Məhkəmə qərarları › İş №e-2(033)-258/2023

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-258/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-258/2023 12.04.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 5332,26 (beş min üç yüz otuz iki manat iyirmi altı qəpik) manat - bundan 5245 (beş min iki yüz qırx beş) manat əsas, 87,26 (səksən yeddi manat iyirmi altı qəpik) manat faiz və iş üzrə ödənilmiş 73,98 (yetmiş üç manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqşünası X2 ərizə ilə müraciət edərək e-2(033)-258/2023 saylı mülki iş üzrə aralarında əldə edilən barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilməsi və ödənilmiş dövlət rüsumunun geri qaytarılması ilə bağlı qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəyə əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, saziş "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 08 avqust 2019-cu il tarixli, 100.LN.1675.080819.00001 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin Cavabdeh tutulması tələbi ilə bağlı bağlanmışdır. Həmin sazişin Barışıq şərtləri adlı 2-ci maddəsindən görünür ki, 2.1 Tərəflər təsdiq edirlər ki, cavabdeh bağlanmış 08 avqust 2019-cu il tarixli 100.LN.1675.080819.00001 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi 4 512.26 AZN icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Bu Sazişin 2.1-ci bəndində göstərilən 4 512,26 manat məbləğində borcdan 1 il ərzində, yəni 12 ay müddətinə bu Saziş təsdiq edildiyi tarixdən hər ay 376 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür. 2.3 İddiaçı bu Sazişin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.4 Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi bu Sazişin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir. 2.5 Tərəflər razılaşırlar kı, bu Sazişin 2.2-ci bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda İddiaçı tərəfindən ümumilikdə 4.512,26 manat məbləğində borcun tutulması üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir. Həmin sazişin Digər şərtlər adlı 3-cü maddəsindən görünür ki, 3.1 Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2 Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək uçun çəkdiyi müvafiq huquqı xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 3.3 Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4 Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir 3.5 Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik düzəliş və ya əlavələr edilə bilməz Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6 Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7 Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz. 3.7.1 bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2 bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publık hüquqi şəxslərə; 3.7.3 mediasıya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4 qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5 yaxın qohumlara; 3.7.6 Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçun məhkəmələrə və notariuslara. 3.8 Bu Sazişin məzmununun Sazişin 3.7.1 və 3.7.5 bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0 və 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, sazişin şərtləri qanunun tələblərinə zidd deyil və tərəflər arasında mübahisənin həllinə kömək etməklə digərlərinin hüquqlarını pozmur. Məhkəmənin qənətincə tərəflərin barışıq sazişi ilə bağlı hərəkətlərində hər hansı qanunsuz hal aşkar edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci və 5.1.3-cü maddələrinə əsasən ödənilmiş dövlət rüsumu məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, tərəflər arasında barışıq sazişi təsdiq edilməklə mülki işin icraatına xitam verildiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,58 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262.4, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. Tərəflər təsdiq edirlər ki, cavabdeh bağlanmış 08 avqust 2019-cu il tarixli 100.LN.1675.080819.00001 nömrəli Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi 4 512.26 AZN icra edilməmiş borc öhdəliyi mövcuddur.

2. Barışıq sazişinin 2.1-ci bəndində göstərilən 4 512,26 manat məbləğində borcdan 1 il ərzində yəni 12 ay müddətinə bu Saziş təsdiq edildiyi tarixdən hər ay 376 manat ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.

3. İddiaçı Barışıq sazişinin 2.2-ci bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.

4. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 dəfə lazımınca icra edilməməsi Barışıq sazişinin 2.2-ci bəndinin şərtlərinin pozulması kimi qiymətləndirilir.

5. Tərəflər razılaşırlar kı, Barışıq sazişinin 2.2-ci bəndində göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda iddiaçı tərəfindən ümumilikdə 4.512,26 manat məbləğində borcun tutulması üçün müvafiq icra qurumuna müraciət ediləcəkdir.

İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73,58 (yetmiş üç manat əlli səkkiz qəpik) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə ondan şikayət verilə bilər.

Sədrlik edən Tural Həsənov

hakimi Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar