Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-135/2021 08.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7228,00 AZN (yeddi min iki yüz iyirmi səkkiz) pulun və banka ödənilmiş 30 (otuz.) manat dövlət rüsumunun, cəmi 7258,00 AZN (yeddi min iki yüz əlli səkkiz) pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zaqatala rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(033)-135/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı, ünvan 1 ünvanında yerləşən “Samsung’'' mağasında fərdi sahibkarlıqla məşğul olur. Cavabdeh həmin mağazadan 06.01.2020-ci il tarixli 13826 nömrəli Möhlətli satış müqaviləsinə əsasən 2399 manata TV Samsung 65RU7140UXRU markalı televizor, 14.01.2020-ci il tarixli 13943 nömrəli möhlətli satış müqaviləsinə əsasən 1999 manata SAMSUNG RT62K711OEF/WT markalı soyuducu, 19.02.2020-ci il tarixli 14331 nömrəli Möhlətli satış müqaviləsinə əsasən 1849 manata Samsung AR24RSFPA WQNER-1 7 markalı kondisioner, 28.02.2020-ci il tarixli 14406 nömrəli Möhlətli satış müqaviləsinə əsasən 2668 manata SAMSUNG markalı qabyuyan və paltaryuyan almışdır. Cavabdeh 06.01.2020-ci il tarixli 13826 saylı möhlətli satış müqaviləsinə üzrə 1261,00 manat, 14.01.2020-ci il tarixli 13943 saylı möhlətli satış müqaviləsinə üzrə 1670,00 manat, 19.02.2020-ci il tarixli 14331 saylı möhlətli satış müqaviləsinə üzrə 1694,00 manat, 28.02.2020-ci il tarixli 14406 nömrəli möhlətli satış müqaviləsinə üzrə 2603,00 manat, 22.10.2020-ci il tarixinə cəmi 7228,00 manat məbləğində borc öhdəliyi vardır. Beləliklə cavabdeh onun etibarından sui istifadə edərək onu aldatmağa müvəffəq olmuşdur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq könüllü olaraq borcu ödəməkdən boyun qaçırır. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşlar. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan 06 yanvar 2020-ci il tarixli 13826 nömrəli möhlətli satış müqaviləsinə əsasən fərdi sahibkar İddiaçı tərəfindən Cavabdeh dəyəri 18 ay müddətinə ödənilmək şərti ilə satış qiyməti 2399 manat olan Samsung markalı televizor satılmışdır. İşdə olan 14 yanvar 2020-ci il tarixli 13943 nömrəli möhlətli satış müqaviləsinə əsasən fərdi sahibkar İddiaçı tərəfindən Cavabdeh dəyəri 12 ay müddətinə ödənilmək şərti ilə satış qiyməti 1999 manat olan Samsung RT62K7110EF/WT markalı soyuducu satılmışdır. İşdə olan 19 fevral 2020-ci il tarixli 14331 nömrəli möhlətli satış müqaviləsinə əsasən fərdi sahibkar İddiaçı tərəfindən Cavabdeh dəyəri 12 ay müddətinə ödənilmək şərti ilə satış qiyməti 1849 manat olan Samsung AR24RSFPA WQNER-17 markalı kondisioner satılmışdır. İşdə olan 28 fevral 2020-ci il tarixli 14406 nömrəli möhlətli satış müqaviləsinə əsasən fərdi sahibkar İddiaçı tərəfindən Cavabdeh dəyəri 12 ay müddətinə ödənilmək şərti ilə satış qiyməti 2668 manat olan Samsung markalı qabyuyan və paltaryuyan satılmışdır. İşdə olan 22.10.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh fərdi sahibkar İddiaçı qarşısında 06.01.2020-ci il tarixli 13826 saylı möhlətli satış müqaviləsi üzrə 1261.00 manat, 14.01.2020-ci il tarixli 13943 saylı möhlətli satış müqaviləsi üzrə 1670.00 manat, 19.02.2020-ci il tarixli 14331 saylı möhlətli satış müqaviləsi üzrə 1694.00 manat, 28.02.2020-ci il tarixli 14406 saylı möhlətli satış müqaviləsi üzrə 2603.00 manat. 22.10.2020-ci il tarixinə cəmi 7228.00 manat məbləğində borc öhdəliyi vardır. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh 06.01.2020-ci il tarixli 13826 saylı, 14.01.2020-ci il tarixli 13943 saylı, 19.02.2020-ci il tarixli 14331 saylı və 28.02.2020ci il tarixli 14406 saylı möhlətli satış müqavilələrinə əsasən 8915 manat dəyərində məişət avadanlığı vermiş və cavabdeh avadınlığın dəyərinin bir hissəsini ödədikdən sonra onun iddiaçıya 7228.00 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə məhkəmə hesab edir ki, iş materialında olan sübutlar iddia tələbinin təmin olunması üçün əsas verir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh 7228 manat pulu tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilərək, Cavabdeh 7228 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 242-244, və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7228 (yeddi min iki yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verə bilər. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-135/2021
Zaqatala Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(033)-135/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver