Məhkəmə qərarları › İş №e-2(033)-305/2022

Zaqatala Rayon Məhkəməsi Qərardad — İş №e-2(033)-305/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Zaqatala rayonu İş № e-2(033)-305/2022 01.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hаkim Həsənov Tural Həsən оğlunun sədrliyi ilə, İddiaçı “Kapital Bank ASC”-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat materiallarını nəzərdən keçirib, müəyyən etdim: İddiaçı “Kapital Bank ASC” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh iddiaçının xeyrinə 6114,47 manat əsas, 1187,75 manat faiz, cəmi 7302,22 manat pul vəsaitinin və 93,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edirəm ki, ərizənin qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1 və 284-4.1.2-ci maddələrinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İş materiallarından da görünür ki, iddiaçı “Kapital Bank ASC” kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək, Cavabdeh iddiaçının xeyrinə 6114,47 manat əsas, 1187,75 manat faiz, cəmi 7302,22 manat pul vəsaitinin və 93,02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Göründüyü kimi, iddiaçı “Kapital Bank ASC”-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə iddianın qiyməti beş min manatdan çox, yəni 7302,22 manat məbləğindədir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 284-4.1.2-ci maddəsinin tələblərinə əsasən kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina olunmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263 və 264-cü maddələrini rəhbər tutub, qərara aldım: İddiaçı “Kapital Bank ASC”-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul olunmasından imtina olunsun və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. . Qərardaddan şikayət verilə bilməz. Hakim: Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar