Məhkəmə qərarları › İş №e-2(033)-276/2023

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-276/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-276/2023 25.10.2023 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı icarəsində olan ümumilikdə 26,4948 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən yığılmalı olduğu 951,16332 sentner buğda məhsulunun qanunsuz olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ələ keçirilməsi nəticəsində ona dəymiş zərərin əvəzi olan 40.000 (qırx min) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 210 (iki yüz on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh2 03 noyabr 2021ci il tarixli icarə müqavilələrinə əsasən başqa şəxslərə məxsus ümumilikdə 26,4948 ha torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı torpaq sahələrini icarəyə götürdükdən sonra həmin torpaq sahələrində şumlanma və buğda əkimi məqsədi ilə 19 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ASC "Xalq" Bankının Zaqatala filialından 55.000 (əlli beş min) manat kredit götürmüşdür. İddiaçı torpaq sahələrində şumlanma və buğda əkimini həyata keçirmək məqsədi ilə torpaq sahələrinə gedən zaman görmüşdür ki, həmin torpaq sahələri başqa şəxs tərəfindən şumlanmış və orada əkin işi aparılmışdır. İddiaçı bundan sonra dərhal iş üzrə Cavabdeh2 ilə əlaqə saxlamış və baş verənlər barədə sonuncuya bildirdikdə, Cavabdeh2 bildirmişdir ki, narahat olmasın, həmin torpaq sahəsini səhvən şəriyi - iş üzrə Cavabdeh1 şumlatdırmış və orada əkin işi aparmışdır. İş üzrə Cavabdeh2 iddiaçıya bildirmişdir ki, onsuz da həmin torpaq sahələrini şumlama və əkin işləri üçün iddiaçı pul xərcləməli olacaqdı, ona görə də həmin xərci iddiaçı onlara ödəsin və hazır məhsulu da yekunda özü yığar. İş üzrə Cavabdeh2 İddiaçı bildirir ki, ümumilikdə şumlama və əkin işləri üçün 6900 (altı min doqquz yüz) manat pul ödəməlidir. İddiaçı həmin vəsaitin 5400 (beş min dörd yüz) manat hissəsini əlbəəl iş üzrə Cavabdeh2 verir, yerdə qalan 1500 (bir min beş yüz) manat hissəsini isə bacanağı Həbibullah vasitəsi ilə cavabdehə göndərir. Bundan sonra İddiaçı həmin ərazilərə nəzarət edir və buğdanın normal yetişməsi üçün tədbirlər görür. 2022-ci ilin iyun ayında iş üzrə Cavabdeh2 İddiaçı bildirmişdir ki, şəriyi - iş üzrə Cavabdeh1 ilə aralarında mübahisə yaranmış və xahiş etmişdir ki, bu ilki məhsulu Cavabdeh1 yığsın. Bunun qarşılığında isə ya həmin məhsulun pulunu iddaçıya versin, ya da həmin dəyərdə torpaq sahəsi. İddiaçı isə bu təkliflə razılaşmayaraq, həmin məhsulu özü yığacağını bildirmişdir. Qısa müddət sonra isə İddiaçı torpaq sahələrinə baxış keçirmək üçün gələn zaman görmüş və ona məlum olmuşdur ki, həmin torpaq sahələrindəki buğda məhsulunu iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yığaraq aparmışdırlar. İddiaçı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhsulunu və yaxud onun dəyərini tələb etməsinə baxmayaraq, sonuncular bu günədək müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdırlar. İddia ərizəsinə əlavə edilmiş, Zaqatala Rayon Statistika İdarəsinin 14 sentyabr 2022-ci il tarixli, 62 nömrəli məktubundan da göründüyü kimi, Zaqatala rayonunda 2022-ci il üzrə buğdanın orta məhsuldarlığı 35,9 sentner/hektar olmuşdur. Yenə də iddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC-nin 06 sentyabr 2022-ci il tarixli arayşından məlum olur ki, 2022-ci il tarixində bazar ərazisində 1 kiloqram buğdanın pərakəndə alış qiyməti 60,0 qəpik, pərakəndə satış qiyməti isə 65,0 qəpik olmuşdur. Göründüyü kimi, İddiaçı icarəsinə verilmiş ümulikdə 26,4948 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən yığılmalı olan məhsulun orta ümumi çəkisi 951,16332 sentner (26,4948 ha x 35,9 sentner/hektar) təşkil edir. 1 sentnerin 100 kiloqram olduğu nəzərə alınsa, iddiaçıya dəymiş ümumi ziyanın 57,069 (əlli yeddi min altmış doqquz) manat (951,16332 sentner x 100 kiloqram x 0,60 manat) olması müəyyən edilir. İddiaçı isə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 40.000 (qırx min) manat ödəyəcəkləri təqdirdə ona dəymiş ziyan qismən də olsa aradan qaldırılmış olacaqdır. Nəticədə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı vurduqları maddi ziyanı ödəmədikləri üçün, sonuncu hazırki tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz dair olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar faktiki olaraq qırx min zərərlə bağlı məhkəməyə müraciət etmişlər. Ekspert rəyində 24-25 minə yaxın məbləğ müəyyən olunub. İddiaçı iddianı müdafiə edir. Digər məsələləri məhkəmənin mülahizəsinə buraxırlar. Hüquqlarını müdafiə etdiyi şəxs icarəyə götürüb torpaq sahəsini. İcarəyə götürdükdən sonra görüb ki, həmin ərazidə şum olunub. İddiaçı Süleymanovu dəvət edib etirazını bildirib. Məhkəməyə disk təqdim olunub diskdəki video yazı onu, yəni Süleymanovla iddiaçının söhbətini göstərir. Orda iddiaçı deyir ki, “axı sən bunu faktiki olaraq mənə vermisən, burda niyə əkin aparmısan ki ?” O da deyir “sən mənə şumun da, toxumun da pulunu ver”. Asif də Salehə çıxarıb sayıb pul verir. Məhsuldarlığın pulunu tələb edir. O pulu verdiyi üçün onu tələb edə bilmir. Götürülən məhsulun dəyərini istəyir iddiaçı. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, mülki iş üzrə İddiaçı onun bacanağıdır, Cavabdeh2 isə sinif yoldaşıdır. İddiaçı iş üzrə Cavabdeh2 icarə müqavilələrinə əsasən başqa şəxslərə məxsus torpaq sahəsini icarəyə götürmüşdür. İddiaçı şumlama və əkin işləri üçün 6900 manat pul məbləğini Cavabdeh2 verməli idi. İddiaçı həmin pul vəsaitinin 5400 manat hissəsini əlbəəl iş üzrə Cavabdeh2 özü vermiş, həmin pul vəsaitinin yerdə qalan 1500 manat hissəsini isə onun vasitə ilə Cavabdeh2 göndərmişdir. İddiaçı torpaq sahələrinə baxış keçirmək üçün gələn zaman görmüşdür ki, həmin torpaq sahələrindəki buğda məhsulunu iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yığaraq aparmışdırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Sadə yazılı formada tərtib edilmiş icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,30 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,1893 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 3,4025 ha Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahələrini, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,6932 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,6799 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,80 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,62 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8801 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8894 ha Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələrini, ümumi həcmi 9,4544 ha torpaq sahələrini illik 150 manat icarə haqqı müəyyən edilməklə 2 il müddətinə İddiaçı icarəyə verilmişdir. Sadə yazılı formada tərtib edilmiş icarəyə verən Cavabdeh2 ilə icarəçi İddiaçı arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh2 tərəfindən Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,5427 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,8981 ha Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən torpaq sahələrini, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 5,0102 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,2199 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,62 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,6843 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,2399 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,4519 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,9779 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,4799 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,48 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8815 ha, xx.xx.2018-i il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 4,5541 ha həcmində Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələrini, ümumi həcmi 17,0404 ha torpaq sahələrini illik 150 manat icarə haqqı müəyyən edilməklə 2 il müddətinə İddiaçı icarəyə verilmişdir. ASC “Xalq” Bankının Zaqatala filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2021-ci tarixli DKM/001F26A00725421 nömrəli kredit müqaviləsindən görünür ki, ASC Xalq Bank tərəfindən İddiaçı 60 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 11 faiz hesablanmaqla əkinçiliyin inkişafı məqsədi ilə 55000 manat kredit verilmişdir. Zaqatala-Bazar Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 12 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, 2022-ci il tarixdə bazar ərazisində 1 kq buğdanın pərakəndə alış qiyməti 60 qəpik, pərakəndə satış qiyməti isə 65 qəpikdir. Zaqatala Rayon Statistika İdarəsi tərəfindən 14 sentyabr 2022-ci il tarixdə verilmiş 62 nömrəli məktubdan görünür ki, Zaqatala rayonunda 2022-ci il üzrə buğdanın orta məhsuldarlığı 35,9 sentner/hektar olmuşdur. X16 tərəfindən Cavabdeh2 xx.xx.2019-cu il tarixdə verilmiş və Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X12 tərəfindən təsdiq edilərək 7E-27424 nömrəsi ilə reyestrə əlavə edilmiş etibarnamədən görünür ki, X2 Azərbaycan Respublikası ərazisində hər hansı daşınmaz əmlakı bağışlama və ya alqı-satqı yolu ilə almağı, pulu ödəməyi, notariat kontorunda müqavilələr bağlamağı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də nümayəndə olub, adına olan torpaq sahələrini özgəninkiləşdirməyi və sair etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********49 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********14 olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,8981 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********35 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,8815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********76 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 4,5541 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********46 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********94 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,2399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********02 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,6843 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********18 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********99 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 1,2199 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********77 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 5,0102 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********3 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,9779 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********15 olan Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,5427 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********50 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. X10 tərəfindən Cavabdeh2 xx.xx.2021-ci il tarixdə verilmiş və Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilərək 7E-8440 nömrəsi ilə reyestrə əlavə edilmiş etibarnamədən görünür ki, X1 xx.xx.2023-cü il tarixədək harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı və sair etibar etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********20 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,6932 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********72olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,6799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********48 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,8801 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********05 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********10 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********27 olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,8894 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********33 olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 3,4025 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə **********9 qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********84 olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 1,1893 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlak Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə **********8 qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, reyestr nömrəsi **********85 olan Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 adına qeydiyyata alınmış və müvafiq çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 27 iyul 2023-cü il tarixli məktubuna əsasən 2022-ci ildə Zaqatala rayonu üzrə buğdanın orta məhsuldarlığı 35,9 sent/ha olmuşdur. 1-ci sual üzrə: X5 mülkiyyətində olan 9 torpaq sahələrindən ibarət ümumi həcmi 9,4544 ha torpaq sahəsində 2022-ci ildə yetişdirilə biləcək buğda məhsulunun həcmi (orta məhsuldarlığı) 9,4544 ha sahədən əldə ediləcək buğda məhsulu 33941,296 kq (9,4544 ha x 3590 kq); X9 mülkiyyətində olan 13 torpaq sahələrindən ibarət ümumi həcmi 17,0404 ha torpaq sahəsində 2022-ci ildə yetişdirilə biləcək buğda məhsulunun həcmi (orta məhsuldarlığ) 17,0404 ha sahədən əldə ediləcək buğda məhsulu 61175,036 kq (17,0404 ha x 3590 kq) təşkil edər. İş materialarında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən torpaq sahəsindən əldə ediləcək buğda məhsulunun orta bazar qiyməti 2022-ci il (mövsüm üçün) tarixə təxminən aşağıdakı kimi müəyyən edilir: X5 mülkiyyətində olan 9 torpaq sahələrindən ibarət ümumi həcmi 9,4544 ha torpaq sahəsində 2022-ci ildə yetişdirilə biləcək buğda məhsulunun dəyəri: 9,4544 ha sahədən əldə ediləcək buğda məhsulunun dəyəri - 33941 (9,4544 ha x 3590 kq) kq x 0,40 manat = 13576,40 manat; X9 mülkiyyətində olan 13 torpaq sahələrindən ibarət ümumi həcmi 17,0404 ha torpaq sahəsində 2022-ci ildə yetişdirilə biləcək buğda məhsulunun dəyəri 17,0404 ha sahədən əldə ediləcək buğda məhsulunun dəyəri 61175 (17,0404 ha x 3590 kq) kq x 0,40 man = 24470,00 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən aydın olur ki, keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.https://www.e-qanun.az/framework/46944 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağalayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tətibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu 10-cu maddəsinin 3-cü sətrinə əsasən xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu 19.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı Qərarı 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,30 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,1893 ha, xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 3,4025 ha Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən torpaq sahələri, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,6932 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,6799 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,80 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,62 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8801 ha, xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8894 ha Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələri X5 mülkiyyətindədir, Daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,5427 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,8981 ha Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən torpaq sahələri, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 5,0102 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 1,2199 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,62 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,6843 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,2399 ha,xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,4519 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,9779 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,4799 ha, xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,48 ha, xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,8815 ha, xx.xx.2018-i il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 4,5541 ha həcmində Zaqatala rayonu Muxax kəndində yerləşən torpaq sahələri isə X11 mülkiyyətindədir. Həmin torpaqların mülkiyyətçiləri olan X10 xx.xx.2021-ci il tarixdə Zaqatala rayon 2 saylı notariat ofisində, X16 isə xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində Cavabdeh2 mülkiyyətlərində olan əmlaklara dair sərəncam vermək hüququ verən etibarnamə vermişdirlər. Cavabdeh2 Əhməd oğlu 03 noyabr 2021-ci il tarixdə İddiaçı ilə sadə yazılı formada tərtib edilmiş 2 icarə müqaviləsi bağlamışdır. İcarə müqavilələrin biri ilə X13 məxsus 13 ayrı-ayrı torpaq sahələrindən ibarət ümumi həcmi 17,0404 ha torpaq sahələrini, digər müqavilə ilə isə X7 məxsus 9 ayrı-ayrı torpaq sahələrindən ibarət ümumi həcmi 9,4544 ha torpaq sahələrini Cavabdeh2 illik hər bir müqavilə üzrə 150 manat haqq qarşılığında 2 il müddətinə İddiaçı icarəyə verməyi öhdəsinə götürmüşdür. İddiaçı eyni zamanda əkinçiliklə məşğul olmaq məqsədi ilə 19 noyabr 2021-ci il tarixdə ASC “Xalq” Bankının Zaqatala filialından DKM/001F26A00725421 nömrəli kredit müqaviləsinə əsasən 60 ay ərzində qaytarılmaq şərti ilə kreditdən istifadəyə görə illik 11 faiz dərəcəsi ilə 55000 manat kredit götürmüşdür. X11 və X5 mülkiyyətində olan torpaq sahələrində əkin işləri görmək məqsədi ilə iddiaçı həmin torpaqların yerləşdiyi sahələrə getdikdə sahələrin artıq əkildiyini və buğda səpildiyini aşkar etmiş və Cavabdeh2 ondan əkin və səpin üçün xərclənmiş vəsaiti tələb etmişdir. İddiaçı əkin və buğda səpimi üçün cavabdehə 6900 manat verdiyini və məhsulun iddiaçı tərəfindən toplanacağına dair Cavabdeh2 ilə razılığa gəldiklərini və sonradan məhsulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yığılmasını əsas gətirərək 03 noyabr 2021-ci il tarixdə bağlanmış icarə müqavilələrinin predmeti olan torpaq sahələrindən 1 il ərzində əldə edə biləcəyi məhsulun dəyəri həcmində ona vurulmuş 40 000 manat maddi zərərin cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdehlər məhkəməyə gəlməyərək iddia tələbinə qarşı münasibətlərini bildirməmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2023-cü ilk tarixli ekspert rəyi ilə X5 mülkiyyətində olan 9 torpaq sahələrindən ibarət ümumi həcmi 9,4544 ha torpaq sahəsində 2022-ci ildə yetişdirilə biləcək buğda məhsulunun həcmi (orta məhsuldarlığı) 33941,296 kq (9,4544 ha x 3590 kq); X9 mülkiyyətində olan 13 torpaq sahələrindən ibarət ümumi həcmi 17,0404 ha torpaq sahəsində 2022-ci ildə yetişdirilə biləcək buğda məhsulunun həcmi 61175,036 kq təşkil edə biləcəyi və ümumi həcmi 9,4544 ha sahədən əldə ediləcək buğda məhsulunun dəyəri – 13576,40 manat, ümumi həcmi 17,0404 ha torpaq sahəsindən əldə ediləcək buğda məhsulunun dəyəri 24470 manat təşkil edəcəyi müəyyən edilmişdir. Məhkəmə İddiaçı iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə görə pul tələb edir. Bu tələbə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş materiallarından görünür ki, iddianın əsasını təşkil edən və iddiaçının gəlir əldə etməsini güman etdiyi ümumi həcmi 26,4948 ha (9,4544 ha+17,0404 ha) olan torpaq sahələri həmin sahələrin mülkiyyətçiləri tərəfindən verilmiş etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə olunur və cavabdeh həmin sahələr barəsində sərəncam vermək hüququ da daxil olmaqla mülkiyyətçiyə məxsus ola biləcək bütün mülkiyyət hüquqlarına malikdir. Cavabdeh həmin torpaq sahəsindən öz mülahizəsinə görə istifadə edir. İddiaçı, Cavabdeh2 ilə aralarında 03 noyabr 2021-ci il tarixdə icarə müqavilələri bağlandığını və həmin müqavilələlərin Cavabdeh2 tərəfindən icra edilmədiyini və bunun nəticəsində müqavilələrin predmeti olan X7 və X14 məxsus torpaq sahələrində 1 il ərzində əldə edə biləcəyi buğda məhsulunun dəyəri həcmində ona maddi zərər vurulmasını əsas gətirərək həmin məbləğin cavabdehlərdən alınaraq ona verilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının tələbinin əsasını onunla Cavabdeh2 arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli icarə müqavilələri təşkil edir və buna görə də məhkəmə ilk öncə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış icarə müqavilələrinə münasibət bildirərək qeyd edir ki, Sözügedən icarə müqavilələri notarial qaydada təsdiq edilməməklə, sadə yazılı formada tərtib edilmiş və müqavilənin tərəfləri tərəfindən imzalanmışdır. Həmin müqavilələr qanunvericilikdə torpaq sahəsinin icarə müqaviləsi üçün nəzərdə tutulmuş formasına uyğun bağlanmadığından, yəni notarial qaydada təsdiq edilmədiyindən, icarə hüququ dövlət qeydiyyatına alınmadığından etibarlı əqd hesab edilə bilməz və belə olan halda etibarsız əqd hər hansı hüquqi nəticəyə səbəb ola bilməz. Birinci, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar) Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir Məhkəmə də qeyd edir ki, iddiaçının istinad etdiyi əqd (icarə müqavilələri) etibarsız olmuş, o da iddianın təmin olunmaması üçün əsasdır. Çünki əqdin etibarsız hesab edilməsi üçün onun Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış olmasıdır. Göründüyü kimi, mülki iş üzrə İddiaçı və Cavabdeh2 arasında 03 noyabr 2021-ci il tarixdə bağlanmış icarə müqavilələri etibarsız əqdlər olduğundan həmin müqavilələr iddiaçıya müqavilələrin predmeti olan və iddia tələbində maddi zərərin yaranmasının əsası kimi göstərilən torpaq sahələrindən istifadə hüququnun yaranmasına hüquqi əsas ola bilmədiyi kimi Cavabdeh2 üçün də öhdəlik yarada bilməz və həmin əqdlər cavabdehə etibar edilən torpaq sahələrindən onun istifadə hüququnu məhdudlaşdıra bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh2 etibar edilmiş torpaq sahəsində yetişdirilmiş buğda məhsulunun cavabdehlər tərəfindən yığılmasında hüquqa zidd heç bir hal olmadığından və iddiaçının həmin torpaq sahələri üzərində mülkiyyətçiyə məxsus hər hansı hüququ yaranmadığından və nəticədə həmin torpaq sahələrində yetişmiş buğda məhsulunun cavabdehlər tərəfindən yığılması nəticəsində iddiaçıya 40000 manat zərər dəyməsi öz təsdiqini tapmadığından iddiaçı ona vurulmuş ziyanın ödənilməsini Cavabdeh2 tələb etməkdə haqlı deyildir. Eyni zamanda, digər Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət etməsini, ümumiyyətlə Cavabdeh1 hazırki iş üzrə hansı səbəbdən cavabdehlik daşımasını iddiaçı əsaslandıra bilməmiş, bununla bağlı da sübutlarını təqdim etməmişdir. Yalnız cavabdehin özünün əkdiyi məhsulun onun özünün tərəfindən yığıldığını, bunun nəticəsində iddiaçıya ziyan dəydiyini bildirmişdir. Bu hal isə iddiaçının cavabdehə qarşı iddia irəli sürməsi və nəticədə iddiaçının özü tərəfindən əkilməmiş məhsulun yığılması nəticəsində ona zərər dəyməsi iddianın təmin olunması üçün əsas ola bilməz. Belə vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının tələbi ümumilikdə qanuni və əsaslı deyildir. Ona görə ki, iddiaçı hər hansı hüquqmüəyyənedici sənədləri olmadan cavabdehə məxsus torpaq sahəsində özü tərəfindən səpilməmiş məhsulun dəyərini tələb edə bilməz, çünki bununla bağlı onlar arasında qanunvericilikdə müəyyənləşdirilmiş qaydada hər hansı razılaşma olmamış, iddiaçı həmin torpaq sahəsinin özünün olmasını zənn etməklə yanılmışdır. Məhkəmə iclasında iddiaçı tərəf həqiqətən cavabdeh tərəfindən ona maddi zərər vurulmasını sübut edə bilməmiş, həmçinin iddiaçı tərəfindən məhkəməyə bununla bağlı heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2023-cü il tarixli rəyi ilə 2022-ci ildə yetişdirilə biləcək buğda məhsulunun həcmi və dəyəri müəyyən edilsə də, bu hal da iddia tələbinin təmin edilməsi üçün yetərli deyildir. Məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki məhkəmə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyət kəsb edən halları mötəbər aşkalanmasının mümküsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər ərəfdən müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəf sübutetmə yükünü həyata keçirə bilmədiyindən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən İddiaçı tərəfindən ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X6 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar