Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-28/2025 23.01.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Access Bank QSC-ə qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanmaya görə 2156.10 manat məbləğində əsas borc, 701.29 manat məbləğində faiz borcu, cəmi 2857.39 məbləğində pul vəsatinin, həmçinin 48.58 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “MC WORLD X5” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet kartı verilmişdir. Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış 523522***6141 saylı kartı hesabına həmin müqavilə şərtlərinə uyğun olaraq müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin, xx.xx.2022-ci il tarixində yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə o, 2156.10 manat məbləğində pul vəsaitinı istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 2156.10 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin banka məxsus qeyd olunan 2156.10 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda onun banka 2156.10 manat məbləğində əsas, 701.29 manat məbləğində faiz olmaqla, cəmi 2857.39 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan fakt 2023-cü il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. xx.xx.2022-ci il tarixli razılaşmanın 2.2-ci bəndində qeyd edilmiş “Kompleks bank xidməti” müqavilənin əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. “Kompleks bank xidməti” müqavilənin 3.4.5-ci maddəsinə əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. xx.xx.2022-ci il tarixli razılaşmanın 2.2-ci bəndində qeyd edilmiş “Kompleks bank xidməti” müqaviləsinə və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh 24 noyabr 2023-cü il tarixdə məhkəməyə 24 noyabr 2023-cü il tarixdə ərizə ünvanlayaraq göstərmişdir ki, onun iddiaçıya hər hansı bir borcu yoxdur. İddiaya etiraz edir. Mülki işə iddia icraatı qaydasında baxılmasını xahiş edir. Zaqatala Rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli e-2(033)-1228/2023 nömrəli qərardadına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “MC WORLD X5” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet kartı verilmişdir. xx.xx.2022-ci il tarixində yaranan texniki xəta səbəbindən həmin vaxt hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh 2156.10 manat məbləğində pul vəsaitini istifadə etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 2156.10 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Cavabdeh banka məxsus pulu vaxtında qaytarmadığı üçün ona hər ay faiz hesablanmışdır. Faizlərin tutulması müqavilədə qeyd edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışda da cavabdehin 2156,10 manat pulun çıxarılması göstərilmişdir. Həmin məbləğ cavabdehə göndərilməsə də o, pulu çıxartmışdır. Kartdakı əməliyyatın aparılması qaydası belədir ki, həmin kart boş olduğu halda terminalda hansı məbləğ yığılsa bank tərəfindən həmin kart vasitəsi ilə müştəriyə qeyd edilmiş məbləğdə pul verilir. 30 iyun 2022-ci il tarixdə "xxxx" QSC tərəfindən cavabdeh kartına 2157 manat köçürülmüş, həmin gün cavabdeh pulu nağdlaşdırmış, 06 iyul 2022-ci il tarixdə isə iddiaçı tərəfindən həmin pul "xxxx" QSC-ə geri qaytarılmışdır. Həmin pul proqram yalnışlığı nəticəsində cavabdehin kartına səhv olaraq köçürülmüşdür, bu hal ekspert rəyi ilə də təsdiq olunur, o, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, o, yalnız Rusiya Federasiyasından gələn pulları çıxarmışdır. O, iddiaçıdan nə kredit, nədə başqa bir pul vəsaiti götürmüşdür. Onun kartında qohumları tərəfindən göndərilən pullar olmuşdur. Kartına 15-20 dəfə pul köçürülmüşdür. O, iddianı qəbul etmir və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC məhkəməyə məlumat ünvanlayaraq mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yazılı sübutlar İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı Qoşulma Razılaşmasının və həmin tarixli “NEO kart” razılaşmasının surətindən görünür ki, Müştəri Bankın rəsmi saytında PDF və ASANDOC formatında yerləşdirilmiş X4 müqaviləsinin şərtlərini qəbul etmiş və müvafiq razılaşmaya əsasən Bank müştəriyə AZ98BRES******************** saylı, AZN valyutasında kart hesabı açmış və ödəniş vasitəsi olan “MC World X5” növlü ödəniş kartını təqdim etmişdir, habelə elektron bank xidmətlərindən istifadə edilməsi imkanı verilmişdir. Tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar bu razılaşma və Bankın internet səhifəsində PDF və ASANDOC formatında yerləşdirilmiş və Müştəri tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi X4 müqaviləsi ilə tənzimlənir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesab haqqında məlumatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh məxsus ******************** nömrəli hesab üzrə debet dövriyyəsi 18063.00 manat, kredit dövriyyəsi 15906.90 manat təşkil etmişdir. Çıxış qalıq isə 2156.10 manatdır. İş materiallarına əlavə edilmiş overdraft borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2156.10 manat əsas borcu, 701.29 manat faiz borcu olmaqla, cəmi 2857.39 manat məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış 27 sentyabr 2023-cü il tarixli pretenziyadan görünür ki, Bank Respublika ASC ilə bağladığı 13 iyun 2022-ci il tarixli debet kartı müqaviləsinə əsasən Cavabdeh məxsus 5235*** *** 6141 saylı MC World X5 kart hesabı açılmışdır. Kredit müqaviləsi üzrə 27 sentyabr 2023-cü il tarixdə banka olan Cavabdeh olan borcun məbləği əsas borc üzrə 2156,10 manat, 659,33 manat faiz borcu, cəmi 2815,43 manat təşkil edir. 3 gün müddətində göstərilən məbləğdə borcu banka ödəməyi tələb olunmuş. əks təqdirdə vaxtından borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azericard LLC tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, 5235*** *** 6141 saylı karta 30 iyun 2022-ci il tarixində "xxxx" QSC-ə məxsus kartdan 2157 manat vəsait mədaxil olmuşdur. RRN (Əməliyyat nömrəsi): **********83 və həmin tarixdə ATM üzərindən nağdlaşdırılıb. Vəsait müştərinin hesabına köçməyinə baxmayaraq “blok” statusunda qalmışdır. "xxxx" MMC-ə krilinq göndərilmədiyi səbəbindən əməliyyatın blokdan açılması və təsdiqlənməsi üçün "xxxx" QSC-in həmin vaxt əməkdaşlıq etdiyi prosessinq mərkəzi "xxxx" MMC-ə elektron poçt üzərindən müraciət olunub. "xxxx" MMC tərəfindən verilən cavaba əsasən məbləğ blokdan azad edilərək göndərən tərəfə 06 iyul 2022-ci il tarixində geri qaytarılmışdır. Bu səbəbdən 06 iyul 2022-ci il tarixində "xxxx" QSC-in kartına vəsaitin qaytarılması nəticəsində 5235*** ***6141 kartda 2157 manat məbləğində borc formalaşmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 avqust 2024-cü il tarixli 9/2584 nömrəli rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş ******************** nömrəli hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixdən 23 may 2023-cü il tarixədək 15909 manat pul vəsaiti mədaxil və 18063 manat məbləğində məxaric edilmişdir. Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən hesaba mədaxil edilən pul vəsaitlərinin mənbələrini və 01 iyul 2022-ci il tarixdə hər hansı texniki xətanın baş verib verməməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 02 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 48,58 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “MC WORLD X5” müqaviləsinə əsasən sonuncuya AZN valyutasında debet kartı verilmişdir. Tərəflər arasında pulun kömürülməsinə dair har hansı qanuni əsas və ya müqavilə əsası olmadan Cavabdeh “Kompleks bank xidməti” müqaviləsi əsasında yaradılmış 523522***6141 saylı kartı hesabına yalnış olaraq bank tərəfindən 2157 manat pulun köçürüldüyü müəyyən olunmuşdur. Belə ki, qanuni əsaslarla cavabdehin istifadəsinə verilmiş 5235*** ***6141 saylı karta 30 iyun 2022-ci il tarixində "xxxx" QSC-ə məxsus kartdan 2157 manat vəsait mədaxil olmuş və həmin tarixdə cavabdeh tərəfindən **********83 əməliyyat nömrəsi ilə həmin məbləğ ATM üzərindən nağdlaşdırılmışdır. Vəsait müştərinin hesabına köçməyinə baxmayaraq “blok” statusunda qalmışdır. "xxxx" MMC-ə krilinq göndərilmədiyi səbəbindən əməliyyatın blokdan açılması və təsdiqlənməsi üçün "xxxx" QSC-in həmin vaxt əməkdaşlıq etdiyi prosessinq mərkəzi "xxxx" MMC-ə elektron poçt üzərindən müraciət olunmuşdur. "xxxx" MMC tərəfindən verilən cavaba əsasən məbləğ blokdan azad edilərək göndərən tərəfə 06 iyul 2022-ci il tarixində geri qaytarılmışdır. Bu səbəbdən yəni, 06 iyul 2022-ci il tarixində "xxxx" QSC-in kartına vəsaitin qaytarılması nəticəsində cavabdehə məxsus 5235*** ***6141 kartda 2157 manat məbləğində iddiaçıya borcu formalaşmışdır. Yanaşı yoxlanılmış xüsusi bilikləri olan ekspertin verdiyi müvafiq olaraq xx.xx.2024cü il tarixli 9/2584 saylı rəyi ilə ******************** nömrəli hesabdan çıxarışa əsasən Cavabdeh tərəfindən 13 iyun 2022-ci il tarixdən 23 may 2023-cü il tarixədək 15909 manat pul vəsaiti mədaxil və 18063 manat məbləğində məxaric edilməsi, lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən hesaba mədaxil edilən pul vəsaitlərinin mənbələrini və 01 iyul 2022-ci il tarixdə hər hansı texniki xətanın baş verib verməməsini müəyyən etmək mümkün olmaması müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh qanuni əsas, eləcə də müqavilə əsası olmadan yəni onun kartına 2156,10 manat vəsaiti mədaxil olmadığı halda o, həmin vəsaiti kartdan öz vasiti kimi çəkərək istifadə etmişdir və bu halı onunla əsaslandırmışdır ki, həmin vəsaiti onun kartına Rusiya Federasiyasınan daxil olan vəsait hesab etmişdir. Maddi zərər cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmamışdır. Məhkəmə iddia tələbini 701.29 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, əsassız varlanmadan əmələ gələn mübahisə qanundan irəli gəlir və bu qəbildən irəli gələn mübahilər üzrə tərəflər arasında faizin ödənilməsi ilə bağlı razılaşma mövcud olmadığından faiz hesablana bilməz. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 9 iyul 2009-cu il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. İstinad olunan maddə və onun şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin qərarına əsasən qeyd olunan maddə üzrə tələfdən pulun tələb edilməsi özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması nəticəsində ondan faydalanmanı ehtiva edir ki, belə faydalanmanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə araşdırmaları zamanı belə sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi 701.29 manat məbləğində faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməməlidir. Həmçinin iddia ərizəsində qeyd olunan və tərəflər arasında bağlanmış “Kompleks bank xidməti” müqaviləsinin 3.4.5-ci maddəsi ümumiyyətlə müqavilədə mövcud olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 48,58 manat məbləğində dövlət rüsumunun 41,56 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli, qalan 7,02 manat iddiaçının özünə aid edilməlidir. 50 manat ekspertiza xərci isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 284, 357, 358, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 2156.10 (iki min bir yüz əlli altı manat on qəpik) manat əsas borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 41,56 (qırx bir manat əlli altı qəpik) manat hissəsi alınaraq iddiaçıya ödənilsin, qalan 7,02 manat iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1, Kod: 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. Bik:CTREAZ 22 ) köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-28/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-28/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver