2023-cü il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına hərrac xidmətnin ödənilməsi əsası ilə 486.22 manat ödənilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına ƏDV üzrə 87.52 manat ödənilmişdir. İş materiallarında olan 09 mart 2023-cü il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, İddiaçı ASC tərəfindən Zaqatala rayon İcra və Probasiya şöbəsinin hesabına Cavabdeh icra iş ilə ələqədar 803.25 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 5422P saylı Pretenziya məktubundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 803.25 manat məbləğində icra ödənişi və 573.74 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin (hərracın keçirilməsi xərci), 5 iş günü ərzində İddiaçı ASC-yə ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məktub göndərilmiş, xx.xx.2023-cü il tarixli məktuba əsasən Cavabdeh qeyd olunan ünvanda aşkar olunmamış, onunla əlaqə yaratmaq mümkün olmamışdır. Bu səbəbdən məktub geri qaytarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 33.77 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2-ci maddəsinə əsasən, borclunun əmlakının daşınmasına, saxlanmasına və satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə daxildir. Həmin Qanunun 81.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(033)-1849/2016 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 16113,01 ABŞ dolları məbləğində əsas borc, 1107,82 ABŞ dolları məbləğində faiz borcu, 30,68 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 17251,51 (on yeddi min iki yüz elli bir ABŞ dolları əlli bir sent) ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan məzənnə ilə) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Bank «VTB (Azərbaycan)» ASC-in xeyrinə tutulması və tələbin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus “CHEVROLET ORLANDO-minik" markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq onun satışından əldə olunmuş vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilməsi, tərəflər arasında bağlanmış 19 noyabr 2012ci il tarixli 108729-1-4404 nömrəli avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-7/2019 saylı qətnaməsi ilə isə Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin, qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 12 oktyabr 2016-cı il tarixli, 2(033)- 1849/2016 nömrəli qətnaməsi dəyişdirilməsi, Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla tutularaq iddiaçı Bank «VTB (Azərbaycan)» ASC-yə verilməli olan faiz borcunun məbləği 778,42 ABŞ dolları, cəmi borcun məbləği isə 16.922,11 ABŞ dolları müəyyən edilməsi, ipoteka predmeti kimi Cavabdeh məxsus 2012-ci il buraxılışlı, universal tipli, “CHEVROLET ORLANDO- minik" markalı, ** DJ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin hərracda ilkin satış qiyməti 18000 (on səkkiz min) manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmiş, Cavabdeh məxsus “Chevrolet Orlando” markalı ** DJ *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmış, hərracın keçirilməsi ilə bağlı 03 mart 2023-cü il tarixində "xxxx" MMC-yə hərrac xidməti üzrə 486.22 manat, ƏDV ödənişi üzrə 87.52 manat, Zaqatala rayon İcra və Probasiya şöbəsinə 803.25 manat məbləğində icra ödənişi tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Bununla belə, cavabdehin qanunvericilikdə göstərilən öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, qanunvericiliyə əsasən, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun, yəni hazırki iş üzrə Cavabdeh öhdəliyinə aid edilməsinə baxmayaraq bu xərclər hazırki iş üzrə iddiaçı tərəfindən yerinə yetirildiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 573.75 manat məbləğində hərracın keçirilməsi xərci, 803.25 manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər olmaqla, ümumilikdə 1377 manat məbləğində borc alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli, iddia tələbinin həcmi nəzərə alınaraq 33.77 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia tələbi təmin edilsin. Cavabdeh 573.75 (beş yüz yetmiş üç manat yetmiş beş qəpik) manat məbləğində hərracın keçirilməsi xərci, 803.25 (səkkiz yüz üç manat iyirmi beş qəpik) manat məbləğində icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər olmaqla, ümumilikdə 1377 (bir min üç yüz yetmiş yeddi) manat və dövlət rüsumuna görə ödənilmiş 33.77 (otuz üç manat yetmiş yeddi qəpik) manat alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-1180/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-1180/2023
16.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver