Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-294/2024 02.05.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Ayşə İsrafil qızının katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən (Cavabdeh1 və X1) 750 manat (miqdar) məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Belə ki, işdən görünür ki, məhkəmə hazırlıq iclasının 28 mart 2024-cü il tarixə təyin edilməsi haqqında məhkəmə bildirişi iddiaçıya və Cavabdeh1 SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə baxmayaraq, onlar qeyd olunan tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Həmçinin məhkəmə iclasının iddiaçının iştirakının təmin edilməsi üçün 17 aprel 2024-cü il tarixə təxirə salınması haqqında məhkəmə bildirişi iddiaçıya və Cavabdeh1 SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə baxmayaraq, onlar qeyd olunan tarixdə də məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə iclası iddiaçının iştirakının təmin edilməsi üçün 02 may 2024-cü il tarixə təxirə salınmış, bu barədə məhkəmə bildirişi iddiaçıya və Cavabdeh1 SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilmiş, lakin iddiaçı və Cavabdeh1 qeyd olunan tarixdə də məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdirlər. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirmişdir ki, iş üzrə İddiaçı təyin olunmuş məhkəmə iclaslarında iştirak etmədiyindən iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Cavabdeh1 isə məhkəməyə gəlməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə hazırlıq iclasında iştirak etməyən iddiaçı işə onun iştirakı olmadan baxmağı xahiş etmədiyinə, Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını, Cavabdeh1 isə məhkəməyə gəlməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyinə görə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-cı maddəsində göstərilir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağrışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Cavabdeh1 isə məhkəməyə gəlməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Həmin Məcəllənin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddia ərizəsinin verilməsi üçün Zaqatala Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulan nəticələri iddiaçıya izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 260.5, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etdikdə, məhkəmə öz qərardadını ləğv edir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Zaqatala Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(033)-294/2024
Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-294/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver