Məhkəmə qərarları › İş №e-2(033)-347/2024

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-347/2024

12.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-347/2024 12.03.2024 ZAQATALA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Əliyeva Ayşə İsrafil qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, birgə nikahlarından 27 noyabr 2017-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cu il tarixli 2(107)-439/2023 nömrəli qətnaməsinə əsasən, təyin edilmiş hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimentin növü dəyişdirilərək, hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin və mediasiya prosesində ödənilmiş 60 manat xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cu il tarixli 2(107)-439/2023 saylı qətnaməsi ilə 27 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutularaq İddiaçı ödənilməli olan aliment hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilmişdir. Hal-hazırda təyin olunmuş aliment məbləği uşağın daim artan tələbatlarını ödəməyə kifayət etmir. Onun maddi imkanı yaxşı olmadığına görə övladının ehtiyaclarını təkbaşına ödəməkdə çətinlik çəkir. Uşağın baxıb böyüdülməsində cavabdehin də iştirakı vacibdir. Ona görə də təyin edilmiş alimentin artırılmasını tələb edir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh məhkəməyə 21 fevral 2024-cü il tarixdə etiraz ünvanlayaraq göstərmişdir ki, iddianı qəbul etmir. Belə ki, iddia ərizəsində göstərilən 300 manat alimenti ödəmək üçün onun maddi imkanı yoxdur, o heç bir yerdə işləmir, qazancı yoxdur, hərbi təqaüdçüdür. Bundan başqa, onun əvvəlki nikahından da 1 övladı vardır və ona da aliment ödəyir. O, aliment ödəməkdən boyun qaçırmır. Lakin onun maddi imkanı yoxdur ki, hər ay 300 manat aliment ödəsin. O, həmin məbləğdə aliment ödəməyə çətinlik çəkir. Bundan başqa özü xəstədir, hər iki diz oynağında problem vardır və mütəmadi olaraq müalicə alır. O, 832,20 manat pensiya alır və pensiyasından hər iki uşağa aliment tutulduqdan sonra qalan məbləğlə o ancaq yaşayır və həmin qalan pul onun ancaq dolanmağına və müalicəsinə çətinliklə bəs olur. İddiaçı iddia ərizəsində Ailə Məcəlləsinin 78.1-ci maddəsinə istinad edərək, eyni zamanda həmin Məcəllənin 112.1-ci maddəsinə istinad edərək alimentin artırılmasını tələb edir. Ailə Məcəlləsinin 78.1-ci və 112.1-ci maddələrində qeyd olunur ki, aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa və ya qazancın (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda aliment miqdarı sabit pul məbləğində müəyyən olunur. İddiaçı maddədə qeyd olunan halların onda olduğunu MPM-nin 77.1-ci maddəsinə əsasən sübut etməlidir. O keçmiş hərbiçi olaraq təqaüd alır, xəstəliyinin diaqnozlarına dair sənədləri məhkəməyə təqdim edərək, eyni zamanda təqaüdündən başqa hər hansı bir gəlirinin olmadığını, heç bir yerdə işləmədiyinə dair, hətta mülkiyyətində pay torpağının olmadığına dair sənədləri məhkəməyə təqdim edərək bildirir ki, o xəstəliyi ilə əlaqədar olaraq hər hansı bir fiziki və ya zehni iş görə bilmir. Onun gəliri təqaüddən ibarət olmaqla sabit olaraq dövlət tərəfindən ödənilən 832 manatdan ibarətdir, hansı ki, həmin məbləğin 33 %-i, yəni 832 manatın 275 manatı hər ay uşaqlarının saxlanılması üçün ondan tutularaq uşaqları saxlayan valideynlərə göndərilir. Bundan başqa həmin Məcəllənin 112.1-ci maddəsində deyilir ki, aliment miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Sonuncu dəfə aliment müəyyən olunduqdan sonra, yəni xx.xx.2023-cü il tarixdən sonra onun hər hansı bir ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır. Belə bir dəyişikliyin olduğunu iddiaçı öz iddia ərizəsində iddia edir. Buna görə də MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı onun maddi vəziyyətində dəyişikliyin olmasına dair sübutları məhkəməyə təqdim etməlidir. Ona görə də, əlavə bir övladının olmasını, həmin uşağa da aliment ödədiyini, heç bir yerdə işləmədiyini, xəstə olduğunu, maddi vəziyyətinin çətin olduğunu və təqaüdçü olduğunu nəzərə alaraq İddiaçı aliment tələbinə dair iddiasını təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa oxşar məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh son iki aydır ki, 154 manat aliment ödəyir. Bir il cavabdeh 138 manat aliment ödəmişdir. Cavabdehin ödədiyi aliment məbləği uşağının tələbatlarını ödəmir. Belə ki, hazırda uşağı pnevmoniyadan əziyyət çəkir və onun müalicə xərclərinə aldığı aliment kifayət etmir. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cu il tarixli 2(107)- 439/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını istəyir. Belə ki, o xəstədir və yalnız aldığı pensiya ilə dolanır. Pensiyasından hər ay 154 manat aliment tutulur. Bundan başqa onun başqa nikahdan olan bir övladı da vardır. Həmin uşağın saxlanması üçün də aliment ödəyir. İddiaçının tələb etdiyi alimenti ödəyərsə dolanacağı çətin vəziyyətə düşəcəkdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. İşin halları 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 15 aprel 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 179778 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 15 aprel 2017-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 886 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “Əliyev”, arvad isə “Şabanova” soyadını qəbul etmişlər. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 24 dekabr 2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı 047137 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 27 noyabr 2017-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. Zaqatala rayon məhkəməsinin 04 aprel 2023-cü il tarixli 2(033)-375/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Sumqayıt ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində bağlanmış 15 aprel 2017-ci il tarixli, 886 nömrəli nikahın pozulması, tərəflərin uşaqları olan-27 noyabr 2017-ci il tarixdə anadan olmuş X6 anası İddiaçı yanında saxlanılması, iddiaçı Cavabdeh iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 50 (əlli) manatın və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaitin özünə aid edilməsi qət edilmişdir. Zaqatala rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)-172/2023 saylı qətnaməsindən görünür ki, 27 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmənin icraatına daxil olduğu gündən, yəni 25 noyabr 2022-ci il tarixdən hesablanması, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2023-cü il tarixli 2(107)-439/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin olunaraq, Zaqatala rayon məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(033)- 172/2023 saylı qətnaməsi “27 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay uşaq üçün aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi, 27 noyabr 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlnması üçün Cavabdeh tuutlaraq İddiaçı ödənilməli olan alimentin hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsinin ½ hissəsi, yəni aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilməsi qət edilmişdir. Qax rayonu Güllük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 10 dekabr 2015-ci ildə doğulmuşdur. Valideynləri Cavabdeh və anası X2r. Qax rayon məhkəməsinin 31 avqust 2023-cü il tarixli 2(024)-490/2023 saylı qətnaməsindən görünür ki, 10 dekabr 2015-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh X3 ödədiyi alimentin miqdarı dəyişdirilərək cavabdehin qazancının 1/6 hissəsi həcmində müəyyən edilməsi və alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. 24 yanvar 2024-cü il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayışdan görünür ki, ilkin mediasiya prosesində İddiaçı və Cavabdeh mediasiya prosesinin davam etdirilməməsi barədə qərar qəbul etmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərcini və 10 (on)manat dəftərxana və kargüzarlıq xərcini ödəmişdir. Qax rayon Bələdiyyəsi tərəfindən verilmiş 13 fevral 2024-cü il tarixli 07 saylı arayışdan görünür ki, Cavabdeh adına bələdiyyə pay torpağı və həyətyanı torpaq sahəsi yoxdur. 06 mart 2023-cü il tarixli 551 saylı arayışdan görünür ki, Cavabdeh sol diz oynağının medial meniskinin arxa lateral meninskinin ön buynuzunun Grade İİİ yırtığına görə (07.08.20), sağ diz oynağının medial meninskinin arxa buynuzunun Grade İİİ yırtığına görə (29.06.21) aparılmış “Artoskopik meniskektomiya” əməliyyatından sonrakı vəziyyət, hər iki diz oynağının artrozu, funksiyasının cüzi dərəcədə pozulması ilə, birinci dərəcəli alimentar piylənmə, qara ciyərin piy distrofiyası, burun çəpərinin əyriliyi, tənəffüsün pozulmaması ilə, ksantelazma dizqnozu ilə xəstədir. 3 nömrəli şəhər kliniki xəstəxanası publik hüquqi şəxsin 25 fevral 2020-ci il tarixli protkolundan görünür ki, Cavabdeh sağ diz oyanğında medial meniskin arxa buynuzunda Grade İİİ degenerasiya təyin olunur (yırtıq), müayinə sahəsinə düşən səthi venalarda varikoz genişlənmə izlənilir. Sol diz oynağında medial meniskin arxa buynuzunda Grade İİİ degenerasiya təyin olunur (yırtıq), lateral meniskiin ön buynuzunda Grade İİİ degenerasiya təyin olunur (yırtıq), müayinə sahəsinə düşən səthi venalarda varikoz genişlənmə izlənilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1 -ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Rеspublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət оrqanları, bütün fiziki və hüquqi şəхslər öz fəaliyyətində uşaqların mənafеlərini üstün tutmalı, оnların hüquqlarının təmin оlunmasına şərait yaratmalıdır. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Rеspublikası Qanunvеriciliyi ilə müəyyən еdilmiş minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ vardır. Dövlət tibb müəssisələrində tibbi xidmət dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər, şəxslərin öz vəsaiti, hüquqi və fiziki şəxslərin ianələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Dövlət ətraf mühitin qorunmasına, vətəndaşların əmək və istirahəti üçün əlverişli şərait yaradılmasına, eləcə də tibbi-sanitariya və tibbi-sosial yardıma təminat verir. Xaricdə olan Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin əhalinin sağlamlığının qorunması sahəsində Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikasının vətəndaşı olan onkoloji xəstələrə tibbi yardım ixtisaslaşdırılmış dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Onkoloji xəstəliyin son mərhələsində olan və sosial əlaqələrini itirmiş onkoloji xəstələr ümumi təyinatlı müalicə müəssisələrində zəruri olan müddətdə dövlət təminatında saxlanılır. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə dövlət büdcəsi vəsaiti hesabına göstərilir. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş qaydada əcnəbilərin sağlamlığının qorunması hüququ vardır. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və Azərbaycan Respublikası tərəfindən qaçqın statusu verilmiş şəxslərə tibbi yardım (o cümlədən ixtisaslaşdırılmış tibbi yardım) dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həcmdə dövlət büdcəsinin vəsaiti hesabına göstərilir. Uşaqların icbari dispanserizasiyası tədbirləri “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşlarını, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri və əcnəbiləri əhatə edir. 34-cü maddəsinə əsasən ixtisaslaşdırılmış tibbi yardım vətəndaşın xəstəliyi xüsusi müayinə, müalicə və mürəkkəb tibb texnologiyalarının tətbiqini tələb etdiyi hallarda dövlət və qeyri-dövlət tibb müəssisələrində ixtisaslı həkimlər tərəfindən göstərilir.Tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxs bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq özəl tibb müəssisəsinə göndərilir. İxtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması yaxud artırılması haqqındakı iddialarda – ödəmənin azaldıldığı və ya artırıldığı miqdarda, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndində göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun qiyməti 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İşin müəyyən еdilmiş hallarından görünür ki, tərəflər xx.xx.2017-ci il tarixdə nikarlarını qеyd еtdirməklə еvlənmişlər. Оnların birgə nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 dоğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 2(033)-375/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ər-arvad arasındakı nikah pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X6 iddiaçının yanında saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-439/2023 saylı qətnaməsi ilə X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı ödənilməli olan alimentin hər ay üçün miqdarı aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində müəyyən edilmişdir. Məhkəmə, saxlanılması üçün alimеnt müəyyən оlunduqdan sоnra kеçən dövr ərzində böyüməsi və artıq məktəbli оlaraq yеni хərclərinin yaranması ilə əlaqədar təlabatı artmış xx.xx.2017-ci il təvəllüdlü Yunisin saхlanılmasına хərclərinin çохalması, bununla da maddi vəziyyətində pisləşməyə dоğru dəyişiklik оlduğuna dair iddiaçının dəlillərini inandırıcı sayır. İşin müəyyən еdilmiş hallarından həmçinin görünür ki, cavabdеhdən digər övladı xx.xx.2015-ci il təvəllüdlü X1 da yetkinlik yaşına çatanadək saxlanması üçün qazancının 1/6 hissəsi məbləğində aliment tutulur. Cavabdеh iddiaya еtirazını 832,20 manat pensiya alması, xəstə оlması, yalnız aldığı pensiya ilə dolanması, pensiyasından hər ay 154 manat alimentin tutulması, digər nikahdan da bir övladının оlması, həmin uşağın saxlanması üçün də aliment ödəməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdеhin qеyd еdilən dəlillərinə tənqidi yanaşır və həmin halların mövcudluğunu iddianın bütövlükdə rədd edilməsinə əsas saymır. İlk öncə, nikah münasibətinə daхil оlduğu vaхt, dоğulacaq övladlarını saхlamaq öhdəliyinin də əmələ gələcəyi cavabdеhə bəlli оlmuşdur. Bundan başqa, iş üzrə sübutlarla cavabdеhin əziyyət çəkdiyi хəstəliyin müalicəsi üçün dövlət büdcəsi vəsaiti, büdcədənkənar vəsaitlər, icbari və könüllü tibbi sığorta sistemindən daxil olan vəsaitlər digər mənbələr hesabına maliyyələşən tibbi xidmətdən yararlanmaq hüququnun olmadığı müəyyənləşdirilməmişdir. Еyni zamanda 832,20 manat pensiya alan cavabdеhin minimum 222 manat, xx.xx.2017-ci il təvəllüdlü Yunisin isə minimum 235 manat maddi təminat hüququ оlsa da, cavabdеhdən оnun saхlanması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında alimеnt tutulur ki, bu da Yunisin minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququnu pоzur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, alimеntin miqdarı müəyyən оlunduqdan sоnra böyüməsi ilə əlaqədar təlabatı artmış Yunisin saхlanmasına хərcləri çохalmış iddiaçının maddi vəziyyətində pisləşməyə dоğru dəyişiklik оlduğundan, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-439/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş, alimеntin miqdarı artırılmalıdır. Məhkəmə bununla yanaşı оnu da qеyd еtməyi zəruri sayır ki, cavabdеhin digər nikahdan dоğulmuş övladının da оndan minimum dоlanacaq хərclərindən az оlmayan maddi təminat almaq hüququ var. Alimеntin cavabdеhin yalnız qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən еdilməsi, hazırda Yunisin maddi təminat almaq hüququnu, bununla da оnun üstün tutulmalı olan marağını əhəmiyyətli dərəcədə pozduğundan, оnun əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutulmaqla, alimentin miqdarı cavabdеhin aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi və 30 (otuz) manat sabit pul məbləğində müəyyən edilməli, miqdarı artırılmış aliment məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalı, iddia qismən təmin edilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 30(otuz) manatı özünə aid edilməli, 30 (otuz) manatı isə Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-439/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay, xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlaması üçün qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında və 30 (otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz manat) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddiaçı tərəfindən ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin 30 (otuz) manatı özünə aid edilsin, 30 (otuz) manat isə Cavabdeh alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar