Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-151/2023 15.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı torpaq sahəsindən çıxarılma, maneənin aradan qaldırılması və qərəzli hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 Zaqatala rayonu, Car kəndində yerləşən onun tam mülkiyyətində olan 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və 0.07 ha yaşayış məntəqələrinin torpaq sahəsindən çıxarılmasına, cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına və maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Car kəndində yerləşən İddiaçı tam mülkiyyətimdə olan 0.1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0.07 ha yaşayış məntəqələrinin torpaq sahəsi vardır. Həmin torpaq sahələrini xx.xx.2018-ci il tarixdə X3 notariat qaydada İddiaçı tərəfindən alınmışdır. Bundan sonra cavabdeh rayon məhkəməsində əsassız olaraq iddia qaldırsa da onun iddiası təmin edilməmişdir. Cavabdeh X6 həmin torpaq sahələrində abadlıq işlərinin aparılması üçün texniki vasitələrin sahəyə daxil olmasına əsassız maneə törədir. İsmayıl Herayev qanunsuz hərəkətləri ilə iddiaçıya 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmuşdur. X2 qanunsuz hərəkətləri iddiaçıya həm maddi, həm də mənəvi zərər vurur. Cavabdehin özbaşınalığının həddi-hüdudu yoxdur. Bununla da onların mülkiyyət hüququ cavabdeh tərəfindən pozulub. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X6 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçının əvəzinə Ağayev Bəxtiyarla müqavilə bağlamışdır. O, mülkiyyətində olan torpaq sahələrini İddiaçı istifadəyə vermək üçün belə bir müqavilə bağlaması niyyətində olmuşdur. Lakin iddiaçı tərəf onu aldadaraq alqı-satqı müqaviləsi bağlamışdır. O müqavilə üzrə aldığı 51000 manat pulu iddiaçıya qaytarmağa hazırdır, lakin iddiaçı ondan 120000 manat tələb edir. İddia tələbinin rədd edilməsini xahiş edir. İşin halları X6 ilə X9 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1428 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan X6 tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,1357 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********19 olan Zaqatala rayonu Car kəndində yerləşən 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsinin tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış, reyestr nömrəsi **********20 olan Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi İddiaçı məxsusdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1158/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər X10, Emreli (Mədətova) Elnurə Şaban qızı və üçüncü şəxs Zaqatala rayonu 2 saylı Notariat Kontoruna qarşı X6 ilə X9 arasında, Zaqatala rayonunun Car kəndində yerləşən X2 xüsusi mülkiyyətində olmuş 0,07 ha torpaq sahəsinin reyestrdə AN-1-0730641 nömrəli 18 oktyabr 2018-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və 0,1357 ha torpaq sahəsinin reyestrdə AN-1 ******* nömrəli 18 oktyabr 2018-ci il tarixli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin torpaq sahələrinə dair Mədətova (Emreli) Elnurə Şaban qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, alqı-satqı müqavilələri üzrə X5 ödənilmiş cəmi 10.000 (on min) manat pul məbləğinin sonuncudan alınıb Emreli (Mədətova) Elnurə Şaban qızına qaytarılmasının müəyyən edilməsi, bu barədə məhkəmə aktının qüvvəyə minməsinin icrası ilə eyni vaxtda müqavilə öhdəliklərinə xitam verilməsinin təmin edilməsi tələbi barədə iddiası təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin 2 (033)-355/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh X8 qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədə sübut qismində qeyd edilmiş X6 ilə X9 arasında 18 oktyabr 2018ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1427 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı olan X6 tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi 5000 (beş min) manata X1. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsində göstərilir ki, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 89-cu maddəsinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, X6 ilə X9 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə-1428 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh X6 tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********19 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,1357 ha olan torpaq sahəsi 5000 (beş min) manata iddiaçı Emreli (Mədətova) Elnurə Şaban qızına satılmışdır. X6 ilə X9 arasında 18 oktyabr 2018-ci il tarixdə bağlanmış Zaqatala Rayon 2 saylı Notariat Ofisində həmin tarixdə reyestrdə 4Ə- 1427 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən cavabdeh X6 tərəfindən Zaqatala rayonu Car kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş **********20 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ona məxsus, ümumi sahəsi 0,07 ha olan torpaq sahəsi 5000 (beş min) manata iddiaçı Emreli (Mədətova) Elnurə Şaban qızına satılmışdır. Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyət hüququ əsasında ona məxsus Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılmasına, cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına və maneənin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmiş və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Həmin torpaq sahələrinin keçmiş mülkiyyətçisi olan cavabdeh X6 həmin torpaq sahələrini zəbt etmişdir. Cavabdeh həmin torpaq sahəsi üzərində olan hüquqlarını alqı-satqı müqaviləsi bağlamaqla itirmiş və onun torpaq sahəsi üzərində qanunla qorunan hər hansı hüquqları yoxdur. Cavabdehin hər hansı hüquqları olmadığı halda zəbt edilmiş torpaq sahələrindən istifadə edir, iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə qərəzli hərəkətlərə yol verməklə maneələr yaradır. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh X6 iddiaçıya tam mülkiyyət hüququ əsasında məxsus torpaq sahələrindən çıxarılmalı, iddiaçının torpaq sahəsindən istifadə etməsinə qarşı yönəlmiş cavabdeh X2 qərəzli hərəkətlərinə son qoyulmalı və onun tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan Zaqatala rayonu Car kəndində yerləşən 0,07 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh X2 hazırda həmin torpaq sahələrinə heç bir hüququ yoxdur. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfin məhkəmə iclasında qeyd etdiyi arqumentlər, yəni torpaq sahəsini iddiaçıya satmaq niyyətinin olmaması və torpaq sahələri üçün ödənilmiş pulu geri qaytarmaq istəməsi iddiaçının mülkiyyət hüquqlarının bərpasına maneə ola bilməz. Hazırda iddiaçıya məxsus torpaq sahələrinə dair verilmiş çıxarışlar qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçıya satılmış torpaq sahəsini də mübahisələndirə bilməz. Ona görə də, cavabdehin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Bununla bağlı o da qeyd olunmalıdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1158/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alqı satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair cavabdeh X2 iddiası təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia təmin edilsin. İddiaçı tam mülkiyyətində olan Zaqatala rayonu Car kəndində yerləşən reyestr nömrəsi **********19 olan 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********20 olan 0.07 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsindən cavabdeh X6 çıxarılsın. Zaqatala rayonu Car kəndində yerləşən reyestr nömrəsi **********19 olan 0,1357 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və reyestr nömrəsi **********20 olan 0.07 ha yaşayış məntəqələrinin təyinatlı torpaq sahəsindən İddiaçı istifadəsinə yönəlmiş cavabdeh X2 qərəzli hərəkətlərinə son qoyulsun və onun tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov
Məhkəmə qərarları › İş №e-2(033)-151/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-151/2023
15.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver