Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-164/2024 27.02.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı (bundan sonra-İddiaçı MMC) kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1015 (bir min on beş) manat əsas məbləğ üzrə borcun və ödənilmiş 31.50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq (ümumilikdə 1046 manat 50 qəpik pul məbləğini) İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 1016 saylı, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Kia Forte” markalı **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək günlük 65 (altmış beş) manatümumi 1495 (bir min dörd yüz doxsan beş) manat ödəmək şərti ilə icarəyə verilmişdir. Bildirir ki, cavabdeh- X1 tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş, və ya lazımınca icra edilməmişdir. Belə ki, cavabdeh tərəfindən 480 (dörd yüz səksən) manat pul ödənilmiş, 1015 (min on beş) manat pul vəsaiti ödənilməmiş saxlanılmışdır. Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etsələrdə, cavabdeh hər dəfəsindən borcun ödənilməsində yayınmış, sözü gedən məbləğin ödənilməsinin təmin edilməsi üçün heç bir səy göstərməmişdir. Bu səbəblə onlar məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Zaqatala Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2(033)-1266/2023 nömrəli qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsi üzrə “borcu ödənilməsi” tələbi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh teleqram ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı MMC-nin ona qarşı iddia ərizəsi yalandır. Onun onlara 300 manat borcu qalmışdır. Onlar maşına cüzi ziyan dəysə də, bu məbləği qaldıraraq 1015 manat etmişdirlər. İddiaçı MMC maşını Zaqatala rayonunda düzəltməyinə narazı olmuş və guya maşının 700-800 manat xərci olduğunu bildirmişdirlər. O da onlara 300 manat pul almalarını ya da məhkəməyə müraciət etmələrini bildirmişdir. Onlar isə ödənişi almamışdırlar. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı MMCnin direktoru Həsən Turalov 26 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq prosseslərinin gərginliyini nəzərə alaraq, baxış iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşin halları İş materiallarında olan icarəyə verən İddiaçı MMC ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 1016 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC-in mülkiyyətində olan “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək avtonəqliyyat vasitəsinin istifadəsinin hər 1 sutkası üçün 65 (altmış beş) manat, ümumi 1495 (bir min dörd yüz doxsan beş) manat ödəmək şərt ilə Cavabdeh verilmişdir. Müqavilənin 3.11-ci bəndinə əsasən gecikdirilən hər gün üçün ümumi dəymiş zərərin 0.5 faizi qədərində faiz hesablanacaqdır. İş materiallarında olan 1 saylı və 2 saylı təhvil-təslim aktından görünür ki, “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il saat 16:46-da “əla” vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 1016 saylı yol vərəqəsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli, 1016 saylı müqavilə üzrə İddiaçı MMC tərəfindən “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh icarəyə verilməsi razılaşdırılmış və həmin müqavilə MMC-nin direktoru tərəfindən imza edilərək möhürlə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş aktdan görünür ki, xx.xx.2023-cü il tarixli, 1016 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh verilmiş “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi Xətai rayonu ərazisində icarəçi- Cavabdeh iştirakı olmadan tərəflərindən xx.xx.2023-cü il tarixdə təhvil götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC-nin istifadəsində olan “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023-cü il tarixli, 1016 nömrəli icarə müqaviləsinə əsasən Cavabdeh günlük 65 manat- ümumi 1495 (bir min dörd yüz doxsan beş) manat olmaq şərti ilə xx.xx.2023-cü il tarixdən, xx.xx.2023-cü il tarixədək icarəyə verilmişdir. Cavabdeh tərəfindən 480 manat ödənilmiş, 1015 manat icarə haqqı ödənilməmiş saxlamışdır. İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli pretenziyasından görünür ki, cavabdeh 3 gün ərzində borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli Elektron Məhkəmə Sistemində əldə edilmiş qəbz haqqında məlumatdan görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə 31.50 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 700-cü maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 701.2-ci maddəsinə görə əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Cavabdeh 300 manat borcu qaldığını, 1015 manat məbləğin maşına dəymiş cüzi ziyan üçün şişirdilmiş məbləğ olduğunu qeyd etsə də, göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Həmçinin iddiaçı avtonəqliyyat vasitəsinə vurmuş zərərin əvəzini yox, avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən ödənilməmiş icarə haqqını tələb etmişdir. Beləliklə İddiaçı MMC-nin ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC ilə bağladığı xx.xx.2023-cü il tarixli, 1016 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən, İddiaçı MMC-dən “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyta nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək günlük 65 (altmış beş) manat, ümumi 1495 (bir min dörd yüz doxsan beş) manat ödəmək şərt ilə icarəyə götürmüşdür. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən yaranmış öhdəliklər pozulmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Müqavilənin 3.11-ci bəndinə əsasən cavabdeh ödənişi gecikdirdiyi hər gün üçün ümumi zərərin 0.5 faizi dəyərində dəbbə pulu ödəməli öhdəsinə götürmüşdür. Göründüyü kimi, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, 1016 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “Kia Forte” minik markalı, **-PG-*** dövlət qeydiyyta nişanlı nəqliyyat vasitəsi icarə verilərək üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində xx.xx.2023-cü il tarixli, 1016 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə görə günlük ödənişləri vaxtında ödəməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də, İddiaçı qalıq qalmış əsas borcun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 1016 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 1015 (bir min on beş) manat məbləğində əsas borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh 31.50 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 1016 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən 1015 (bir min on beş) manat əsas borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 31.50 (otuz bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-164/2024
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-164/2024
27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver