Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-151/2025 06.03.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli BPM**********12 saylı Tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 4529.14 manat əsas və 3957.10 manat faiz borc olmaqla cəmi 8486.24 (səkkiz min dörd yüz səksən altı manat iyirmi dörd qəpik) manat, bundan başqa xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən nağd krediti üzrə 4098.19 manat əsas, 1980.79 manat müqavilə müddətində ödənilməmiş faiz və 256.71 manat müqavilə müddətində sonra ödənilməmiş faiz borc olmaqla cəmi 6335.69 (altı min üç yüz otuz beş manat altmış doqquz qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 122.60 (bir yüz iyirmi iki manat altmış) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Filiyev Zumrat Ömər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********12 saylı Tam kart çərçivə müqaviləsinə əsasən Filiyev Zumrat Ömər oğluna 36 ay müddətinə illik 24 faiz olmaqla 5000 manat məbləğində kart kredit limiti və xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən Filiyev Zumrat Ömər oğluna 36 ay müddətinə illik 20 faiz olmaqla 5000 manat məbləğində nağd krediti verilmişdir. Borclu Filiyev Zumrat Ömər oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli 698 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum Filiyev Zumrat Ömər oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsələri olan Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizələri əsasında açılmışdır. Bankın Zaqatala filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, Filiyev Zumrat Ömər oğlunun xx.xx.2020-ci il tarixli BPM**********12 saylı Tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 4529.14 manat əsas və 3857.10 manat faiz borc olmaqla cəmi 8486.24 manat və bundan başqa xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən nağd krediti üzrə 1980.79 manat müqavilə müddətində ödənilməmiş faiz və 256.71 manat müqavilə müddətində sonra ödənilməmiş faiz borcu olmaqla cəmi 6335.69 manat məbləğində borcu qalmışdır. Cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh1, mərhum Filiyev Zumrat Ömər oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçının nümayəndəsi Nümayəndə3 30 yanvar 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(102)-2919/2024 nömrəli qərarından görünür ki, mərhum Zumrat Filiyevin miras əmlakı ilə bağlı vərəsələr arasında mübahisə olmuş, digər vərəsələrin iddiası üzrə məhkəməyə sübut qismində təqdim etdikləri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilmişdir. Məhkəmə qərarı ilə müəyyən olunduğu kimi, mərhumun vərəsələrinin dairəsi cavabdehlərlə məhdudlaşmır. Bu səbəbli digər vərəsələr Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hazırki iş üzrə cavabdeh qismində işə cəlb olunmasına zərurət yaranmışdır. Qeyd olunanları nəzərə alaraq, mübahisə üzrə digər vərəsələrin məlumatlandırılması üçün məhkəmə hazırlıq iclasının təxirə salınmasını və Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 hazırki işə cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir. 30 yanvar 2025-ci il tarixdə Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər kimi işə cəlb edilmişdirlər. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatı İddiaçının nümayəndəsi Nümayəndə1 06 mart 2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini tam müdafiə etdiyini bildirmiş və məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 19 dekabr 2024-cü il tarixdə Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş 26 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(011)295/2022 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. Mərhumun öhdəlikləri üzrə vərəsələr mirası qəbul edən həddə məsuliyyət daşıyırlar. Mərhumdan onlardaн başqa daha 3 vərəsəsi vardır. Lakin mərhumdan miras qalmış əmlaklar ilə bağlı mübahisə olduğundan, mərhumun vərəsələrin dairəsi müəyyən edilmədiyindən və mirası qəbul etmiş vərəsələrin mərhumun öhdəlikləri üzrə mirası qəbul edən həddə məsuliyyət daşıdığından hazırki iddia tələbinin onlar 3 vərəsəyə qarşı irəli sürülməsi əsassızdır. Mərhumdan miras qalmış əmlakda payının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət olunacaqdır. Bunun üçün işin məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbinin üzrlü olması barədə heç bir sənəd təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Mülki işin materiallarına əlavə edilmiş sənədlər "xxxx" ASC-si ilə Filiyev Zumrat Ömər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********12 saylı tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, Filiyev Zumrat Ömər oğluna 36 ay müddətinə illik 24 faiz olmaqla 5000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC-si ilə Filiyev Zumrat Ömər oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinin surətindən görünür ki, Filiyev Zumrat Ömər oğluna 36 ay müddətinə illik 20 faiz olmaqla 5000 manat məbləğində nağd krediti verilmişdir 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-1011 olan 22 noyabr 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 dekabr 2020-ci ildə vəfat etmiş Filiyev Zumrat Ömər oğlunun vərəsəsi oğlu Cavabdeh1dur və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş reyestr nömrəsi 2V-608 olan 26 iyul 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 26 dekabr 2020-ci ildə vəfat etmiş Filiyev Zumrat Ömər oğlunun vərəsələri qızı Cavabdeh2 və Cavabdeh3dur və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdır. 12 iyul 2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nдаn kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilmələrini, yəni borcun qaytarmalarını tələb etmişdir. Maliyyə arayışından görünür ki, 04 iyun 2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən, Filiyev Zumrat Ömər oğlunun 05 sentyabr 2024-cü il tarixədək 4098,19 manat əsas, 1980.79 manat müqavilə müddətində ödənilməmiş faiz və 256.71 manat müqavilə müddətində sonra ödənilməmiş faiz borc olmaqla cəmi 6335.69 (altı min üç yüz otuz beş manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu vardır. Maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli BPM**********12 saylı Tam kart çərçivə müqaviləsinə əsasən Filiyev Zumrat Ömər oğlunun 05 sentyabr 2024-cü il tarixədək 4529.14 manat əsas və 3957.10 manat faiz borc olmaqla cəmi 8486.24 (səkkiz min dörd yüz səksən altı manat iyirmi dörd qəpik) manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2024-cü il tarixli 2(102)-2919/2024 saylı qərarından görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(011)295/2022 nömrəli qətnaməsinə əsasən, iddiaçılar Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər Bakı şəhəri, 43 saylı Notariat Ofisinə, 2 saylı Bakı “Asan xidmət” mərkəzinin Notariat Ofisinə, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “miras paydan imtinaya dair ərizələrin etibarsız hesab edilməsi və “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələrin ləğv edilməsi tələbinə dair” iddia təmin edilərək, Cavabdeh4 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4207 reyest nömrəli, **********207 nömrəli; Cavabdeh5 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4166 reyest nömrəli, **********199 nömrəli; Cavabdeh6 Bakı şəhəri, 43 saylı notariat ofisində verdiyi miras paydan imtinaya dair xx.xx.2021-ci il tarixli, 8İ-4198 reyest nömrəli, **********198 nömrəli ərizələri etibarsız hesab edilməsi, Bakı "ASAN xidmət” mərkəzi notariat ofisi tərəfindən 22 noyabr 2021-ci il tarixdə Cavabdeh1 adına verilmiş və reyestrdə 2V-1011 nömrə ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, 26 iyul 2021-ci il tarixdə Cavabdeh3 və Cavabdeh2 adlarına verilmiş və reyestrdə 2V-608 nömrə ilə qeyd edilmiş "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi qət olunmuşdur. Cavabdeh1 2 saylı "Bakı Asan Xidmət” Mərkəzi Notariat ofisi, Cavabdeh4, Cavabdeh6 və X1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26 dekabr 2020-ci il tarixdə vəfat etmiş Filiyev Zumrat Ömər oğlunun və anası Cavabdeh4 birgə tərtib etdikləri 13 dekabr 2018-ci il tarixli ev vəsiyyətnaməsinin əsas götürülərək, vəsiyyətnamənin şərtlərinə uyğun olaraq Filiyev Zumrat Ömər oğlundan miras qalmış Bakı şəhəri, Xətai rayonu, İ.Həbibov küçəsi, ev 62/4, mənzil 10 və "Mitsubishi Pajero” markalı, 90KU-570 dövlət qeydiyyat nişanlı avtomobil üzərində vərəsələrin vərəsəlik paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli, e- 2(011)- 5678/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1783/2024 saylı, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5678/2023 saylı, xx.xx.2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2024-cü il tarixli 2(102)- 2919/2024 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməməsi və iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2(103)-1738/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 11 sentyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 122,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbayjan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunverijilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarətdir ki, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 317.1, 319.1 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddələrinə uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Müəyyən edilmiş hallar ondan ibarətdir ki, Filiyev Zumrat Ömər oğluna iddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli BPM**********12 saylı tam kart çərçivə müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz ödəməsi şərti ilə 5000 manat məbləğində kart kredit limiti və xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 20 faiz ödəməsi şərti ilə 5000 manat məbləğində nağd krediti verilmişdir. Filiyev Zumrat Ömər oğlu kreditin əsas məbləğini və hesablanmış faizləri hər ay bərabər hissələrlə ödəməyi öhdəsinə götürsə də, xx.xx.2020-ci il tarixdə vəfat etmiş, onun ölümündən sonra, miras aktivi ilə yanaşı xx.xx.2020-ci il tarixli BPM**********12 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 4529.14 manat əsas və 3957.10 manat faiz borc olmaqla cəmi 8486.24 manat, xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən 4098.19 manat əsas, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək 1980.79 manat müqavilə müddətində ödənilməmiş faiz borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 notariat orqanına müraciət etməklə, digər cavabdehlər Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 isə birincilərin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri mirası qəbul etmiş vərəsə olaraq mübahisələndirməklə Filiyev Zumrat Ömər oğlundan qalmış mirası qəbul etsələr də, iddiaçının tələb etməsinə baxmayaraq, yaranmış borcu ödəməmişlər. İddiaçı xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üzrə 256.71 manat faiz formasında borc hesablamışdır. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Filiyev Zumrat Ömər oğlunun xx.xx.2020-ci il tarixli BPM**********12 saylı tam kart çərçivə müqaviləsinə əsasən 4529.14 manat əsas və 3957.10 manat faiz borc olmaqla cəmi 8486.24 manat, xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən 4098.19 manat əsas, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək hesablanmış 1980.79 faiz borcunun yaranması tam təsdiq olunduğundan, iddiaçının kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üzrə hesablanmış 256.71 manat faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb etmək hüququ olduğundan, cavabdehlər Filiyev Zumrat Ömər oğlunun ölümündən sonra mirası qəbul etmiş vərəsələri olaraq miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıdıqlarından, iddiaçının icranı öz arzusu ilə istənilən birgə borcludan həm tam, həm də hissə-hissə tələb etmək səlahiyyəti olduğundan həmin borc, ödənilmiş 122,60 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehlərdən müştərək qaydada iddiaçının хeyrinə tutulmalı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıхarılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 müştərək qaydada xx.xx.2020-ci il tarixli BPM**********12 saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 4529.14 (dörd min beş yüz iyirmi doqquz manat on dörd qəpik) manat əsas və 3957.10 (üç min doqquz yüz əlli yeddi manat on qəpik) manat faiz borc olmaqla cəmi 8486.24 (səkkiz min dörd yüz səksən altı manat iyirmi dörd qəpik) manat, xx.xx.2020-ci il tarixli BPM**********10 saylı kredit müqaviləsinə əsasən nağd krediti üzrə 4098.19 (dörd min doxsan səkkiz manat on doqquz qəpik) manat əsas, 1980.79 (bir min doqquz yüz səksən manat yetmiş doqquz qəpik) manat müqavilə müddətində ödənilməmiş faiz və 256.71 (iki yüz əlli altı manat yetmiş bir qəpik) manat müqavilə müddətində sonra ödənilməmiş faiz borc olmaqla cəmi 6335.69 (altı min üç yüz otuz beş manat altmış doqquz qəpik) manat məbləğində kredit borcu, 122,60 (bir yüz iyirmi iki manat altmış qəpik) manat dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-151/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-151/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver