Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-300/2025 20.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Musayev Etimad Firuz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh birgə nigahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün bir uşaq üçün hər ay 50 (əlli) manat, iki uşaq üçün hər ay 100 (bir yüz) manat alimentin artırılaraq, bir uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat, iki uşaq üçün hər ay 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin hər ay və 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh qarşı azyaşlı övladları xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün alimentin məbləğinin artırılması tələbi ilə Zaqatala Rayon Rayon Məhkəməsinə müraciət edir. Cavabdehlə faktiki ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi övladlarına heç bir mənəvi və maddi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifələrinin məsuliyyətini dərk etmir. Zaqatala Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2(033)-543/2022 nömrəli iş üzrə rəsmi nikahları pozulmuş və cavabdehdən az yaşlı uşaqlarının saxlanması üçün onun bir uşaq üçün hər ay 50 (əlli) manat, iki uşaq üçün hər ay cəmi 100 (bir yüz) manat minimum alimenti ödənilməsi üçün qətnamə qəbul edilmişdir. Az yaşlı övladları artıq böyüyür və onların təlabatları günü-gündən artır. Övladları onun maddi və mənəvi dəstəyi ilə böyüyürlər. Günün tələblərinə cavab verən atmosferada balalarını böyüdə, ehtiyaclarını qarşlamaqda çətinlik çəkir. Çünki, azyaşı övladları yalnız onun maddi və mənəvi dəstəyi ilə böyüyürlər. Bu günə kimi cavabdeh bir ata kimi uşaqlarının səhhəti, sağlamlığı, sosial və məişət problemləri ilə maraqlanmamış, yalnız o, təkbaşına bütün problemləri həlletməyə çalışmışdır. Cavabdeh yalnız indiyə qədər olan minimumdanda aşağı səviyyədə təyin edilən alimenti belə ödəməkdən imtina edir. Uşaqları təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. Çünki heç bir yerdə işləmir, gəlir yeri yoxdur. Dövlət tərəfindən verilən evdə məskunlaşmaqla, ünvanlı sosial yardımla dolanır. İlkin mediasiya arayışından və İcra-Probasiya Şöbəsinin verdiyi arayışdan da göründüyü kimi cavabdeh övladlarına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə mediasiya prosesində iştirak belə etməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, o, cavabdehin borcunu ödəyib 2023-cü ildə. O, alimentdən imtina etmir. Özü məcburi köçkündür və köçkünlər üçün nəzərdə tutulan mənzillərdə yaşayır. Cavabdeh Bakı şəhərində işləyir, ustadır. Uşaqlara heç baxmır, uşaq özü zəng vurub pul istəyib vermir. Özü iş tapa bilmir işləmir. Cavabdeh rəsmi ailəli deyil. Başqa nikahdan uşağı yoxdur. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İşin halları Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 oktyabr 2009-ci il tarixdə verilmiş AZ- İİ 356414 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 26 avqust 2009-cu il təvəllüdlü X5 atası Cavabdeh, anası isə X7r. Zaqatala rayon Qeydiyyat Şöbəsi tərəfindən 25 may 2017-ci il tarixdə verilmiş AZ-İİİ 935260 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 05 may 2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə X7r. xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 60 manat xərc İddiaçı tərəfindən birtərəfli qaydada ödənilmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-543/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, 26 avqust 2009-cu il təvəllüdlü X5 və 05 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat aliment tutularaq X8 ödənilməlidir. Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 avqust 2022-ci il tarixdə verilmiş Nikahın pozulması haqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X11 arasında bağlanmış nikaha xx.xx.2022ci il tarixdə xitam verilmişdir. Nikaha xitam verildikdən sonra qadına Hüseynova soyadı verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin ümumi uşaqları olan 26 avqust 2009-cu il təvəllüdlü X10 və 05 may 2017-ci il təvəllüdlü X9 iddiaçının himayəsindədir və uşaqların saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 50 manat cəmi 100 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, ötən müddət ərzində uşaqların artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması və təhsili kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşaqların saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən 50 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşağa görə minimum əmək haqqı məbləğinin 0,38 misli, cəmi 0,76 misli miqdarında artırılması uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. İddia qismən təmin edildiyindən 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(033)-543/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh X3 xeyrinə 26 avqust 2009-cu il təvəllüdlü X5 və 05 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat aliment məbləği artırılmalı, 26 avqust 2009-cu il təvəllüdlü X5 və 05 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün minimum əmək haqqı məbləğinin 0,38 misli, cəmi 0,76 misli miqdarında aliment Cavabdeh tutulub İddiaçı ödənilməli, Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 10 dekabr 2024-cü il tarixdən hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 56,48 (əlli altı manat qırx səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2(033)-543/2022 nömrəli qətnaməsi əsasında Cavabdeh X3 xeyrinə 26 avqust 2009-cu il təvəllüdlü X5 və 05 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 50 (əlli) manat olmaqla, cəmi 100 (bir yüz) manat aliment məbləği artırılsın. 26 avqust 2009-cu il təvəllüdlü X5 və 05 may 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün minimum əmək haqqı məbləğinin 0,38 misli, cəmi 0,76 misli miqdarında aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni, 10 dekabr 2024-cü il tarixdən hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 56,48 (əlli altı manat qırx səkkiz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-300/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-300/2025
20.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver