Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-231/2025 25.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbinin dəlilləri İddiaçı «Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 Məmmədiyyə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: oğlundan müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 019R********** saylı krеdit razılaşması üzrə 30000 manat krеdit bоrcu, 5491.63 manat faiz bоrcu və 2526 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 38017 (otuz yeddi min on yeddi) manat 63 qəpik məbləğində borcun, ödənilmiş dövlət rüsumuna görə 204.05 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Muradov Cavidan Murad oğluna "xxxx" QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 019L**********08 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən120 (yüz iyirmi) ay müddətinə 70000 (yetmiş min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq Krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Muradov Cavidan Murad oğlu "xxxx" QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 019R********** saylı krеdit razılaşmasıəsasında 30 ay müddətinə,aylıq faiz dərəcəsi 1.75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 70000 (yetmiş min) manat məbləğində krеdit götürmüşdür. Muradov Cavidan Murad oğlu krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2023-cü il tarixdən banka qaytarmamışdır. Muradov Cavidan Murad oğlu götürdüyü krеdit bоrcundan ödəniş etməmiş, onun 30000 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Muradov Cavidan Murad oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 421 gün üçün hesablanmış faiz borcu 5491.63 manat təşkiledir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 421 gün üçün hеsablanmış cərimə 2526 manat təşkiledir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Muradov Cavidan Murad oğlunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Muradov Cavidan Murad oğlu ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Muradov Cavidan Murad oğlu vəfat etmiş, onun vərəsələrinin müəyyən edilməsi üçün dövlət orqanlarına sorğular verilmişdir. Sorğulara təqdim edilmiş cavablardan müəyyən olunur ki, Muradov Cavidan Murad oğlundan miras qalmış əmlak Zaqatala rayonu Lahıc kəndində 0.40 ha torpaq sahəsidir və həmin torpaq sahəsimərhumun atası Cavabdeh2 istifadəsindədir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Göründüyü kimi, Muradov Cavidan Murad oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun zaminlərə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi, Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə məlumat göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh isə gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 iddia ələbini qismən qəbul edərək cərimə məbləğinin azaldılmasına xahiş etmişdir. O Cavidan Muradovun onun oğlu olduğunu və gənc yaşında vəfat etdiyini bildirmişdir. Borcu az-az hissə-hissə ödəyə biləcəyini qeyd edərək bu halların nəzərə alınmasını və zaminlərdən tutulmanın olmamasını xahiş etdi. Cavabdehlər Cavabdeh3, X2 hər biri ayrı ayrılıqda çıxış edərək Muradov Cavidan Murad oğluna zamin durduqlarını bildirmiş və onların zaminlikdən çıxarılmasını xahiş etdi. Cavabdeh Mehmparə Rəcəbova əlavə olaraq qeyd etmişdir ki,övladı təhsil alır və onun təhsil xərclərini ödəyir, o zaminlikdən çıxarılmadığı halda tələb onun gəlirinə yönələcək.Cavidan Muradovun atası olan Cavabdeh2 da yaşlı adamdır, o özündən tutulmaları gedib yaşlı bir şəxsdən tələb edə bilməyəcəyini bildirdi. İşin halları Muradov Cavidan Murad oğlu ilə İddiaçı QSC arasında 18 may 2020-ci il tarixdə bağlanmış 019L**********08 nömrəli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən həmin cavabdehə 120 ay müddətinə 70000 (yetmiş min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsinin 1.4-cü bəndinə görə cavabdehə veriləcək hər bir kreditin məbləği, faiz dərəcəsi və müddəti bu müqavilə və ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Muradov Cavidan Murad oğlu ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 019R********** nömrəli kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən ona aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla, 30 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 30000 (otuz min) manat kredit verilmişdir. Kredit razılaşmasının 1.2-ci bəndinə görə kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilmiş ödəniş planına əsasən, razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2-ci və 4.2.2-ci bəndlərinə əsasən, borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixli kreditin verilməsi-köçürmə vərəqindən görünür ki, "xxxx" QSCnin Zaqatala filialı tərəfindən Muradov Cavidan Murad oğluna məxsus bank hesabına 30000 manat kredit məbləği köçürülmüşdür. İddiaçı QSC ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 019S**********01 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 mart 2021-ci il tarixli 019S**********02 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 18 may 2020-cü il tarixli 019S**********04 nömrəli zaminlik müqaviləsindən görünür ki, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icrası üçün zamin iddiaçı qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə iddiaçı qarşısında məsuliyyət daşıyır. Zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən, zaminlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icrası üçün iddiaçı qarşısında borclu Muradov Cavidan Murad oğlu ilə birgə məsuliyyət daşıyırlar. İşdə olan 11 iyul 2019-cu il tarixdə bağlanmış 19 R**********S nömrəli kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. Cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı cavabdehlərdən kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən Muradov Cavidan Murad oğlunun xx.xx.2024-ci il tarixə iddiaçıya 30000 manat əsas kredit borcu, 5491,63 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 2526 manat cərimə olmaqla, cəmi 38017,63 manat kredit borcu vardır. Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mərhum Muradov Cavidan Murad oğlunun Lahıc kəndi ərazisində özünə məxsus 0,40 ha əkinə yaralı torpaq sahəsi vardır. Hal-hazırda həmin torpaq sahəsindən mərhumun atası Cavabdeh2 Məmmədiyyə oğlu istifadə edir. Tədbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə Muradov Cavidan Murad oğlu arasında 120 ay müddətinə 70000 manat məbləğində kredit xətti açılmasına dair xx.xx.2020-cı il tarixli 019L**********08 nömrəli kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinə görə ona veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Ona görə də, həmin kredit xətti müqaviləsi üzrə Muradov Cavidan Murad oğlu ilə bağlanmış xx.xx.2022-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən, iddiaçı tərəfindən ona aylıq faiz dərəcəsi 1,75 faiz olmaqla 30 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarılmaq şərti ilə 30000 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. Muradov Cavidan Murad oğlu vəfat etmiş və onun vəfatından sonra ona məxsus əmlakdan onun vərəsələri Cavabdeh2 istifadə edir və miras əmlakı idarə etməklə faktiki olaraq vərəsəliyi qəbul etmişdir. Vərəsə miras qoyan Muradov Cavidan Murad oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" QSC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehr öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına əsasən 30000 manat əsas borc məbləği cavabdehl Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. xx.xx.2022-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasının 1.1-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 1,75 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.4-cü bəndinə faktiki illik faiz dərəcəsi 21,14 faiz təşkil edir Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 5491,63 manat faiz borcunun da Cavabdeh2 Məhəmmədiyə oğlundan tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 2526 manat cərimənin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 2526 manat cərimə qismən, 100 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarına əsasən Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır, borclunun ölümü zaminliyin xitamına səbəb olmur və zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Məhkəmənin müəyyən etdiyi hallardan görünür ki, 18 may 2020-ci il tarixli, xx.xx.2021-cü il tarixli zaminlik müqavilələrində ayrı qayda nəzərdə tutulmadığından Muradov Cavidan Murad oğlunun öhdəliklərinə görə zamin cavabdehlər X2, Cavabdeh1, Cavabdeh3 borclu Muradov Cavidan Murad oğlunun vərəsəsi olan Cavabdeh2 ilə eyni həcmdə birgə məsuliyyət daşıyırlar. Buna görə də məhkəmə hesab edir ki, 18 may 2020-ci il tarixli, xx.xx.2021-cü il tarixli zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər-cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh1nın iddiaçı qarşısında öhdəlikləri yaranmış və cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 30000 manat əsas kredit borcu, 5491,63 manat ona hesablanmış faiz borcu və 100 manat cərimə borcu Muradov Cavidan Murad oğlunun vərəsələri olan cavabdehlərdən və cavabdeh zaminlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1 müştərək qaydada 18 may 2020ci il tarixli 019L**********08 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2022-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına və zaminlik müqavilələrinə əsasən, xx.xx.2024-ci il tarixə olan 30000 manat əsas kredit borcu, 5491,63 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 100 manat cərimə olmaqla, cəmi 35591,63 manat məbləğində vəsait və ödənilmiş 196,78 manat məbləğində dövlət rüsumu tutulmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1 müştərək qaydada 18 may 2020-ci il tarixli 019L**********08 nömrəli kredit xətti müqaviləsi üzrə xx.xx.2022-cü il tarixli 019R********** nömrəli kredit razılaşmasına və zaminlik müqavilələrinə əsasən, xx.xx.2024-ci il tarixə olan 30000 (otuz min) manat əsas kredit borcu, 5491,63(beş min dörd yüz doxsan bir manat altmış üç qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 100 (bir yüz) manat cərimə olmaqla, cəmi 35591,63 (otuz beş min beş yüz doxsan bir manat altmış üç qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh1 müştərək qaydada 196,78 (bir yüz doxsan altı manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-231/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-231/2025
25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver