Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № e-2(033)-379/2025 01.04.2025 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Məmmədova Zərifə Faiq qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəlilova Nuridə Əli qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - "xxxx" QSC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixdə bağlanmış 019A********** saylı müqavilə üzrə 2725.28 manat məbləğində kredit bоrcu, 320.33 manat məbləğində faiz bоrcu və 78.59 manat məbləğində cərimə borcu olmaqla,cəmi 3124.2 manat, xx.xx.2023-cü il tarixdə bağlanmış 019A********** saylı müqavilə üzrə 3269.48 manat məbləğində kredit borcu, 622.03 manat məbləğində faiz borcu və 94.36 manat məbləğində cərimə olmaqla, cəmi 3985.87 manat, ümumilikdə cəmi 7110 (yeddi min yüz on) manat 07 (yeddi) qəpik məbləğində bоrcun və ödənilmiş 91.11 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 019A********** saylıərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X7 aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 (üç min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 274.72 manat ödəniş etmiş və оnun iddiaçıya 2725.28 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 267 gün üçün hesablanmış faiz borcu 320.33 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 267 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 78.59 manat təşkiledir. Bundan başqa, X6 İddiaçı QSC iləxx.xx.2023-cü il tarixdə bağladığı 019A********** saylı tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən,X7 aylıq faiz dərəcəsi 2.0833% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3400 (üç min dörd yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 130.52 manat ödəniş etmiş və оnun iddiaçıya 3269.48 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 269 gün üçün hesablanmış faiz borcu 622.03 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 269 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 94.36 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu X2 vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından X2 adına vərəsəlik işinin açıldığı, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X4 X2 vərəsəsi olduğu məlum olur. Göründüyü kimi,X2 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə, kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Cavabdeh ərizə ilə müraciət edərək İddiaçı QSC-nin borcun tutulması tələbinə dair iddia ərizəsini qəbul etdiyini və borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunamüvafiq qaydada məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin İddiaçı QSC-nin nümayəndəsi X5 ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, atasından ona miras qalmamışdır o atasının müalicəsi üçün işlədiyi təşkillatdan ödənmiş olan 3000 vəsaiti götürərək atasının vəfat edənədək müalicə aldığı klinikanın hesabına keçirmişdir. Atasından ona miras əmlak qalmamışdır. İşin halları X7 ilə İddiaçı QSC arasında bağlanmış ərizədən görünür ki, İddiaçı QSC tərəfindən X3 aylıq faiz dərəcəsi 28 faiz olmaqla, 48 ay müddətinə ayrılmış 40 000 manat kredit limiti üzrə 35 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 3400 manat ilkin kredit verilmişdir. İddiaçı QSC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktublarının surətindən görünür ki, iddiaçı Cavabdeh vərəsəsi olduğu X2 bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsini, yəni borcun qaytarılmasını tələb etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-ci il tarixli 019A********** nömrəli kredit razılaşmasına əsasən cavabdeh X2 xx.xx.2024-cü il tarixə iddiaçıya 2725,28 manat əsas kredit borcu, 320,33 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu və 78,59 manat cərimə olmaqla, cəmi 3124,2 manat kredit borcu vardır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi oğlu- Cavabdeh mərhuma məxsus Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatı tərəfindən xx.xx.2024 il tarixdə verilmiş 01 nömrəli arayışına əsasən mərhum- X2 adında olan 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitindən ibarət əmlakdan tam pay almışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi oğlu- Cavabdeh Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatı tərəfindən xx.xx.2024 il tarixdə verilmiş 02 nömrəli arayışına əsasən mərhum X2 adına olan dekabr ayının əmək haqqı 686.16 (altı yüz səksən altı manat-16 qəpik) və xəstəlik vəsiqəsinə əsasən 1312.19 (bir min üç yüz on iki manat-19 qəpik) manat məbləğində pul vəsaitindən ibarət miras əmlakdan tam pay almışdır. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi oğlu - Cavabdeh "xxxx" ASC-nin Zaqatala rayon filialı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 17 nömrəli məktubuna əsasən mərhum X3 məxsus **********522248 nömrəli kart hesabında olan 2278.52 manat məbləğində pul vəsaitindən ibarət miras əmlakdan tam pay almışdır. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatının sədri X7 insult keçirərək özəl tibb müəssisəsi olan “X16” klinikasında müalicə olunmuş və onun müalicəsinin davam etdirilməsi üçün 23 dekabr 2023-cü il tarixdə 3000 manat vəsait bank hesabına köçürülmüşdür. X14 17 mart 2025-ci il tarixli arayışından görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X7 həqiqətən xx.xx.2023-cü il tarixində “X16” klinikasının reanimasiya şöbəsinə “İşemik İnsult” diaqnozu ilə daxil olmuşdur. Xəstə xx.xx.2023-cü il tarixində saat 17:50-də vəfat etmişdir. Klinikaya ödənilən ümumi məbləğ 7.972 Azn (yeddi min doqquz yüz yetmiş iki manat) təşkil edir. Yeni azərbaycan Partiyası Zaqatala Rayon Partiyasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və ona dəfn xərci üçün ödəniləcək müavinət orta aylıq əmək haqqı 2500 manat olmaqla, cəmi 7500 manat pul vəsaitindən ibarətdir. Tətbiq edilmiş hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı "xxxx" QSC ilə X7 arasında xx.xx.2023-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq 25 faiz dərəcəsi faiz olmaqla 35 ay müddətinə, hissə-hissə qaytarılmaq şərti ilə 3400 manat kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmişdir. X7 xx.xx.2023ci il tarixdə vəfat etmiş və Cavabdeh onun əmlakından tək pay almış vərəsəsidir. X2 ölümündən sonra Cavabdeh X2 adına olan dekabr ayının əmək haqqı 686.16 və xəstəlik vəsiqəsinə əsasən 1312.19 manat məbləğində pul vəsaitindən, Yeni Azərbaycan Partiyası Zaqatala rayon Təşkilatı tərəfindən xx.xx.2024 il tarixdə verilmiş 01 nömrəli arayışına əsasən mərhum- X2 adında olan 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitindən və "xxxx" ASC-nin Zaqatala rayon filialı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 17 nömrəli məktubuna əsasən mərhum X3 məxsus **********522248 nömrəli kart hesabında olan 2278.52 manat məbləğində pul vəsaitindən ibarət miras əmlakdan tam pay almışdır. Bu əmlaklardan 2278.52 manat Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X11 Həmkarlar İttifaqı Komitəsi tərəfindən “X16” klinikasında müalicə olunması üçün ayrılmış vəsaitdir, 1312.19 manat vəsait yenə də Habil Qurbanovun xəstəliyi ilə bağlı olan vəsaitdir, 7500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaiti dəfn xərcləri üçün ayrılmış vəsait olmaqla bu vəsaitlərdən heç biri miras aktivi hesab oluna bilən əmlak sayılmır. X2 adına olan dekabr ayının əmək haqqı 686.16 manat vəsait miras aktivi hesab olunsa da həmin vəsaitdə daxil olmaqla ümumilikdə 7972 manat vəsaitin X2 müalicəsi ilə bağlı “X16” klinikasına ödənilməsi müəyyən edilmişdir. Məhkəmə iddia tələbi üzrə dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinin əsasını təşkil edən münasibətlərə Mülki Məcəllənin vərəsələrin kreditorlar qarşısında məsuliyyətini müəyyən edən 1306-cı maddəsi tətbiq edilməlidir. Belə ki iş materiallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-ci il tarixdə vəfat etmiş X2 mirası qəbul edən tək vərəsəsi olduğundan, X2 xx.xx.2023-ci il tarixli 019A********** nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlikləri ilə bağlı iddiaçı hazırki cavabdehə qarşı iddia irəli sürmüşdür. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, mülki qanunvericilikdə vərəsənin kreditor qarşısında məsuliyyətinin həcmi müəyyən edilmişdir və vərəsənin yalnız alınmış aktiv həcmində məsuliyyətinin mövcudluğu qeyd edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh X9 xx.xx.2023-ci il tarixdə vəfat etmiş mirasqoyan X2 ölümündən sonra 686.16 manat həcmində miras aktivi əldə etmiş və həmin məbləğdən dəfələrlə çox olan pul vəsaitini X2 müalicə xərci kimi sonuncunun son günlərini keçirdiyi “X16” klinikasına ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh X1 Habil Qurban oğlunun ölümündən sonra faktiki miras aktivi əldə etmədiyindən kreditorun olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vərəsə olan Cavabdeh qarşı yönəldiyi kredit müqaviləsi üzrə borc tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən 91.11 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi təmin edilməsin. 91.11 (doxsan bir manat on bir qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Zərifə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(033)-379/2025
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(033)-379/2025
01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver