Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-126/2023 21.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddia tələbinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1900 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 39 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin yanvar ayının 5-də Zaqatala Bazar ATSC-də qəssabçılıqla məşğul olan Cavabdeh 190 kq dananı kəsimlik ət üçün vermişdir. Cavabdeh dananı həyətlərində kəsib ətini aparmışdır. Cavabdeh ona dananın kəsimindən əldə olunan 190 kiloqram mal ətinin hər kiloqramına görə 10 manatdan pul ödəməli idi. Dana ətinin ümumi dəyəri 1900 manat təşkil etmişdir. Lakin, cavabdeh bu günə kimi ətin pulunu verməmişdir. Bu barədə dəfələrlə Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Cavabdeh ona qarşı dələduzluq etməsi barədə şikayət etmişdir. Zaqatala RPŞ-dən cavabdehin naməlum ünvanda yaşadığından onun izahatının alınmasının mümkün olmadığı məlum olmuşdur. X1 ünvanladığı digər məktubda isə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa oxşar məzmunda izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, qəssabdır. İddiaçı ona 190 kq çəkidə dananı kəsib ətini satmaq üçün vermişdir. O, həmin dadanı iddiaçının həyətində kəsmiş və ətini aparmışdır. Həmin ətin dəyəri 1740 manat təşkil etmişdir, lakin o, bu pulu iddiaçıya qaytarmamışdır. İddiaçıya olan borcunu qısa müddətdə qaytaracağına söz verir. İddiaçının gösətrdiyi kimi onun borcu 1900 manat təşkil etmir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşin halları İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Kebeloba kənd İnzibati Ərazi Dairəsinin 25 oktyabr 2022-ci il tarixli 280 saylı arayışından görünür ki, İddiaçı 2021-2022ci illərdə təsərrüfatında 6 baş iri buynuzlu mal-qarası olmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala RİHB-ın Kebeloba kənd İnzibati Ərazi Dairəsinin 25 oktyabr 2022-ci il tarixli 281 saylı arayışından görünür ki, 2022-ci ilin yanvar ayında dana ətinin qiyməti 10 manat olmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən 02 fevral 2023-cü il tarixdə verilmiş ərizədən görünür ki, o, iddianı qismən qəbul edir. İddiaçını tanıyır, ona məxsus dəyəri 1740 manat olan dananın ətini götürüb pulunu qaytarmamışdır, lakin qısa müddətə qaytaracağına söz verir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı özünə məxsus diri çəkidə 190 kq olan dananı kəsib ətini əldə etmək üçün Cavabdeh vermiş və sonuncu həmin dananı iddiaçının həyətində kəsib ətini aparmışdır. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək özünə məxsus həmin dananın diri çəkidə 190 kq olmasını bildirərək hər kiloqramını 10 manatdan hesablayıb 1900 manat pulun cavabdehdən alınmasını tələb etmişdir. Cavabdeh məhkəmə iclasında həqiqətən də iddiaçıya məxsus dananı onun həyətində kəsib ətini götürdüyünü etiraf etmiş, lakin həmin danadan əldə olunmuş ətin dəyərinin 1740 manat təşkil etdiyini və qısa zamanda borcunu iddiaçıya qaytaracağını bildirmişdir. Məhkəmə cavabdeh tərəfindən iddianı qismən, yəni 1740 manat hissəsinin etirafını, iddiaçınını isə iddia həcminin 1900 manat olmasına dair məhkəməyə əsaslı sübut təqdim etmədiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1740 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun 37,40 manat cavabdehdən alınaraq iddiaçıya verilməli, qalıq 1,60 manat isə iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1740 (bir min yeddi yüz qırx) manat alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 39 (otuz doqquz) manat dövlət rüsumunun 37,40 (otuz yeddi manat qırx) manat Cavabdeh alınaraq İddiaçı verilsin, qalıq 1,60 (bir manat altmış qəpik) manat isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-126/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-126/2023
21.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver