Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-120/2023 01.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 22 Aprel 2022-ci il tarixli, YSNPU-06656 saylı kredit müqaviləsi üzrə əsas borca görə 9436,1 (doqquz min dörd yüz otuz altı manat 10 qəpik) manat, faiz borcuna görə 418,43 (dörd yüz on səkkiz manat 43 qəpik) manat, dəbbə borcuna görə 606,63 (altı yüz altı manat 63 qəpik) manat, cəmi 10461,16 (on min dörd yüz altmış bir manat 16 qəpik) manat məbləğində pulun və 121,39 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh1 arasında bağlanmış 22 Aprel 2022-ci il tarixli, YSNPU-06656 saylı kredit müqaviləsinə əsasən illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 30 (otuz) ay müddətinə 10000 (on min) manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 22 aprel 2022-ci il tarixdə İddiaçı ASC-nin Yasamal filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 22 Aprel 2022-ci il tarixli, YSNPU-06656 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 22 Aprel 2022-ci il tarixli, YSNPU-06656 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 Aprel 2022-ci il tarixli, YSNPU-06656 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 22-dan gec olmayaraq hər ay 396,99 (üç yüz doxsan altı manat 99 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 22 Aprel 2022-ci il tarixli, YSNPU06656 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 9436,1 (doqquz min dörd yüz otuzaltımanat 10 qəpik) manat, faiz borcuna görə 418,43 (dörd yüz on səkkiz manat 43 qəpik) manat, dəbbə borcuna görə 606,63 (altı yüz altı manat 63 qəpik) manat, cəmi 10461,16 (on min dörd yüz altmış bir manat 16 qəpik) manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı ASC -nin nümayəndəsi məkəməyə ərizə ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 29 noyabr 2022-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, o, 2022-ci ilin aprel ayında Bakı Şəhər Suraxanı rayonunda yaşayan Cavabdeh1 qızna İddiaçı ASC-in Yasamal filialında aldığı 10 000 manat kredit müqaviləsinə zamin durmuşdur. Ancaq eyni ayda özü də 10 000 manat kredit almış və öhdəliyində öz adına olan krediti vaxtı vaxtında ödəyir. 2022-ci ildə səhhəti ilə bağlı ciddi problemlər olduğu üçün işləmə qabiliyyətini itirmiş və öz ərizəsi ilə işdən çıxmışdır. Bu səbəbdən öz öhdəliyində olan kreditini yaxın qohumları ödəyir, vaxtı vaxtında zamin durduğu kreditə isə öz öhdəliyində kredit olduğu üçün heç cür kömək edə bilmir. Yuxarıda qeyd etdiyi kimi hal hazırda xəstə yatır, ev şəraitində və əməliyyatdan yeni çıxdığı üçün Zaqatala Rayonunda 2022-ci il 24 noyabrda olan məhkəməsinə gələ bilməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişdir Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmaısnı mümkün hesab etmişdir. İşin halları Mülki işin materiallarında olan Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 22 aprel 2022-ci il tarixli YSNPU-06656 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 14 %(on dörd) faiz dərəcəsi olmaqla 30 (otuz) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli YSNPU-06656 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi əsasında borc alana verilmiş kreditin, ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsinə əsasən götürülmüş 10 000 manat məbləğində kredit vəsaitinin 22 oktyabr 2024-cü ilə kimi qaytarılması razılaşdırılmışdır. Mülki işin materiallarında olan 21 oktyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 oktyabr 2022-ci il tarixə olan borcu 9436,1 manat əsas, 418,43 manat faiz, 606,63 manat cərimə, cəmi 10461,16 manat borcu vardır. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 göndərilmiş xəbərdarlıqların surətindən görünür ki, bank cavabdehləri borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Malki iş materiallarında olan Cavabdeh2 tərəfindən 29 noyabr 2022-ci il tarixdə məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, 2022-ci ilin aprel ayında Bakı Şəhər Suraxanı rayonunda yaşayan Cavabdeh1 qızna İddiaçı ASC-in Yasamal filialında aldığı 10 000 manat kredit müqaviləsinə zamin durmuşdur. Ancaq eyni ayda özü də 10 000 manat kredit almış və bugünki gündə öhdəliyində öz adına olan krediti vaxtı vaxtında ödəyir.2022-ci ildə səhhətimlə bağlı ciddi problemlər olduğu üçün işləmə qabiliyyətini itirmiş və öz ərizəsi ilə işdən çıxmışdır. Bu səbəbdən öz öhdəliyində olan kreditini yaxın qohumları ödəyir, vaxtı vaxtında.zamin durduğum kreditə isə öz öhdəliyində kredit olduğu üçün heç cür kömək edə bilmir. Yuxarıda qeyd etdiyi kimi hal hazırda xəstə yatır, ev şəraitində və əməliyyatdan yeni çıxdığı üçün Zaqatala Rayonunda 2022-ci il 24 noyabrda olan məhkəməsinə gələ bilməyəcəkdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, Cavabdeh1 bank qarşısında kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 22 aprel 2022-ci il tarixli YSNPU- 06656 saylı kredit müqaviləsinə əsasən 9436,1 (doqquz min dörd yüz otuz altı manat 10 qəpik) manat əsas borc məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 418,43 (dörd yüz on səkkiz manat 43 qəpik) manat faiz borcunun da cavabdehlərdən tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Digər tərəfdən, iddiaçı kredit müqaviləsi üzrə 606,63 (altı yüz altı manat 63 qəpik) manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlərdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, kredit müqaviləsi üzrə 606,63 manat məbləğində hesablanmış dəbbə pulunun 60 (altmış) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 9436,1 (doqquz min dörd yüz otuz altı manat 10 qəpik) manat əsas borc, 418,43 (dörd yüz on səkkiz manat 43 qəpik) manat faiz borcu və 60 (altmış) manat məbləğində cərimə olmaqla, cəmi 9914,53 (doqquz min doqquz yüz on dörd manat əlli üç qəpik) manat borc tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, 121,39 (bir yüz iyirmi bir manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun 119.14 (bir yüz on doqquz manat on dörd qəpik) manatı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-in xeyrinə ödənilməli, dövlət rüsumundan qalıq 2,25 (iki manat iyirmi beş qəpik) manat isə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9436,1 (doqquz min dörd yüz otuz altı manat 10 qəpik) manat əsas borc, 418,43 (dörd yüz on səkkiz manat 43 qəpik) manat faiz borcu və 60 (altmış) manat məbləğində cərimə olmaqla, cəmi 9914,53 (doqquz min doqquz yüz on dörd manat əlli üç qəpik) manat borc tutularaq İddiaçı ASC-in xeyrinə ödənilsin. Ödənilmiş 121,39 (bir yüz iyirmi bir manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun 119.14 (bir yüz on doqquz manat on dörd qəpik) manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ASC-in xeyrinə ödənilsin, dövlət rüsumunun qalıq 2,25 (iki manat iyirmi beş qəpik) manatı isə İddiaçı ASC-in özünə aid edilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-120/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-120/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver