Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-314/2025 05.02.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Cəlilova Nuridə Əli qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə cavabdeh X4 birgə nigahdan olan övladı xx.xx.2013-cü il təvəllüdlü X2 üçün hər ay 150 (bir yüz əlli) manat alimentin artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin hər ay və 60 (altmış) manat mediasiya xərcinin cavabdehdən tutularaq mənim xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh qarşı azyaşlı övladı xx.xx.2013-cü il təvəllüdlü X1 üçün alimentin məbləğinin artırılması tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edir. Qeyd edir ki, cavabdehlə faktiki ayrıldıqdan sonra o, həmin vaxtdan bu günə kimi cavabdeh övladına heç bir mənəvi və maddi qayğı göstərmir. Bir ata kimi üzərinə düşən heç bir atalıq vəzifələrinin məsuliyyətini dərk etmir. Azərbaycan Respublikası Medasiya Şurasının Zaqatala Rayonunda fəaliyyət göstərən Mediatoru tərəfindən xx.xx.2021-ci il tarixində cavabdehdən az yaşlı uşaqlarının saxlanması üçün hər iki tərəfin razılığı əsasında hər ay 150 (bir yüz əlli) manat minimum alimenti ödənilməsi üçün Barışıq Sazişi imzalanmışdır. Bildirir ki, az yaşlı övladı artıq böyüyür və onunn təlabatları günü-gündən artır. Övladı l yaşlı anasının evində onun maddi və mənəvi dəstəyi ilə yaşayırlar. Günün tələblərinə cavab verən atmosferada balasını böyüdə, ehtiyaclarını ödəyə bilmir, yaşlı anasını və məktəbli övladını özbaşına qoyub heç bir yerdə mütəmadi işləyə bilmir, bu səbəbdən də maddi sıxıntlar yaranır belə hallarda da o sıxılır və çətinlik çəkir. Çünki, övladı bu illər ərzində yalnız onun maddi və mənəvi dəstəyi ilə böyüyüb. Bu günə kimi cavabdeh bir ata kimi uşağının səhhəti, sağlamlığı, sosial və məişət problemləri ilə maraqlanmamış, yalnız o, təkbaşına bütün problemləri həll etməyə çalışmışdır. Cavabdeh yalnız indiyə qədər olan minimumdanda aşağı səviyyədə təyin edilən alimenti belə ödəməkdən problemlər yaşadır. Uşağı təkbaşına saxlamaq günün tələblərinə əsasən onun üçün maddi cəhətdən çətindir. Çünki heç bir yerdə işlərmir, gəlir yeri yoxdur. Yaşlı anasının pensiyası və cavabdehin bəzən problemlər yaradaraq verdiyi alimentlə zor güc dolanırlar. İlkin Mediasiya arayışından və İcra-Probasiya Şöbəsinin verdiyi arayışdanda göründüyü kimi cavabdeh övladına könüllü maddi yardım etmək niyyətində deyil. Ümumiyyətlə mediasiya prossesində iştirak belə etməmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun çıxış edərək iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, uşaq şəhərə məktəbə gəlir, müəllimlərlə əlavə məşğul olur və bunun xərcləri var. Artan xərcləri işləmədiyi üçün ödəyə bilmir. Barışıq sazişi ilə müəyyənləşdirilmiş aliment heçnə üçün çatmır. Mediasiya zamanı razılaşdırılmış alimentdə vaxtı vaxtında ödənilmir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh çıxış edərək bildirdi ki, rəsmi iş yeri yoxdur. Hər ay 150 manat aliment ödəyir maksimum 170-200 manat aliment ödəmək iqtidarındadır. İşi stabil deyil və qazandıqca aliment ödəyir. O alimentin artmasını istəmir. İmkanı olduqda özü artıqlaması ilə pul göndərməyə hazırdır. İşin halları Zaqatala rayonu qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 217497 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cu ildə doğulmuşdur. Valideynləri anası İddiaçı, atası Cavabdehdur. xx.xx.2024-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 60 manat xərc İddiaçı tərəfindən birtərəfli qaydada ödənilmişdir. 06 oktyabr 2021-ci il tarixli İddiaçı və Cavabdeh arasında bağlanmış barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, 27 noyabr 2013-cü il tarixdə doğulmuş qızları X3 18 yaşı tamam olana kimi hər ayın 30-u Cavabdeh tərəfindən 150 (yüz əlli) Azərbaycan manatı pulun İddiaçı ödənilməsinə razılığa gəlmişdirlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 106.4-cü maddəsinə əsasən bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1dən 400 manat müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin xx.xx.2013-ci il tarixdə X5 adlı uşaqları anadan olmuşdur. İddiaçı, Cavabdeh qarşı aliment tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh iddia tələbini qəbul etmir. Məhkəmə uşağın saxlanılması üçün zəruri tələbatı, tərəflər arasında 06 oktyabr 2021-ci il tarixdə bağlanmış barışıq sazişinin mövcudluğuna baxmayaraq cavabdehin marağının iddiaçının təqsiri üzündən əhəmiyyətli dərəcədə pozulduğunu, İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx.xx.2013-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment sabit pul məbləğində yox minimum əmək haqqı nəzərə alınmaqla təmin edilməlidir. Belə ki, qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə tərəflərin maddi vəziyyətini, uşağın mənafeyini, uşağın yaşını və iddiaçı tərəfin izahatını nəzərə alaraq belə qənaətə gəlir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin ediləcək alimentin məbləği minimum əmək haqqı məbləğinin 0,50 misli miqdarında müəyyən edilməlidir. İddia qismən təmin edildiyindən 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutulub İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2013-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqı məbləğinin 0,50 misli miqdarında aliment Cavabdeh tutulub İddiaçı verilməli, eyni zamanda alimentin tutulmasının əvvəli İddiaçı iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutulub İddiaçı verilməlidir, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqı məbləğinin 0,50 misli miqdarında aliment Cavabdeh tutulub İddiaçı ödənilsin. Alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 10 dekabr 2024-cü il tarixdən hesablansın. 60 (altmış) manat mediasiya xərci Cavabdeh tutulub İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 44 (qırx dörd) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-314/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-314/2025
05.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver