Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-234/2023 21.02.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı nümayəndəsi X5, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi X3 iştirakları ilə, İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi və ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılaraq gəlirinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia və qarşılıqlı iddia tələbinin dəlilləri İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh (bundan sonra iddiaçı-cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(033)-1393/2018 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının artırılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşağa 220 manat sabit pul məbləğində alimentin ödənilməsinə, mediatra ödənilmiş 50 manat pulun və vəkilə ödənilmiş 50 manat xidmət haqqının, cəmi 100 manat pulun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların cavabdeh ilə birgə nikahlarından 19 dekabr 2009-cu il tarixdə “Yasəmən” adlı övladları doğulmuşdur. Onların cavabdehlə olan nikahları pozulmuş, uşağın saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(033)-1393/2018 saylı qətnaməsi ilə Zaqatala Rayon məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay uşağa 154 manat sabit pul məbləğində aliment qət edilmişdir. Məhkəmə qərarı ilə təyin olunmuş aliment halhazırki tələblərə cavab vermir. Qeyd etmək istəyir ki, cavabdehin maddi imkanı yaxşıdır, yəni aliment ödəmək üçün kifayət qədər gəliri və imkanı vardır. Bütün bunlar onu deməyə əsas verir ki, o, uşağa hər ay 220 manat aliment verə bilmək iqtidarındadır. Ona görə də, alimentin artırılması üçün yenidən məhkəməyə müraciət edir. Məhkəmə tərəfindən alimentin sabit pul şəklində müəyyən edilərkən hesab edir ki, cavabdehin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün uşağa hər ay 220 manat alimentin qət edilməsi kifayət edər. Həmçinin, məhkəmə aliment qət edərkən nəzərə almalıdır ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaq üçün 220 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən hesab edir ki, alimentin artırılması ilə bağlı məhkəmə xərcləri (mediasiya xərci və vəkil xidmət haqqı) cavabdehdən alınaraq ona ödənilməlidir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı (bundan sonra cavabdeh-iddiaçı) Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdehin ilkin iddiasının rədd edilməsini, Zaqatala rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında olmuş nikah pozulmuş, birgə nikahlarından xx.xx.2009-cu il tarixdə doğulmuş X1 qarşılıqlı iddia üzrə cavabdehin yanında saxlanılması və tərəfindən aliment ödənilməsi qət edilmiş və daha sonra aliment məbləği artırılmışdır. Qarşılıqlı iddia üzrə cavabdehin hazırki iddiası, yəni, aliment məbləğinin 220 manata artırılması tələbi yersiz tələbdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən uşağı saxlamaq valideynlərin hər ikisinin də vəzifəsi olaraq bu işdə bərabər vəzifə daşıyırlar. Yəni, uşağın saxlanması üçün tək atanın və ya ananın deyil, hər iki valideynlər maddi və digər baxımdan eyni hüquq və vəzifələrə sahibdirlər. Belə ki, qarşılıqlı iddia üzrə cavabdehin ondan tələb etdiyi 220 manat məbləğində aliment valideynlər olaraq aralarında bərabər bölünməli, yəni, 110 manat ona, 110 manat isə qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir. Bundan əlavə o, Zaqatala rayon Gözbarax kəndi orta məktəbində gözətçi işləməklə 273 manat əmək haqqı alır. Onun bundan başqa gəlir mənbəyi yoxdur. Yeganə gəlir mənbəyi aldığı rəsmi əmək haqqıdır. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 32 nömrəli akt qeydi ilə qeydiyyata alınmaqla X6 ilə nikah bağlamışdır. Yəni, o artıq yeni ailə qurmuş və hazırda evlidir. Belə ki, o, uşağından əlavə yeni ailəsini dolandırmalıdır. Qarşılıqlı iddia üzrə cavabdeh isə “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununu əsas gətirərək öz hüquqlarından sui-istifadə etməklə onun və ailə üzvünün hüquqlarını pozur, maddi cəhətdən onun və yeni ailəsinin acınacaqlı vəziyyətdə yaşamaları üçün zəmin yaratmağa çalışır. Onun yeganə gəliri olan 273 manat məbləğində maaşının 220 manatının ona verilməsi ilk öncə qanunvericiliyin ciddi pozulmasına, onun və ailəsinin maddi rifahının acınacaqlı vəziyyətə düşməsinə səbəb olacaqdır. İddia tələbinə və qarşılıqlı iddia tələbinə qarşı etirazın dəlilləri İddia tələblərinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı-cavabdeh İddiaçı nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, hazırda uşağın 13 yaşı var. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o və iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Uşağın ehtiyaclarını tək qadın olaraq iddiaçı qarşılaya bilmir. Bu səbəbdən də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, ilkin iddia ərizəsi üzrə iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsi üzrə iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh nümayəndəsi X6 cavabdeh-iddiaçı Cavabdeh ilə oxşar məzmunda izahat verərək ilk iddia tələbinin rədd edilməsini və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. İşin halları Zaqatala rayonu qeydiyyat şöbəsi tərəfindən 15 sentyabr 2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 dekabr 2009-cu il təvəllüdlü X1 atası Cavabdeh, anası isə İddiaçıdır. Zaqatala Rayon Məhkəməsinin 2(033)-1393/2018 saylı 05 dekabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək 19 dekabr 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala rayon məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində müəyyən edilmiş, həmin məbləğ qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmaqla Cavabdeh alınaraq 19 dekabr 2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Şəki-Zaqatala Regional Təhsil İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Zaqatala rayon Gözbarax kənd tam orta məktəbində gözətçi vəzifəsində işləyir, onun hesablanmış aylıq əmək haqqı 312 manat təşkil edir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 16 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. 11 noyabr 2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC-nin Zaqatala filialına eManat vasitəsilə ödənilmiş vəkil xidmət haqqı qəbzindən görünür ki, İddiaçı vəkil xidmət haqqı üzrə 50 manat pul ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilk iddia qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahdan 19 dekabr 2009-cu il tarixdə X4 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)- 1393/2018 saylı 05 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından 19 dekabr 2009-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala rayon məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)- 767/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində müəyyən edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı-cavabdehin nümayəndəsi uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh-iddiaçı isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək Zaqatala rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(033)- 1393/2018 nömrəli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının azaldılmasına, xx.xx.2009-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun əmək haqqının dörddə bir hissəsi miqdarında alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi iddiaçıcavabdeh İddiaçı və cavabdeh-iddiaçı Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdeh-iddiaçıdan tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti çətinliklə ödəməsi, yüksək gəlir yerinin olmaması, əmək haqqının az olması, yenidən ailə qurması və maddi imkanının aşağı olması onu hazırki uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyyən edilmiş aliment ödəmək vəzifəsindən və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Cavabdehin və nümayəndəsinin isə məhkəmə iclasında göstərdiyi arqumentlər cavabdehi həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Eyni zamanda cavabdeh məhkəmə iclasında alimentin miqdarının dəyişdirilməsinə əsas olmayan hər hansı başqa sübutu da məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini, uşağın yaşını və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 19 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi ilk iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə qeyd edir ki, cavabdeh-iddiaçı gəlirlərinə dair arayış təqdim edərək aylıq gəlirinin 312 manat olduğunu bildirmişdir. O eyni zamanda qarşılıqlı iddia ərizəsində yenidən ailə qurduğunu və əlavə olaraq yeni ailəsini dolandırmalı olduğunu qeyd etmişdir. Lakin məhkəmə hesab edir ki, təqdim edilən sənəd və cavabdehiddiaçının yenidən ailə qurması alimentin miqdarının azaldılmasına və onun növünün dəyişdirilməsinə əsas ola bilməz. Yuxarıda qeyd olunan qanunlardan göründüyü kimi uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, iddiaçının maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin miqdarının azaldılması üçün qanuni əsaslar yoxdur. Qarşılıqlı iddia ərizəsində göstərilən dəlilləri isə məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının gəlirinin az olması və ikinci dəfə ailə qurması, onun qanunla müəyyən edilmiş uşaqlarının lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaqlar qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsunlar. Yuxarıda şərh olunan qanunlara görə uşaqlar minimum səviyyədə deyil, lazımi səviyyədə saxlanılmalıdırlar. Bundan başqa məhkəmə hesab edir ki, uşağın saxlanması üçün müəyyən olunmuş 154 manat alimentin azaldılaraq qarşılıqlı iddiaçının əmək haqqının dörddə biri, yəni 78 manat məbləğində alimentin tutulması barədə iddiası təmin edilərsə müəyyən edilmiş alimentin miqdarı, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş 220 manat məbləğdən xeyli miqdarda az olardı ki, bu da yolverilməzdir. Yaranmış vəziyyətdə uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşaqların mənafeyi nəzərə alınaraq məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh alınaraq 19 dekabr 2009-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə təyin edilmiş və Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə artırılmış ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 175 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, ilk iddianın qalan hissəsi təmin edilməməli, ilkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılaraq gəlirinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Məhkəmə daha sonra qeyd edir ki, məhkəmə xərclərinin aid edilməsində meyar ərz edilən tələbin haqlı olub-olmaması barədə məhkəmənin gəldiyi nəticədir. Məhkəmə tələbin haqlı olub-olmaması (yaxud hansı həddə haqlı olub-olmaması) barədə gəldiyi nəticəni qərarın nəticə hissəsində göstərir və buna uyğun olaraq məhkəmə xərci məsələsini də həll edir. İddia hansı həddə təmin olunursa, həmin həddə iddiaçı haqlı hesab edilir. İddia tələbi dəyişdirilərkən (artırılarkən, azaldılarkən) məhkəmə xərcləri iddiaçının icraat açılan anda olan tələbinə uyğun deyil, qətnamə (qərar) çıxarılan anda müdafiə etdiyi iddia tələbinə uyğun həll edilməlidir. Hazırki işdə isə iddiaçının tələbi təmin olunmuş hesab olunmalıdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitini tələb etdiyinə görə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, qanunvericilikdə vəklin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər iddia ərizəsində göstərilən miqdarda təmin edilməlidir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı, vəkilə ödəmiş olduğu 50 manat məbləğini təsdiq edən sənədi təqdim etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin X8rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında bütün xərclər üçün 50 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh 30 manat (175-154=21x12=252 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İlk iddia qismən təmin edilsin. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh alınaraq 19 dekabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli 2(033)-767/2016 saylı qətnaməsi ilə təyin edilmiş və Zaqatala Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(033)-1393/2018 nömrəli qətnaməsi ilə artırılmış ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay uşaq üçün sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilsin. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində pul və vəkilə ödənilmiş 50 (əlli) manat xidmət haqqı, cəmi 100 (bir yüz) manat pul vəsaiti alınaraq ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İlk iddia tələbinin qalan hissəsi təmin edilməsin. İlkin iddia ərizəsi üzrə cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh ilkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılaraq gəlirinin dörddə bir hissəsi miqdarında alimentin müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim Tural Həsənov.
Məhkəmə qərarları › İş №e-2(033)-234/2023
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-234/2023
21.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver