Məhkəmə qərarları › İş №e-2(033)-233/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-233/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-233/2025 05.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Zərifə Faiq qızının sədrliyi Cəlilova Nuridə Əli qızının katibliyi Cavabdeh5 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Həmzəyev Sərdar Həbibullah oğlunun vərəsələri cavabdehlər Cavabdeh5, X6 və X5 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdim İddia tələbinin dəlilləri: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASCnin xeyrinə BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən nağd krediti üzrə cəmi 2625.52 manat borcu BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 210.61 əsas və 8.19 manat faiz borcu olmaqla, cəmi 218.80 manat məbləğində kredit borcu olmaqla ümumilikdə cəmi 2844.32 (iki min səkkiz yüz qırx dörd manat otuz iki qəpik) manat və ödənilmiş 48.36 (qırx səkkiz manat otuz altı qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Zaqatala filialı ilə Həmzəyev Sərdar Həbibullah oğlu arasında bağlanmış BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə Həmzəyev Sərdar Həbibullah oğluna 48 ay müddətinə illik 18 faiz olmaqla 2900 manat məbləğində nağd krediti və BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 300 manat məbləğində bərpa olunan kredit limiti verilmişdir. X19 Həbibullah oğlu xx.xx.2023-cü il tarixdəvəfat etmişdir. Zaqatala rayon 2 saylı notariat ofisinin məktubundan görünür ki, mərhum Həmzəyev Sərdar Həbibullah oğlunun adına vərəsəlik işi qanun üzrə vərəsələr olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair ərizəsi əsasında açılmışdır. Bankın “Zaqatala” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışlara əsasən, Həmzəyev Sərdar Həbibullah oğlunun vəfat etdiyi tarixə BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən nağd krediti üzrə cəmi 2625.52 manat və BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə cəmi 218.80 manat məbləğində borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mərhum Həmzəyev Sərdar Həbibullah oğlundan qalmış mirası qəbul etməsinə baxmayaraq miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 tərəfin əvəz edilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X7, Cavabdeh3 və X8 ilə əvəz olunmasını və mülki işə cavabdeh qismində X1 Dinara Sərdar qızı və X4 cəlb olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər X7, X9 və X2 iddiaçı "xxxx" ASC-nin xeyrinə BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən nağd krediti üzrə cəmi 2562.52 manat borcu BPM**********28 nömrəli, xx.xx.2023cü İl tarixli Tam kart çərçivə müqaviləsinə əsasən kart limiti üzrə 210.61 əsas və 8.19 manat faiz borcu olmaqla, cəmi 218.80 manat məbləğində kredit borcu olmaqla ümumilikdə cəmi 2781.32 (iki min yeddi yüz səksən bir manat otuz iki qəpik) manat və ödənilmiş 48.36 (qırx səkkiz manat otuz altı qəpik) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hər iki ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq mülki iş üzrə iddiaçı və cavabdehlər X6 və X8 məhkəmə iclasında iştirak etməmişdirlər, iddiaçının nümayəndəsi X10 ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və mövcud sübutlar əsasında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Lakin cavabdehlər məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 çıxış edərək iddia tələbini qəbul etdiyini və həmin həcmdə borcun olduğunu bildirdi. Tədqiq edilmiş sənədlər "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdeh Həmzəyev Sərdar Həbibullah oğlu arasında bağlanmış BPM**********28 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona 48 ay müddətinə qaytarılmaq, illik 18 faiz ödəmək şərti ilə 2900 (iki min doqquz yüz) manat kredit verilmişdir. "xxxx" ASC-in “Zaqatala” filialı ilə cavabdeh Həmzəyev Sərdar Həbibullah oğlu arasında bağlanmış BPM**********28 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən ona 36 ay müddətinə qaytarılmaq, illik 24 faiz ödəmək şərti ilə 300 manat kredit xətti açılmışdır. Həmin kredit müqaviləsinin 9-cu bəndinə əsasən faktiki illik faiz dərəcəsi 24,76 faizdir. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Həmzəyev Sərdar Həbibullah oğlu 13 avqust 2023-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabına xx.xx.2023cü il tarixdə 298 nömrə ilə müvafiq qeyd edilmişdir. Cavabdeh5 ərizəsindən görünür ki, o və bacıları Dinara Həmzəyeva və X12 Sərdar Həbibullah oğlundan miras qalmış əmlak qəbul edilmişdir. Cavabdeh Həmzəyev Sərdar Həbibullah oğlunun vərəsələrinə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, iddiaçı Həmzəyev Sərdar Həbibullah oğlunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən Həmzəyev Sərdar Həbibullah oğlunun xx.xx.2024-cü il tarixədək 2625,52 manat əsas kredit borcu, 0 manat faiz borcu bank tərəfindən ödənilmiş 48,36 manat dövlət rüsumu, bank tərəfindən ödənilmiş 0,40 manat komissiya haqqı üzrə borcu vardır. Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli BPM**********28 nömrəli kredit müqaviləsinə əsasən Həmzəyev Sərdar Həbibullah oğlunun xx.xx.2024-cü il tarixədək 210,61 manat əsas kredit borcu, 8,19 manat faiz borcu bank tərəfindən ödənilmiş 48,76 manat dövlət rüsumu üzrə borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən, bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsinə əlavə edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı ilə Həmzəyev Sərdar Həbibullah oğlu arasında bağlanmış BPM**********28 nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Həmzəyev Sərdar Həbibullah oğluna illik 18 faiz olmaqla 48 ay müddətinə 2900 manat kredit verilmişdir. Eyni tarixli və eyni nömrəli kredit müqaviləsinə əsasən isə Həmzəyev Sərdar Həbibullah oğluna illik 24 faiz olmaqla 36 ay müddətinə 300 manat kredit xətti açılmışdır. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. Həmzəyev Sərdar Həbibullah oğlu kredit müqaviləsinə əsasən kredit borcunu bir müddət ödəmiş, 13 avqust 2023-ci il tarixdə vəfat etmiş və Cavabdeh5, X6 və X8 onun vərəsələri kimi müəyyən edilmişdir. Cavabdehlər Cavabdeh5, X6 və X8 mərhum Həmzəyev Sərdar Həbibullah oğlundan qalmış mirası qəbul etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, BPM**********28 nömrəli xx.xx.2023cü il tarixli kredit müqaviləsinə əsasən 2562,52 (iki min beş yüz altmış iki manat əlli iki qəpik) manat, BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 210.61 (iki yüz on manat altmış bir qəpik) əsas və 8,19 (səkkiz manat on doqquz qəpik) manat faiz borcu Həmzəyev Sərdar Həbibullah oğlunun vərəsələri cavabdehlər Cavabdeh5, X6 və X3 müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, qanuni və əsaslı olduğuna görə iddia ərizəsi təmin edilərək, Həmzəyev Sərdar Həbibullah oğlunun vərəsələri Cavabdeh5, X6 və X14 BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 2562,52 (iki min beş yüz altmış iki manat əlli iki qəpik) manat, BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 210.61 (iki yüz on manat altmış bir qəpik) əsas və 8,19 (səkkiz manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 218.80 (iki yüz on səkkiz manat səksən qəpik) manat olmaqla ümumilikdə 2781,32 (iki min yeddi yüz səksən bir manat otuz iki qəpik) manat və ödənilmiş 47,82 (qırx yeddi manat səksən iki qəpik) manat və 0,40 (qırx) qəpik bank xidməti haqqı qəpik bank xidməti haqqı tutulmalıdır. 0,54 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Həmzəyev Sərdar Həbibullah oğlunun vərəsələri cavabdehlər Cavabdeh5, X6 və X3 müştərək qaydada BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Kredit müqaviləsinə əsasən 2562,52 (iki min beş yüz altmış iki manat əlli iki qəpik) manat, BPM**********28 nömrəli, xx.xx.2023-cü il tarixli Tam kart çərçivə müqaviləsinə əsasən 210.61 (iki yüz on manat altmış bir qəpik) əsas və 8,19 (səkkiz manat on doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 218.80 (iki yüz on səkkiz manat səksən qəpik) manat olmaqla ümumilikdə 2781,32 (iki min yeddi yüz səksən bir manat otuz iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh5, X6 və X3 müştərək qaydada 48,36 (qırx səkkiz manat otuz altı qəpik) manat 47,82 (qırx yeddi manat səksən iki qəpik) dövlət rüsumu və 0,40 (qırx) qəpik bank xidməti haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. 0,54 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar