Məhkəmə qərarları › İş №e-2(033)-295/2025

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-295/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-295/2025 19.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 (beş yüz) manat borc pul və 300 (üç yüz) manat dəymiş ziyan olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin və eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş yeznəsi Cavabdeh təxminən 2024-cü ilinfevral-mart aylarında ayrı-ayrı vaxtlarda ümumilikdə 500 (beş yüz) manat borc pul vermişdir. Aralarında olan şifahi razılığa əsasən borcunu növbəti ayda əmək haqqı alanda ödəyəcəkdi. Lakin cavabdeh ondan ümumilikdə borc olaraq götürdüyü 500 (beş yüz) manat məbləğində pulu bu günədək qaytarmamışdır. Cavabdehdən sonuncu dəfə 2024-cü ilin sentyabr ayında zəng edərək öhdəliyinin icra edilməsini xatırlatmasına baxmayaraq, cavabdeh bu günədək borcunu qaytarmamışdır. Ona dəfələrlə müraciət edərək borcun qaytarılmasını tələb etsə də borcunu qaytarmır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh ondan borc olaraq 500 (beş yüz) manat pul götürməsini etiraf edən səs yazısı vardır. Borcun etiraf edilməsini təsdiq edən səs yazısı məhkəmə iclasında məhkəməyə bir ədəd diskdə təqdim olunacaqdır. Bundan başqa cavabdeh öz adına aldığı “Samsung J7” markalı bir ədəd mobil telefonu əlindən alaraq sındırmışdır. Hazırda həmin mobil telefon istifadəyə yararsızdır. Həmin mobil telefonun bazar qiyməti təxminən 290-300 manat dəyərindədir. Beləliklə, cavabdehlə aralarında 2024-cü il iyun ayında şifahi razılığa əsasən cavabdehə borc olaraq verdiyi 500 (beş yüz) manat və şəxsi istifadəsində olan mobil telefona vurduğu zərərə görə 300 (üç yüz) manat olmaqla ümumilikdə 800 manat məbləğində pul vəsaiti cavabdehdən məcburi qaydada alınıb ona ödənilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh Məmədova Hicran Firuddin qızı etiraz ərizəsi ilə müraciət edərək İddiaçı ona qarşı 500 (beş yüz) manat borc pul və 300 (üç yüz) manat dəymiş ziyan olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin və eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı 500 (beş yüz) manat borc pul və 300 (üç yüz) manat dəymiş ziyan olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pul vəsaitinin və eyni zamanda iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq onun xeyninə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O X4 ilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada evlənmişdir. Aralarında olan rəsmi nikah məhkəmə qaydasında pozulmuşdur. X4 ilə ailə münasibətlərinin pozulması onun “Şizofreniya” xəstəsi olması səbəb olmuşdur. Nikahın pozulmasına səbəb X2 yuxarıda qeyd etdiyi xəstəliyinin olmasıdır. Həmin çıxarışda da Günel Ramazanovanın xəstəliyinin irsi olması göstərilmişdir. Hesab edir ki, cavabdeh xəstəliyini bilərəkdən ondan gizlədərək onunla nikaha daxil olmuşdur. Özünü aldadılmış hesab edir. Cavabdeh öz hərəkəti ilə ona maddi və mənəvi ziyan vurmuşdur. İstəyir ki, cavabdeh qanun qarşısında məsuliyyət daşısın. Toydan sonra cavabdehin hərəkətləri onda şübhə çəkmiş, bu barədə anasına məlumat vermişdir. Anası onu həkim müayinəsinə aparmışdır. Daha sonra anası ona bildirmişdir ki, qızına həkim dərmanlar yazıb, dərmanları qəbul etsə sağalacaq. Lakin nə cavabdeh, nə də anası cavabdehdə hansı xəstəliyin olmasını ona deməmişdirlər. Onun valideynləri və o cavabdehdə müəyyən bir xəstəliyin əlamətləri olduğunu onun hərəkətlərindən anlamışdır. Cavabdeh anası ilə həkimə gedən zaman da ona yazılmış dərmanları qəbul etməmişdir. Bundan sonra da onlar faktiki olaraq ayrılmışdırlar. Hazırda isə Günel Həyismilovanın ailəsi onlara qarşı qərəzli mövqe tutur. Onlara hədə qorxu gəlirlər. Zaqatala Rayon Polis Şöbəsinə verdiyi izahatında sabiq qaynanası İddiaçı götürdüyü 200 manat pulu qaytardığını bildirmişdir. Həmin pul birgə nikah dövründə xərclənmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışa əsasən xx.xx.1999-cü il təvəllüdlü X2 Əsas xəstəliyi F23.1, Xəstəliyin adı Şizofreniya əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozğunluğu vardır. Müəyyən edilmə tarixi: xx.xx.2023 Xəstəliyin başlanma tarixi: Qısa anamnez: İrsiyyətində atası və bacısı ruhi xəstəlikdən əziyyət çəkir. Son günlərdə ruhi vəziyyəti pisləşmiş aqressiv olmuş öz-özünə danışmış, qulağına səslər gəlmiş yuxusu pozulmuş. Xəstəlik səbəbli müalicə almış , dərman qəbulundan imtina etmişdir. Son müalicə müddətində , “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” diaqnozu təyin edilib. xx.xx.2023-cü il tarixdə Stasionar Müalicə olunmuşdur. Xəstəliyin gedişi Xronikidir. Daimi dispanser müşahidəsində olmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. İşin halları Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 xx.xx.2024-cü il tarixdə nikahlarını bağlamışdırlar. 13319195 nömrəli Ambulator kartoçkadan çıxarışdan görünür ki, X1 əlamətləri ilə müşayiət olunan kəskin polimorf psixotik pozğunluğu xəstəliyindən əziyyət çəkir. Xəstəliyin başlanma tarixi: xx.xx.2023-cü ildir. Qısa anamnez: İrsiyyətində atası və bacısı ruhi xəstəlikdən əziyyət çəkir. Son günlərdə ruhi vəziyyəti pisləşmiş aqressiv olmuş öz-özünə danışmış, qulağına səslər gəlmiş yuxusu pozulmuş. Xəstəlik səbəbli müalicə almış , dərman qəbulundan imtina etmişdir. Son müalicə müddətində , “Şizofreniya əlamətləri ilə gedən kəskin polimorf psixotik pozuntu” diaqnozu təyin edilib. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-180/2025 nömrəli qətnaməsindən görünür ki, İddia təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında 06 avqust 2024-ci il tarixdə Zaqatala Rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 127 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 16-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.3-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.1-ci maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilir. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmənin mövqeyi Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı iddiaçı izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, cavabdeh Həyismilov Cavanşir oğlu İddiaçı qızı X5 ilə nikaha xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Onlar arasında olan nikah Zaqatala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(033)-180/2025 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçı cavabdehin ondan 2024-cü ilin fevral-mart ayında 500 manat pul götürməsinə və iddiaçının adına alınmış “Samsung J7” markalı bir ədəd mobil telefonu sındırmasına əsaslanaraq cavabdehdən ümumilkdə 800 manat pul tələb edir. Cavabdeh etirazında birgə nikah dövründə birgə xərclər üçün iddiaçıdan 200 manat aldığını və həmin məbləği qaytardığı, sonradan iddiaçıdan heç bir pul almadığına əsaslanaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsində göstərilən dəlillər iddia tələbinin təmin olunması üçün əsas vermir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni, dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ümumilikdə iddia tələbinin hüquqi əsasını müəyyən edərkən aydın olur ki, iddiaçı və cavabdeh arasında öhdəliyin zərər vurulması, əsassız varlanma, Mülki Məcəllə ilə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsini göstərən eləcə də tərəflər arasında hər hansı müqavilənin mövcud olduğunu göstərən sübut məhkəməyə təqdim olunmamışdır. Tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliklərin dispozitiv şərtləri ilə uzlaşmır. İddiaçı 800 manatdan məhrum olduğunu qeyd etsə də, iddiaçı tərəfindən cavabdehin onun hesabına hər hansı əmlak əldə etməsini göstərən sübut təqdim etmədiyinə görə onun bu tələbi əsassız varlanmadan da irəli gələ bilməzdi. Bundan başqa, qanunvericilikdə mülki hüquq pozuntusu (delikt) üçün dispozitiv şərtləri də müəyyən edilmişdir. Zərər vurmadan əmələ gələn öhdəliyin yaranması üçün həmin şərtlərin hamısının, həm də eyni vaxtda olması tələb olunur. Hazırkı halda mülki iş materiallarına cavabdehin əməlində qanunda nəzərdə tutulmuş həmin dispozitiv şərtlərin mövcud olmasını göstərən sübut əlavə edilməmişdir. Bütövlükdə qeyd olunanlar cavabdeh tərəfin əsassız varlanması kimi və ya iddiaçı tərəfə hər hansı maddi zərər dəyməsi kimi qiymətləndirilə bilməz. İddiaçı tərəfindən verilmiş iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu da iddia rədd edildiyindən onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbi tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233.1, 234 və 357-362-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi rədd edilsin. 30 (otuz) manat dövlət rüsumu İddiaçınun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar